İki düşmənlinin qərib eldə qarşılaşması

Təhməzqulu oğlu İman təqiblərdən baş götürüb Türkiyəyə keçmişdi, Məsim oğlu İlyas əsirlikdən qaçıb Türkiyəyə gəlmişdi. Taleyin gərdişi ucbatından hər ikisi Vətəndən iraqda yaşayırdı. Günlərin birində bu qan düşmənləri İstanbulda qarşılaşır. Belə bir təsadüfü heç birisi arzulamazdı. Məsimoğlu İlyas İmanı görəndə duruxur: “Varı varımdan çoxdu, pulu pulumdan. Özü də məndən güclüdü. Mənə istədiyi yamanlığı eləyə bilər.

Ətraflı

Qarıv oğlu Orucun öz qanını düşməninə halal etməsi

Sarı Bayramın oğlu Rəhim davadan qayıtmamışdı, o biri oğlu Muxtardan da kağız gəlmirdi. 1956-cı ildə Muxtardan kağız gəlir. Yazırdı ki, Fransadadı, Marsel şəhərində yaşayır. Ağır xəstə olduğu üçun indiyə kimi özü haqqında məlumat verməyib. Bu xoş xəbər kəndə yayılır. Hamı Muxtarın qohum-əqrəbasına, bacılarına gözaydınlığı verır. O vaxtlar toylarda verilən nəməri kəndin nüfuzlu kişilərindən piri ucadan elan

Ətraflı

Quvu oğlu Əlləzin öz “düşməninə” kömək etməsi

Quvu oğlu Əlləz kəndin altında qoruqçuymuş. İşinə ciddi yanaşan bir adam kimi qoruğa mal-qara, qoyun-quzu ayağı dəyməyə qoymazmış. Günlərin birində Polad oğlu Məmməd mal-qaranı örüşə aparmağa ərinir, aparıb salır Quvu oğlu Əlləzin qoruduğu əraziyə. Özü də göy otluğa yayxanır. Qoruqda mal-qara görən Əlləz özünü ora yetirir. Gəlib görür ki, mal-qara öz kefındədi, Polad oğlu Məmməd də

Ətraflı

Hövüd Məhəmmədin ibrətamiz hərəkəti

Alğulların Məmmədəli kənddə Ağ gədə adıyla da tanınırdı. Bir gün o, davarını Hövüd Məhəmmədin Xəmmətdidəki qoruğuna sal1r. Bundan xəbər tutan Məhəmməd özünü qoruğa yetirir. Ağ gədədən mülayimliklə xahiş eləyir ki, eloğluyuq, aramızda narazılıq olmasın, davarını qoruqdan çıxart. Ağ gədə Hövüt Məhəmmədi tərs-tərs süzüb sürüyə sarı gedir, qoyunları sürüdən çıxardır… Üç gündən sonra Hövüd Məhəmməd qoruğu

Ətraflı

Təhməzqulu ağanın öz düşmənini bağrına basması

Qonşu kəndlərin, Sarvanın ağaları Təhməzqulu ağanın qonağıydı. Kimsə təklif eləyir ki, gəlin nişana güllə ataq, görək hansı kəndin atıcısı daha mahirdi. Faxralıda qonağın sözünün üstə söz olmayıb – razılaşırlar. Böyük yola nişan qoyurlar. Heç kim nişanı vura bilmir. Təhməzqulu ağa bunu Faxralının adına töhmət bilir. Çox düşünüb -daşınır. Axırda düşməninin qapısına adam göndərməyi qərara alır:

Ətraflı

Zurab Mustafanın düşməni barədə cavabı

Təhməzqulu ağanın qardaşı oğlu Bayramalı (Mırıx Bayramalı deyirlərmiş) ölür. Hər kəndin Allah adamı da olur, ara vuranı, qəlbinə şeytan girəni də. Qaraürəkli bir naqqal “yerini isti eləmək” məqsədi ilə Zuraboğiu Mustafanın yanına gəlir. Xoş-beşdən sonra deyir ki, bəs, gözün aydın, düşmənin öldü. – Kim öldü? – Mustafa kişi maraqla soruşur. – Düşmənin, Mırıx Bayramalı öldü.

Ətraflı

Bir-biri ilə düşmən olan Təhməzqulu ağa ilə Zurab Mustafanın qərib yerdə dost kimi görüşməsi

Təhməzqulu ağa ilə Zuraf Mustafa düşmənniydi. Araya barışıq salmaq mümkün olmurdu. Hər ikisi adh-sanlı, hörmətli adamıydı, nəinki Faxralıda, yaxın-uzaq ellərdə də xatirləri əziz tutulurdu. Arıxlı Uzunbaşoğlu, oğlunun toy məclisinə Təhməzqulu ağanı da, Zuraf Mustafanı da dəvət eləmişdi. Təhməzqulu ağa toya başının adamları ilə gəlir. Onu hörmət-izzətlə qarşılayır, ayağı altında gəlişinə bir erkək kəsirlər. Zurab Mustafa

Ətraflı

Qaçaq Muradın düşməni tərəfindən bağışlanması

Faxralıda “düşmənçilik” barədə aşağıdakı deyimlər vardır: “Düşmənin mərdinə qurban olum!”. “Kişinin düşməni də olar. Xoş o kışinin halına ki düşməni qeyrətli adam olsun” Bu hadisə Faxralının tarixinin ilk çağlarında olub. Neçə illərdi ki, Qaçaq Muradın ev-eşiyi meşələr, yasdığı daş, yorğanı yapıncısıydı. Yaşı yetmişi aşanda obaya dönür. Günün günorta çağı düz qan düşməninin doqqazına gəlir. Çoxları

Ətraflı
Bayram Poladlının ayı ilə güləşməsi

Bayram Poladlının ayı ilə güləşməsi

Poladlının Bayram güclü, qüvvətli bir adam olub. El arasında ona ləqəb kimi Dıqqıl Bayram deyərmişlər. Faxralıya səyyar sirk truppası gəlibmiş. Klubun qabağına toplaşanlar “dil anlayan, söz qanan” ayını maraqla süzür, addım-addım qabağa gəlirlər. Təlimçi camaatı xəbərdar edir ki, kənara çəkilsinlər, ayı acıqlansa ziyankarlıq olar. Bu xəbərdarlığı Dıqqıl Bayram da eşidir. Dərindən gülür, bir-iki addım da

Ətraflı

Avış öyünün Hüseynəli kişinin mərdi-mərdanə hərəkəti

Faxralının Qaraxaç yaylağındakı yurd yerlərindən biri də Qaranlıq dərədədi. Bir gün binəçilərin mal-qarası Yırğançağın qoruğuna dolur. Qoruqçu mal-qaranı qabaqlayıb aparır, xalxala salır. Xəbər Avış öyünün Hüseynəli kişiyə də çatır. Həmin vaxtlarda binədə başıpapaqlı bircə o imiş. Kişi koğasını götürüb yol alır Yırğançağa – mal-qaranı buraxdırmağa. İnsafən, qoruqçu da, qoruqçunun qonu-qonşusu da onu səmimi qarşılayır. Xoş-beşdən

Ətraflı

Qıcıların Musa kişinin Faxralı təəssübkeşliyi

Qıcıların Musanın güzarı Sarvana düşür. Draxtına getməyi qərara alır. Sən demə, həmin vaxtlarda bu ətraflarda dəliqanlılığı ilə tanınan Dəli Əhməd də başının dəstəsi ilə draxtmdaymış. Musa içəri girəndə Dəli Əhmədin gözü ona sataşır və üstünə qışqırır: – Eşiyə çıx, köpəyoğlu! Onsuz da yer daracaqdı, gəlib sən də bir yandan yerimizi dar eləmə! Musa bir anlığa

Ətraflı

İveylərin Şahnazar kişinin Qulamhüseyn ağanı təpik altına salması

30-cu illərin bir payız günü Şüləverə odun satmağa gedənlər, draxdının qabağında dayanır, atları açıb dincini alır. Saraclının odun satanları da burda müştəri gözləyirmiş. Faxralıdan gəlmiş iki qardaşın arabasına Qulamhüseyn ağanın quşu qonur. Razılaşıb odunu alır, pulunu verir: – Aparın Quşçuya, mənim qapıma boşaldın. Qardaşlar bu şərtlə razılaşmayıb ağanın pulunu geri qaytarır: – Uzaqdı, Quşçuya getsək

Ətraflı

Güllər Pərisinin əri Məhərrəmdən gileylənməsi (“Merət qalmış” şeiri)

İlin alaçalpoy vaxtlarıydı (buna Boz ay da deyirlər). Mənci Məhərrəm də aran alafını yedızdırəndən sonra binəyə köçməliydi. O mal-qarasını el göməsin deyə gecə köçməyi qərara alır. Arvadı – Pəri (Güllər Pərisi) nə qədər üz vurursa da ərini inadından döndərə bilmir. Nə isə, barxana qavqarlır, arabalar nizamlanır, şər qarışan vaxtlarda mal-qaranı da qabaqlay1b yola düşürlər. “Yalaxlar”

Ətraflı

Kosalar Məhəmmədin Şair Nəbini çaydan çiynində aparan zaman onu suya salacağı ilə qorxudaraq əvəzinədə ondan şeir istəməsi

Kosalar Məhəmmədlə Şair Nəbinin arasında sıxı salağatdıq varıydı. O, şairi öz saztutanı Dəllək Dünnü ilə birlikdə oğlunun toyuna dəvət eləyir. Toydan sonra iki gün də qonaq saxlayır. Məhəmməd qonağını Faxralıya yola saldığı gün çay daşıbmış. Məhəmməd bilirdi ki, xətrini qardaş qədər əziz saxladığı şair sudan ehtiyatlanan adamdı. Minək olmadığından onu çaydan çiynində keçirməlidi. Dəllək Dünnü

Ətraflı

Yahaların Məcidin qoçaqalığı

Yahaların Məcid hökumətdən gizlənirdi – qaçaq idi. Bi gün qardaşı İmaməli ilə binədən arana qayıdırmışlar.  Yarıyolda at ayaqlarının səsi gəlir. Məcid güman edir ki, hökumətin silahlılarıdı, onu izləyirlər. O, sıyrılıb arabadan düşür, yolun kənarındakı kiçik çökəklikdə daldalanır. Atlılar arabaya çatan kimi salamsız-kalamsız İmaməlidən çörək istəyirlər. İmaməli xurcundan iki çörək çıxardır, onlara verir. Xurcunu görən atlıların

Ətraflı

Yahaların Oruc kişinin vəfalı atının onun “qırxı” günündə ölməsi

Yahaların Oruc kişi dünyasını dəyişəndə atı yüyən gəmirir, ayaqlarını yerə döyəcləyir. Mərhum dəfn olunandan sonra atı otlağa ötürürlər və at o gedən olur, tapılmır ki, tapılmır. Kəndin qəbristanlığının yanından keçən bir nəfər Oruc kişinin atını; qəbristanlıqda görür və Yahalara xəbər göndərir. Orucun oğlu qəbristanlığa gəlir və gördüyündən heyrətlənir: at Oruc kişinin məzarı üstündə göz yaşı

Ətraflı

Yalançı cüvəllağın cəzalandırılması

Bu hadisələr nə vaxt olub, məlum deyil… Faxralıya yağı soxulmuşdu. Hamı döyüşə getmişdi. Kəndin yaxınlığında döyüş gedirdi. Kəndi müdafiəsiz qoymamaq üçün beş nəfər kənddə qalmışdı… Döyuşə gedənlərin ləngidiyini görən el ağsaqqalının “dalağı sancır”, döyüş gedən yerə adam göndərir ki, bir sağ xəbər gətirsin, o birilərinə də göstəriş verir ki, döyüşə getməyə hazırlaşsınlar. Lazım gələrsə kəndi uzunsaçlılar da

Ətraflı

Qənirsiz gözəl – Baytallının Güləndamın, onu aldatmış “ərindən” papağını  və atını alaraq qisas alması

Baytallının Güləndam qənirsiz gözəl olub. Gözəlliyi öz yerində, həm də güclü, qüvvətli bir qız imiş. Sorağı yaxın-uzaq ellərə də çatıbmış. Elçilər qapılarını yağır eləsə də, Güləndam heç kimi bəyənmirmiş – hərəsinə bir qulp qoyurmuş. Güləndamın dayısı Şahverdi aşağı kəndlərdən birindən gələn elçilərə “hə” deyir. Sən demə, təzə bəy yaşlı-sinni adammış və işin üstünün açılacağından ehtiyat

Ətraflı

Baytallının Sənəm və Nadir şahın sərkərdəsi ilə bağlı əhvalat

Hər əhvalat bir tarixdir. Hər tarix isə özlüyündə əhvalatın iştirkçısının xarakterinin bu və ya digər çalarını işıqlandırır… XVIII əsrin I yarısında Nadir şah Gürcüstana hərbi XV yürüşə başladı. Onun ordu hissələri kəndləri talayırdı. Doğrudur, ayrı-ayrı kəndlər bu talanlara qarşı silahlı müqavimət göstərirdi. Lakin belə pərakəndə müdafiə ilə nizami ordunun qarşısında dayanmaq mümkün deyildi. Hər halda,

Ətraflı

Gürcü generalının niyyətini pozan 13 yaşlı cəsur Faxralı gənci – Mübariz barədə

1988-ci ilin iyul ayının 28-də Bolnisidə ciddi milli qarşıdurma yaranmışdı. Bu, ermənilərin siyasi təxribatının nəticəsi idi. Həmin gecə azərbaycanlılarla gürcülər arasında silahlı toqquşma oldu; rayon mərkəzinin Çürük Qəmərli deyilən hissəsində səhər açılana kimi atışma davam edirdi. Gürcüstan hökuməti Bolnisiyə 1000 nəfər milis işçisi göndərmiş, rayon mərkəzi mühasirəyə alınmış, ətraf kəndlərlə əlaqə kəsilmişdi… Belə bir şəraitdə

Ətraflı

Kürəyindən güllə yarası ilə öldürülən oğlunun, anası tərəfindən bağışlanmaması

Faxralıda döyüş vaxtı kürəyindən yara alana pis baxıblar; sağ qalan urvatını itirib, ölən urvatsız dəfn edilib. Allahverdi kişinin madar balası döyüşdə ölübmüş. Bir ömürlük dərd yükündən ikiqat olan Tükəzban oğlunun üstünə döşənərək saçını yolur, üzünü cırır. Oğlunun köynəyinin yaxasını cırıb sinəsindəki yaraya baxmaq istəyir. Sinəsində yara tapa bilməyəndə kürəyinə baxır. İki güllə yarası görən ananın

Ətraflı

Təhməzqulu ağanın səxavəti

Təhməzqulu ağa ilə Aşır oğlu Bayramalı (el arasında ona Üçqulaq da deyərdilər) Şulaverə gedirlərmiş. Kərimin qəbrinin yanına çatanda qarşılarından iki adam gəlir. “Cındırlarından cin hürkən“ bu iki nəfər onları görəndə ayaq saxlayır. Salamlaşırlar. Yol adamları onlardan Faxralının yerini soruşur. Təhməzqulu ağa da, Bayramalı kişi də maraqla yoluçuları süzür: – Xeyirdimıi, qardaş? Təhməzqulu ağanı görmək istəyirik.

Ətraflı

Budaqlının Alı

Budaqlının Alı. Güclü adam olub. 1937-ci ildə kənddə çevrilmiş ÇTZ markalı traktoru təkbaşına dikəldib… Sadaxlıdan dağ kəndlərindən birinə gəlin aparırlarmış. Sarvanda toyun qabağını kəsən gürcülər mərc olaraq bir cöngə tələb edir. Bu, çox böyük nəmər idi; öz gücünə güvənən gürcü oğlan evi tərəfdən meydana çıxanın hamısını yıxır. O illərdə (1937-1938) Budaqlının Alı “paltaratonka” maşınında sürücü işləyirdi,

Ətraflı

Səməd Süleyman oğlu

Səməd Süleyman oğlu – Qasımıllı nəslindəndir. Çevik və güclü güləşçi olub. 1943-cü ildə respublika miqyaslı Samqori kanalının tikintisində faxralılar da iştirak edirdi. Onların sırasında Səməd Süleyman oğlu da vardı. Hər kənd öz adamlarının yeyəcək ətliyini də göndərmişdi. Faxralının heyvanlarını Səməd otarırdı. Bir gün gürcülərin təşəbbüsü ilə güləş yarışı təşkil olunur. Tökməbədən bir gürcü meydana çıxanı yıxır.

Ətraflı

Qarqoy Novruz

Qarqoy Novruz hazırcavab kişi olub. Heç zaman sözə gəzinməyib. 60-cı illərdə Gəncə şəhərindən bir tədqiqatçı folklor toplamaq üçün Borçalıya gəlir. Ona Faxralıya da getməyi məsləhət görürlər. Alim Faxralıda Qarqoy Novruzla da görüşür, bildiyi nağılları, əfsanələri, əhvalatları danışmasını xahiş edir. O, qonağın xahişinə əməl eləmək üçün bildiklərini birər-birər söyləyir. Lakin nə danışırsa, alim “bunu bilirəm” –

Ətraflı

Tükən oğlu Abbasəlı

Məhəmməd oğlu Abbasəli, Poladdı nəslindəndir. Anası saxlancıl arvad olub, ciblərındə həmişə şirniyyat saxlayarmış. Buna gorə də kənddə “Tükən” adı ilə tanınırmış. Abbasəlini bu səbbədən Tükən oğlu deyə çağırırdılar. İri cüssəli Abbasəli bir az pələpötür adam olub, dilavərliyi, hazırcavablığı ilə tanınınıb. Abbasəlinin güzarı Sarvana düşür. Sarvanın ac ağalarından biri onu tanıyıb zarafat eləmək istəyir. Görüşəndə əlini

Ətraflı

Nağıların Məhəmməd

Nağıların Məhəmmədin fərdilik vaxtlarında günahsız öldürülmüş qardaşının qanını alanda 15-16 yaşı olub… Saraclıların özləri də etiraf edirdi ki, İsə çox əzazil adam olub. Qaraxaçın ətəyində qoyun otaran Nağıların Nəbinin tüfənginə İsənin gözü düşür, onu müxənnətliklə öldürüb silaha yiyələnir. Altı qardaşdan kiçiyi olan Məhəmməd and içir ki, Nəbinin qanını yerdə qoymayacaq. Saraclının yaylağı ilə Faxralının yaylağını

Ətraflı

Xəmməd Alı

  Xəmməd Alı. İgidlik yalnız köntöy sözü sinirməməklə ölçülməyib. El adına ünvanlanan hədyana qətiyyətlə verilən cavab da mərdlik hesab edilib. Doşan Qurban Sarvana odun satmağa gedirmiş. Bir araba odun satıb kasıblığına vermək fıkrindəymiş. Muğannının altında arabasını saxlayır, atı açır; bir az dincəlmək istəyir. Hava ağarışdaşanda yolda bir odun arabası görünür. Doşan Qurban Xəmməd Alını tanıyır. Onunla

Ətraflı

Nəbi Əlləz oğlu

Nəbi Əlləz oğlu Sədilər nəslindəndir. Mərd kişi olub. İstər öz adına, istərsə də kəndin adına deyılən hər hansı hədyana gülləylə cavab verib. Ağır təbiətli, ləngər yerişli bu kişi “Allah verən can el yolunda qurban getməlidi” – deyərmiş. Dəli Xaçda Aşot adlı bir erməni “yetdiyinə yetib, yetmədiyiıno bir daş atırmş“. Əməlini azmış bu dığa həddini aşır. Kefinin

Ətraflı

Osmanlı Süleyman

Osmanlı Süleyman Ayvaz öyündəndir. Cəsarəti ilə ad qazanıb. Qorxu nə olduğunu bilməyib. El-obada özünə görə xətir-hörmət yiyəsi olub. 1892-ci il idi. Süleyman Haqverdi oğlunun ailəsi Saxundurda binələnmişdi. Qonşu kəndin bir dəliqanlısı ilə onun arasında söz-söhbət yaranır. Bu mübahisədən heç biri geri çəkilmir. Məsələ qəlizləşir. Axırda mübahisəni güllə tamamlayır; Süleyman həmin dəliqanlını öldürür. Onu mühakimə edirlər,

Ətraflı

Maşadı Feran

Maşadı Feran Poladdı nəslindədi. Qüvvətli, azman bir cavan olub. Dediyini eləyən adammış. Ölüm də olsa dediyindən dönməzmiş… Sarvandan bir nəfər Maşadı Ferana pul borcluymuş. Vədə günü çatanda Maşadı Feran qardaşı Qara Bədəli pulun dalınca gödərir. Sən demə, həmin gün Maşadı Ferana pul borclu olan adamın oğlunun toyuymuş. Qız evi gəlini aparmağa gələnlərin qarşısında şərt qoyubmuş ki,

Ətraflı

Dəli Eyyub

Qara Maşadılardandır. İgidliyinə, qorxmazlığına görə ona Dəli Eyyub deyiblər. Dostluqda da çox sədaqətli olub. Qasımlı Səməd ağa igid, mərd, hazırcavab adamlara həmişə ehtiram göstərirdi. Dəli Eyyubun adl-sanı ona da çatıbmış. Günlərin birində Dəli Eyyubu qonaq çağırır. Dəli Eyyub Mehdi ağanın, Əmirxan ağanın da iştirak elədiyi qonaqlığa Ayvaz oğlu Yolçu və Qalayçı oğlu İmaməli ilə bərabər

Ətraflı

Zurab oğlu Mustafa

Amaşlı nəslindəndir. Qeyrətdi, igid, el-oba yelinə uçan bir adam olub. “El təəssübü çəkməyənə kişi demək günahdı” – onun sözləridi. Bu amalla yaşayıb… Arançıları dağa, dağçıları arana aparan yollar yolçusuz olmur. Yol üstündəki bulaqların eyni açılır, güllər-çiçəklər adamın üzünə gülür, çəmənlər ayağına döşənir, ağacların kölgəliyi genişlənir. İllah da ki, yazda, yayda. Peşqurd vaxtıydı. Təhməzqulu ağa ilə

Ətraflı

Çərçi oğlu Hümbət

Faxralıda verilən sözə həmişə əməl edilib. Bu ağır eldə sözvermə andiçmə kimi qəbul olunub, verilən söz həmişə yerinə yetirilib. Verdiyi sözə əməl etməyənlərə görə Çərçi oğlu Hümbətin taleyinə çox daşlar dəyib; iki yaxın qohumunu – yeznəsini və yeznəsinin qardaşını öldürüb, qaçaq olub… Qaçaq həmişə öz igidliyinə, cəsarətinə, sığındığı elin camaatının mehr-məhəbbətinə küsənir. Onu haqlamaqda olan

Ətraflı

Qaçaq Rusdam

Sənədli povestdən parçalar   Səhərin gözü yenicə açılmışdı. Xəfif-xəfif yel əsirdi. Ağacların xırdaca yarpaqları ürkəkliklə titrəşirdi. Hümbət oğlu Rusdam İmanlı tərəfdən dərəni keçib atdan düşdü. Boz kəhərinin qantarğasından tutub evlarinə evlərinə sarı döndü. Kaxının bulağının yanına çatanda dönüb arxaya baxdı və arxayınlıqla yoluna davam elədi. Doqqazlarının ağzında dayandı. Üç aydan çoxuydu ki, evlərinə gələ bilmirdi; ata

Ətraflı

Qara Namaz

Sənədli povestdən parçalar Bu ilin yazı erkən gəlmişdi. Hər tərəf yaşıllığa bələnmişdi. Ağacların tumurcuqları göm-göy göy üzünə boylanırdı. Kolların dibinə qısılmış bonövşolər dikələb üzü yollara sarı boylanırdı. Bulaqların pıçıltısı da şirinləşmişdi. Dünənki selləmədən sonra yollar, izlər qumla, çıl-çırpı ilə örtülmüşdü; bu ilki yaz bolluq, xoş güzəran vəd eləyirdi… Gün yaxırdı. Qara Namaz Başkeçidin ucqar evlərinin

Ətraflı

Erməni təxribatının qarşısı necə alındı

1991-ci ilin yazı idi. Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndinin qəbristanlığında bir, qrup kinemotqrafiya işçisi azərbaycanlılara məxsus milli geyimdə azərbaycanlıların toy mərasimini video-yazıya köçürürdü. Ssenariyə görə, yarımçılpaq erməni qızları vahimə içində qaçışır, “toy”a toplaşan “azərbaycanlı cavanlar” onları qovurdu. Əsas məqsəd də elə bu məqamı video dili ilə tarixləşdirmək idi: guya “zavallı” gürcü qızları (seçilən qızların fızionomik

Ətraflı

Hüseynqulu Məmmədli : “Görüm Faxralının biri olsun beş…” əsəri

Hörmətli izləyicilər! Mən, Hüseynqulu Məmədlinin “Görüm Faxralının biri olsun beş…” əsərinin çapa hazırlanmasında cüzi də olsa yardımçı olmuşam. Həmin vaxtlarda Hüseynqulu müəllim, öz əsrinin sonunda kitabın ərsəyə gəlməsinədə yardımçı olanlara, o cümlədən mənə də təşəkkür etmişdi. Etiraf edirəm ki, həmin vaxtlar bu əsəri dərindən oxumamışdım. Lakin saytın hazırlanması zamanı məlumat mənbəyi kimi bu kitaba müraciət

Ətraflı

Qara Əhmədin qəhrəmanlığı

Qara Əhməd Əhmədalılar nəslindəndir. İgid cəsarətli, adam olub. Çətin situasiyalarda vəziyyətdən çıxmağı bacarıb. Hadisə 1922-ci ildə baş verib. Faxralılar Qaraxaç (Qaraqoç) yaylağından arana köçə hazırlaşırmışlar. Həmin vaxt Aralığın burnuna yaxın ərazidən keçən 2 nəfər erməniyə qoyun itləri hücum edir və itlər onlara xəsarət yetirirlər. Faxralılar itləri kənarlaşdırır, ermənilərə yardım edir və baş vermiş hadisəyə görə onlardan üzr

Ətraflı

95 yaşlı Nazxanım nənə ilə görüş

Nazxanım Hümbət qızı Məmmədova ilə görüş  Faxralı kəndinin tarixi, nəsilləri barədə məlumat toplamaq üçün 23.12.2014-cü il tarixdə Lökbatana, Nazxanım nənənin yaşadığı ünvana yollandım. Nazxanım nənə kiçik oğlu Mahirlə birlikdə yaşayırdı. Mən onun digər oğlu Əli Məmmədovla görüşüb Nazxanım nənənin görüşünə gəldim. O, mənim kim və hansı nəsildən olduğumu öyrəndikdən sonra boynumdan qucaqladı və üzümdən öpdü. Gəlişimin

Ətraflı

Qumara İsmayılın yüksək güləşmək məharəti

Qumara İsmayıl Dombaxlı nəslindən olub. Çoxları kimi o da halal zəhməti ilə dolanıb, güzəranını rəncbərliklə, odun satmaqla yoluna qoyub. O, çox məharətlə oynayan adam olub, yaxşı da güləşərmiş. Qara zurnanın səsini eşidəndə ürəyi atdanarmış, sümükləri titrəşərmiş. Harada olur-olsun özünü toyxanaya yetirərmiş. Ən çox xoşladığı, oynadığı  “Dəyirmanı” havası imiş. Onu Qumara İsmayıl oynayırmışsa, deməli bu  şıdırğı

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur