Beşik kəsmə (beşikkərtmə) nişanlandırmanın bir formasıdı. Tədqiqatçılar bu adətin çox-çox qədim tarixlərlə səsləşdiyini, əksər türksoylu xalqlara xas olduğunu təsdiq ediblər, Bu adət Faxralıda təkəm-seyrək şəkildə indi də yaşamaqdadır. Türk alimi O. Şaiq “Dədəm Qorqudun kitabı” əsərində yazır ki, yaxın qohumlar, bir-birinə ehtiram bəsləyən ailələr hələ körpələri beşikdə ikən onları nişanlandıracaqlarına söz verirlər (bəzən belə əhd-peyman uşaq dünyaya gəlməmişdən əvvəl də bağlanır); beşikkəsmə əhdpeymanla bağlı olan qədim adətlərdəndir.

Ad eləmə beşikkəsmənin bir qədər fərqli formasıdır: valideynlər (atalar) arasında belə əhd-peyman uşaqlar müəyyən yaş həddinə (13-15 yaş) çatanda bağlanılır, uşaqları bir-birinə ad edilirlər.

Elə ki, oğul böyüyür, oğul atası nəyisə bəhanə eləyib qızın atası ilə görüşür (təbii ki, bu haqda ər-arvad arasında əvvəlcədən razılaşma olur). Keçmişdən-gələcəkdən danışdıqdan sonra oğlanın atası mətləb üstünə gəlir, vaxtilə aralarında olmuş söhbəti xatırladır. Əksər vədlərə, əhd-peymana əməl olunur, elçiliyə razılıq verilir. Yeri gəlmişkən, beşikkəsmə və adeləmə deyikli kəlməsi ilə ümumiləşdirilir.

Oğlanın deyiklisi yoxsa, anasının gözləri qonum-qonşu toylarında, bulaq üstündə “dörd olur”; ana qız sonulamağa başlayır. Məsəl var deyirlər: Çox sonulayan ya kora rast gələr, ya da keçələ.

Oğlu lüyəndə olan ana hara, bulaqda növbədə dayandı hara? – cavan qızlar onun səhəngini, vedrələrini növbəsiz-fılansız doldurub yola salırlar. Nə isə, bulaq üstə, toyda-nişanda könlünə yatan qız oldusa, ana onun kimliyiylə maraqlanır. Kənd yeridi, qızın ailəsinə öz ailələrinin rəğbəti, ehtiramı varsa qızı göz altılayır (“Anasına bax qızını al” deyiminə tapınanlar da olur); gözaltılama nəzərdə tutma anlamındadır. Sözün kəsəsi, “yerə göyə sığışmayan” ananın könlünə yatan qız “qızlar bulağından su içibsə”, onda ana əvvəl əri ilə, ərinin razılığı ilə oğlu ilə “dərdləşir”, məqsədini oğluna da bildirir… Oğlanın anası bir bəhanə ilə gedir qız evinə, qızın anasının (xalasının, böyük bacısının) yanına ağız aramağa.

Ağız arama qız evinin fıkrini öyrənmək deməkdir. Qız hələ uşaqdırsa, oğlanın anası ağızaramanı təxirə salır, vədə gözləyir… Elə kı, qız anası “qızımızın deyiklisi yoxdu, ancaq atası ilə da məsləhətləşim. Ağsaqqallarımıza gənəşməmiş heç nə deyə bilmərəm. Sonra sənə bir xəbər çatdıraram”, – deyir, deməli işin düzələcəyinə güman var. Qızı deyiklidirsə, yaxud qızı həmin oğlana vermək istəmirlərsə, bu gəliş (ağız arama) “bir daş altda, bir daş üstə” kəlmələri ilə yekunlaşır. Ağız aramamış, qız evinin fikrini öyrənməmiş elçi getmək qanqaraçılığı da yarada bilir, əməlli-başlı umu-küsü də… Ağızaramadan sonra oğlanın anası qız evindən cavab gözləyir; qız anası “ağır oturub batman gəlir”. Onda oğlanın anası  yenə üz tutur qız evinə… Oğlanın özü qız bəyənibsə əlaltından qızın kimliyini öyrənir, bacısına, üzü tutursa xalasına (mamasına) sirr açır. Onlar da al dili ilə öyrəniləsini öyrənirlər, hələ desən qızın özü il də görüşüb kəlmələşirlər….

Elçilik üçün düşərli günə vədələşirlər. Adətən, elçilik də payızda adna axşamlarından birinə təyin edilir. Elçiliyə oğlanın ata-anası, yaxın qohumları, nəslin ağsaqqalları gedir. Bu tədbirə qız evinin də yaxın qohumları, ağsaqqalları dəvət olunur. Bir qədər dünyanın gedişatından, olandan-keçəndən söhbətləşirlər. Sonra oğlan evinin ağsaqqalı ustalıqla mətləb üstünə gəlir:

Allahın əmri ilə, peyğəmbərin şəriəti ilə qapınıza bir diləyə gəlmişik. Oğlumuz qızınızı bəyənib. Nəsil-nəcabətimizə də bələdsiniz. Bir stəkan şirin çay verin, “Allah mübarək eləsin!”,– deyək, qız evinin ağsaqqalı təmkinlə cavab verir.

Xoş gəlib, səfa gətiribsiniz. Uşaqlar bir-birini bəyənməsəydi qapımızı döyməzdiniz. Dədələr “Rəhmət düzənə, nəhlət pozana” deyiblər. Na deyirik ki, Allah mübarək eləsin!

Ağsaqqalın xeyir-duası şirin çaya işarədi. Şirin çay razılığın təsdıqidi. Adı şirin çay məclisidi, özü əməlli-başlı ziyafət olur…

Nişanlanma toya bərabər bir mərasimdi. Qudalar, elçilikdə olduğu kimi, nişan gününü də vədələşirlər. Hər iki tərəf nişana hazırlaşır: oğlan evi qız üçün pal-paltar, ziynət əşyaları, qızın anasına (buna süd haqqı deyilir), nənələrinə, bacılarına müvafiq hədiyyələr alır. Bəzən nişan üzüyündən savayı qalan ziynət əşyalarını imkanı çatan qiymətə yaxın qohumlar alır. Əksər nişan mərasimləri tavar sazın xeyir-duası ilə – ustad sözü ilə açılır, duvaqqapma ilə qapanır. Kiçik saylı musiqiçi kollektivinin iştirakıyla keçən nişan mərasimləri də olur…

Haşiyə:

Aşıq Alıynan Hacı Nəsibin oğlu Həsən dost idilər. Günlərin birində Alı Həsənlə bir az soyuq görüşür. Bu görüş Həsənin pərinə dəyir: – Niyə məndən köntöy gəzirsən, qardaş? Aşıq Alı yarızarafat, yarıciddi cavab verir: Bə köntöy gəzmiyib nə eləməliyəm, ay qağa? Siz çıxalı (Həsən gitara çalır) bizim urvatımız azalıb Camaat bizi xorruyur. Sözə qüvvətə söz ardı: Allah da şahiddi ki, Faxralıda saz layiq olduğu urvatı saxlamaqdadı. Aşıq Alının ayar adam olduğunu da hamı bilir…

Qohum-qonşuda toy olanda oğlanın bacısı (xalası, yengəsi) nişanlı qızı da toya gətirir (bu haqda əvvəlcədən razılaşma olur). Elə ki, toyda qələbəlik yarandı, gələnlər gəldi, oğlan evindən bir başıpapaqlı meydançıya sifariş verir ki, bir babat hava çalınsın. Qara zurna meydanı dingildədir, ürəkləri telləndirir. Oğlanın bacısı, cavan qohum-əqrəbaları meydana çıxır. Oğlanın ya bacısı, ya da yengəsi nişanlı qızı da oyuna dəvət edir. Qohumlar növbəylə qızın qoluna, belinə qıymaça, kələğayı, parça (buna atrez də deyirlər) bağlayır, sancaqla üzük, pul taxırlar. Qıza pul verənlər də olur. Heç kim toyçuları da unutmur – onların nəməri ayrıcadı. Nəmər çatan kimi dəf az qalır toyu dağıtsın. Bu adət quyruxlamaq adlanır. Elə ki, yaz, payız gəldi, oğlan evi qız evinə xurcun (qarpız-yemiş), səbət (üzüm, gilas) göndərir. Xurcunda da, səbətdə də qıza hədıyyə qoyulur. Qız evi də göndərilən paydan yaxın qohumlarına pay çıxır. Xurcunu, səbəti, bir qayda olaraq, oğlanın yengəsi gətirir… Novruz bayramında qız evinə yaylıq aparılır (neçə il nişanlı qalmadan asılı olmayaraq hər il). Oğlanın qardaşdığı, yaxın qohumları, dostları şirniyyat dolu çamadan (hər çamadanda qız üçün hədiyyə), yaxud nəmər (pul) aparır. Yolboyu atılan güllələrin səsi kəndi başına götürür, lopalar kəndin yollarını nura qərq eləyir. Bu ağır eldə Novruz axşamı neçə evə yaylıq gedir!.. Bunlar toya qədərki adətlərdi… Faxralının toyları bir ayrı aləmdi!..

Toy qız evinə verilir. Gün əyilənə yaxın “Atlandırıma” (bu, “Vağzalı”ya müvafıq havadır. Professor V.Hacıyev qəyd edir kı, bu havanın bir adı da “Ağlama, gəlin”dir) çalınır. Bu sözun də tarıxı qədimdir. Uzaq keçmişlərdə qız ər evinə at üstündə aparılardı. O, ata minincə atlanınca çalınan hava belə adlandırılardı və indinin özündə də bu adla yaşamaqdadı.

Toyun qabağını kəsmək də yaşarı adətlərdəndi. Gəlini aparan maşın yola düzələndə kimsə maşının qabağına çıxır. Buna toy qabağı kəsmə deyirlər. Toyçular bir himə bəndlərmiş kimi “Güləşəngi” “qaynadır”, qara zurnanın Allahı ha yoxdu “göyü yerə ələyir”. Meydanda gərdiş eləyən cavanın nəməri veriləndən sonra yol açılır. Burdan oğlan evinə kimi yola toyun qabağını kəsib nəmər almış adam cavabdeh olur. Bəzən toyun qabağını kəsən dəliqanlı verilən nəmərə qane olmur. Onda ya nəmər artırılmalıdı, ya da oğlan evindən bir nəfər onunla qurşaq yapışmalıdı…

Yeri gəlmişkən, Başqa kənddən gəlin gətirəndə oğlan evi torpaq basd1 verməlidi. Bu da qabaqkəsdi kimi təzahür edir. Elin adı, şöhrəti həmişə sayğı tələb elədiyi üçün başqa kəndə gəlin gətirməyə gedəndə kəndin yaxşı güləşən cavanlarından da aparardılar.

Haşiyə:

Məhəmməd Musa oğlu (kolxozun komsomolçu gənclər briqadasının başçısı olanda kolxoz sədri Əli Əliyev (Alyoşa) onu bağa göndərir, özü isə maşınla gedir. Alyoşa bağa çatanda görür ki, Məhəmməd burdadır. Təəccüblənir: “Sən piyada məndən tez gəlibsən. Qaqarin kimı uça-uçamı gəldin?” 0 gündən Məhəmməd Qaqarin adı iılə tanınır. Məmmədəlı Qazaxlı kənd klubunda nömrə göstərəndə Məhəmməd də səhnəyə çıxır, iki daşı biri-birinə bağlayıb hər əli ilə bir cütünü qaldırır. Pəhləvan onun gücünə heyran 0lur, onu yanına aparmaq istəyir.

Atası dolanışıq ucbatından razılıq vermir, Bolnisida texnikumda oxuyurdu. Bir gün dərsdən çıxanda toy səsi eşıdır. Sən demə, Arıxlıdan Dağ Muğanlıya gəlin aparırlarmış, Gürücülər toyun qabağını kəsib azərbaycanlı güləşçini yıxmışdı. Bu, Məhəmmədə təsir edir. O, gürcü ilə güləşir və onu yıxır. Gurcülər onun qabağına başqa birisini çıxardırlar, Məhəmməd onu da yıxır. Daha iki gürcünü də yıxan Məhəmməd meydanı qalib kimi tərk edir. Gürcülər “Bu ki pələngmiş” deyirlər.

Nurani bir kişi Məhəmmədə yaxınlaşıb: “Nəmər nə istəyirsən, oğul?” deyir. Məhəmməd yeknəfəsə dillənir: “Bir erkək”. Kişi razılaşır. Məhəmməd Musa oğlu toyu Dağ Muğanlıyacan gətirir…

Başqa kəndlərdə olduğu kimi, qız qaçırma adəti Faxralıda da qalmaqdadır. Qız iki səbəbdən qaçırılır:

  1. Qızla oğlan bir-birini sevir, valideynlər bu izdivaca razı olmur (qoşulub qaçma).
  2. Qızı oğlana vermirlər, qız onunla ailə qurmaq istəmir (götürülüb qaçma).

Hər iki halda oğlana yaxın dostları, tay-tuşları kömək eləyir. Oğlan ailə quracağı qızı başqa kəndlərdəki qohumlarından birinin evinə aparır. Qızın qohumları onları axtarır ki, qızı oğlanın əlindən alsınlar. Axtarışa milis-polis də qarışır. Nəticə etibarilə qızın yaxın qohumlarından biri (əmisi, dayısı) milisin iştirakı ilə qızla goruşür. Əkşər hallarda qız bu və ya digər səbəbə görə “Özüm gəlmişəm, şikayətim yoxdur” məzmunlu məktub yazır. Oğlan evi barışıq uçun qız evınə minnətçilər göndərir. Elin minnətini tutmayan adam kənddə nüfuzunu itirir…

Beş-altı gündən sonra toya ciddi hazırlıq görülür. Butün çalarları əməl edilməklə toy olur…

Rəşid Faxralı: “Faxralının toyları (lirik anım)” 

Mənbə: Rəşid Faxralı, “Faxralı tək ağır elim var mənim”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur