Həzi Həsənli barədə məlumata baxış

Faxralım

Əgər sən olmasan məndə olmazdım,
A layla beşiyim – nənni Faxralım.
Mən səni heç zaman belə bilməzdim,
Dumanlı Faxralım, çənli Faxralım.

Mənə balam deyən anamsan vətən,
Mənə lalam deyən sonamsan vətən.
Obamsan, yuvamsan, binamsan vətən,
A mənsiz Faxralım, mənim Faxralım.

Gözəldağın gözəlliyin naxışıdır,
Qızıl qayan qartallann baxışıdır.
Toz-torpağın, palçığın da yaxşıdır,
Yağışlı–yağmurlu günlü Faxralım.

Dostunun dərdini dərdi bilənim,
Dostla tikəsini yarı bölənim.
Dost qardaş yolunda ölüb ölənim,
Düşməninə dəvə kinni Faxralım.

Güllə qabağına yeriyən ərlər,
Koroğlu igidlər, nər oğlu nərlər.
Dillərdə söylənir dastan əsərlər,
Təhməzqulum, həm imanlı Faxralım.

Yenə niskinlərim canda gəzindi,
Məni məndən alan sazım gəz indi.
Adına söz qoşan ozan Həzindi,
O sözü-söhbəti yönlü Faxralım.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur