Təəssüf ki, Azərbaycanda qədimdən xatirə, gündəlik, əlamətdar tarixi hadisələrin qeydini aparmaq dəbdə olmayıb. Bu barədə qədim ərəblərdən və yunanlardan sonra ermənilər daha çox səxavət göstəriblər. Ermənilərin kilsə xadimləri, səyyahlar, tacirlər öz növbəsində yaşadıqları dövrün tarixi hadisələrinə biganə qalmamışlar. Buna görədir ki, xristiyan tarixçilərinin vaxtilə yazdıqları əsərlər Qafqaz xalqlarının qədim və orta əsr tarixlərini öyrənmək üçün mənbə kimi istifadə edilir. Erməni tarixçisi Yeqiş Vardaped (V), David Kalankatunlu (V), Moisey Xorenski (V), Tovma Arsurini (X), Mixitar Qoş (XII), Kirokos Gəncəli (XII), Təbrizli Arakel (XII) və başqalarının əsərləri göstərir ki, ermənilərin din xadimləri nəinki dinə qulluq etmiş, hətta öz milli tarixlərinin yaradıcısı olmuşlar.

Doğrudur, erməni və gürcü tarixçiləri əksər hallarda faktları təhrif etmiş, bəzən qatı millətçilik çərçivəsindən kənara çıxmamışlar, yeri gəldikdə isə şüurlu və düşünülmüş təhriflərə yol vermişlər. Hətta hərbi yürüşlər, qanlı müharibələrdən yazarkən belə öz millətlərinə süni bəraət qazandırmışlar. Məsələn, islam dininin yaranması tari– xindən bəhs edən Gəncəli Kirokos “Erməni tarixi” adlı kitabında qeyd edir: “А когда наступил 618 год рождества христа и 67 год армянского летоисчисления, проявился у язичников какой то лжепророк, оболшонной керинформ и арянами, по имени Магамед, родом измаилитянин, из синов Агари. Когда он по торговим делам направлялся в Эвклид, встретиил в Синайской пустине какого то отшелника по имени Серкиз-Вихира, сектанта – армяниня, Тот научил Магамеда ложному познаню, восхаляя перед ним ветхий завет, дарованный Моисеем и сказал: “если послушаешся меня, станешь проводителем и законодателем народа всего” (М.1976 стр. 66-67).

Buradan belə çıxır ki, Məhəmməd peyğəmbər İslam dininin əsasını bir nəfər tərkivətən erməni səfılindən öyrənmişdir. İslam dininə qarşı müəllifin münasibəti də aydındır. Belə misalları istənilən qədər göstərmək olar. Azərbaycan, Ermənistan və Gürcüstanın qədim və orta əsrlər tarixinə aid mənbələrin müəyyən hissəsini nəzərdən keçir dikdə açıq-aşkar görürük ki, Azərbaycan tarixinə aid tarixi faktlar olduqca azdır. Nəzərə çarpan qaynaqlar da başqa millətlərin nümayəndələri tərəfindən qələmə alındığına görə ciddi təhriflərlə doludur. Ona görə də yaşadığım 80 ilin qismən də olsa müəyyən dövrlərini, ziddiyyətli, qanlı-qadalı mərhələlərini, keşməkeşli anlarını kağıza köçürməyi qərara aldım.

Yaşadığım dövr ictimai-siyasi hadisələrlə, inqilabi çevrilişlər, qanlı müharibələrlə dolu, insan zəkasının misli görünməmiş möcüzələr yaratdığı, elm və texnikanın yüksək zirvələr fəth etdiyi bir dövrdür. İlk kosmik gəmilər, qitələr arası raketlər, atom, neytron, baktereoloji mərmilər, kütləvi qırğınlar yaradan silahlar, bəşəriyyəti təhlükə altına alan, dünyanın əvvəl-axır qorxusunu törədən hərbi silahlar məhz bu yüz illiyin məhsuludur.

Amerikanın və Rusiyanın havadarlığı ilə İsrail ərəb ölkələrini məhv etməyə, kəndləri, şəhərləri xaraba qoymağa, milyonlarla günahsız insanları vətənindən didərgin salmağa çalışır.

Min illərdən bəri İranda hökm sürən şahlıq səltənətinə, 70 ilə yaxın başqa millətlərin üstündə ağalıq edən, böyük bir ölkəni günahsız insanların qətl sallaxanasına, sürgün düşərgələrinə, həbsxanalara çevirən millətçi Rus-Sovet imperiyasına, qanlı Stalin rejiminə bu illərdə son qoyuldu.

Xarici dövlətlərin və kilsələrin fitnəkarlığı nəticəsində İranla İraq arasında baş verən mənasız müharibə, Əfqanıstanda illərdən bəri davam edən vətəndaş müharibəsi (qardaş qırğını) bu illərin qanlı faciəsi kimi tarix səhifələrinə daxil oldu. Rus-sovet qoşunlan 1986-cı ilin dekabrın 26-da Alma-Ata şəhərində, həmçinin Riqada qanlı qırğınlar törətdi. İşğalçı rus-sovet ordusunun iştirakı ilə 300 mindən artıq azərbaycanlı öz tarixi torpaqlarından Qərbi Azərbaycandan (indiki Ermənistan) qovuldular. SSRİ dövlət təhlükəsizlik orqanlarının və onların Azərbaycandakı bəzi sədaqətli nökərlərinin fitnəkar xidmətləri sayəsində Sumqayıt şəhərində erməni-müsəlman qırğını kimi faciəli hadisə baş verdi (1988). Və iki qonşu xalq arasında illərlə davam edən müharibənin əsası qoyuldu, nəhayət, sovet ordusu 1989-cu ilin aprelin 9-da Tbilisidə milli azadlıq uğrunda mübarizə aparan bir qrup demokratik ruhlu gürcü gəncini, 1990-cı ilin yanvarın 20-də Bakıda yüzlərlə azadlıq mücahidlərini amansızcasına qətlə yetirdi. Kimsəsiz qalan qocaları, qadınları, körpələri həmişəlik gözyaşlarına mübtəla etdilər. Bütün bu eybəcərlikləri Azərbaycanın özəli torpaqlarının bir qismini – Qarabağı və ətraf rayonları (Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Kəlbəcər) sovet ordusunun silah gücünə istila etməsi, bir milyondan çox dinc əhalinin evindən-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Bu vəhşiliklər ruslar tərəfindən erməni millətçilərinin qabiliyyəti, yenilməzliyi kimi beynəlxalq aləmə təqdim edildi. Yəqin ki, bu hadisə ermənilərin saxta, yalan hərb tarixində də belə qalacaq. Ruslar əvvəllər olduğu kimi din qardaşları qarşısında XX əsrdə öz növbəti borclarını beləcə, sədaqətlə yerinə yetirdilər. Hətta üstəlik azadlıq və müstəqillik uğrunda öz haqq səslərini qaldıran çeçen xalq1n1 müharibə nəticəsində yerli-dibli məhv etməyə çalışdılar. Çeçenlər müsəlman olduqları üçün Avropa dövlətləri və beynəlxalq təşkilatlar da bu haqsızlığa biganə qaldılar. Çox saylı islam dövlətləri isə Rusiya qarşısında öz siyasi və hərbi gücsüzlüklərini hiss edərək səslərini belə çıxarmaqdan çəkindilər. Bu, dövr üçün ən acınacaqlı haldır. Hətta özünü islam dövləti və islam təbliğatçısı hesab edən İran, Rus dövlətinə sədaqətini göstərmək üçün çeçenlərin sülh yürüşünə mane olmağa çalışdı. 2000-ci ilin iyun ayında Çeçenistan İnsan haqları Müdafiə Komitəsinin sədri Saidemin İbrahimovun “Ekspress” qəzətinə verdiyi müsahibədən aydın olur ki, çeçen xalqının haqq səsini dünya ictimayyətinə çatdırmaq istəyən 49 nəfər Çeçenistan vətəndaşı (o cümlədən, uşaqlar və qadınlar) sülh yürüşü təşkil etmişdir. Yürüş iştirakçıları Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyat başlayan gündən vətəni tərk ediblər. Yürüşçülər Gürcüstan ərazisindən keçərək maneəsiz Azərbaycana gəliblər. Əsas məqsəd isə Azərbaycandan İrana, oradan Türkiyəyə və Avropa dövlətləinə keçmək, yürüş müddətində Rusiyanın aqressiv, istilaçı, müharibə siyasətinin qarşısını almaq üçün haqq səslərini dünya xalqlarına çatdırmaq olub. Ancaq Azərbaycanın Astara sərhəddində yürüş İran dövləti tərəfindən dayandırılmışdır (“Ekspress” qəzeti, 3-5 iyun 2000-ci il).

XIX əsrdə Rusiyanın himayədarlığı ilə yaranmış Ermənistanın ərazisində tarixən azərbaycanlılar (1988 – ci ilə kimi) yaşamışlar.

Gürcüstan ərazisində azərbaycanlıların məskunlaşmasının tarixi çox qədimdir. Ona görə də hazırda Gürcüstanda yaşayan azərbaycanlıların məskunlaşma tarixini I Şah Abbasın Qafqaza hərbi yürüşləri ilə bağlamağın, yaxud da Türkmənistandan gətirilmiş türk tafaları kimi təqdim etməyin heç bir elmi əsası voxdur. Tarixi qaynaqlar, maddi-mədəniyyət abidələri və ərazilərdə hələ də qorunub saxlanan etnoqrafik materiallar azərbaycanlıların əcdadlarının Gürcüstanda bizim eradan əvvəl (IV-III yüzilliklər), bəlkə də daha qədim zamanlardan məskunlaşmasına şahidlik verir. Gürcülərin “Kartili sxovreba” adlı tarixi qaynaq sayılan əsərində yazılır: “Buntürklər, yaxud türklər-turanlılar İran hökmdarı Keyxosrov tərəfindən öz vətənlərindən (Arandan) sıxışdırılmış, 28 min ailə Gürcüstana qaçmış, Mesxeti dağlarında mağaralarda və Şio-Mqveli monastırında sığınacaq tapmışlar. Gürcü hökmdarına onlar söz vermişdilər ki, gürcülərlə birlikdə iranlılara qarşı vuruşacaqlar”.

Üç mənbə” adlı qədim gürcü salnaməsinə əsaslanan XIX əsr gürcü tarixçisi Takiyəşivli “Qafqaz tayfalarının yeri və adətləri, gürcü hökmdarları – bakratilərin həyatı, haradan gəlmələri, hansı vaxtdan Gürcüstanda hakimiyyətə başlamaları haqında” məqaləsində göstərir ki, Makedoniyalı İskəndər Lato oğullarının varislərinə hücum edərək ilk dəfə Kürün axarı üzrə sahil boyunca Sarginə, Kaspi, Urbinisi, Odzrarxe, Sixe-didi, Uplis-sixe qala hasarlarına və bu ərazidə yaşayan döyüşkən və rəhmsiz buntürklərə rast gəldi. İsgəndər öyrəndi ki, buntürklər Yevseylər nəslindəndir. İskəndər buntürklərlə müharibəyə girişməyə cəsarət etmədi, geri qayıtdı. Sonra cəngavər hunlar gəldi, onlar buntürklərin başçılarının yaşadıqları yeri soruşdular və şərtləşdilər ki, buntürklər hunlara xarac versinlər.

Bir müddət keçdikdən sonra İskəndər yenidən qayıtdı, 3 şəhəri (Kaspi, Urbinisi, Odzrarxe) və qalaları xaraba qoydu. Yalnız Sargine 11 ay İsgəndərin hücumuna davam gətirdi. İsgəndər şəhərin qərb sahilində məskən saldı, Ksani çayından suvarma arxı çəkdirdi, üzüm bağları saldırdı. Nəhayət, şəhəri özünə tabe etdi. Ancaq bu zaman artıq buntürklər gizli yolla şəhəri tərk etmişdilər.

İsgəndər Gürcüstan və Arran hökmdarının oğlu Azonu yanında saxladı. Mesxetinin hakimliyini ona tapşırdı. Hakimiyyəti ələ aldıqdan sonra Azo Gürcüstandan Arrana getdi, oradan atasını, yaxın qohumlarından 8, həmyerlilərindən isə 10 ailəni köçürüb Mesxeti şəhərinə gətirdi. Azo kahini Kasi-kayimi də gətirdi. Beləliklə, Azo- Armaz Gürcüstanda ilk çar oldu. (SMOK, cild 28).

Bu və ya buna bənzər məlumatlar göstərir ki, XIX əsr rus alimi Brossenin qeyd etdiyi kimi, q111ncl1 türklər-buntürklər hələ bizim eradan əvvəl Kür çayı axarı sahillərində məskunlaşmışdılar. İskəndər tərəfındən Gürcüstana təyin edilmiş ilk çar Azonun da vətəni Arran olmuşdur.

Təəssüf ki, bəzi araşdırıcılarda bu tarixi faktları saxtalaşdırmaq, təhrif etmə meyli güclü olmuşdu. Görünür ki, ilk salnamələrdə və kilsə kitablarında da tarixi təhrifçiliyə yol verilmişdir.

“Gürcüstan coğrafiyası” əsərinin müəllifi Vaxuşti gürcü qaynaqlarından söz açaraq yazmışdı: “Şatber məlumatlarına görə, Azo Isgəndərin sərkərdəsi olmamışdır. O, gürcü çarının oğlu idi, yuxarı Gürcüstana Arrandan gəlmişdi. İskəndərlə bərabər buntürkləri məğlub etmiş və İsgəndər tərəfındən Mesxetə hakim təyin edilmişdir. O, Gürcüstanın ilk hakimi idi. Kasi-Kaimi isə gürcülərin qədim allahları idi. Onu Gürcüstana Azo atasının hakim olduğu ölkədən (Arrandan gətirmişdi, səh. 302-304).

İvan Şopen (Peterburq, 1886), Moisey Xorenliyə istinad edərək İskəndərin Qafqaza hücumu barədə bir qədər fərqli məlumat verir. O yazır ki, İsgəndər Gürcüstan ərazisini fəth edərək orada yaşayan bütün yad tayfaları qılıncdan keçirdi. 15 yaşdan aşağı olan uşaqları və qadınları əsir aldı. Yalnız gürcü nəslindən olanlara güzəştə getdi. Öz qohumu Qaradeksin oğlu Azonu onlara zadəgan təyin etdi. Azo 100 min nəfərlik ordusu olan prototosun adı və şöhrətilə fərqlənən Makedoniyadan idi. O, cəsur və cəngavər bir şəxs idi. Rum ölkəsini işğal etdikdən sonra Kartiliyə gəldi və oranı zadəgan Azoya tabe etdi. Azo ölkədə əmin-amanlıq yaratmaq üçün öz ordusu ilə birlikdə Kartilidə qaldı. İsgəndər Azoya məsləhət gördü ki, Aya, Günəşə, 5 ulduza sitayiş etsin. Dünyanın yaradıcisı olan gözə görünməz Allaha (Qmertoya) qulluq göstərsin. Ancaq İsgəndər öldükdən sonra Azo onun vəsiyyətini pozdu, yenə öz idealına (Kasi-Kaimia) sitaiş edərək Bizans hökmdarı Berzantosa tabe oldu” (səh. 231-232).

“Kartili-sxovrcba”ya müraciət edən Takiaşvili, Vaxuşti, Şopen və digərləri eyni hadisələr barədə müxtəlif fikirlər söyləmişlər. Şübhəsıl ki, bu fikir və mülahizələrdə də istənilən təhriflərə yol verilmişdir. ·

O ki qaldı buntürklərin kimliyinə, Takiaşvili belə hesab edir ki, onlar bu dövrdə Qafqazda, Muğanda-Mildə geniş yayılmış köçəri qıbçaq tayfaları ola bilər.

İ.Şopenin Alban dövlətinə aid qeydləri də maraqlıdır. O, Moısey Xorenliyə istinad edərək bildirir ki, albanlar 26 dildə danışan müxtılif tayfa birləşmələrindən ibarət olmuşdular. Hər tayfa müstəqil və ayrıca tayfa başçısı tərəfindən idarə olunmuşdu. Bu tayfaların bir-birləri ilə fasiləsiz olaraq müharibə etmələrinə baxmayaraq, onlar yeri gələndə birləşir, ümumi düşmənə qarşı döyüşdə 60 min piyada, 12 min suvari çıxarmaq gücünə malik idilər (s. 263).

Şübhə etmirik ki, Makedoniya sərkərdəsi cəngavər İsgəndərin ordusunu Gürcüstan ərazisində ciddi müqavimətlə qarşılayan buntürklər döyüşkən Alban tayfalarından biri idi. Bu və digər məlumatlardan belə nəticəyə gəlmək olar ki, gürcü xronikasmda Kasi-Kaimi kimi verilmiş kahin tarixi şəxsiyyətdir. Azərbaycan dilində qarşılığı Qayımağadır. Onun Midyalı olmasına, gəncliyində sərkərdə, tayfa başçısı, qocaldıqdan sonra isə müqəddəsləşmiş, tayfanın kahini kimi ömür-gün sürdüyü, sərkərdəlik vəzifəsini Azoya tapşırması fikri daha inandırıcı görünür.

Qaumat haqqında qədim İran şahı Daranın Bisütun yazılarında da maraqlı qeydlər vardır. Dara hakimiyyət başına keçdikdən sonra gördüyü işlər barədə Bisütunda bu sözləri yazdırmışdır: “Burada bizim nəsildən olan Kirin oğlu Kambiz hökmranlıq edirdi. Kambizin Bərdiyyə adlı qardaşı vardı. Onlar doğma qardaşlar idilər. Kambiz Misirə getməzdən əvvəl xəyanətlə qardaşı Bərdiyyəni öldürtdü. Kambiz Misrə gedərkən İranda, Misirdə və bütün ona tabe olan ölkəkələrdə əhali ciddi təşvişə düşdü. Sonra Qaumat adlı maq meydana çıxdı, özünün Bərdiyyə olduğunu elan etdi. Və hakimiyyətə qarşı üsyan qaldırdı. Bu zaman Midiyanın və Iranın bütün əhalisi Qaumatın tərəfinə keçdi. Qaumat Kambizə tabe olan bütün ölkələri zəbt etdi (Bu hadisə 522-ci ildə baş verdi)”.

Dara qeyd edir ki, mən gələnə kimi heç kəs cəsarət edib Qaumata müqavimət göstərə bilmədi. Əhrməzd mənə kömək etdi, 522-ci ilin sentyabrın 10-da mən hücum edib Midiyanın Nis deyilən yerində Sakayvatiniş qalasında Qaumatı öldürdüm.

Buradan bir daha məlum olur ki, Qaumat qədim Midiyanın kahini olmuşdur. Qaumat, buntürklər, Azo və Azlar barədə bir sıra digər orta əsr qaynaqlarında da məlumatlar vardır.

Son illərə qədər Odessa vilayətində Buntürki kənd adının qalması, Azərbaycanda Qaumat və Azo-Azlarla bağlı kənd, yer, şəxs adlarının mövcudluğu bu etnoqrafik tarixi əlamətləri qədim Midiya-Azərbaycan tarixinin yadigarları kimi qiymətləndirməyə imkan verir.

Qaumat şəxs adı kimi fonetik dəyişikliyə uğrayaraq Azərbaycanın bir sıra rayonlarında Qayımağa kimi nəsildən-nəslə keçməkdədir.

Gəncə yaxınlığında vaxtilə Qayımağa adlı kəndin olması da məlumdur. Çox ehtimal ki, hazırda Qazax rayonunda olan Qaymaqlı kəndinin adı da Qayımağa sözü ilə bağlıdır.

Başqa bir misal: tarixi qaynaqlar göstərir ki, Azad Naxçıvanın qədim şəhərlərindən biri olmuşdur. Bura kiçik şəhər olsa da ətraf sahələrdə bol taxıl, pambıq və üzüm məhsulları yetişdirilmişdir. Hazırda Naxçıvanda Culfa şəhərindən təxminən 20 km şərqdə Yuxarı Aza və Aşağı Aza adlı iki kənd, həmin ərazidə Aza çayı vardır. Hər iki kənd Gilan çayı sahilində yerləşir.

VI -VII əsr Gültəkin abidələrindən aydın olur ki, buntürklərin sonrakı nəsli artıq azlar adı ilə adlanmış və hərbi yürüşlərdə başqa türk tayfaları ilə bərabər iştirak etmişlər.

Bundan əlavə 379-cu ildə Tiflisin qala hasarının iranlılar tərəfındən tikilməsi və şəhərin əsasının qoyulması barədə qaynaqlarda əksini tapan digər məlumatlar da azərbaycanlıların Gürcüstanda yaşamasının qədim tarixi köklərə malik olduğunu göstərir.

Azərbaycan tarixçisi və coğrafiyaşünası Əbdül Rəşid Bakuvi (XIV-XV) “Kitab-təlxacal-Asar və Əcayibəl malik-əl kaxxar” adlı əsərində yazır ki, Tiflis gürcülərin mərkəzi şəhəridir. Xosrov Ənuşirəvan tərəfindən əsası qoyulmuş, öməyidlər nəslindən olan İsxaq İbn İsmayıl tərəfındən möhkəmləndirilmişdir. Şəhəri Kür çayı iki yerə bölür. Əhalisi müsəlmanlar və xristiyanlardır. Kürün bir sahilindən əzan, digər sahilindən kilsə zənginin sədaları ucalır…

Buntürklərlə bağlı daha bir məsələni xatırlatmaq yerinə düşərdi. O da mənim boya-başa çatdığım Faxralı kəndindən 5-6 km aralı məsafədə yerləşən qışlağın keçmiş zamanlardan ”Sərginə” və həmin qışlağa yaxın, nə zamansa istifadə edilmiş əski filiz yatağının “Sargineti” adını daşımasıdır. Belə fikirdəyik ki, Makedoniyalı İskəndər tərəfindən məhz Buntürklər Msxct dağlarından sıxışdırıldıqdan sonra Tiflisdən 60-70 km uzaqda başqa bir əraziyə köçmüş, oranı da əvvəlki yurdlarımn adı ilə adlandırmışlar. Xatırladaq ki, qədim türklərdə yeni yurdu köhnə yurdun adı ilə əbədiləşdirmək tarixi bir ənənə kimi yaşamışdır. Bu qeydlərimizi əsaslandıracaq xeyli sübut və dəlillər gətirmək olar. Xüsüsən, Sərginə və başqa qışlaqlarm ərazilərində indi də qalan qəbir üstü qoç və at, dəvə heykəlləri Becanoğuzaran qışlağında, Yemşənli adlanan qalın meşələrlə örtülmüş ərazidə qəbir üstü daşlara həkk olunmuş qopuz çalğı aləti, ox, yay, ov səhv nəsinin təsviri, yallı, Saxındur qışlağında 8 sütunlu Alban kilsəsi və digər etnoqrafik tarixi yadigarlar türk tayfalarının bu yerlərin əzəli sakinləri olmasını deməyə imkan verir.

1392-ci ilə aid olan bir gürcü mənbəyində Gürcüstanda olan bəzi kəndlərin siyahısı verilmişdir. Bu siyahıda Darbaz, Xaçisopeli, Orbeti, ilə yanaşı Sərginə də xaraba ərazi kimi göstərilir. Buradan belə nəticə çıxarmaq mümkündür ki, monqol istilası zamanı Sərginə ta· mamilə dağıdılmış, sonrakı yüzilliklərdə isə bura mal-qoyun saxlamaq üçün qışlaq kimi istifadə olunmuşdur (S.S.Kakabadze, “Qruzinskiy dokument İnstituta Narodov Azii “, Moskva, 1967, st. 147).

Qədim Qafqaz xalqlarından bəhs edən bəzi müəlliflər, o cümlə dən Vaxuşti, Təbrizli Arakel, Zakurski, Takiyəşvili, Canaşiya türk tayfalarının (xüsusən azərbaycanlıların) tarixi mövqeyinə bir tərəfli yanaşmış, hətta onların Qafqaza kənardan gəldiklərini sübüt etməyə cəhd göstərmişlər. Bu barədə Zakurski yazır: “Türk tayfaları Qafqaza Cənubdan və Şərqdən – Türkiyədən və İrandan gəlmişlər” (Kavkazski kalendar, 1888, N-I).

Tarixi faktlar göstərir ki, bu fikirlər ümumiyyətlə yanlışdır. Zakurski və digərləri vaxtilə unutmuşlar ki, ayrı–ayrı tarixi zamanlarda Qafqazda məskunlaşmış buntürklər skiflər hunlar, midial1lar xəzərlər oğuzlar, qıpçaqlar ə digər tafalar azərbaycanlıların (türklərin) bir xalq kimi formalaşmasında müəyyən rol oynamışlar.

Haz1rk1 ermənilər, gürcülər də bu tarixi yolu keçmişdir. Elə gürcügcülari götürək. Bu xalqın etnik birliyi – quryalılar, svanlar, racinslər, meqrellər, imeretilər, xeysurlar və digər dağlı tayfaların birliyi nəticəsində yaranmışdır. Halbuki bunların hər biri ayrılıqda dilə və ya ləhcəyə malikdir. Maraqlı burasıdır ki, azərbaycanlıların İrandan və ya Türkiyədən gəlməsini göstərən müəlliflər bu xalqın Qafqazla tarixi bağlılığının üstündən çox zaman sükutla keçmişlər.

Tarixi qaynaqlar göstərir ki, istər ərazi daxilində yurd dəyişmə, istərsə də başqa ərazilərə keçərək məskunlaşmanın özü də səbəbsiz olmamışdı. Başlıca səbəblərdən biri isə, səlib yürüşləri, arası kəsilməyən qanlı qırğınlar törədən müharibələr nəticəsində şəhərlər, kəndlər dağılmış, xarabaya dönmüş, oturaq və köçəri əhali yurdunu tərk edərək daha təhlükəsiz ərazilərə köçmüşdür. Belə hallarda isə bir qədər yuxarıda qeyd etdiyimiz kimi, çox zaman yeni düşərgələrə köhnə kənd və şəhərlərin adlarını vermişlər.

642-ci ildə ərəblər Qafqazı işğal etdikdən sonra bu proses Qafqazda, xüsusən də Azərbaycanda daha dərin izlər qoymuşdur. Hazırda Azərbaycanda olan Ərəbşəki, Ərəbocağı, Ərəbşalbaş, Ərəbuşağı və digər adlara bənzər kəndlər ərəb istilasından sonra yaranmışdır.

Qədim Sasanilərdən isə fars dilli tayfalar – tatlar, lahıclar qalmışdır. Suraxanı, Balaxanı, Dəvəçi və Siyəzəndə fars ləhcəsini qoruyub saxlayan müəyyən qism əhali bu gün də yaşamaqdadır.

İşğalçı və dağıdıcı müharibələr barədə çox saylı qaynaqlar məlumdur. Ərəb tarixçiləri yazır ki, 1221-ci ildə tatarlar Arran hüdudlarında olan Beləqan şəhərini dağıtdılar, əhalisinin çox hissəsini qırdılar, mallarını talan etdilər. Başqa bir mənbədə göstərilir ki, 1222-ci ildə gürcülər Beyləqana tatarlardan betər divan tutdular, şəhəri darmadağın etdılər. Əgər bu məlumatın qismən də olsa doğruluğunu qəbul etsək, o zaman belə nəticə çıxarmaq olar ki, istər tatar lar, istərsə gürcülərin hücumuna məruz qalmış Beyləqan əhalisinin bir qismi bu hücumlardan xilas olmuş, daha təhlükəsiz və ucqar yerə – Gürcüstanla həmsərhəd olan əraziyə qaçmış, Balakən yaşayış məntəqəsinin əsasını qoymuşlar.

Ehtimal etmək olar ki, müharibələr və basqınlar nəticəsində qədim Qəbələ şəhəri dağıldıqdan sonra isə buranın əhalisi də didərgin düşmüş və hazırda Gürcüstanın ərazisində olan “Qabal” kəndinin bünövrəsini qoymuş və buranı özləri üçün daimi məskən seçmişlər. Qaynaqlarda qeyd olunur ki, bu ərazilər XII əsrdə keçilməz meşəlik lər olmuş, gürcülər isə əsasən uca, əl çatmaz dağlarda yaşamışlar.

1221-1265-cı illərdə ardı-arası kəsiləməyən monqol-tatar yürüşləri nəticəsində on minlərlə monqol-tatar XI-XIII yüzilliklərdə səlcuqların Qafqaza axını zamanı minlərlə türkmən, tatar, kürd və digər tayfalar yerli əhaliyə qarışdı. O da məlumdur ki, Gürcüstanın halzırkı Qardabani rayonu ərazisində Ağtəhlə, Qaratəhlə, Marneuli, Bolnisi, Dumanisi rayonları ərazisindəki Azərbaycan kəndlərində təhlə tayfaları, Azərbaycan respublikasının Bərdə, Göyçay rayonların türkmən adı daşıyan kəndlər səlcuq yürüşü zamanından (XI-XIII) qalan köçəri-maldar türkmən tayfalarının hərbi istilalar zamanı gələn nəsillərin qalıqlarıdır.

Hazırda Türkmənistanın coğrafi xəritəsində insan yaşamayan, boş və geniş bir səhra “Təhləməkan” adlanır. Çox güman ki, Qafqazda Təhlə adını daşıyan tayfa və kəndlər vaxtilə bu ərazilərdən gəlmişlər.

Bütün tarixi dövrlərdə baş vermiş ərazi dəyişməsi, əhalinin yerindən-yurdundan didərgin düşməsi millətlərin və hakim dövlətlərin ən ağır faciəsidir. XVIII–XIX-əsrlərdə Çar Rusiyasında bu proses daha eybəcər şəkildə həyata keçirilmişdir. Slavyan dinini qəbul etməyən onlarala malakan kəndi 1846-cı ildə tam bir mahal Azərbaycan, Gürcüstan və Ermənistana sürgün edilmişdir. Azərbaycanda İvanovka, Pirvolnı, Yelenovka, Semyonovka, Arxangclovka və s. indiki Ermənistan ərazisində Voronsovka, Pirvolnı, Mixaylovka və digər kəndlərin əsası qoyulmuşdu.

1801-ci ildə Gürcüstanın, 1803-1828-ci illərdə Azərbaycanın Çar Rusiyası tərəfindən istilasından sonra Qafqaza, eləcə də Rusiyanın silah gücünə istila etdiyi ölkələrə təzyiqi getdikcə artdı. Ona görə də (1988-ci ilə qədər) Qazağıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və digər türkdilli ərazilərdə rusların sayı yerli əhalinin sayını ötüb keçmiş, Azərbaycanda isə bu illərdə bir milyona qədər rus yaşamışdır.

Belə yerdəyişmə (və millətlərin qarışması) bəzi hallarda müharibələrin və kütləvi sürgünlərin nəticəsində də yaranmışdı. 1931, 1937, 1947, 1950, 1951-ci illərin kütləvi represiyalarında, yüz minlərlə insan edam və sürgünlərə məruz qaldı. Rəsmi sənədlərdə qeyd edildiyinə görə, yalnız 1931l-1937-ci illərdə 80 min Azərbaycan ziyalısı represiyanın günahsız qurbanı olmuşdur.

1941-1945-ci illərdə “Vətən müharibəsi” adı ilə insanların şüuruna həkk edilən qanlı müharibədə 100 minlərlə azərbaycanlı, erməni, gürcü, tatar, özbək, qazax, türkmən və digər xalqların nümayəndələri yad ölkələrdə əsirlikdə qalıb Fransa, Almaniya, Polşa, Çexoslavakiya, İtalya, Türkiyə, hətta Amerika və Kanadada ömürlərini başa vurmuşlar.

O da məlumdur ki, Qafqazda yaşayan xalqlar zaman-zaman İranın, gah da Türkiyənin hakimiyyəti altında olmuşlar. XVIII əsrin II yarısına kimi Borçalı mahalı, Qazax, Şəmsəddin gəncə xanlığının tabeliyində olmuşdur. 1736-cı ilin yanvar ayında Nadir şah Muğana gəlmiş və həmin ilin fevralında orada qurultay çağırmışdı. Qurultayda bir sıra vəzifəli və nüfuzlu şəxslər, o cümlədən Gəncə xanı Ziyadoğlu Nadirə qarşı müxalif mövqe tutmuşlar. Daha doğrusu, Nadirin əsil-nəcabətinə görə özünü şah elan etməsinin əleyhinə olmuşdular. Ona görə də Nadir şahlıq taxtına çıxdıqdan sonra Gəncə xanından intiqam almaq və onun siyasi qüdrətini azaltmaq məqsədilə Cavanşir, Otuzikilər, Kəbirli tayfalarını Qarabağdan Xorasanın Sərəxs vilayətinə köçürmüş, Qazax və Borçalı mahalını isə Gürcü-Kaxetiya çarlığına bağışlamışdır. Bu və ya başqa səbəblər üzündən də eyni kənd, yer, dağ, çay, dərə adlarına hazırda həm Qazaxda və Borçalıda, həm də İran və Türkiyədə rast gəlmək mümkündür.

1957-ci ildə Moskvada nəşr olunmuş “Müasir İran” kitabında İranın inzibati bölgüsünə əsasən Bozçalı Araq şəhristanlığına daxil edilməklə 45 kəndi əhatə etmişdir. Buradan bir daha aydın olur ki, sözün əsil mənşəyi Borçalı yox, Bozçaladır.

Maraqlıdır ki, təxminən 1840-1845 illərdə İraqda təhsil almış Faxralı sakini Molla Hüseyn Xudu oğlu şəxsi kitabının üstündə Bozçalı mahalı yazmışdır. Bu əyalətin adı Cənubi Azərbaycanın Araq şəhristanlığı siyahısında da “Bozçalu” kimi qeydə alınmış· dır”/Sovremennıy İran”, Moskva, 1957, st. 690/.

Borçalı mahalının ən böyük kəndlərindən biri Faxralıdır. Vaxtilə bu kənd qanlı Faxralı da adlanıb. Bu adın kənddə daxili qan düşmənçiliyinin çox olması ilə də izah ediblər.

Faxralı sözünün etimologiyası ilə bağlı müxtəlif rəvayətlər var. Onlardan biri budur ki, güya kəndin əsasını Alı adlı fəqir və yoxsul şəxs qoymuş və kənd bir müddət “Fəqir-Əli” adlanmışdır. İllər keçdikcə bu ad dəyişilərək Faxralı kimi işlənmişdi. Başqa bir rəvayətdə isə deyilir ki, kəndin yaranması ərəblərin işğalı və islam dininin ayılması ilə bağlıdır. Yaşlı adamlar, kəndin ilk sakinləri islam dininin fəal təbliğatçıları imiş və bu yolda fədakarlıq göstərmişlər, ona görə də kəndin adı Fəxr-Əli (Əlinin fəxri) adlanmışdır.

Hazırda Qazaxda və Goranboy ərazilərində eyni adlı kəndlər vardır.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur