Toy möhkəm ailənin mirası kimi bizə gəlib çatan ən böyük mərasimlərimizdəndir. Başqa xalqların toy mərasimlərindən fərqli olaraq Borçalı toylarının, xüsusilə Faxralı toylarının özünəməxsus xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlər aşağıdakılardır:

  • “ŞAX çıxartmaq”;
  • “Qapı pusmaq”;
  • “Toy karvanının qabağını kəsmək”;
  • “Toyda silahlardan atəş açmaq”;
  • “Qardaşlıq – bacılıq tutmaq”;
  • Toy axşamı “Ciyər qonaqlığı”;
  • Toyun səhərisi günü “Xaş qonqlığı”.

Ta qədimdən Faxralıda toylar “qara zurna” və “dəf” müsiqi alətləri ilə keçirilib.

Son zamanlarda isə toylarda “qarmon”, “sintezator” və digər müasir musiqi alətlərindən istifadə olunur. Toylar, adətən “Palatka”larda keçirilir. Məclisdə səs gücləndiricilər qurulur. Toyda “tamada”nın və müsiqinin səsi bütün kəndı əhatə edir. Qız-gəlinlər məclisin bir tərəfində oturaraq “nəmər” verib rəqs  edənlərə tamaşa edər, məclisin digər tərəfində isə kişilər, xüsusilə cavanlar yeyib-içib şadlanarlar. Məclisin sonu “mağarla” bitər. Başqa sözlə, yemək-içmək məclisi dayandırılar, oynamaq, rəqs etmək üçün xüsusi meydança təşkil edilər və cavanlar – qızlar, oğlanlar səhərədək oynayırlar.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur