Sənədli povestdən parçalar

 

Səhərin gözü yenicə açılmışdı. Xəfif-xəfif yel əsirdi. Ağacların xırdaca yarpaqları ürkəkliklə titrəşirdi.

Hümbət oğlu Rusdam İmanlı tərəfdən dərəni keçib atdan düşdü. Boz kəhərinin qantarğasından tutub evlarinə evlərinə sarı döndü. Kaxının bulağının yanına çatanda dönüb arxaya baxdı və arxayınlıqla yoluna davam elədi.

Doqqazlarının ağzında dayandı. Üç aydan çoxuydu ki, evlərinə gələ bilmirdi; ata yurdundan ötrü burnunuii ucu göynəyirdi.

Budur, indi evlərindədi. Oz əliylə düzəltdiyi çaxçaxı usdufca açıb həyətə keçdi. Kəhərin qantarğasını tutağacına yenicə bənd eləmişdi ki, öy damının qapısı açıldı. Dönüb baxdı – anası idi. Nənəqız boyuna, yerişinə-duruşuna qəribsədiyi oğlunu görəndə həyəcandan yerindəcə quruyub qaldı. Gözlərinə inana bilmirdi; matdım-matdım baxırdı.

Rusdam özünü anasının ağuşuna atdı. Nənəqızın həsrət qolları oğlunun boynuna dolandı. İki damla göz yaşı Rusdamm yanağında oda-közə döndü:

– Ağlama, ay ana! Qaçaq anası hər şeyə dözməlidi.

Nənəqız göz yaşını silib:

– Ağlamıram, ay oğul, dedi. – Neçə aydı üzünə həsrətik, gördüm ürəyim doldu. Gözlərinə qurvan olum, nə yaşxı gəldin?

– Qulağıma çalpaşıx xəbərlər çatırdı. Dözə bilmədim, gəldim.

Nənəqız narahatlıqla Rusdamın boyunu süzdü:

– Nə xəbər, ay oğul?

Nə bilim, deyirlər ki, hökumət əmilərimi incider, onlara təppəcə gəlir ki, Rusdam üzə çıxmasa hamınızı dama basacağıq. Haqq-heysab çəkməyə gəlmişdim.

Nənəqızın ürəyi uçundu:
– Yox, yox, ay bala. Bu işi ağlından çıxart. Deyib-deyib kiriyəjəkıər. İçəri keç. Bir az dincəl, sonra çıx get. Çuğul ölmüyüf, hökmətə xəbər çatdırar. Allah kərımdi, dünya düzələndə qayıdıb gələrsən. Bizdən niyaran olma, bağrımıza daş bağlıyıb dözəcəyik.

Rusdam beşaçılanı yükün üstünə atıb sədri taxtının qənşərində dayandı. İki-üç saat əvvəl olmuş hadisəni xatırladı…

Rayon mərkəzinə çatmışdı. Bir vaxtlar o da kəndin rəhbəriydi və NKVD-nin rəisinin evini yaxşı tanıyırdı; dirənmədən atın baını o tərəfə döndərdi. Atının qantarğasını həyətdəki ağacın alt budağına bağlayıb qapıya yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. Bir-iki addım sola çəkilib gözlədi. Səs eşidilmədi. Qapını bir də döydü. Gecdən-gec içəridən qadın səsi gəldi:

– Kimdi?

Bu məqamı da nəzərə almışdı – ona yalan danışacaqdı.

– Yaxın adamdı, ləçənniyə deyiləsi vacib sözüm var.

Qapı açıldı. Rusdam otağa keçən kimi silahını çıxardıb zəhmli səslə:

– Ərin hanı?, – dedi.

Qadının rəngi avazımışdı. Rusdam ona toxdaqlıq verib “Qorxma”, dedi. “Sənnən işim yoxdu. Ərini bəri çağır”.

Səsə rəisin özü gəldi. Yaraqlı-yasaqlı adamı tanıdı, qorxudan büzüşdü. Baxışları divar boyu gəzişdi; silahını arayırdı. Rusdam bunu hiss eləyib beşaçılanı onun sinəsinə tuşladı. Sonra üzünü bozartdı:

– Kişi olsaydın, silahının yerini bilərdin. Döyüküb-eləmə. Sinənə döyüb demisən ki, Rusdamı muma döndərəcəm. Öz ayağımla gəlmişəm. Döndər görüm necə döndərərsən.

Bir anlığa susub rəisi təpədən-dırnağacan süzdü:

– Əmilərimdən nə isdiyirsən? Qeyrətin varsa özümü tutdur, öldürtdür. Biqeyrətsən, vaxtsız döyülən qapını özün yox, arvadın açdı. Bura səni öldürməyə gəlmişdim indi öldürmürəm əli ilə qadinı göstərdi – ana olmağa hazırlaşır. Sənin bir gülləlik canını doğulacaq uşağına bağışdıyıram.

Qadın qorxudan uçunurdu…

Rusdam bir addım atıb dayandı:

– Bir də əmilərimin adını tutsan özündən küs!, – dedi və çıxıb getdi. Rəis də, arvadı da quruyub qalmışdı…

Rusdamı düşüncələrdən anasının səsi ayırdı:

– Ay oğul! Keçəl oğlu Axverdi adam yollayıb, üstünə “otryad“ gəlir!.

Qolunu anasının boynuna doladı. Köksünə sıxdı anasını və arxayınlıqla dilləndi:

– Qorxma, a ana. Sən əldə ölən oğul doğmayıbsan. Mən onlara can vermərəm. İntəhası, istəmərəm məhlədə atışma olsun.

Qanrılıb eşiyə tərəf boylandı. Özünü qınadı, rəisin kölgəsini qılıncladı: “Ay köpəyoğlu, mən səni niyə sağ buraxırdım ki sən də üstümə dəstə göndərərsən!..”

Nə müddətdən bəri gəlmədiyi evlərində bir hovurğuluna dincəlməyə macal tapmamışdı, anasının nurlu çöhrəsinə doyunca baxmamışdı – “otryad” üstünü alırdı.

Adıbəlli qaçağıydı. İndiyəcən heç bir atışmadan qorxub-çəkinməmişdi. Yaxınlaşan təhlükəni qabaqlamaq istədi – məhlədə çaxnaşma düşəcəyindən ehtiyatlandığına görə tələsdi. Anasının ağarışdanmış saçlarından öpüb “Sülöymənə deynən atımı Qara daşın yanına gətirsin”, – dedi və patrondaşını belinə qurşadı, beşaçılanını götürüb həyətə çıxdı. Boz kəhərin sağrılarına, yalmanına əl gəzdirib əmisi Bayramalının həyətinə addadı. Ordan da Kök Namazın, Şönnünün çəpərlərini aşıb Gözəldağa tərəf irəlilədi. Usuv öyünün doqqazına çatanda dönüb arxaya baxdı. Aşağıdan, yolnan gələn atlıları görəndə “sümüyü sancdı,” addımlarını yeyinlətdi…

Gün xeyli qalxmışdı. Rusdam Gözəldağdan bu tərəflərə uzanan yollara baxırd1. Bayaq yolda gördüyü atlıların onu axtardığını zərrəcə şübhəsi yoxuydu. Təhlükəyə qarşı getmək istəmədiyindən Qaradaşa ara sakitləşəndən sonra enməyi qərara almışdı. Canını doğulacağı uşağına bağışladığı rəisin namərdliyi onu yandırıb-yaxırdı. “Yaxşşı!” – pıçıldadı. “Onsuz da səni bu dərdnən qoymuyacam. Yüz canın da olsa biri əlimdən qurtarmayacaq”.

Hələ ki, gözünə şübhəli heç nə dəymirdi. “Otryad”ın geri qayltdlğına inana bilmirdi; az da olsa səksəkə içindəydi…

Narahatlığını bir xeyli aralıdan gələn tütək səsi yumşaltdı. Bu səsin məhrəmliyinə bələndi. Bu səs ona yaxınlıqlarda dolaşan təhıükəni tamam unutdurdu. Tütək səsinə tərəf boylandı. Toylarda qol qaldırıb meydan boyu oynadığı, qara zumanınhay-harayına sarı at çapdığı, nəmərlər aldığı günləri xatırladı. Hardansa qənşərindəki daşa bir kəklik qondu. Bu daşlar gözəlinə doyunca baxmamış onu tütəyin harayı silkələdi. Tütək çalan – sonralar biləcəkdi ki, Qotur Dünyamalıymış – tütəkdə aydınca deyirdi:

Ay Rusdam dayı, dörd yanını alellar,
Səni mansırıya salellar!

Rusdam qaçaq fəhmi ilə dönüb sol tərəfə baxdı. Üç nəfər sinə-sinə dik yuxarı qalxırdı. Beşaçılanı hərləyib tətiyi çəkdi. Gələnlərdən biri yerə sərildi. Rusdam qarşı tərəfə sıçradı…

…Gözəldağın ətəyində dayanmış Keçəloğlu Axverdi, Nabadoğlu Namaz, Ayvaz oğlu Yolçu arxayınlıqla nəfəs dərib silahlarını çuxalarının altında daldaladılar; xata sovuşmuşdu, “otryad”la atışmağa ehtiyac qalmamışdı. Qaçaq Rusdam üstünü almış təhlükədən qurtarmışdı…

Qaradaşın daldasında boz kəhər yiyəsinin iyini aldı…

***

NKVD-nin rəisi kabinetinin qabağında qan içində çabalayırdı. Güllə səsinə gələn milis nəfərləri döyükə-döyükə dörd yana boylanırdı. Təntidiklərindən rəisə ölüm gülləsi atanın hansı tərəfə qaçdığını müəyyənləşdirə bilmədilər; hərəsi bir tərəfə qaçdı.

Rəis qışqırmaq istədi səsi çıxmadı. Qanrılıb ətrafına boylanmağa çalışdı. Sinəsindən axan qan gölmə bağlamışdı. Əli tapançanın qoburunda qalmışdı – halsızlıqdan aça bilməmişdi…

Rəis dəfn ediləndə Qaçaq Rusdamın boz kəhəri Kəpənəkçinin meşələrindən keçib İt körpüsünə çatmaqdaydı.

Elə bil Rusdamın üstündən dağ götürülmüşdü; dediyini eləmişdi, ona yamanlıq eləyən rəisi öldürmüşdü…

***

Qaçaq Rusdamın üstünü qəfıl aldılar. Əl-qol açmağa macal tapmadı. Əllərini qandalladılar. O, çuğulun “kölgəsini qılıncladı: “Yaxşı, ay itin balası, onsuz da gec-tez kimliyini biləcəm. Səni qanına qəltan eləmək mənə borc olsun!” – pıçıldadı.

– Çto tı barmoçeş? Idi! – silahlı adam çəmkirdi.

Rusdam onu tərs-tərs süzdü.

Boz kəhər onun dara düşdüyünü duyubmuş kimi, ayaqlarını yerə döyəclədi. Canıyananlıqla kişnədi. Bu kişnərti meşə boyu əks səda verdi. Silahlılar atı tuta bilmədilər. Qarasına üç-dörd güllə atdılar…

* * *

Tiflisə çatanda axşam düşürdü.

Metex qalası azadlığına qandal olmuş günahlı-günahsız adamların taleyindən xəbərsiz kimi, Kür çayının zümzüməsindən xumarlanırdı. Sərin-sərin meh əsirdi…

Kameraya qaranlıq çökürdü. Rusdam qapının ağzında dayanmışdı. Dustaqlar təzə gətirilən dustağın kimliyini öyrənmək istəsələr də heç biri dillənmirdi. Sükut çox çəkmədi:

– Kimsən, ay oğul, harallsan?

Rusdam səs gələn tərəfə boylandı. Gözləri hələ qaranlığa alışmadığından onu sorğuya tutan adamı aydınlığı ilə seçə bilmirdi. Bir-iki addım qabağa gəldi. Orta yaşlı bir kişiydi, saçı-saqqalı ağanşdanmışdı. Rusdam təmkinlə:

– Faxralıdanam, dedi. – Hümbət oğlu Rusdamam.

Kişi eşitdiklərinə inanmırmış kimi, zəndlə onu süzdü və istər-istəməz ayağa qalxdı. Çöhrəsində heç kəsin, elə Rusdamın da sezə bilmədiyi bir təbəssüm gəzişdi.

– Bəri gəl, qardaş oğlu, gəl yanımda otur.

Kişi bir anlıq dayanıb Rusdamın yaxınlaşmasını gözlədi:

– Özünü görməsəm də adını eşitmişdim. Atan Hümbətlə puddarnan duz-çörək kəsmişik. Mən Qaracalardanam, Həmid ağayam.

Rusdam mehr-məhəbbətlə Həmid ağaya baxdı.

Araya üzücü bir sükut çökmüşdü. Həmid ağanın təzə dustağa münasibəti kameradakılara da sirayət eləmişdi. Sükutu Həmid ağa pozdu:

– Qaçaq hələm-hələm ələ keçməz. Necə oldu ki, tutuldun?

Rusdam təəssüf içində:

– Çuğul ölməyib, Həmid əmi, dedi.

Hamid ağa başını yellədi:

– Elədi, ay oğul, elədi.

Rusdam dustaqlan süzdükcə ürəyi gizildəyirdi, özü ilə bərabər onların da taleyinə acıyırdı. Yumruqları düyünlənmişdi. Bu, Həmid ağanın nəzərindən yayınmadı:

– Savırlı ol, qardaş oğlu. Allah kərimdi.

Dillənmədi. Pəncərə deyilən yerdən süzülən işığın içində dusdaqların çatılmış qaşlarını gördü və pıçıldadı: “Ölünü öz başına qoysan kəfəni yırtar, Həmid əmi! Savrımızı nə vaxta kimi basmalıyıq? Bu biqeyrətlərin qabağından nə vaxta kimi qaçmalıyıq?”

…Səhərə kimi gözünə yuxu getmədi, kamerada var-gəl elədi. Hirsindən dodaqlarını çeynəyirdi. Satqınlıqla tutulmağı ona yaman əsər eləmişdi. Burdan qurtarmaq üçün yollar fikirləşirdi…

Uç gün keçmişdi.

Səhər yoxlanışından sonra Həmid ağaya yaxınlaşdı:

Mən burda qalammaram, Həmid əmi. Hökumətin neçə adamını öldürmüşəm, NKVD-nin rəisini öldürmüşəm. Məni ya Sibir gözdüyür, ya da güllələnmə. Burdan qaçacam.

Nə təhər qaçacaqsan, ay oğul?, Həmid ağanın səsində bir qayğıkeşlik vardı.

– Sizin köməyinizlə.

Həmid ağa Rusdamın sözündən heç nə anlaya bilmədi. Duruxdu, matdım-matdım atasını qardaş bildiyi dustağın üzünə baxdı; bu ötkəm cavanın gözlərində dumanlı bir işıq vardı. Və bu işıq hələ ki öz sirrini gizlətməkdəydi. Həmid ağa bu işığı heç yana yoza bilmədiyindən əllərini bığlarını çəkdi. Rusdam Həmid ağanı intizarda çox saxlamadı, əlini uzadıb onun boğaz şarfını göstərdi, pıçıltı ilə dilləndi:

– Məni bunlar xilas eliyəcək, ay əmi!

Həmid ağa, deyəsən, nəsə anladı və Rusdamın qoluna girib kameraya tərəf çəkdi…

Rusdam uc-uca calanmış boğaz sarflarının bir tərəfini belinə bağlamışdı. Həmid ağanın göstərişi ilə onu aramla aşağı endirirdilər. Dustaqlardan biri qapının ağzında keşikdəydi, gəlib-eləyən olsa əl-ayağına dolaşacaqdı.

…O, qanış-qarış Kür çayına yaxınlaşırdı. Suyun şırıltısını eşidəndə yuxarıdakılara əl elədi…

Həmid ağa da, digər dustaqlar da bu cəsur cavanın qazamatdanı xatasız-bəlasız qurtardığına sevinirdilər. Heç biri onları gözləyən sorğu-sualların vahiməsinə boyun əymirdi. Bığ yeri yenicə tərləyən gürcünün tırınqıladığı “Suliko”nun həzinliyi özünü kameranın divarlarına çırpırdı…

Üzücü sükutu Həmid ağanın duası pozdu:

– Şükür kəramətinə, Xudaya!..

***

…Rusdam yaralanmışdı. Yarası ağır olmasa da xeyli qan itirdiyindən halsızlaşmışdı. Allah versin Bejsənazaranın bağayarpağısını ikicə günün içində yarası qaysaq bağlamışdı və kəndə qayıtmağı, evlərinə baş çəkməyi qərara almışdı: “Axtarıb-axtarıb yorulublar indi. Yəqin rədd olub gediblər.”

Axşam düşürdü. O, silahını götürüb açıqlığa tərəf getdi; kəhərini bir az aralıda yançidar eləmişdi…

Halsızlığı öz yerində, həm də bərk acdığından kəndə deyil, Qaramaya, əmisi oğlu Sarı Bayramın binəsinə getməyi qərara aldı. Sonra nə ükirləşdisə, atın qantarğasını çəkib yolunu dəyişdi, Qudurruya tərəf döndü. Hampanın qardaşı oğlunu öldürəndən sonra qaçaq düşən Baxşo iki ay onun qoltuğuna sığınmışdı. Rusdamdan ayrılanda İrəvana gedəcəyini bildirmişdi. Rusdam “Gedib, gedib də, evi ki yerindədi. Qardaşı Sərkiz ki məni yaxşı tanıyır. Elədiyim eylikləri unutmamış olarlar. Bir də, sınamağı qurd yeməyib” – düşündü. “Onlarda bir az dincələrəm, bir az çay-çörək yeyərəm. Kəndə obaşdan gedərəm”…

…Baxşo ilə qarşılaşanda hər ikisi çaşdı. Rusdam ötkəmliklə:

– A dığa, bəs sən İrəvana gedirdin?

Rusdam dayı, məzhəb haqqı, getmişdim. Araya barışıqllq düşdü, üzə çıxdım. İki gündü gəlmişəm. Sabahda-zadda sənin yanına gələcəkdim.

Baxşonun rəng alıb, rəng verməsi gözündən yayınmadı. Buna baxmayaraq, həyətə keçdi. Səsə içəridən Sərkiz də çıxdı, mehribanlıqla görüşdülər…

Baxşonun özünü suçlular kimi aparması onu açmadığmdan elə qapının ağzındaca Sərkizdən soruşdu:

– Baxşo nə vaxtdan üzə çıxıb? Gözünüz aydın!

– Çox sağ ol, Rusdam kirvə. Bir ay olar.

“Baxşo hökümətə satılıb. Geri qayıtmaq kişilikdən deyil. Deyəcəklər ki, qorxdu. Dincimi alıb yola düzələrəm. Məni aldatdığına görə cəzasını sonra verərəm” – düşündü…

…Sallamalara çatanda hiss elədi ki, qarnı doğranır. Boz kəhəri dəhmərlədi. Qaramaya yetirən kimi Səkinəni səslədi:

– Mənə qatıq verin, deyəsən zəhərlənmişəm. Alleytarı da səsdə, o da gəlsin.

Özünü bir qədər yaxşı hiss eləyirdi. Canına soyuq tər gəlmişdi. Yorğanı başına çəkdi. Kirpikləri qapanırdı, yatmaq istəyirdi. Bir az keçmiş yenə Səkinəni səslədi:

– Yatıb qalsam, məni işıqlaşmamış durğuzun. Gedəsi yerim var. Bayrama da deyərsən mən durmamış getməsin.

“Elədiyim yaxşılıqların əvəzini beləmi çıxırsınız, ay itin belindən gələnlər? Sabah sizi o dünyalıq eləməsəm dədəmin çörəyi mənə haram olsun!”, Baxşonun da, Sərkizin də qətlinə fərman verdi…

***

Baxşo harasa gedirdi. Rusdamı görəndə donub qaldı, ayaqları titrədi, rəngi avazıdı. Udqundu. Rusdam ona dillənməyə imkan vermədi. Boz kəhərdən enib zəhmli səslə çığırdı: “Geri qayıt, it oğlu it!” Baxşo bircə anlığına yan-yörəsinə boylana bildi. Rusdamm əlində parıldayan beşaçılanı görəndə “Sərkizz!”, – deyə bağırdı. “Rusdam qayıdıb!” Sözü ağzında qaldı. Güllə sinəsini yandırdı. Elə bu an Rusdamın papağını bir güllə yalayıb keçdi. O, dönüb qapıya tərəf bir güllə atdı. Sərkizin bağırtısına anası eşiyə çıxdı. Rusdam vahimə içində gah Baxşoya, gah da Sərkizə baxan arvada çəmkirdi:

– Oğullarını kişi bilib evinizə gəlmişdim. Yeməyimə zəhər qatıb məni öldürmək istədilər. Murazdarı gözdərində qaldı. Sən adam yox, ilan doğubsanmış. İndi dığalarını ağla – dedi və kəhərin belinə sıçradı…

***

Payızın sazağı düşmüşdü. Yarpaqlarını tökmüş ağacların həndəvərləriu xəzəllə örtülmüşdü. Binəçilər barxanalarını qavqarırdı. Şər qarışırdı. Hümbət öyünün kalafasındakı binəçilər də yır-yığış edirdi. Kimi dələmə hazırlayır, kimi dəyə çubuqlarının ipini açır, kimi fəsəli üçün un ələyirdi. Ocaq yerində alışan qart dəmirqara kötüyünün qırağında dövrələmə oturan oğul-uşaq maddım-maddım Rusdamı süzürdü. Gülüstan qardaşı Rusdama yaral yemək bişirirdi. “A bala”, dedi Rusdam. “Xurcunda iki beşaçılan var, Birini Tükazvana ver, biri də sənindi. Gərəyiniz olar…” Səhərə yaxın itlərin hürüşməsinə oyandı. Dəyədə heç kim yoxuydu. Tələsik eşiyə çıxdı. Dərə tərəfdə xəzəl xışıldayırdı. Sağ tərəfdən dörd silahlı adam yaxınlaşırdı. Beşaçılanını, patrondaşını götürüb eşiyə atıldı…

Rusdamın izini gülləyə tutmuşdular. O, dönüb arxaya bir daraq güllə boşaltdı və Çopurun biçənəyinə tərəf qaçdı. Tək palıdın arxasında daldalanıb diqqətlə qarşı tərəfı izləyirdi.

Rusdam silahlıları görəndə tətiyi çəkmək istədi. Niyəsə fikrindən daşındı: gövdəsinə sığındığı palıda gənəşirmiş kimi pıçıldadı: “Qoy bir az da yaxınlaşsınlar!” Silahlılar güllə məsafəsinə – ölüm mənzilinə çatanda tətiyi çəkib sağa tərəf atıldı və atışı davam etdirdi. Üstünə ələnən güllələrə məhəl qoymadan atır, yerini dəyişir, yenə atırdı. Güllə səsi meşəni başına götürmüşdü…

Silahlıları sol tərəfdən də gülləyə tutmuşdular. Rusdamın ağlına da gəlməzdi ki, bu, bacısı Tükəzbandı. Kişilər hələ arandan qayıtmamışdılar və Tükəzban atışla qardaşının mühasirədən çıxmasına kömək eləyirdi.

Güllə səsləri içində bir haraya tərəf boylandı – bacısı Tükəzban idi: – Ay lələ, sağdan gələn var! Nişan almadan bacısı deyən səmti gülləyə tutdu. “Otryad”ın rəisi qan içində çabalayırdı…

***

Rusdam dağ yolunda ermənilərlə atışmada öldürüldü – 1924-cü ildə.

 

Səyyad Allahverdiyev – SƏN OLDUN (Qaçaq Rusdama)

Hünər ad gətirər, şöhrət gətirər,
Elin yaddaşında qalan sən oldun.
Adına dastanlar qoşuldu, axı
atlını atından salan sən oldun.

Yoxsulun qeydinə özün qalmısan,
Neçə yarışlarda zəfər çalmısan.
Zalımdan, qəddardan xərac almısan,
Yoxsul balasına bəyan sən oldun.

Yolçu kişi oldu hünər yoldaşın,
Xəmməd Alı idi sirrin, sirdaşın.
Qaçaq Süleymandı böyük qardaşın,
Kömək umanlara əyan sən oldun.

Metex qalasını yarıb, aşmısan,
Neçə göz ovmusan, baş qanatmısan.
Nadan yuxusuna haram qatmısan,
Yaxına, uzağa bəyan sən oldun.

Rüstəm – Zal oğludu, sənsə Hümbətin,
İgid nəvəsisən Bala Məmmədin.
Düşmənlər önündə durmusan mətin,
Dost yolunda başı qoyan sən oldun.

Səyyad söhbət açır şan-şöhrətindən,
Bizə miras qoydun öz qüdrətindən.
Çox söz yazılacaq şücaətindən,
Yağıya doy gələn Kəyan sən oldun.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur