Əslinə qalsa, 30 il (1922-1952) bir ictimai quruluşdan ötəri o qədər də böyük tarix deyil. Ancaq bu az bir zaman ölçüsü şirinli, acılı xatirələrlə, mənəvi-mılli təzyiqlərlə, sıxıntılarla, təhqirlərlə doludur. Hazırda yada  düşdükcə insanı dəhşət bürüyür. Buna baxmayaraq Borçalıda, Bolnisidə xeyirxah, insani xatirələri yaşayan rayon partiya komitəsinin I katibləri Həsən Səbri, Zeynalov, Sexadze, Tavadze. Qoçuladze (Borçalı), Məmməd Cəfərli, Əbdül Eyubov, kiryakov, K.M.Lomadze (Bolnisi) ilk dövrlərdə fəaliyyət göstərmiş, xalqın rəğbətini qazanmışdılar. Əksinə, sonralar vəzifə başına gəlmiş bəzi katiblər L.P.Beriyanın, K.N.Çarkvianinin millətçi, şovinist ideyalarına xidmət etmişlər. Məhz belə katiblərin sayəsində Marneulnin (Borçalı) ən görkəmli yerində ana və əllərində qılınc tutan oğlan uşaqlarının abidəsi ucaldılmışdı. Bu abidə Borçalıda, Bolnisidə, Dumanisidə (yaşayan azərbaycanlıların gələcək taleyini hədələyən, iki dost xalqın narahatlığını, narazılıqlarını qızışdıran, müasir milli münasibətlərə xələl gətirən millətçiliyin simvolik rəmzindən başqa bir şey deyildi. Şübhəsiz ki, abidənin məna və məzmununun başqa yozumu da yoxdur.

Təəssüf ki, millətçilik mərəzi üzündən sonralar da günahsız insanlır (azərbaycanlılar), müxtəlif siyasi bəhanələrlə vətənindən, evindən, şəxsi mülkündən dəfələrlə sürgün olunub. Tarixi abidələr, qəbrstanlıqlar xarabalığa çevrilib. Tarixin izləri məqsədli sürətdə itirilib. Respublikada azərbaycanlıların sayını azaltmaq üçün hər növ alçaldıcı, təhqiredici üsula əl atılıb. Azərbaycan kəndləri arasında gürcü kəndləri salınıb. Bu qeyri-insani tədbirin yerinə yetirilməsində bu ənənə olaraq erməni və gürcü millətçilərinin təhlükəsizlik və milis orqanlarında işləyən nümayəndələrindən məharətlə istifadə etmişlər. Onlar yeri gəldikdə Azərbaycan ziyalıları arasında ziddiyyət yaratmışlar, uzun müddətli çəkişmələrin, narazılıqların bünövrəsini qoymuşlar. Bəzi hallarda isə ziyalıların əsassız həbslərinə səbəb olmuşlar. Buna əsas səbəblərdən biri də vaxtilə gürcü gənclərinin bir qrupunun Konstantin Qamsaxurdiyanı Mikoyan tərəfindən alqışlanmış iki cildlik “Qurucu David” romanının millətçilik ideyasından qidalanması idi. Bu zərərli ruh, sonralar Zivyad Qamsaxurdiyanm şovinist hərəkətlərində daha eybəcər halda özünü büruzə verdi və onun özünün məhvi ilə nəticələndi.

1953-cü ildə martın 5-də Stalinin qəflətən ölüm xəbəri radio ilə bütün dünyaya yayıldı. Bu qəflət ölüm sovet xalqını matəmə qərq etdi. Şəhərlərdə, kəndlərdə, fabrik və zavodlarda izdihamlı matəm mitinqi keçirildi. Moskvaya, Mərkəzi Komitənin ünvanına milyonlarla teleqramlar göndərildi. Teleqramlarda ayrı-ayırı vətəndaşlar sovet xalqına hüzünlərini, kədərlərini ifadə etdilər. Partiyanın ətrafında daha da sıx birləşəcəklərinə, Stalinin ideyalarına sadiq qalacaqlarına söz verirdilər…

Stalinin dəfnindən bir neçə gün sonra dəfn mərasimindən vətəninə təzəcə qayıtmış Çexoslavakiya KP-nin I katibi Kliment Qotvalt da eyni xəstəlikdən öldü. Hətta o vaxt belə deyirdilər ki, guya onu Moskvada zəhərləyiblər. Stalinin ölümü barədə də xalq arasında müxtəlif fərziyələr yarandı. Hər iki dövlət başcısının qəsdən öldürüldüyünü deyənlər də vardı.

Stalinin ölümündən sonra Malenkov Partiyanın Mərkəzi Komitəsinin I katibi, Voroşilov Ali Sovetə, Bulqanin isə Nazirlər Sovetinə sədr seçildilər. Lakin bu tərkibdə rəhbərlik uzun çəkmədi. Mahir fırıldaqçı və siyasət dəllalı N.S.Xruşşov bu sadəlövh kommunistləri tezliklə aldada bildi. O, Sov.IKP-nin rəhbərliyini 1956-cı ildə ələ keçirdi. Bulqanin xaricdə səfərdə olarkan Mərkəzi Komitənin plenumunda tutduğu vəzifədən azad edildi. Tezliklə Voroşilov da vəzifədən götürüldü. Stalin, Beriya, Malenkov, Molotov, Voroşilov, bir sözlə, keçmiş rəhbərlik şəxsiyyətə pərəstişlikdə və digər məsələlərdə təqsirləndirildi. Beriya xalq düşməni kimi güllələndi. Molotov partiyadan xaric edildi və ev dustağı olaraq ömrünün axırına kimi nəzarət altında saxlanıldı. Malenkov partiya sıralarından xaric olunaraq Sibirə sürgün edildi. Yerlərdə respublika partiya komitələrinin I katibləri vəzifədən götürüldü.

Beriyanın əlaltıları kimi 1931-1937-ci illərdə kütləvi repressiyaya rəhbərlik etdiklərinə görə 1956-cı ildə Tbilisidə Ali Məhkəmə Rapava, Şoniya, Dekanazov və Ruxadzeyə güllələnmə kəsildi.

Azərbaycanda isə daha gözlənilməz hadisələr baş verdi.
M.C.Bağırovla birlikdə Mərkəşi Partiya Komitəsinin üzvüləri, Nazlrlər Sovetinin sədrı, daxılı ışlər nəzm, dövlət təhlükəsizlik naziri (Teymur Quliyev, Markaryan, Qriqoryan, Yemelyanov və başqaları) həbsə alındılar.

1956-cı ildə açıq məhkəmə prosesı başlandı. Məhkəmədə Bağırova qarşı bir neçə ittiham irəli sürüldü. Bunlar onun xarici kəşfiyyata xidmət etməsi, Beriyanın əlaltısı olması kimi ittihamlar idi. 15 gün davam edən məhkəmədə Bağırova güllələnmək qərarı çıxarıldı. Burada bir daha aydın oldu ki, Bağırovun maymaqlığı nəticəsində respublikada ən məsul vəzifələri tutmuş erməni millətçiləri Qriqoryan, Markaryan, Yemelyanov və başqaları vəzifələrindən sui-istifadə edərək minlərlə günahsız azərbaycanlıları həbs etmiş, ağır işgəncələr vermiş, hətta ölüm cəzasına məhkum etmişlər. 1931, 1937, 1951-ci illərdə kütləvi həbslər zamanı respublikanın ən adlı-sanlı azərbaycanlı ziyalıları erməni terrorunun günahsız qurbanları olmuşlar.

Ədalət naminə etiraf edək ki, N.S.Xruşşov hakimiyyət başına gəldiyi ilk gündən Sovet xalqının ürəyindən olan bir sıra qərarlar da qəbul etdi. İlk növbədə 1931-1937-ci illərdə xalq düşməni kimi həbsə alınmış bütün vətəndaşlara bəraət verdi. Sağ qalanlar həbsxanalardan, sürgünlərdən azad edildi. Ölənlərin ailəsinə isə bəraət kağızı verildi. Müharibə illərində almanlar tərəfındən əsir alınmış və müharibə qurtardıqdan sonra “satqın” kimi sürgün edilmiş yüz minlərlə sovet vətəndaşları bəraət aldı. Müharibə illərində doğma torpaqlarından sürgün edilmiş kabardin-balqarların, qaraçayların və çeçen-inquşların sürgün hökmü ləğv olunaraq onların hamılıqla vətənə qayıtmaları təmin edildi.

Doğrudu, bu ədalətli hökm asanlıqla, əmin-amanlıqla başa galmədi. Bu xalqlar onların haqqında verilmiş ədalətsiz hökm haqqında çox ciddi tələblər qoydular. Hətta keçmiş rəhbərliyin törətdiyi amansızlığa qarşı bəzən kütləvi, bəzən də fərdi aksiyalar, narazılıq mitinqləri keçirdilər, qurbanlar da verdilər.

1944-cü il soyuq dekabr günlərində sürgünə məruz qalan məshəti türklərinə də bəraət verildi. Ancaq onlar nədənsə Gürcüstan torpaqlarına, doğma yurdları olan Axalsıx, Asbinza, Adıgün, Axalkələk rayon və kəndlərinə deyil, başqa respublikalardan haranı istəsələr oraya gedib yaşaya bilərdilər. Ona görə də türklər əsasən Azərybaycanı və bir qismi də Özbəkistanı seçdilər. Azərbaycanın Saatlı, Sabirabad, Beyləqan rayonlarında onlar üçün yeni, abad kəndlər salındı. Bir neçə ailə isə Şamaxıda məskunlaşdı. Bayraqdarov Sosialist Əməyi Qəhramam kimi yüksək ada layiq görüldü. Lakin bir-birindən ayrı, müxtəlif rayonlarda yaşayan türklər bir çox çətinliklərlə üzləşdilər. Ancaq yenə də özlərinə münasib yaşayış şəraiti yaratdılar. Abad qəsəbələr saldılar, güzaran düzəltdilər. Bununla belə vətən həsrətini unuda bilmədilər. Gürcüstan Respublikasına qayıtmaq üçün dəfələrlə məsələ qaldırdılar, yekdilliklə mübariziyə qoşuldular. Onlarla ziyalı Moskvada – Kremlin ətrafında səbirsizliklə müraciətlərinə cavab gözlədilər. Amma onların vətənə qayıtmasına Gürcüstan hökuməti razılıq vermədi. Məzlum türklər öz məqsədlərinə çata bilmədilər. Bu mübarizədə inadla təşkilatçılıq rolunu üzərinə götürmüş Odabaşov (Adıgün kəndindən idi) başqa bəhanələrlə həbs edildi. Yüzlərlə belə qeyrətli, mübariz oğlanlar qurban verilsə də, müsbət nəticə əldə olunmadı. Ümid gələcəyə qaldı…

Xruşşovun azərbaycanlılara qarşı olan münasibəti də şübhəli idi. Digər tərəfdən də Moskvada Mərkəzi Komitənin aparatında çalışan və yüksək vəzifələrdə əyləşən nüfuzlu şəxslərə ağır divan tutdusa da, Mikoyanın xətrinə belə dəymədi. O yenə Xruşşovun sağ əli olaraq bütün cinayətlərin şahidi və iştirakçısı oldu, nə səbəbə?

Saxta ittihamlarla məhkəmə Bağırova güllələmək qərarı verdi. Ancaq onun yol verdiyi nöqsanların kökü araşdırılmadı. Erməni terrorizminin Azərbaycanda törətdiyi cinayətlər mərkəzi düşündürmədi.

Gürcüstanda Mərkəzi Komitənin I katibi Çarkviani də işdən götürüldü. Ancaq onun millətçilik mərəzi, azərbaycanlıların başına gətirdiyi əzablar, yersiz sürgünlər toxunulmaz qaldı, heç kəsi maraqlandırmadı. Çarkviani öz əməlləri müqabilində lazımı cəzaya layiq görülmədi.

Bağırovdan sonra İmam Mustafayev Respublika Partiya Komitəsinə I katib seçildi.

Bəs kim idi İman Mustafayev? O, alim idi, eyni zamanda Gəncə Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsini yerinə yetirirdi. Respublika Partiya Komitəsinə rəhbər seçiləndən sonra Azərbaycan dilinin dövlət dili olması barədə ilk dəfə qərar vermişdi. Tiflis şəhərindən M.F.Axundovun məzarının Bakıya köçürülməsi barədə təşəbbüs göstərmişdi. Gürcüstanda olan Azərbaycan kəndləri daima onun diqqət mərkəzində olmuşdu.

“Azərbaycanda yetişdirilən yeni taxıl növlər: mövzusunda Leninqradda doktorluq dissertasiyası müdafiə etmiş, ilk seleksiyaçı alim adına layiq görülmüşdü. Azərbaycanın partıya və sovet orqanlarında milli kadrların yerləşdirilməsinə xüsusı fikir verırdı. O illədə ideoloji işə baxan katib Qəzənfər Cəfərliyə tapşırmışdı ki, başqa millətlər, xüsusən ermənilər Mərkəzi Komitənin aparatından azad edildikdə onların yerinə büroya yenə erməni təqdim olunsun, ancaq ixtisasları və təhsilləri həmin vəzifələrə müvafıq olmasın, sonra vəzifələrə azərbaycanlılar təqdim edilsin. Beləliklə onun üç illik hakimiyyəti dövründə 100-dən artıq başqa millətdən olan və rəhbər vəzifələrdə çalışan şəxslər azərbaycanlılarla əvəz olunmuşdu.

Şübhəsiz ki, xalqına, millətinə ürəkdən bağlı olan, vətənini sonsuz məhəbbətlə sevən Mustafayev kimi bir şəxs vəzifədə Mikoyanın gözləri qarşısında uzun müddət qala bilməzdi. 1959-cu ildə o, vəzifədən azad edildi. İttihamlar isə məlum idi. Millətçilik, şəxsi sektorda mal-qaranın artması və digər uydurma bəhanələr.

Müzakirə zamanı bir sıra maraqlı dialoqlar baş verir. Xruşşov qəzəblə Mustafayevə sual verir ki, Nəriman Nərimanov kimdir ki, onun adı “Azərbaycan Kommunist Partiyası tarixi oçerkləri ” kitabında dəfələrlə təkrar olunur, ancaq Şaumyanın adı az çəkilir? İman müəllim cavab verməmiş A.Mikoyan dillənir:

“Çünki Şaumyan ermənidi”. Mustafayev də cavabında deyir ki, sən də 27-ci komissar idin, gün gələcək ki, onu təsdiq edəcəyik. Bu cavab nəinki Mikoyanın, hətta Xruşşovun da bərk qəzəbinə səbəb olur. Vəziyyətin ciddiləşdiyini görən keçmiş katib Yakovlev söhbətə qarışır. Və bildirir ki, İman Mustafayev adi katiblərdən deyil o, sıravi çobanlıqdan doktorluğa, görkəmli mütəxəssisə, siyasi dövlət xadiminə qədər yol keçmiş bir şəxsiyyətdir. Əlbəttə Xruşşov Yakovlevin obyektiv müdafiə mövqeyi ilə razılaşmır. Ancaq məsələyə Azərbaycan Partiya Komitəsinin digər katiblərinin iştirakı ilə Kremldə Katiblikdə yenidən baxılır. Bəzi yerli katiblərin İman Mustafayevin əleyinə satqın, yaltaq çıxışları və nahaqdan üzünı durmaları nəticəsində o, vəzifədən götürülür. Və Mikoyanın arzusuna əməl olunur…

Xuruşşov partiyaya rəhbərlik etdiyi illərdə demək olar ki, bütün dünya dövlətlərini gəzir. Ölkənin sərvətini xarici səfərlərdə geninə-boluna dağıtdı. Sovet hökumətinin iqtisadi gücünü zəiflətdi. Kommunist partiyasmm beynəlxalq nüfuzunu kökündən sarsıtdı. O, Amerikaya növbəti səfərlərinin birində, vətəndaşlar qarşısında özünün tam səviyyəsizliyini və qeyri-normal şəxs olduğunu göstərdi. Hətta, vəziyyət o yerə çatdı ki, ABŞ-da çıxış edərkən ona vətəndaşlar lax yumurta atdılar. Onun sərsəm çıxışlarını qəbul etmədilər. Xruşov da öz növbəsində ayaqqabısını əlinə alaraq, intellektual səviyyə etibarə ilə ondan qat-qat yüksək olan amerikalıları hədələdi və təhqir etdi. Bunlar uydurma deyildi. Artıq SSRİ-nin nüfuzunu salan qara ləkə idi.

Xruşşovun hakimiyyəti dövrünə qədər beynəlxalq aləmdə nüfuzlu olan Sovet İKP-nın Büro üzvləri arasında elə ağıla gəlməyən intriqa, çəkişmə yarandı ki, bu vəziyyət partiyanın bütün sonrakı dövr fəaliyyətinin əsasını laxlatdı.

Nəticədə isə Xruşşov Krımda sanatoriyada ikən Mərkəzi Komitənin Siyasi Bürosunda onu Sov.İKP-nin birinci katibi vəzifəsindən azad etdilər (1964).

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur