1991-ci ilin yazı idi. Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndinin qəbristanlığında bir, qrup kinemotqrafiya işçisi azərbaycanlılara məxsus milli geyimdə azərbaycanlıların toy mərasimini video-yazıya köçürürdü. Ssenariyə görə, yarımçılpaq erməni qızları vahimə içində qaçışır, “toy”a toplaşan “azərbaycanlı cavanlar” onları qovurdu. Əsas məqsəd də elə bu məqamı video dili ilə tarixləşdirmək idi: guya “zavallı” gürcü qızları (seçilən qızların fızionomik əlamətləri gürcü cizgilərinə malik idi) yol keçib gedərkən azərbaycanlılar onların namusuna təcavüz eləyir, onları toylarının kef obyektinə çevirir.

Bu kadrlar gürcü millətçilərinin əlinə keçsəydi, o zamanlar gürcülərlə azərbaycanlılar arasında yaranmış milli qarşıdurma daha da genişlənə bilərdi.

Bu hadisə həmin anlarda rayon mərkəzinə gedən RDIŞ-nin iki əməkdaşının (onlardan biri Faxralıdan baş leytenant Ramiz Musayev olub) diqqətindən yayınmır. Onlar çəkiliş qupuna yaxınlaşır və məsləhət görurlər ki, çəkılmış lentlərı təhvıl verməklə çıxıb getsinlər, əks-təqdirdə şöbəyə aparılacaqlar.

Görünür, yuxarılarla razılıq əldə etdiklərindən, rejissor da, fılmin direktoru da ilk öncə bu cavan, cəsarətli zabitlərin sözünü saya salmır.

Lakin, zabitlərin qətiyyətli hərəkəti ilə bu məkrli niyyətin həyata keçirilməsinin qarşısı alınır.

Onlar son çarəyə əl atırlar – kameranı sındıraraq çəkilmiş lenti məhv edirlər.

Beləliklə, ermənilərin təxribatı beşiyindəcə boğulur.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur