Faxralıda ən imkansız ailə belə, aşıq məclisi olmadan nə kiçik toy, nə də böyük toy məclisi keçirməzdiiər. Tarixən toya dəvət olunan yaşlı adamlar, hətta bəzi gənclər də günlərlə davam edən aşıq məclislərində, həvəslə iştirak edərdilər. Belə məclislərdə isə dastan danışılardı. Kənddə

  • Qubuş oğlu Oruc,
  • Kələş oğlu İsmayıl,
  • Minalının oğlu Hümbət,
  • Hüseynqulu oğlu Məmməd,
  • Kaxının oğlu Əhməd,
  • Tanrıqul oğlu Həsən

və başqaları kimi çox saylı dastanlarımızı əzbərdən bilən həvəskarlar var idi.

1940–cı illərə qədər toy məclislərində xalq dastanlarının ən mahir ifaçısı Şair Nəbi idi. O, 40-dan çox dastan bilirdi. Şair dastan danışarkən dinləyicilər ona heyranlıqla qulaq asardılar. Şair Nəbi Qurbani, Abbas Tufarqanlı, Aşıq Qərib, Kərəm, Dilqəm, Mehdi bəy, Alıxan, Nəcəf haqqında olan dastanları üç gecəyə danışardı. “Koroğlu” dastanın qolları isə onun repertuarının əsasını təşkil edərdi.

Birinci sırada ortada Şair Nəbi Borçalı aşıqları və el şairləri arasında 1927-ci il

1940-cı ilə kimi Faxralıdan kənar kəndə qız verməzdilər. Kənardan gələn gəlinlər isə barmaqla sayılardı və nadir hadisə hesab edilərdi. Gəlinlər hansı kənddən-obadan gəlmişdilərsə, o adla da adlanırdılar. Türkiyədən iki gəlin  .. biri Aşırlıya, digəri Alqullara, Borçalıdan üç nəfər, Sadaxlıdan üç nəfər, Tiflisdən bir nəfər gətirilmişdi. El arasında onlar Osmanlı qızı, Borçalı qızı, Sadaxlı qızı, şəhərli qızı kimi çağrılardı.

Xatirimdə qalan təmtaraqlı el toylarından biri də 1927-ci ildə yaylaqda Faxralı kəndinin katxudası Təhməzqulu kişinin oğlu Nadirin toyu idi. Nadir Cücə kəndindən adlı-sanlı nəsildən olan Hilal adlı qıza nişanlanmışdı. Yaşlı qadınlar və kişilər qızın hədsiz dərəcədə gözəl olmasından danışardılar. Bu illərdə Şura hökuməti hələ Gürcüstanda yenicə bərqərar olmuşdu. Kəndlərdə, o cümlədən də Faxralıda varlı və nüfüz sahibi olan adamlara qarşı xüsusi siyasət aparılırdı. Hələlik onlara dəyib-dolaşan yox idi. Hətta Təhməzqulu kişinin böyük oğlu İman kənd şurasına sədr seçilmişdi. Ona görə də kəndin imkanlı adamları bir qədər yeni hökumətə inanırdılar. Əllərini iş-gücdən soyutmur, oğul evləndirir, qız ərə verir, hətta əvvəlki illərdə olduğu kimi dəbdəbəli toy məclisləri də keçirirdilər.

Toy üçün yaylaqda əvvəlcədən ciddi hazırlıq işi görülmüşdü. Aralıq deyilən yerdə, Hasannı tayfasının dədə-baba yurdunda böyük alaçıqlar, çadırlar qurulmuşdu. Borçalı kəndlərinin ən adlı-sanlı adamları toya dəvət olunmuşdu. Avqust ayının ortaları olduğundan kəndin bütün yeniyetmə cavanları və yaşlı ailə başçıları yaylaqda idi.

Arandan yaylağa bir neçə bəzəkli fayton da gətirilmişdi. Onlardan biri də varlı adamları həmişə şəhərə, bazara aparan, kəndin toylarında qız evindən gəlin gətirən Səfər kişinin faytonu idi.

Gəlin Cücə kəndindən yaylağa yengələrin və cıdırçıların müşayitilə faytonla gətirildi. Cıdırçıların əvvəli Qaranlıq dərənin ayağında olanda, axırı hələ Cücə kəndindən çıxırdı.

Məclisi el aşıqları aparırdı. Aşıq məclisi üçün xüsusi çadır ayrılmışdı. Məclisə sazın-sözün sərrafları, xirıdarları yığılmışdı. Bu mötəbər məclisdə Faxralı Şair Nəbi, Aşıq Bayramla yanaşı Borçalının və Göycə mahalının adlı-sanlı sənətkarları da istirak edirdilər. Dünyagörmüş məclis iştirakçıları danışırdılar ki, hələ yaşadıqları müddətdə iştirak etdikləri açıq məclislərinin heç birindən belə zövq almayıblar. Məclis üç gün davam etmişdi. Şair Nəbi dinləyicilərin xahişinə görə dastan danışmış, Göyçədən dəvət olunan aşıqlar Aşıq Alının, Aşıq Ələskərin “Görüm səni var ol yaylaq”, “Dağlar” qoşmalarını oxumuş, “Dəli Alının toyu” dastanını, Dərəçiçəkli Nağı bəyin oğlunun toyunda Dollu Abuzərin başına gələn əhvalatlardan, qısqanclıq üzündən başqa bir toy məclisində Aşıq Şenliyin zəhərlənməsindən maraqlı epizodlar söyləmişlər.

Səsinin gur zəguləsi ilə Faxralı Aşıq Həsəni xatırladan Aşıq Sadıq Sultanov Şair Nəbidən icazə alıb o üçün maraqlı olan “Dünya“ Eləsı val”, “Qocalıq” qoşmalarını avazla oxumuşdu. Sonra da Aşıq Sadıq qardaşı Məmmədlə üz-üzə dayanaraq Sair Nəbinin dagların hüsnü-təravətınə qoşduğu şerləri sazın sehrli ahəngi ilə birləşdirmişlər:

Aşıq Sadıq:

Getdim, gördüm bir safalı yurd olub,
Əməli, aqıbəti düz olan dağlar.
Hər şeyə bərabər gülab suları,
Qaynar bulaqları göz olan dağlar.

Aşıq Məmməd:

Duman-çisgin ətrafını bürümüş,
Gahdan bir açılar talalı dağlar.
Əlvan çiçəklərin zənbur müşəsi,
Qondarı pətəkdən bal alı dağlar.

Aşıq Sadıq:

Sanasan bağçadı, saynşır güllər,
Bir ayna qabaqlı sabbikar söylər,
Tələsmə, nazənin, tez ola rüzgar,
Gün çıxar bulutdan yaz olan dağlar.

Aşıq Məmməd:

Səhər-səhər dan yelləri əsəndə,
Şərbət bulaqların tən edər qəndə,
Yığılar gözəllər dövr edər səndə
Çiçəkli, çəmənli gül olan dağlar.

Aşıq Sadıq:

Yaxşı bildim növarağını, işini,
Vaxt olanda yurddan-yurda daşını.
Duman-çisgin bürümüşdü başını,
Açılmaz qabağı naz olan dağlar.

Aşıq Məmməd:

Açılıb nəbatat hər irəng güldü, 
Ötüşür bülbüllər nə şirin dildi,
Ayaqdan başına üç mənzil yoldu,
Köhlən ayağından nal alan dağlar.

AŞIQ Sadıq:

Mən Nəbiyəm, gəlib burda yaylaram,
Səyyad olsam bina salıb oylaram,
Bu cəh-cəlalını tərif eylərəm,
Düşərsən dillərə söz olan dağlar.

Aşıq Məmməd:

Köçüb ellər yurddan-yurda qonubdu,
Sürüb səfasını heyran qalıbdı.
Neçə pəhləvanlar məskən salıbdı,
Bəllidi hasarın, qalalı dağlar.

Aşıq Sadıq:

Şair Nəbim səndə gəzdi bir zaman,
Çəkilməz sinəndən çiskinli duman,
Çuxur günavarda bənövşə, reyhan
Süsənli, sümbüllü, lalalı dağlar.

Axırıncı gün məclisin sonuna yaxın ağsaqqalardan kimsə Faxralı meşəsində Aşıq Şenliyin gənclərlə ova getməsi və ov zamanı onların göstərdiyi məharəti barədə qoşduğu dastanı təfsilatı ilə danışmağı və oxumağı Şair Nəbidən xahiş etmiş, Şair Nəbi bu təklifi məmnuniyyətlə qəbul edərək, dastanı Aşıq Şenliyin bu sözləri ilə bitirmişdi:

Şefil Şenlik bu lisanı gördü xoş,
Görüm Faxralının biri olsun beş.
Abbas tülək tərlan, Musa qızıl quş,
Əhli-mərfət kamandan gördünmü?!

Məlumat üçün bildirim ki, Aşıq Şenlik Türkiyənin Çıldır vilayətindən idi. Deyilənə görə, Borçalı mahalı ilə keçmiş soy bağlılığı da var imiş. Borçalıda saz-söz həvəskarları onu çox sevirdilər. Ona görə də tez-tez Borçalıya gələrmiş. Yaşlı adamların dediklərinə görə, Faxralıda bir neçə dəfə Aşıq Orucun və Əfəndinin qonağı olub. O, Şair Nəbinin istedadını yüksək qiymətləndirmişdi. Sonuncu dəfə Faxralıda 1914-cü ildə olmuş və kənd cavanları ilə meşəyə ova gedib. Aşıq Şenliyi Borçalıda sevdirən bir də onun cəsarəti, qorxmazlığı və türk qeyrəti idi. Onun çar Rusiyasının siyasətinə qarşı mübarizə aparan Borçalı qaçaqlarını türk çavuşu qarşısında mədh etməsi və qoşduğu “dastanı” tez-tez sifariş verərlərmiş:

Al-Osman elinə talan saldılar,
Urum ölkəsinə qılınc çaldılar.
İran ölkəsindən xaraç aldılar,
Şahı da qoydular yasa, əfəndim!

Şair Nəbi böyük həvəslə məclisdə bu dastanı da danışır, sonra məclısı bır dastana sığmayan bəyin toyunun tərifı ilə başa çatdırır, yekunlaşdırır. Bəyın qardaşları, yaxın və uzaq qohumları hər biri ayrılıqda Şaır Nəbıyə və qonşu rayonlardan dəvət olunan aşıqlara ağır hədıyyələr bağışlayırlar. Təəssüf ki, zamanın tərsinə dönən gərdişi Aşıq Ələsgərin “Dəli Alının toyu”, Şair Nəbinin “Uzunbaş oğlu Məhəmmədin toyu”nu tərif edən dastanlar kimi bu dastanın da uzun ömürlü olmasına imkan vermədi. Atalar yaxşı deyiblər ki, “Sən saydığını say, gör fələk nə sayır”, bu təmtəraqlı toy məclisi hasanlıların son şadlıqları oldu. Hamının qibtə etdikləri toyun bəyi Nadir, öz sevgilisi ilahə gözəli Hilal xanımla ancaq üç il bir yastıqda baş qoydular. Az keçmədən elə bir qorxulu, səksəkəli dövr başladı ki, nəinki bu toyun tərifi və xoş təəsüratları yaddan çıxdı, unuduldu, hətta bu tayfanın adını çəkənlər belə, xalq düşmənləri kimi təqibə məruz qaldılar.

Eldə adət-ənənəyə beləcə hörmət edilərdı, ağsaqqal, agbırcək yolu gözlənər, sözləri qiymətli tutulardı. Nəsildən-nəsilə qeyrət, namus, el şərəfi hamı tərəfindən qorunardı. Qorqud nəfəsli, Qorqud təpərlli kişilır elə-obaya, nəslə, tayfaya ağsaqqallıq edər, şərin, böhtanın ayaq tutub yeriməsinə imkan verməzdılər.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur