Sənədli povestdən parçalar

Bu ilin yazı erkən gəlmişdi. Hər tərəf yaşıllığa bələnmişdi. Ağacların tumurcuqları göm-göy göy üzünə boylanırdı. Kolların dibinə qısılmış bonövşolər dikələb üzü yollara sarı boylanırdı. Bulaqların pıçıltısı da şirinləşmişdi. Dünənki selləmədən sonra yollar, izlər qumla, çıl-çırpı ilə örtülmüşdü; bu ilki yaz bolluq, xoş güzəran vəd eləyirdi…

Gün yaxırdı. Qara Namaz Başkeçidin ucqar evlərinin birinin qarşısında atın qantarğasnı çəkdi. Gəldiyi yola gözaltı boylanıb ev yiyəsini səslədi.

Bir az keçdi. Cavab verən olmadı. O, düşündü ki, çağırışını eşitməyiblər. Bir də səsləmək istəyirdi ki, yaxınlıqdakı doqqazda orta yaşlı bir kişi göründü. Deyəsən Qara Namazı tanıdı. Uz-gözündə xoş bir təbəssüm dolaşdı. Yaxınlaşıb göy atın qantarğasından tutdu:

– Xoş gəlibsən, ay Namaz! Nə yaxşı bizləri yada saldın, gör neçə aydı görüşmürük. Düş, atdan düş görüm!

İbrahimin əmisi oğlu Nəbi idi. Qara Namaz göy kəhərdən enib dostunun əmisi oğlu ilə görüşdü. İbrahimin deyil, Nəbinin evinə getdilər…

Gecədən xeyli keçmişdi. Namazın can1n1 buxanda korun-korun yanan dəmirqara gırdınları da qızdıra bilmirdi. Onu soyuqdan da betər eşitdikləri üşüdürdü. Ləzgi Mamedin özbaşınalığı, camaata “göz verib, işıq verməməsi” Qara Namazı hövsələdən çıxartmışdı. Acığından əllərini ovuşdururdu. Otaq boyu gəzişdi. Açıq pəncərədən eşiyə boylandı. Aydınlığa qərq olmuş sərin bir yaz gecəsiydi. “Qonaqötürən” itlərin hürüşməsindən savayı heç nə eşidilmirdi. “Qudurğanlığa bir bax! Özgənin nişanlısını qaçırtmaq fikrinə düşmək qana yerikləməkdi. Bu köpəyoğlu ölümü satın gəzir! “İlan ulduz görməsə ölməz” – deyiblər. Ona həddini tanıtmalıyam. İrvahamnan duz-çörək kəsmişik. Onun təəssübünü mən də çəkməyəndə bəs kim çəkəcək?” – Qara Namaz qərarıni verdı: “Sözümə qail olar – yaşıyar, qail olmaz – bir qızıl güllədı, onun canıdı!” Dönüb gözlərini ocağın közünə zilləmiş ev yiyəsinə baxdı:

– Ay Nəbi, ev-eşiyin şen olsun. Mən sabah obaşdan gedəcəm.

– Yox, yox, dünyasında buraxmaram. Əziz qonağımsan. İrvaham da harda olsa sabah axşama kimi qayıdar.

Qara Namaz yerrəmədən salınmış palazın üstündəki mütəkkəyə dirsəklənib:

– Qala bilmərəm, Nəbi qardaş, İrvaham mənim qan qardaşımdı. Onun bostanına atılan daş məni də göynədir, dedi.

Nəbi indi anladı ki, səhv eləyib. Gərək İbrahimin Məngilisə niyə getdiyini xətrini dünyalarcan istədiyi qonağına deməyəydi. Sözü addatmışdı. Qara Namazın xasiyyətinə yaxşı bələd olduğundan ona üz vurmadı…

Yoldan-izdən təkəm-seyrək, qarmaqarışıq səslər gəlirdi.

***

– Eloğlu, bir ayaq saxla, – Qara Namaz örüşə mal aparan cavan oğlanı səslədi. Oğlan, tanımadığı adamın geyim-kecimindən, zəhmli baxışlarından eymənsə də özünü sındırmadı. Dayanıb atlının üzünə baxdı, yəni eşidirəm, nə sözün var, de.

– Bəlkə Ləzgi Mamedin yerini biləsən. Onu görməliyəm. Əcələ işim var.

Oğlanın udqunması Qara Namazın gözündən yayınmadı.

– Narahat olma, ay oğul. Məndən ziyan görməzsən. Onun yerini bilirsənsə de. Qara Namazın səsində bir yumşaqlıq vardı və Mamedin yerini öyrənmək niyyəti ilə oğlana yalan söyləyəsi oldu. – Mamednən türmə yoldaşı olmuşuq.

Oğlan bir qədər geri çəkildi. Ani olaraq fıkrə getdi: “Bu da Mamedin bir tay1 olacaq”. Cavabsız-fılansız uzaqlaşıb getmək istədi, ancaq tanımadığı adamın təhər-töhüründən çəkindi. Könülsüz də olsa:

– Qabaqdakı kəndə get, – dedi. – Mamedin qohumları orda yaşayır. Yerini də onlar bilər…

Qara Namaz kəhərini məhmizlədi…

***

Atın cilovunu çəkdi. Göy kəhər fınxırıb dayandı. Qaçaq fəhmi ilə ətrafı diqqətlə nəzərdən keçirdi. Bir kimsə gözə dəymirdi. Sərin-sərin meh əsirdi. Ağacların titrəşən yarpaqlarının səsindən savayı heç nə eşidilmirdi. Beş-altı addım aralıda axan bulağın pıçıltısını alanda atdan endi. Kəhəri yançidar eləyib bulağa sarı getdi. Ayam bir qədər sərin olsa da yuyundu, bir dolça su içib geri döndü. Başını qaldırıb günə baxdı. Vədələşdikləri vaxtdan keçirdi, gözlədiyi adam hələ gəlib çıxmamışdı. İstər-istəməz narahat oldu. Beşaçılanın qundağı daşa dönmüşdü elə bil – sıxdıqca barmaqları gizildəyirdi.

… Birdən gözləri qarşıdakı cantaraq ağacın güntutar səmtinə düşən kölgəyə sataşdı. Sövq-təbii ağacın dalına çəkildi. Yarganln üstündə dayanmış adamın silahının nişangahında olduğu da diqqətindən yayınmadı. Özünü o yerə qoymadı…

Qarşısında dayanmış adam ağır-ağır dilləndi:

– Qara Namaz sənsənmi?

– Mənəm.

Salamlaşdılar.

Gələn adam – bu, Ləzgi Mamed idi – Qara Namazı diqqətlə süzüb:

– Adını mən də eşitmişəm, dedi və əlı ilə yarğanın üstündə dayanıb onları izləyən adama işarəylə nəsə anlatdı. Adam ordan uzaqlaşdı…

Qara Namaz Mamedə yaxın gəldi. Yöndəmsiz bir kötüyün üstündə oturdular. O, təmkinlə dilləndi:

– Mamed, mən də çox qanlar tökmüşəm. Amma namussuz iş tutmamışam. Qaçaq olan kəs izinə keçməyənlərə dəyib-dolaşmaz. Camaatnan adam kimi dolanar. O ailəynən nə qalmışdığın var? 0 qızı rahat burax. Dedi və gözucu Mamedi süzdü:

– O da bir kişinin qızıdı, bir cavanın nişanlısıdı.

Mamed yerindən qalxıb bir-iki addım dala çəkildi:

– Məni elə buna görəmi çağırıbsan? Mənə ağıl öyrətməyəmi gəlifsən? – dedi.

Qara Namaz təmkinini pozmadan dilləndi:

– Ağıl öyrətməyə yox, məsləhət verməyə gəlmişəm. İrvaham mənim dostumdu. Ona sataşmaq mənə sataşmaqdı. Səni bu yoldan çəkindirməyə gəlmişəm. Sözümü alarsan lap yaxşı, çörək kəsib dost olarıq. Almasan birimiz ölməliyik.

Mamedin əli xəncərinin dəstəyini əzirdi. Qap-qara qaralmışdı. Adını, igidliyini eşitsə də üzünü indi gördüyü qonağın ötkəmliyi onu özündən çıxartmışdı:

– Belədirsə, atını min dalımca sür…

…Geniş bir düzənlikdə dayandılar. Həyəcandanıydımı, acıqdan-hikkədəniydimi, hər nə idisə Mamedin sinəsi qalxıb-enirdi.

– Sözümüzü “dağ eləməliyik”. Arada namərdlik olmasın deyə buranı seçdim – sən təksən, mənim adamlarım nakişilik eləyə bilərdi. İndi Allah ya sənə verər, ya da mənə. Mən qabaqdakı armud ağacının yanına gedirəm, ordan üstünə gələcəm – xəncərlə. Bacanrsansa vur. Çatan kimi bu xəncərlə sənin başını bədənindən ayıracam. Dəli Mamedə hələ belə söz deyən olmamışdı.

…Qara Namazın gözü Mameddəydi.

Ləzgi Mamed “Gəldim!” deyə bağırdı. Bu, şahidsiz bir duelin başlanmasına işarə idi. Mamed Qara Namazın üstünə şığıdı. Namaz beşaçılanı hərləyib tətiyi çəkdi. Güllə yan keçdi. Tətiyi bir də çəkdi. Güllə yenə yayındı…

Mamed Qara Namazın 15-20 addımlığındaydı…

O, nişana gəlmirdi sağa-sola hoppana-hoppana yüyürürdü…

Aralarında 5-6 addım ancaq olardı…

Qara Namaz tətiyi çəkdi. Mamed səntirlədi, ancaq yıxılmadı, Özünü Qara Namaza çatdırmağa çalışırdı. Xəncərinin parıltısı göz qamaşdırırdı…

İkinci güllə onun sinəsini yandırdı…

Bir qədər uzaqlardan bayaqkı bulaq tərəfdən güllə səsləri eşidildi. Qara Namaz göy kəhərə sıçradı…

Axşam düşürdü…

***

Zuraf Mustafa oğlu Nəbi ilə Miyirdişə oduna gəlmişdi. Gətirdikləri sürütmələri araba boyu doğramışdılar. İri gırdınları arabaya yüklədikdən sonra dikəlib ətraflara boylandı. Başını qaldınb göy üzünə baxdı – gün çeşt yerinə qalxmışdı…

O, 10-15 addım aralıdakı iri gövdəli ağacın arxasından onları gözdən qoymayan Qara Namazdan xəbərsiziydi. “Qoy haravalarını yükləsinlər. Mustafanı indi vursam uşaq təntiyər, meyidi arabaya tək qaldıra bilməz. Arabada otursun, sonra vuraram”, Qara Namaz düşündü və səbrlə ata-balanı izlədi…

Zuraf Mustafa gırdınların arasında oturub “A bala”, dedi. “Gəti çörəyimizi yeyək, qalanını sonra yüklüyərik”.

Nəbi süfrə açdı. Ata-bala iştaha ilə çörək yeyirdilər. Nəbi düşüncələr içində loxmasını udub atasının üzünə baxdı:

– Ay ata! Hamı deyir Qara Namaz səni yanıyır, öldürmək istəyir. Sən ona nə eliyibsən?

Zuraf Mustafa köksünü ötürdü, sevgilərlə oğlunu süzdü. Əlini onun saçlarına çəkdi:

– Ay oğul, dedi. Sənin başın üçün mən indiyə kimi onun izinə addamamışam. Hansı köpəyoğlusa məndən ona yaman qandınf. Bu nainsana da qarşılaşmırıq ki, deyəm, mən saa neyləmişəm ki məni yanıyırsan? Namaz qıryatdı kişidi. Anlıyar ki, arada şeytan barmağı var.

Qara Namaz öldürməyə gəldiyi kişinin dediklərini aydınca eşidipdi. Beşaçılanı bir kənara qoyub olmuşları xatırladı. Ürəyində inadla tərəddüd çarpışırdı. Bu fıkrə düşəndə ona deyilənlərin dogru-yalanına məhəl qoymamışdı. “Yaxşı, ay köpəyoğlu!” – çuğulu yanıdı. “Zuraf Mustafa mərd kişidi, yalan yerə and içməz. Bir gədənin yalan sözünə görə onu vurmaq kişilikdən döylü…”

O iştahla çörək yeyən ata-balanı bir də süzdü. “Nə, yaxşı savır elədim” – pıçıldadı və sakitcə gəldiyi kimi, sakitcə də çıxıb getdi…

***

Yazm son ayı idi. El dağa hazırlaşırdı…

Gün çeşt yerindəydi. Havada bir boğanaq vardı. Bir yarpaq titrədəsi yel də əsmirdi. Yollar boşalmışdı, nə gələn vardı, nə də gedən. Quvu oğlu Əlləz binələrinə gedirdi ki, ordan da yaylağa köçsünlər.

Əlləz kişi Daşdı burunda arabanı saxladı – istilənmişdi, tasalamrdı. Arabanın təkərlərinin dalına daş qoyub atı açdı, örükləyib yola boylandı. Yollar səssizlikdən sıxılırdı.

Dərəyə endi, çimmək, sərinləmək istəyirdi…

Qara Namaz uzaqdan da olsa qQuvu oğlu Əlləzi tanıdı. “Yaxşı yerdə axşamladın, Əlləz! Canını dərədəcə alacam!” – pıçıldadı. Ehtiyatla dərəyə tərəf getdi.

Quvu oğlu Əlləzin qardaşı Qara Namazın elçilərinə “yox” demişdi və Qara Namaz bu “yox”un cavabını güllə ilə verməyi qərara almışdı; nə müddətdi onu güdürdü. İki dəfə qarşılaşmışdılar, tünlük olduğu üçün güllə ata bilməmişdi. İndi əlinə yaxşı fürsət düşmüşdü…

Qara Namaz yarğanı endi. Silahını ayağa verib bir-iki addım yaxınlaşdı. Nişan almaq istəyirdi, tətik barmağını titrətdi; Əlləz soyunub çimirdi. Çılpaq adama güllə atmağı nakişilik hesab elədiyindən fikrindən daşındı. Sakitcə dərəyə endi. Qanına qaltan eləmək istədiyi adamın paltarlarını götürüb bir qədər aralıdakı ağacın dibinə qoydu və sakitcə uzaqlaşıb getdi.

…Quvu oğlu Əlləz sudan çıxanda donub qaldı; paltarlarını soyunduğu yerdə görmədi: “Biyavır oldum” özünü qınadı. “Mənə deyən gərək, a zalım, biniyə çatana kimi öləciydinmi? Bundan“ ölüm yaxşıdı”. Qəflətən gözləri bir qədər aralıya qoyulmuş paltarlarına sataşdı. “Qara Namazm işidi, Ağrın alem, a qıryatdı düşmən!” – Əlləz kişinin gözləri doldu, “Çılpax olduğuna görə vurmayıb. Onun bu qeyrəti mənə dərs olsun!”

Əlləz tələsik geyinib dərədən çıxdı. Yolda-izdə kimsə görünmürdü. Göydən od tökülürdü…

***

Gün qüruba meyllənmişdi.

Qara Namaz Gilliyə çatanda dayandı. Kəhər fınxırıb ayaqlarını yerə döydü. Onun nəzərləri yolun qırağında göy otluğa yayxanmış adama sataşdı kimsə atını çidarlayıb otluğa buraxmışdı. Görünür, mənzil kəsəcəkdi, dincəlirdi. Qara Namaza çatdırmışdılar ki, bu tərəflərdə “otryad” görünüb. O, otluğa yayxanmış adamdan bir məlumat almaq istədi.

– Ayə, ay adam, kimsən?

Göy otluqda dincini alan adam qəfil səsdən diksindi. Qanrılıb baxanda başının üstündə dayanmış adamı tanıdı. Baxışları atının yəhərinin qaşına bənd elədiyi tüfəngini aradı. Gec idi. Qara Namaz onu yaman yerdə yaxalamışdı.

Məni vurmaq fikrinə düşmüşdün, – Qara Namaz ağır-ağır dilləndi. – İndi kəlmeyi-şəhadətini de.

Balaməmməddinin İbrahim ayağa qalxdı. Acığından əlləri əsirdi. Ehtiyatsızlığının ağrı-acısını çəkirdi; dişi dodaqlarını əzirdi. Dillənmədi, dik-dik onun üzünə baxdı.

Qara Namaz beşaçılanının dabanını çəkdi. Və niyəsə dönüb yola sarı boylandı. Saraclı tərəfdən gələn silahlıları görcək:

– İrvaham, – dedi. – Baxdın yeyiniymiş. Kazaklar gəlir, mən onları qabaqlamalıyam. Atımdan göz-qulaq ol. İşdi, atışmada ölsəm, atımı da, xurcunu da bizə çatdır. Xurcundakı parçadan öz əyalına da pay götürərsən. Sən etibar ediləsi kişisən. Sağ qalsam, gələrəm sözümüzü dağ eliyərik…

…İmirhəsənlə Faxralının arasına balaca bir körpü var. Qara Namaz bu körpünün altına tərəf çəkildi. Saraclı yolunu burdan tam nəzarətdə saxlamaq mümkündü. “Otryad” qayğısızlıqla yaxınaşırdı.

İbrahim Qara Namazın da atım çidarlayıb İmirhəsonin körpüsünə tərəf addımladı; tüfəngi atışa hazır idi. Namaz təntisə, “otryad” üstələsə o da atışacaqdı: “Eloğluyuq, məni öldürmək niyyətində olsa da onu darda qoymaram”.

“Otryad” güllə mənzilinə çatanda Qara Namaz körpünün altından çıxıb, düz yolun ortasında dayandı. Bir anlığa, tək bircə anlığa onları süzdü və tətiyi çəkdi. Bu qəfıl atışı gözləməyənlər əməllicə çaşdılar, qaçmağa üz qoydular. Qara Namaz onları təqib eləmədi. Onsuz da bu atışmada heç kimi öldürmək fikri yoxuydu…

İkisi də arxayınlıqla atların yanına qayıtdı…

***

Çuğul kimi axtardığı adamı görəndə ürəyi bir az toxdadı. Düz bir aydı ki, onu gəzirdi, “izinə daş qoya-qoya” onu güdürdü. Öldürmək istəyirdi çuğulu; onun ucbatından bir il Sibirdə zillət çəkmişdi. Ölümünə qərar verdiyi adam həm çox ehtiyatlıydı, harda olsa silahını gözündən qoymurdu, həm də sərrast atıcıydı.

– Əl-ayaq tərpətmə! Qara Namaz çuğulun üstünü qəfil aldı.

Çuğul donub qaldı. Udqundu. Dili söz tutar tutmaz dilləndi:

– A Namaz! Əl saxla, nahaq qan tökmə. Məndən sənə yamanlıq keçmiyib. Məni öldürmə.

– Necə yani öldürmə? Sibirdən təkcə sənə görə qaçıb gəlmişəm ki, qanına bələyim səni. Qoy hökmətə şırvananlara dərs olsun! – dedi Qara Namaz və beşaçılanın tətiyini çəkdi…

***

İki gündü yollardaydı. Xeyli qan itirmişdi, halsızıydı. Atın üstə güclə dayanırdı.

Sonuncu atışmada qolundan yaralanmışdı. Yarası ağır olmasa da onu küt bir ağrı incidirdi. isti-isti hiss eləməmişdi. Kəndə, lap elə Başkeçidə – İbrahimgilə gedincə haldan düşərdi. Elə bu səbəbdən də kəhərin qantarğasını çəkib Məngilisə tərəf döndü. Ləzgi Mamedi öldürəndən sonra bu ətraflarda ona xilaskar kimi baxırdılar. O vaxtdan bəri camaat cızığından çıxanı Qara Namaz ilə yanıyırdı. Dörd ay əvvəl bu həndəvərlərdə ağsaqqal bir kişinin dediyi “Allah ömrünü uzun eləsin, ay bala! Camaatın canını xata-baladan qurtardın. Diriykən dilim, ölərsəm gorum sənə alğışçı olacaq” – sözlərini xatırladı, içində bir istək qımıldandı və həmin kişinin evinə getməyi qərara aldı…

Kəndin girəcəyində dayandı. Dönüb gəldiyi yola baxdı – adətiydi, arxasınca getdiyi evə təhlükə aparmazdı…

Ona tərəf gələn cavanın çiynindən asılmış qoşalüləni görəndə yadına düşdü ki, silahı yoxdu. Mühasirədən çıxanda yarğanın qaşında kəhəri büdrəmişdi və yıxılmamaq üçün atın boynuna sanlanda beşaçılanı yerə düşmüşdü. Silahı götürmək üçün atdan ensəydi ölümdən qurtara bilməyəcəkdi; “otryad” lap yaxınlıqda olduğundan kəhəri məhmizləyib aradan çıxmışdı. Kənddə eşitdiyi bir sözü xatırladı: “Silahsız qaçaq ölümünə yerikləyir”. Oğlanın bərabərinə çatanda kəhərdən aşırıldı. Yeknəfəsə:

– Oğlan, gəl tüfəngini mənə sat, – dedi.

Oğlan tanımadığı adamın təhər-töhüründən çəkindi və onun sözlərini eşitməzliyə vurub uzaqlaşmaq istədi. Qara Namaz bunu saymazlıq hesab elədi və oğlana tərəf təfçindi. Əsəbiliklə “Eşitmədinmi?” – dedi. “Tüfəngini mənə sat!”

Oğlan dayandı. Xırdaca səslə dilləndi: “Satmıram. Atam Dolamalarda məni gözləyir. Aparıb ona verəcəm”.

Qara Namaz hiss elədi ki, var bədəni titrəyir:

– Satmazsan zornan alaram. Bura ver tüfəngi!

Oğlan bir-iki addım geri çəkildi.

– Tez elə görüm! – Qara Namaz qışqırdı.

Oğlan qorxa-qorxa:

– Al, dedi və tüfəngi ona tərəf uzatdı. Ehtiyatsızlıq elədi Qara Namaz. Və bu ehtiyatsızlığı ömrü ilə ödədi; yaxınlaşıb tüfəngı almaq istəyəndə oğlan tətiyi çəkdi. Qara Namaz səntirlədi. Oğlan tüfəngi də yerə atıb qaçdı. Nəsə demək istədi, səsi çatmadı. Qara Namaz əliylə sinəsini sıxdı. Barmaqlarının arasından qan şoruldayırdı

…Yaxınlaşan adamların arasında bir simsar aradı, anşıra bilmədi. Gözlərinə qaranlıq çökürdü. Son nəfəsində göylərə baxmaq istədi. Başı üstə dayanmış ağsaqqalın – evinə getmək istədiyi kişinin gözlərində iki damla yaş donmuşdu. Gülümsünməyə çalışdı və təbəssümü dodağında dondu.

***

Qara Namazın Məngilisdə vurulması, orda dəfn olunması xəbəri Faxralıya da çatmışdı. Bu qara xəbəri eşidən Hüseynəli heç kimə heç nə demədən atları yəhərlədi. Xurcuna qazma, bel qoyub atın yəhərinə bənd elədi. Tüfəngini çiyninə aşınb atın belinə atıldı. Boz atı da yedəkləyib yola çıxdı. Şər qarışmışdı.

…Qəbri tapmaqda çətinlik çəkmədi; təzə qəbir tez bilinir. Tək idi, köməyi yoxuydu. Ay işığı dörd yanı nura qərq eləmişdi. Aramla qəbri qazdı Hüseynəli. Təntimişdi, yamanca təntimişdi. Hökumətin xəbər tutmasından ehtiyat eləyirdi. Ürəyi sinəsini döyəcləyirdi.

Meyidi çıxartdı. Eymənmədi. Əyilib qardaşının alnından öpdü. İki damla göz yaşı meyidin yanağı boyu sürüşdü: “Ötən il Sarvanlı bir qaçağın meyidini qohum-əqrəbasına verməmişdilər. Bu hökmətdən nə desən çıxar. Duyuq düşsələr Namazı əlimdən alacaqlar”. Vaxt ötürdü, səhərin açılmasına az qalırdı. Qardaşının məzarının qəriblikdə qalmasını istəməyən Hüseynəlini soyuq tər basdı. Ani olaraq fikrə getdi və xəncərini qınından çıxartdı. “Bağrına daş bağlayıb” Namazın onurğa sümüyünü çapıb boz atın belinə aşırdı…

…Atlar gecənin içi ilə üzü Faxralıya gedirdi. Hüseynəlinin pıçıltısı gecənin içində əriyirdi: “Evimizdə, samanlıqda dəfn eliyəcəm səni. Allaha onsuz da əyandı, harda olduğunu məndən savayı bilən olmayacaq, qardaş, bilən olmayacaq…”

Hava işıqlaşırdı…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur