Yeni quruluşla barışmayan və ona qarşı mərdliklə mübarizə aparan varl1 adamlardan biri də Qarayazının Kosalar kəndindən olan İsaxan ağa idi. O başqa qaçaqlar kimi başına 10-15 silahlı toplayıb meşələrdə qaçaqlıq etmirdi. İsaxan Qarayazıda ən varlı şəxslərdən biri idi. Onun qoyun sürülərinin, qaramal naxırının, at ilxısının sayı-hesabı məlum deyildi. Həmişə olduğu kimi, Şura hökuməti Gürcüstanda bərqərar olduqdan sonra da İsaxan bütün var-dövləti ilə Ermənistanın Varonsovka rayonu ərazisində olan dədə-baba yurdlarında “0v dərəsi” adlanan səfalı bir guşədə məskən salmışdı. Bu illər onun şanı-şöhrəti Gürcüstan, Ermənistan, hətta Türkiyənin Çıldır əyalətinə də hamıya məlum idi.

1929-cu ildə aran köçünə yaxın İsaxanın gəlhagəlli həyatının bir gününü görmək, şəxsiyyətinə yaxından tamaşa etmək mənə də qismət oldu. Doğrudan da insan ömrünün ən sədaqətli anları onun uşaqlıq yaddaşıdı. Hətta qocalıb əldən düşdükdə, ömrün müxtəlif çağlarının xatirələri get-gedə pərakəndə hala düşüb unudulduqda belə, yenə uşaqlıq xatirələri insanı tərk etmir, kövrək hisslərə, duyğulara çevrilir. İsaxanı – xalqımızın əfsanəvi oğlunu, ayaqdan başa namus, qeyrət mücəssəməsini, Cahandar ağaların həm soyunu, müasirini necə görmüşəmsə elə də yaddaşıma həkk edib, nağıllara, əfsanələrə dönmüş həyatının bir anını qoruyub saxlamışam.

Gürcüstanda inqilabdan əvvəl olduğu kimi, Şura hökuməti qurulduqdan sonra da kəndlər, obalar arasında məsafənin yaxın və uzaqlığından asılı olmayaraq var-dövlət sahibi olan nüfuzlu adamları həmişə bir-biri ilə yaxından əlaqə saxlar, el şənliklərində, toylarda özlərinə məxsus ləyaqətlə adları anılar, məclislərin hörmətli qonağı olardılar. Mənim də hələ 10 yaşımda İsaxanın məclisində iştirakıma səbəb bu ümumi el-oba məhəbbəti idi.

Avqust ayının əvvəlləri idi. El-oba aranda tax1l zəmilərini biçib, təsərrüfat işlərini yır-yığış edəndən sonra yaylağa gələr, aran köçünə hazırlaşardılar. Qoyun sürüləri uzaq arxaclardan aşağılara endirilərdi. Elliklə toy-bayram şənliyi ilə qoyun-quzu q1rx1l1r, damazdıq qoçların, qoyunların belinə, alnına qırmızı xına yaxılırdı.

Bizimlə dədə-babadan aran-dag qonşusu olan Abdı evləri  də kifayət qədər var-dövlət sahibi idilər. Yüz ilə yaxın ömür sürmüş Abdı kişinin dörd oğlu (Bədəl, Oruç, Həmid, Abdulla) illərlə artıb-törəyən dövlətlə (mal-qoyun sürüləri, at ilxısı ilə) məşğul olurdular. Böyük oğlu Bədəl ilk günlərdən partiyaya kecmişdi, fəal fırqəçilər sırasında idi. Axşam kurslarında yazıb, oxumaq öyrənmişdi. Ona görə də Bədəli sonralar kənd şurasına sədr seçmişdilər.

Bədəl arandan yaylağa kiçik qardaşı Həmidə sifariş göndərmişdi ki, Ov dərəsinə dostu İsaxanın görüşünə getsin. Bu sifarişdən qabaq Bədəl Tiflisdə İsaxanla görüşmüşdü. İsaxan çoxdan əlaqəni kəsdiyinə görə Bədəli məzəmmət etmişdi. Və tapşırmışdı ki, qardaşlarından birini onların yaylağına göndərsin, yaxşı damazdıq qoçları var, gəlsinlər bir neçəsini aparsınlar. Bu göruşdə onu da əlavə etmişdi ki, Şura hökumətindən gözü su içmir, var-dövlət cəhənnəm, görək oğul-uşağı salamat saxlaya biləcəyik, yoxsa, yox?!

Qardaşı Bədəlin sifarişi yaylağda Həmidə çatandan bir neçə gün sonra artıq arançılar da gəlmişdi. Həmid axşamdan ilxıdan iki minək at gətirdi. Səhər tezdən aran sovqatı ilə dolu qabqacaq xurcunları atlara aşırdı, nənəmin razılığı ilə atların birinə mən, birinə də Həmid mindi, bir uzunqulağı da atların qabağına qatıb yola  düşdük. Axşam çağı Ov dərəsinə, Qarayazı binələrinə çatdıq. Üstü baş keçələri ilə örtülü sıra ilə düzülmüş dəyələrdən çox-çox dəbdəbəli çadırlar, alaçıqlar uzaqdan diqqəti çəkir, yaylaqda Qarayazı camaatının nə qədər firavan günlər keçirdiklərini göstərirdi.

Alaçıqlara çatan kimi bizi hörmət, izzətlə qarşıladılar. İsaxan ilk tanışlıqdan bizimlə doğma adamlar kimi görüşdü, qeyri adi mehribanlıq göstərdi. Onun səliqəli geyimi və ağır təbiətli, məğrur baxışı mənim uşaq marağımı əfsunlamışdı. Əynində qafqazlılara məxsus vəznəli çuxa, başında hələ o zamanlar bizim köçəri əyalətin nə yaşlı, nə də cavanlarında görmədiyim şabalıdı buxara papaq, belində gümüş kəmər və gümüş qınlı, ağ şirmayı dəstəkli xənçər onu daha da qürurlu və zəhmli göstərirdi.

Bizi zili gəvələr və xalçalarla bəzənmiş, nağıllar dünyasına bənzər böyük alaçığa apard1lar.Elin,obanın ağsaqqalları yığıldı, erkəkləf kəsildi, şərəfımizə böyük qonaqlıq verildi. Qarayazı aşıqları məclisi daha da zinətləndirdilər. Axşamdan başlayan məclis səhərə qədər davam etdi. Səhərdən axşama qədər at üstü yol gəlməyim məni 0 qədər yormuşdu ki, hərdəm bir mürgüləyir, yuxusuzluğa dözə bilmirdim.

Səhər naharı da eyni hörmətlə keçdi. İsaxanın bu görüş zamanı öz dostuna göndərdiyi hədiyyələri də unutmaq çətindi. Hədiyyələr bir daha təsdiq etdi ki, o həm də böyük səxavət sahibi idi. Qonağını ağır sovqatla yola saldı. Nə az, nə çox 10 baş damazlıq qoç, iki atın və bir uzunqulağın götürə biləcəyi qədər aran sovqatı ilə xurcunlar dolduruldu. Üstəlik də iki cins (qoyun itindən) küçük bağışladı ki, o da gözlənilməz hədiyyə oldu. Səhər saat 11-12 radələrində öz yurdumuza qayıtdıq. Və gecə yarı gəlib məhəlləmizə çatdıq.

Sonralar İsaxan və qohumu Xazeynin qorxmazlığı və qəhrəmanlığı haqqında Faxralıda rəvayətlər danışırdılar. Belə söyləyirdilər ki, onun ətrafında olan nəinki kişilər və cavan oğlanlar, hətta qadınlar, qızlar belə əllərinə silah götürüb düşmənlə vuruşmağa hazır imiş. Onun belə mütəşəkkil mübarizəsi dəfələrlə milis dəstələrini qamaşdırmış, onları açıq döyüşdən, qan tökmədən çəkindirmişdi.

1921-ci ildən 1931-ci ilə kimi Qafqazda, xüsusən Gürcüstanda sovet kəşfiyyat və əks kəşfiyyat idarələrində və Azərbaycanda fövqəladə dövlət komissiyasında rəhbər vəzifədə işləyən L.P.Beriya qaçaqlara (banditizmə) qarşı mübarizədə xüsusi xidmət göstərirdi.

Bu illərdə Gürcüstanda qaçaqlara qarşı mübarizələrdə ad-san qazanmış və azərbaycanlıların “dostu” kimi tanınan başqa bir şəxs Naçqiyeba da artıq kəşfiyyat idarəsinin və fövqəladə dövlət komissiyasının etibarını qazanmışdı. Beriya isə onun xidmətlərini yüksək qiymətləndirirdi. Belə qərara gəlirlər ki, İsaxanın üzə çıxarılmasında yalnız Tiflisdə yaşayan nüfuzlu dostları onlara kömək edə bilər. Həm də Beriya məlumat almışdı ki, İsaxanın Saburtalalı Qara Namazla və onun qardaşı Məmmədlə yaxın dostluğu var. Bu dostluqdan istifadə etmək müsbət nəticə verə bilərdi.

Bu məqsədlə Beriya Namazı yanına dəvət etmiş və fikrini ona bildirmişdi. Hətta Beriya İsaxanın təhlükəsizliyini təmin edəcəyinə və təhlükəsizlik orqanlarında məsul vəzifəyə təyin edəcəyinə də təminat vermişdi.

Bir məsələni də xatırladım ki, Saburtalalı Qara Namaz və onun qardaşı Məmmədlə Beriya qaçaqlara qarşı silahlı mübarizə zamanı tanış olmuş, sonra da bu tanışlıq “dostluğa” çevrilmişdi.

Deyilənə görə, gürcü millətindən olan bir dəstə qaçaq tez-tez gecələr, fürsət tapıb Tiflisin Saburtala hissəsinə hücum çəkir, azərbaycanlıların evlərini qarət edir və ciddi narahatlıq yaradırmış. Bu səbəbdən də Qara Namaz və qardaşı Məmməd bir neçə dəliqanlı azərbaycanlıları başına yığır, əvvəlcədən gürcü qaçaqlarının məskən saldıqları yeri müəyyənləşdirib, qəflətən oranı mühasirəyə alıb, dəstəni məhv edirlər. Bu hadisə tez bir zamanda Gürcüstana yayılır. Saburtalah Namaz isə hökumətdən ehtiyat edərək öz dəstəsilə bir müddət çöllərdə qaçaqlıq edir. Beriya bu “türk bandasını” ləğv etməyi öz üzərinə götürür. .

L.Beriya bir neçə il əvvəl Bakıda Azərbaycan Sənaye İnstitutda təhsil almışdı, Azərbaycan dilini də nisbətən bilirdi. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, həm də Azərbaycanda Fövqəladə Dövlət Komissiyasının sədr müavini idi. Bəlkə elə bu səbəbdən, ya da Tiflisdə yaşayan azərbaycanlılara qarşı olan milli eqoyizm hissi onu Namazm qaçaq dəstəsini ləğv etməyə gedən milis bölüyünə şəxsən rəhbərlik etməyə sövq etmişdi.

Beriyanın rəhbərliyi altında silahlı dəstənin onun üzərinə gələcəyi barədə öz adamları tərəfindən Saburtalalı Namaza da xəbərdarlıq edilmişdi. Hətta hücumun təşkil ediləcəyi gün də məlum idi. Namaz hücum gözlənilən gün meşənin dərinliyində, etibarlı bir yerdə milis dəstələri gəlib keçə biləcəyi keçidin hər tərəfındə etibarlı və sərrast atıcılar yerləşdirmişdi. Və tapşırılmışdı ki, onun əmri olmadan heç kəs silaha əl atmasın, çalışmaq lazımdır ki, mümkün qədər qan tökülməsin.

Deyilənə görə, belə bir əmri milis nəfərlərinə Beriya da veribmiş. Həmin gün səhərdən xeyli keçmiş Beriyanın silahlı dəstəsi nizamla, təhlükə gözləmədən gəlib dar keçiddən keçərkən qəflətən hər tərəfdən “tərpənməyin və silahları yerə atın!” əmri bütün ətrafa yayılır və dəstəni vahiməyə salır. Artıq təpədən dırnağa qədər silahlamış qaçaqlar bir anda qabağı və arxanı kəsirlər. Silaha əl atmaq və qan tökməyin faydasız olduğunu hiss edən Beriya, dəstənin başçısı ilə danışıq aparmağı vəziyyətdən çıxış yolu hesab edir. Beriya da başda olmaqla “atriyat”da iştirak edən milis nəfərləri silahlarını yerə qoyurlar. Silahlı toqquşmanın sovuşduğunu görən Qara Namaz qardaşı Məmmədə əmr eləyir ki, onların qarşısına çıxsın və qırılmaq istəmirlərsə, başları salamatkən geri qayıtmalarını əmr etsin.

Məmməd cəld yolun ortasına milis dəstəsinin qarşısına atılır, əllərini onların qanlarına bulamaq istəmədiklərini və tez gəldikləri yolla geri qayıtmalarını əmr edir.

Bu sözü eşidən Beriya irəli çıxır, özünü təqdim edir. Əslində heç də pis niyətlə gəlmədiklərini və onların başçıları ilə görüşmək arzusunda olduğunu bildirir. Və onun bu xoş məramlı arzusunu başçılarına çatdırmağı xahiş edir. Məmməd cəld qardaşı Namazın yanına dönür, bu təklifı ona çatdırır. Namaz fikirləşir ki, əgər doğrudan da onu görüşə dəvət edən Beriyadırsa, bu görüş onların siyasi taleyi üçün faydalı ola bilər. Bu mülahizə ilə də Namaz Beriyanın qarşısına çıxır. Ədəblə salamlaşırlar. Qarşı-qaşıya gəlib əl tuturlar.

Onu da qeyd edim ki, Namaz və onun dəstəsində olan gənclər Tiflisdə yaşadıqlarına görə gürcü dilini də Azərbaycan dili qədər gözəl bilirdilər. Beriya da yeri düşəndə Azərbaycan dilində danışırdı, Ona görə də gah Azərbaycan, gah da gürcü dilində danışırdılar. İki dildə danışdıqca gərginlik aradan qalxır, qismən də kefləri durulur və get-gedə sərt münasibət, düşmənçilik, kin-küdurət aradan qalxırdı. Beriya qarşısında qürurla dayanan uca boylu, gözəl qamətli Namaza heyranlıqla baxır, onun qaçaq düşməsinin səbəbini öz dilindən eşitmək istəyirdi. Bu istəklə də mehribancasına qayğıkeşliklə onun və yoldaşlarının nə üçün evdən, ailədən, çöllərə, didərgin düşmələrinin səbəbini soruşur. Namaz qeyd edir ki, gürcü quldurları tez-tez onun qohumlarının evlərinə basqın edir, talayırdı, fasiləsiz olaraq arvad-uşağı incidir və təhqir edirdilər. Bu təhqirlərə dözməyən azərbaycanlı gənclər quldurları həmişəlik cəzalandırıb. Nəticədə isə dövlət qarşısında məsuliyyətini hiss edərək çöllərə düşdüklərini söyləyir. Namazı diqqətlə dinləyən Beriya: ”Elə bundan ötrü qaçaq düşmüsünüz, dövlətə qarşı başqa bir əngəliniz yoxdu ki?” deyə Namaza sual verir. Namaz heç bir problemləri olmadığını bildirir. Beriya təkrar dillənir:

Elə isə siz banditizmə qarşı mübarizədə bizim vəzifəmizi yerinə yetirirsiniz. Əgər belə isə onda nə üçün çöllərə düşmüsünüz. Mən təhlükəsizliyinizə tam təminat verirəm. Sizin günahınız yoxdur. Qayıdın ailənizin içinə. Namaz, məni də həmişəlik özünə dost hesab et. Mauzerimi də sənə bağışlayıram, qoy bizim bu gərgin anlarımızdan yadigar olsun. Şəhərə dönəndən sonra səninlə əlaqə saxlayacağam, sən doğurdan da dostluğa layiqsən, qeyrətli olduğun qədər də mərd adamsan, əgər yelbeyin, namərd adam olsaydın bizi bu dar keçiddə, mühasirədə tərk silah etməklə kifayətlənməzdiniz, son nəfərımizə qədər qırardınız. Mən bu mərdanəliyinizi başa düşür və son dərəcədə yüksək qiymətləndirirəm. Bu alicənab hərəkətləriniz qarşs1nda şəxsi minnətdarlığımı, hədiyyəmi və dostluğumu qəbul etmənizi səmimiyyətlə xahiş edirəm.

1930-cu illərdə və ondan sonralar da belə danışırdılar ki Saburtalalı Namaz mühasirə şəraitində Beriyanın ona hədiyyə etmək istədiyi mauzeri qəbul etməmişdi. Və Beriyanın qarşısında səbəbini belə izah etmişdi ki, mən sizin səmimiyyətinizi, dostluğunuzu ürəkdən qəbul edirəm, ancaq hədiyənizi belə dar məqamda qəbul edə bilmərəm.

Siz əmin ola bilərsiniz ki, nə mən, nə də ətrafımdakı gənclər yol kəsən soyğunçu quldur dəstəsi deyilik. Mən əgər sizin mauzerinizi belə mühasirə və tərksilah şəraitində hədiyyə kimi götürsəm, yenə də sabah həm mənim, həm də sizin nüfuzunuza təsir edə biləcək söz söhbət meydana çıxa bilər. Bizim dəstənin toxunulmazlığı haqqında səmimi zəmanətə isə mən ürəkdən inanıram. Günü sabahdan dəstə üzvlərinin hər biri öz evində olacaq. Xahiş edirəm, Siz də belə hesab edin ki, heç nə baş verməyib, silahlarınızı götürüb geri qayıdın.

Yenə danışırdılar ki, burada Namazla Beriya bir daha yenidən əl tutub, mehribanlıqla qucaqlaşıb ayrılırlar. Bu görüşdən isə bir neçə gün sonra Beriya Namazı öz kabinetinə dəvət etmiş, üstü qızıl suyu ilə yazılmış şəxsi mauzerini ona bağışlamışdı. Açığını bildirim ki, bu təfsilatın nə dərəcədə doğru olduğunun şəxsən şahidi olmamışam. Ancaq 1943-cü ildə Tiflisdə azərbaycanlılar yaşayan məhəllədə, N.Nərimanovun adını daşıyan teatr binasının yaxınında Saburtalalı Namazın əzəmətli şəxsiyyətini, belinə bağladığı, qundağı qızıl suyu ilə yazılmış mauzeri yaxından görmək və onu maraqla nəzərdən keçirmək mənə qismət oldu.

Yaxın qohumları, dostları dəfələrlə İsaxana Türkiyəyə keçməyi, orada rahat yaşamağı məsləhət görmüşdülərsə, ancaq o, vətən torpağında qeyrətlə ölməyi üstün tutmuşdu. Hətta yaxın dostlarından birinə demişdi ki, “bizim yerdə yad ellərdən köçüb gələnlərə, ya yesir, ya da dilənçi deyirlər, mən hələ diri ola-ola oğul-uşağımı yad elllərin tənəsinə, təhqirinə qurban verə bilmərəm. “Qürbət elin bəyliyindən vətəndə ölmək şərəflidir“. O bu fikirləri götür-qoy etdiyi zaman yaxın dostu Saburtalalı Qara Namaz Beriya ilə üzbə-üz dayanıb, İsaxanın üzə çıxarılması təklifini müzakirə edirdilər. Deyilənə görə. bir-neçə gün sonra isə Namaz və qardaşı Məmməd İsaxanı
zamin götürərək üzə çıxardılar. Ona Qarayazı əyalətinin milis rəisliyi də tapşırıldı. Ancaq bu “azadlıq” çox çəkmədi. İsaxan 1931-ci il qanlı yanvar hadisələrindən xilas ola bilmədi.

Yeni ictimai quruluşla barışmayan adlı-sanlı adamların əksəriyyəti müəyyən təhsil görmüş şəxslər idi. Onların bir qismi Türkiyəyə keçib yaxalarını qurtarsa da, bir qismi təpədən-dımağa silahlanıb qaçaqlıq etməyi çıxış yolu hesab edirdilər. Belə şəxsləri “yola gətirmək”dən ötəri dövlət təhlükəsizlik orqanlarının siyasətbaz nümayəndələri hər növ fürsətə əl atır, qaçaqların yaxın qohumlanm dilə tutur, yağlı vədlər verib, hiylə işlətmək kimi sınanmış üsullardan istifadə edirdilər.

Hətta qaçaq dəstələri, onların başçıları üzə çıxdıqdan sonra bir müddət onlara toxunulmur, bəzən də şəhərlərdə, rayonda, kənddə onlara müvəqqəti vəzifələr də tapşırılır, yerli mühafızə orqanlarına qəbul edilirdilər. Lakin yeni quruluş tərəfındən “silahlı bandalar” adlanan qaçaq dəstələri tam ləğv edildikdən sonra bu günahsız adamlardan bir nəfər də olsqn, sürgündən, zindandan, ölümdən yaxa qurtara bilmədilər. Məhz İsaxan da, qardaşı Xazeyin də bu qanlı terrorun günahsız qurbanları oldular. Bu qeyrətli şəxslər Şura hökumətinin şərəfsiz cəlladları tərəfindən cismən məhv edildi. Əsas təsəlli odur ki, onların cəsarətli mübarizələri əfsanəyə döndü, həmişə yaşar olaraq qaldı, qədirbilən xalqımızın yaddaşından silinmədi.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur