Bu hadisələr nə vaxt olub, məlum deyil…

Faxralıya yağı soxulmuşdu. Hamı döyüşə getmişdi. Kəndin yaxınlığında döyüş gedirdi. Kəndi müdafiəsiz qoymamaq üçün beş nəfər kənddə qalmışdı…

Döyuşə gedənlərin ləngidiyini görən el ağsaqqalının “dalağı sancır”, döyüş gedən yerə adam göndərir ki, bir sağ xəbər gətirsin, o birilərinə də göstəriş verir ki, döyüşə getməyə hazırlaşsınlar. Lazım gələrsə kəndi uzunsaçlılar da qoruyar.

Ağsaqqal atlarına minənlərə xeyir-dua vermək istəyirdi ki, döyüşdən xəbər gətirməyə göndərilən cavan özünü ağsaqqalın qənşərinə yetirir:

Bizimkilər düşməni qırıb-çatdı!..

Köməyə gedənlər yolundan qalır. Atlarını yançidar eləyib döyüşdəkilərin yolunu gözləyirlər. Müjdə xəbəri gətirmiş çaparın atının boynuna kalağayı bağlayırlar…

Gün çeşt yerinə çatanda bayaq uğurdan qalanlar atı qan-tər içində olan yaralıya qənşər at çapırlar; düşmən bizimkiləri təntidibmış…

Özünü davadan qayıdan, davadan xəbər gətirən adam kimi göstərən, əslində heç o həndəvərlərəcən getməyən, yalanı ilə qeyrətliləri yolundan saxlayan o cüvəllağının dilini dilçəyindən qopardıb atırlar…

…Ər oğullar yağıların axırına çıxır…

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur