1931-ci il qanlı yanvar hadisələri hələ qırmızı terrorun gələcək illərində törədəcəyi ağır cinayətlərin başlanğıcı idi. Şiddətli dolu yağışından qabaq səslənən vahiməli göy gurultusu və ildırım şaqqıltısı kimi baş verəcək faciələrdən xəbər verirdi. Hələ insanlar nəsil-nəsil şəhərlərdə, kəndlərdə çox qanlı hadisələrlə üzbəüz dayanacaqdı, günahsız qurbanlar verəcəkdi…

Faxralıda kollektivləşmənin ilk illərində belə qurbanlardan biri də Binəli Hüseyn oğlu Mahmudov oldu. O ilk təhsilini doğma kəndi Faxralıda yeni tipli məktəbdə almışdı. Sonra Tiflisdə Zaqafqaziya Kommunist Darülfünunu bitirmişdi. Yeni ictimai quruluşun mübariz döyüşçülərindən idi. Kommunist Darülfununu bitirdikdən sonra isə firqənin çağrışı ilə Faxrahya qayıtmışdı. Binəlinin kəndə qayıtması, kəskin, cəsarətli və qorxmaz olması, həm də siyasi cəhətdən hazırlığı, yeni quruluşla barışmayan və evindən, ailəsindən didərgin düşən bəzi qaçaqların qəzəbinə səbəb olmuşdu. Kənddə fırqəçilər arasında da Binəlini gözə götürməyənlər vardı. 1931-ci ildə qanlı yanvar günlərində Fövqəladə Komissiyanın üzvlərinin ona etibar edib, evlərində qonaq qalmaları da kənddə bəzi, şəxslərdə müxtəlif mənfi fıkir yaratmış, ona qarşı düşmənçilik hisslərini artırmışdı. Bütün bunlar əks qüvvələrin birləşməsinə, Binəlim aradan götürmək üçün götür-qoy edib, məsləhətləşib “çarə” tapmağa sövq etmişdi. Belə bir məqam isə tapıldı…

1934-cü il avqust ayının 7-si idi. Axşamdan başlanan fırqə icla geçə saat 11-ə kimi davam etdi. İclasda kolxoz fırqə təşkilatının birinci katibi Binəli Mahmudov siyasi müxalifətə qarşı prinsipal, barışmaz olmağı, kəndlilərin kolxoza qəbulunda tələsikliyə, hayküyçülüyə yol verməməyi məsləhət görürdü. Əlavə edirdi ki, bu mühüm dövlət tədbirinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün kəndlilərdə inam yaradılmasına, onların psixoloji hazırlanmasına əsas fıkir vermək lazımdı.

İclasdan sonra fırqəçilər və komsomolçuların iştirakı ilə yarad1lmış xüsusi qrup yeni təşkil olunmuş kolxoz təsərrüfatını təsadüfi basqınlardan qorumaq üçün onlara tapşırılmış sahələrə getdilər.

Binəlinin əmisi oğlanları İsmayıl, İmaməli, Dünyamalı, Bədəl axşamlar heç vaxt onu tək qoymazdılar. Yenə də qərargaha gəlmişdilər. İclasın gec qurtarması əsla onları narahat etmirdi. Bilirdilər ki, fırqəçilər yuxusuz gecələrə adət etmişlər. Hətta belə gecələrdə şübhəli adamlarla da tez-tez qarşılaşırlar.

Bir qayda olaraq qərargah sayılan kolxoz idarəsinin və kənd şurası binalarının ətrafında keşikçilər dayanardı. Buna baxmayaraq firqəçilər yenə də çiyinlərində aşırma qatar və beşatılan tüfənglə iclasdan hazır vəziyyətdə bayıra çıxardılar.

Binəli iclasdan çıxanda həmişə olduğu kimi yenə qohumları ilə qarşılaşdı. İsmayılı yanına çağıraraq dedi ki, gedib dincəlsinlər, ondan narahat olmasınlar.

İsti yay günləri idi. Hələ kəndin az bir hissəsi kolxoza daxil olmuşdu. Əksəriyyəti təşkil edən fərdi təsərrüfat sahiblərinin xırmanlarının ətrafına səliqə ilə yığdıqları arpa-buğda tayaları göylərə ucalırdı. Çoxları hələ ümidlərini üzməmişdilər. Yaxın zamanlardan nə isə gözləyirdilər. Ona görə yuxusuz gecələr keçirənlər də az deyildi.

Belə bir məqamda səhərə yaxın kəndin qurtaracağında atılan qatil güllələr hamının yuxusuna haram qatdı. Anam güllə səsi eşidən kimi tələmtələsik yerindən qalxdı. Və atamı da oyatdı. Kəndin ayağında dalbadal tüfəng atıldı, bu zaman atılan güllələr xeyirli isdən xəbər vermir. Hər ikisi yenicə götür-qoy edirdilər ki, çəpərimizin çöl tərəfindən atamı səslədilər. Atam cəld geyindi, yola çıxdı, anam da onun arxasınca darvazaya qədər getdi. Bir azdan pərişan halda geri qayıtdı, öz-özünə deyinməyə başladı: “Kaş bizimkilərdən uzaq olaydı, allah vayısın evini yıxsın, rahat oturmurlar, gündə bir xata çıxarırlar”, – deyə, başım aşağı salıb fıkrə getdi.

***

Binəlidən ayrılandan sonra əmioğlanlarının üçü də özlərini məzəmmət etməyə başladılar. Nahaq biz onu tək buraxdıq, indi elə vaxdır ki, hər çəpərin dibində bir silahlı adam gizlənir, kimə etibar etmək olar, gərək biz onun sözünə baxmayaydıq. Onlar bir-birinə dəyə-dəyə şiyə məscidinə qədər gəldilər, burada ayrılıb hər kəs öz evinə getdi. Ancaq səhərə kimi heç birinin gözünə yuxu getmədi. İlan vurmuş kimi gah o tərəfə, gah bu tərəfə çevrilir, kəndin sakitliyilni dinləyir, gah da durub aydınlıq gecədə həyətlərində vargəl edirdiər.
İmaməli Binəli ilə həmyaşıd idi. 31 yaşları yenicə tamam olmuşdu. Uşaqlıqdan bir yerə böyüdüklərinə görə bir-birinin xətrini çox istəyirdilər. buna görə də Binəlidən  ötəri daha çox narahatlıq keçirirdi.

O bilirdi ki, Binəli heç kəsdən qorxub-çəkinən deyil, ölümün üstünə getməyə, özünü oda, alova atmağa həmişə hazır idi. Binəlinin saymazyanalığı, ehtiyatsızlığı bir tərəfdən də İmaməlini qorxudurdu. Bu axşamkı hərəkəti isə onu daha çox narahat edirdi. Elə hiss edirdi kı, nə isə baş verməlidi. Gecədən xeyli keçənə kimi rahatlıq tapıb yata bilmədi. Axırda yerindən durdu, paltarını geyinib, gümüş xənçərini belinə bağladı, silahını götürüb, fikirli-fıkirli həyətdən çıxdı. Kəndin aşağı  hissəsində bütün məhəllə itləri baş qaldırıb bir səs-küy salmışdılar ki, gəl görəsən. Belə hallarda adətən ya qoyuna-mala canavar hücum çəkər, ya da kiminsə evinə basqın olardı.

İmaməli kəndin arasıyla tez-tez gedirdi. Həm də fikirləşirdi ki, itlərin gecə vaxtı kəndi başına götürməsi səbəbsiz ila bilməz. Nə isə baş verib. Bu vaxt kəndin ayağında dalbadal atılan güllə səsi onu fikirdən ayırdı. Bir qədər ayaq saxlayıb dayandı, sonra da tez qərara aldı ki, aldı ki, əvvəl Binəlinin evinə getsin və öyrənsin, o evə gəlıb, ya yox.  Onların evinə çatanda Binəlinin anası Mahpəri xanımla qarşılaşdı. Qapıda lal-dinməz dayanmışdı: “Bala, Binəli hana , xeyirdimi, nə üçün tək gəlmisən? Fikir verdim, atılan güllələr küt dəydi. boşa atılmadı”, – deyə əlavə etdi. Bu arada İsmayıl və Dünyamalı da gəldi. İmaməli: “Mahpəri xala, allah kərimdi, bir şey olmaz, kənddə o qədər azan-təzən var. Yəqin mal-qoyun oğurlayan uşaq-muşaqdı. Bır də ki, Binəli tək deyil, axşam yoldaşları ilə birlikdə getdi”, – deyə onu sakitləşdirməyə çalışdı. Az keçmədən bütün qohum-əqraba yığıldı. Atam da gəlib cıxmışdı. İki nəfər dərhal Binəli ilə birgə gedən Bədəlin, Şükürün, Ələşrəfın evlərinə getdilər, məlum oldu ki, onlar evlərində rahat yatırlar, heç şeydən də xəbərləri yoxdur. Artıq şübhə yeri qalmamışdı. Demək qaranlıq Binəlinin başında idi. Onlar adlarını çəkdiyimiz firqəçilərlə dərhal geri qayıtdılar və gecədən xeyli keçməsinə baxmayaraq tələsik güllə atılan səmtə – kəndin ayağına üz tutdular. Düşmənlər arzularına çatmışdı. Axtarış davam etdi, atəş açılan səmtdə olan evlər, damlar, mərəklər qaranlıq gecədə çıraq və fanar işığında axtarıldı, bir nəticə vermədi. Sonra da dolanacağı o qədər də yaxşı olmayan Vəlioğlunun həyətinə gəldilər. Kimsəsiz həyətə elə bil ölüm sükutu çökmüşdü. Vəlioğlu qara torpaq damda yaşayırdı, ancaq xeyli vaxt idi ki kasıblıq üzündən başqa kəndə köçmüşdü. Gediş-gəliş az olduğuna görə damın ətrafını qanqal, san çiçək, ot-əncər basmışdı. Damın dörd ətrafını dolaşdılar, talvarın altı, yan-yörəsi axtarıldı. Birdən talvardan xeyli aralı nə isə İmaməlinin ayağına dolaşdı, az qaldı yıxılsın. Əyilib yoxlayanda gördü ki, beşatılan tüfəngdi. “Binəlinin tüfəngi” – deyə o həyacanla bağırdı. Dodağından “namərd uşağı…” səsləri qopdu. Samanlığa doğru irəlilədikcə qurumuş boz otun üzərindən qan izləri seçilirdi. lz mərəyə doğru gedirdi. Mərəyin ağzını açıb içəri girdilər. Yarı samanla örtülmüş və çuvala salınmış cəsədi tapdılar. Bu həyət sahibsiz olsa da düşmən qapısı sayılırdı. Adət belə idi, düşmən qapısında ağlamazdılar. Heç kəs səsini çıxarmadı, hamı kədərini boğmağa çalışdı. Ləngimədən qonşudan bir nərdivan tapıb, cəsədi çuvaldan çıxartdılar və nərdivanın üstünə qoyub Hüseyn kişinin qapısına gətirdilər. Səhər açılan kimi qanlı faciə bütün kəndə yayıldı. Kiçikdən-böyüyə hamı axın-axın Hüseyn kişinin həyətinə gələrək cənazənin ətrafını dövrəyə almışdılar. Rayondan inzibati orqanların, firqə və
icrayyə komitələrinin rəhbərlərini gözləyirdilər.

Binəlinin anası Mahpəri xanım əli belində insan axınının qarşısında qürurla dayanmışdı. O, qohumlara və yaxın adamlara tapşırdı ki, düşmən qarşısında sınmasınlar, mərd dayansınlar. Qürurla onu da qeyd etdiki, düşmən gülləsi ilə ölənə göz yaşı töküb ağlamazlar, intiqam alarlar. Bu sözlər, qeyrətlə, cəsarətlə oğul kədərinə sinə gərən, ancaq göz yaşlarını daxilinə, ürəyinə axıdan ananın sözləri idi.

Mən uşaqlıq illərimdə düşmən qarşısında özünü sındırmayan belə, cəsur, ər qeyrətli qadınlar haqqında çox eşitmişdim. Bəzi hadisələrin də canlı şahidi olmuşdum. Hələ bir neçə il əvvəl Şeşəpapaqoğlu Orucun anası (7 oğlu və 3 qız dünyaya gətirən)  6-cı oğlu Alməmməd günün-günorta vaxtı çöldə düşmən gülləsi ilə qətlə yetirilib meyit qapılarına gətirilərkən Tükazban qarı da eyni mərdlik, eyni qeyrətlə hərəkət etmişdi. O, cənazəni əhatəyə alan faxralılar qarşısında oğlanlarına müraciət edərək dediyi sözlər indi də xatirimdədir: “Ozünüzü ələ alın, səbrlə dayanın, gözünüzün qorasını axıtmayın, unutmayın ki, düşmən gülləsilə öləni ağlamazlar, allahın ağrına gedər, qeyrət” niz varsa, qardaşınızın qanını yerdə qoymayın, qisas alın!”

Dözümlə və təmkinlə deyilən bu sözlər, damarlarından türk qanı axan Azərbaycan qadının dözümlü, ürəkdən gələn nəsihəti və vəsiyyətləri idi. Belə qadınlar isə Faxralıda çox idi. Hələ vaxtilə İran ordusundan əsirlikdən qaçan, Baytallı tayfasından olan Sənəm də, nə zamansa qaçaq Səkinə adı ilə məşhurlaşan qadın da, sonraki onilliklərdə ər qeyrətli Çərçinin qızı Balaxanım da, dəfələrlə onu qaçırmağa gələn dəliqanlıları atəşə tutan Musa kişinin qızı Mehman da, bacısını qaçırmağa cəhd göstərənlərin və xüsusən bəylik arzusunda olan oğlanın çuxasını qapı arasında qoyub, xəncərlə ətəyini kəsən və sonra da onları gülləboran edən anam Yetər Bayram qızı da, oğul və nəvə müsibətlərinə sinə gərən Babaşoğlunun qızı Nənni də və onlarca bu qeyrətdə, bu cəsarətdə olan aslan ürəkli qadınlar da eyni nəslə mənsub idilər.

Bəzi qadınlar da ərlərindən qeyrətli, ağıllı, müdrik olduqlarına görə övladları onların adı ilə (Nuruqızının oğlu, Xannı Pərinin oğlu və s.) adlanardı.

…Cənazənin ətrafına yığışmış kolxoz fəalları matəm içində idilər. Öz aralarında xısın-xısın danışır, qətl hadisəsi barədə müxtəlif verfsiyalar yozurdular. Bəzilərinin də canına qorxu düşmüşdü. Öz məsunyyətləri barədə fikirləşirdilər.

Artıq rayonun məsul işçiləri də gəlmişdi. Onlar bu itkinin nəinki kənd üçün, rayon üçün də ağır olduğunu yaxşı başa düşürdülər. Qəm-kədər içində başlarını yerə dikərək, növbəylə Binəlinin anası Mahpəriyə baş sağlığı verdilər, sonra da Binəlinin həyətində, canazənin ətrafına toplaşan izdiham qarşısında həyəcanlı bir mitinq keçirildi. Və bu mitinq dəfn zamanı Binəlinin qəbri üstə davam etdirildi. Mitinqi Faxralı “Yeni yol” kolxozunun sədri İsrafil Əlizadə açdı. O son dərəcə kədərli ürək sözlərini dedikdən sonra növbə ilə rayon İcraiyyə komitəsinin sədri Yəhya Mustafazadəyə, daha sonra rayon təhlükəsizlik orqanı nümayəndəsinə söz verdi. Onlar həyəcanlı və alovlu çıxışlar etdilər və mərhumla vidalaşdılar.

Beləliklə də Mahmudov Binəli Hüseyn oğlu 7 avqust 1934-cü ildə Faxralı kəndində kollektivləşmənin ilk günahsız qurbanı oldu və torpağa tapşırıldı. Aparılan istintaq nəticəsində bu ağır xəyanətə görə 3 nəfər gənc (biri qadın) həbs edildi. Onlardan iki nəfəri (biri qadın) 10 il cəza müddətlərini çəkdikdən sonra azad edilib kəndə qayıtdılar. Bir nəfər isə Sibirdə sürgündə öldü.

Binəlinin həyat yoldaşı (əmisi qızı) Gülxanımın gələcək haqqında bütün arzusu məhv oldu. Ürəkdən sevdiyi əmisi oğlunun qətlinə dözməyib 1936-cı ildə işıqlı dünyaya göz yumdu. Mahpəri xanıma isə ömürünün qurub çağında ilk evladı, Binəlinin qızı 4 yaşlı Bənövşənin qayğıları yadigar qaldı. İndi gəlimli-gedimli dünyanı çoxdan onlar tərk ediblər. Bizim “rəhmət” deməkdən başqa çarəmiz yoxdur. Çünki biz də sonu görünməyən əzablı dünyanın yolçusuyuq.

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, 1931-ci il qanlı yanvar hadisələri qarşıdan gələn siyasi terrorlar və faciələr haqqında xəbərdarlıq idi.

Binəli Mahmudovun qətlindən sonra onun yerinə Borçalıdan Salman Əliyev adlı bir nəfər kolxoz firqə təşkilatına katib gətirildi. Ancaq əks inqilabı fikirlərin və kolxoz əleyhinə təbliğatın qarşısı alınmadı. Firqəçilər arasında siyasi kütlük daha da artdı. Kənddə firqəçilər arasında nəzəri cəhətdən hazırlıqlı şəxslər və xalqın etimadını qazana biləcək nüfuzlu adamlar, demək olar ki, yox idi. Kortəbii firqəyə daxil olmuş bəzi şəxslər hələ də öz ikiüzlü siyasətlərindən əl çəkmirdilər. Onlar üzdə özlərini yeni quruluşa sədaqətli göstərir, yağlı-yağlı danışır, gecələr isə Şura hökumətindən narazı olan adamların evlərinə gedir, onların dərdlərinə şərik olduqlarını bildirirdilər. Belə tarixi şəraitdə gözlənilməz hadisə baş verdi.

Kolxotun ilk sədri İsrafıl Əlizadənin dayısı Qori seminariyasının məzunu (1895), Zaqafqaziyada bir sıra müxtəlif və yüksək vəzifərərdə işləmiş Mirzə Rza Məmmədəlizadə, 1934-cü ildə ali mühəndis təhsilli oğlu Hidayət və qızı Səltənətlə bərabər Türkiyəyə keçdi. Mirzə Rzanın qəflətən Türkiyəyə keçməsi İsrafil Əlizadənin rayon qarşısında nüfuzuna ciddi təsir göstərdi. Üstəlik də onun haqqında kənddə bir sıra fikirlər yarandı. İsrafil Əlizadənin etibardan düşməsi kənddə daxili gərginliyə də təsir göstərdi. Həm də bu günə kimi ona “İsi lələ” deyə yaltaqlanan bəzi gizli düşmənləri də fəallaşdı. Iki cəbhəyə xidmət edən dili uzun şəxslər imzasız məktublarla İsrafilə hücum etdilər, onu aradan götürmək üçün fəaliyyətlərini gücləndirdilər. Digər tərəfdən də onlar xalqın hökumətə və kolxoz quruluşuna qarşı hələ tam formalaşmamış inamlarını öldürməyə cəhd göstərirdilər. Şura hökuməti bizə nə verdi? Yüz igidə bərabər oğullarımızı qurban verdik. Hörmətli adamlarımız kənddən didərgin düşdü. Üstəlik də varımız, dövlətimiz, torpağımız əldən getdi. Sabah da evimiz, namusumuz gedər. Əgər Şura hökuməti yaxşı olsaydı, Mirzə kimi savadlı, dünya görmüş adam Türkiyəyə keçməzdi. Yəqin kişinin bildiyi biriş var ki, uşaqlarını xatadan xilas etmək üçün Türkiyə hökumətinə pənah aparıb.

Mirzə bəy ailəsi ilə Tiflisdə yaşayırdı. Oğlu Hidayət ZİPS-i bitirmişdi, mühəndis idi. Qızı Səltənətin də kifayət qədər təhsili vardı. Belə düzüb-qoşurdular ki, Mirzə bəy uşaqları ilə birlikdə əvvəl kəndə gəlmiş, kənddə İsrafil Əlizadə ona etibarlı bələdçi tapmış və onun Türkiyəyə keçməsinə kömək etmişdir. Bu məzmunda yuxarılara daxil olan imzasız məktubların arası kəsilmirdi. Hətta iki il əvvəl Türkiyəyə keçmiş qaçaqların kənddə yaşayan ürəyi yanıqlı bəzi qohumlan da gizli şahidlər kimi dindirildi. Nətiçədə 1935-ci ildə Faxralıda ilk kolxoz qurucularından biri və ilk kolxoz sədri İsraifil Əlizadə həbs edildi. Və daha qayıtmadı. Onun yerinə traktorçu Mehrəli Həsənov seçildi.

1935-ci ildə Hasanxocalı kəndindən olan, 1920-ci ildən firqə üzvü Yusif Yusifov Faxralıya kənd şurasının sədri seçildi. Ancaq bir ildən sonra (1936) həbs edildi. Yerinə Saraclı Əhməd Əhmədov təyin olundu.

Açıq hiss edilirdi ki, hökumət qarşısında müəyyən xidmətləri olan İsrafil Əlizadə və Yusif Yusifovun həbs olunması kənddə heç də bir mənalı qarşılanmayıb. Hətta hökumətə qarşı inamsızlıq bir qədər də artıb. İlk dəfə ərizə verib könüllü kolxoza daxil olan kəndlilərdən bəziləri, o cümlədən də Binəli Mahmudovun qohumları İmaməli Süleyman oğlu, Dünyamalı Oruc oğlu, Bədəl Xəlilov, Qurban Həsənov (Gözdər) və bir neçə başqaları kolxozdan çıxdılar. Onlar torpaqlarını, mal-qaralarını, hətta kolxoza verdikləri toxumluq taxıllarını belə geri aldılar.

1935-ci ildə kəndə ilk traktor gətirildi. Traktorla əkin sahələrinin şumlanmasını görən kənd əhalisi bunu möcüzə kimi qarşıladılar. Traktor şumladıqca hamı “şeytan əməlidi” deyə mat-məətəl tamaşa edir, dəstə-dəstə traktorun arxasında o baş bu başa qaçırdılar. Bəzi kəndlilər də belə şaiyə yayırdılar ki, traktor torpağı yandırır. Ona görə də həmin sahələrdə əkilən məhsul bitməyəcək.

1935-1936-cı illərdə kənd elliklə kolxoza daxil oldu. Az keçmədən kənddə yeni kənd təsərrüfatı məhsulları – pambıq və kəndir əkininə başlandı. Hər iki kənd təsərrüfat bitkisinin əkilib-becərilməsi olduqca ağır zəhmət tələb edirdi. Kəndlilər ilk dəfə idi ki, tanış olmadıqları belə bir bitkinin becərilməsi ilə qarşılaşırdılar.

Kolxoz quruluşuna qədər qadınlar əkin-biçin sahələrində təsadüfdən-təsadüfə görünərdi. Kişilərlə bərabər onların sahələrdə işləməsi qəbahət sayılardı. Ancaq kolxoz qurulan ilk günlərdən etibarən fırqəçilərin qadınları da özləri ilə sahələrə işləməyə çıxdılar. Tədricən yamşaqlar atıldı, kalağaylar qiymaça dəsmallarla əvəz edildi. Bunu
yeni quruluş tələb edirdi. Məişətdə olan belə dəyişiklər asan başa gəlmədi. Ciddi söz-söhbət, narazılıqlara da səbəb oldu. 1936-cı ildə pambıq yığımı başa çatdı. Noyabr ayının əvvəllərində sahələr yenidən şumlandı. Az keçmişdi ki, Tiflisdən gəlmiş komissiya üzvüləri tərəfındən şumlanmış sahələr yoxlanıldı. Bu yoxlamanın əsas məqsədi azərbaycanlılardan ibarət olan rayon rəhbərlərini bir dəfəlik aradan götürmək idi. Yoxlama zamanı əkilmiş sahələrdən təkə-seyrək açılmış qozalar aşkar edildi, elə bu da rayon rəhbərlərinin taleyini həll elədi. Rayon firqə komitəsinin birinci katibi Əbdül Eyyubov və İcra Komitəsinin sədri təqsirləndirilirdi. Yahya Mustafazadə özünü güllə ilə vurdu, intihar etdi. Əbdül Eyyubov və ikinci katib Mahmud Həsənov xalq düşməni kimi həbsə alındı.

1936-1937-ci illərdə yenidən kütləvi həbslər başladı. SSRİ-nin başqa ərazilərində olduğu kimi Gürcüstanda da ən ağır zərbə Azarbaycan ziyalılarına dəydi.

1937-ci ildə Binəli Mahmudovun qohumları İmaməli Süleyman oğlu,  Dünyamalı Oruc oğlu, Bədəl Xəlil oğlu, Qurban (Gözdər) Həsənov kolxozdan çıxdıqlarına görə həbs edildilər.

1937-ci ildə Faxralı firqə təşkilatının katibi Salman Əliyev, kənd şurasının sədri Bədəl Abdı oğlu, bir ay sonra Rayon İcrayə komitəsinin sədri Vahid Əliyev, Faxralı ziyalılardan Rəhim Həsənov, atası Molla Qurban Hacı Həsən oğlu, Şamil Həsənov (Təhməzqulu kişinin qardaşı oğlu), Güllər tayfasından Bayramalı Xəlil oğlu, Şeşəpapaq oğlu Oruc, Molla Mahmud və Borçalı, Lüksemburq rayonlarının Azərbaycan kəndlərindən yüzlərlə adlı-sanlı şəxslər həbs edildi. Ən dəhşətlisi o idi ki, 1937-ci ildə xalq düşməni adı ilə həbs edilən adamların heç biri sonradan geri qayıtmadı.

Olduqca dəhşətli illər idi. Hər xırda ehtiyatsızlıq üzündən adamlar gecə ikən həbsə alınır, onların başına nə iş gətirilməsindən heç kəsin xəbəri belə olmurdu. Həbs olunanlar barədə fıkir demək, onların ailələrinə himayədarlıq etmək ağır nəticələr verə bilərdi. Ona görə qohum-qohumdan, qardaş-qardaşdan belə imtina edirdi. Uşaqdan böyüyə hamının dilində müəyyən standart sözlər – filankəs xalq düşmənidi, kulaqdı, xalq düşməninin qohumudu, qulaq oğludu və s. kimi qəliblənmiş və təhqiramiz ifadələr dəbdə idi. Hətta kütləvi mətbuatda, qəzet və jurnallarda, dərsliklərdə xüsusi düşmən obrazlarının eybəcərləşdirilmiş başı, qarnı yekə və digər karikaturları təbligat vasitələri kimi əsas yer tuturdu.

Koxozlarda, idarə və müəssisələrdə, orta və ali məktəblərdə ümumi yığınacaqlar, fırqə və komsomol iclasları keçirilir, xalq düşməni adı ilə həbs edilənlərin yaxın və uzaq qohumları dindirilərdi. Onlar çıxış edərək deməli idilər ki, filankəs mənim qardaşımdı, qohumumdur, ya əmim oğludur, mən belə qohumdan imtina edirəm, söz verirəm ki, onun ailəsi ilə heç bir əlaqə saxlamayacağam. O, xalq düşmənidir. Belə üzdən iraq tənqid və özünü tənqid və candərdi etiraflar bu dövrdə insanların mənəviyyatını sındırmaq üçün ən əlverişli siyasi metod idi.

1937-ci il yanvarın 21 idi. V.İ.Leninin ölümünün il dönümü münasibəti ilə məktəbdə matəm iclasına hazırlıq gedirdi. Mərhum Şair Nəbinin oğlu Nadir də mənimlə bərabər X sinifdə oxuyurdu. Mən, nisbətən həvəslə şeir oxumağı və deklamasiya deməyi bacarırdım. Bu dəfə də dərs arası yoldaşlarım məndən Nadirin Leninə həsr etdiyi şeiri deklamasiya deməyi xahiş etdilər. Mən böyük həvəslə şeirin ilk kupletlərini dedim. Son misralarda isə yanıldım.

“Bağbanı uçmuş bu şanlı bağa,
Leninə xatirə, qalxın ayağa”

əvəzinə

“Bağbanı uçmuş bu şanlı bağa,
Stalinə xatirə, qalxın ayağa”

dedim. Dərhal şagird yoldaşlarım bir-birinin üzünə baxdı. Sinifimizdə ara vurmaqla və xəbərçiliklə məşğul olan bir nəfər: “Nə dedin? Necə dedin, bir də təkrar elə?”, – deyə üstümə düşdü. Mən səhv etdiyimi anlayıb dinmədim. Başa düşdüm ki, belə qeyri-iradi səhvin nəticəsi yaxşı olmayacaq.

Hələ bir neçə ay əvvəl məktəbin direktoru Paşa Sultanov (Tovuzlu məşhur inqilabçı Həmid Sultanovun qohumu idi) və riyaziyyat müəllimi Rəşid Bunyadov, rus dili müəllimi, istefada olan hərbçi Rəhim bəy Şıxlinski (hər ikisi Qazax rayonundan idi) həbsə alınmışdılar. Ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi Əziz Mursaqulov məktəbə müvəqqəti direktor təyin edilmişdi.

Həmin gün məni direktorun otağına apardılar və çox ciddi mühakimə etdilər. Məktəb komsomol təşkilatının katibi və müəllimlərdən bir neçəsi qəzəblə üstümə düşdülər. Onlar hətta məni xalq düşmənlərinin tör-töküntüsü də adlandırdılar.

Bədxahlara məlum idi ki, hələ 1931-ci ildə qanlı yanvar günlərində atam həbs olunub sonra isə azad edilib, həmin ildə səsi alınıb. Atamın ögey qardaşı İmaməli Süleyman oğlu və başqa qohumlar xalq düşmənləri kimi həbsə alınıb. Üstəlik kimsə əlavə etdi ki, mən onların ailələri ilə hələ də əlaqə saxlayıram. Ona görə də Nadir Nəbiyevin şeirini qəsdən təhrif etmişəm, “Leninə xatirə” əvəzinə “Stalinə xatirə” demişəm. Mən Stalini sevmirəm, onun ölümünü istəyirəm.

Təklif olundu ki, rayona – lazımı təşkilatlara məlumat verilsin, məni məktəbdən və komsomoldan xaric etsinlər. Bu barədə ən çox canfəşanlıq edən məktəbin komsomol təşkilatının katibi idi.

Atamın ögey qardaşı İmaməli Süleyman oğlu və onun əmisi oğlanları həbs edildikdən sonra ailəmizin vəziyyəti ağırlaşdı. Bu həm də bizə qarşı siyasi münasibətə də mənfi təsirini göstərdi.

Onsuz da atamın əskisi tüstülü idi, səsini almışdılar. Kolxoza daxil olandan sonra bir qədər dildən düşmüşdük, ancaq əmimin həbs edilməsi bədxahların yenidən baş qaldırmasına səbəb oldu. Tikanlı dillər işə düşdü. Digər tərəfdən də əmimin gənc ailəsi iki körpə uşaqları ilə 80-dan çox yaşı olan atası Süleyman kişinin və şikəst anasının himayasində qalmışdı. Atam bu ailədən, hətta doğma anasından nə qədər kənar durmaq istəsə də yenə yaxşı bilirdi ki, onların bütün qayğısına o qalmalıdır.

Həmin il həbs olunmamışdan əvvəl əmim İmaməli 5 hektardan çox taxıl əkmişdi. Binələrdə hektarlarla biçənək (ot) sahələri vardı, bunların hamısı biçilib yığılmalı idi. Atam qəti qərara gəldi ki, bu işlərdə mən babam Süleyman kişiyə kömək etməliyəm. Taxıl, arpa, ot sahələrini pulla biçdirdik. Ancaq sahələrdən arpa, buğda dərzlərini babamla bərabər daşıdıq.

O əzablı günlərin ağrı-acısı indi də yadımdan çıxmır. İsti yay günlərində hər səhər məni tezdən zorla şirin yuxudan qaldırardılar. Könülsüz, deyinə-deyinə atları arabaya qoşar, kənddən 5-6 km və bəzən də aralı sahələrə gedərdik. Qızmar günəş altında çətinliklə dərz arabasını yüklərdik. Babam Süleyman kişinin qulaqları ağır eşidirdi, gözləri də işıqdan düşmüşdü, Gözünün ağı-qarası böyük oğlu Ayvazın bir neçə il əvvəl, 1918-ci ildə, erməni quldurları tərəfindən dağ yolunda öldürülməsi, kiçik oğlunun isə həbs edilməsi onu taqətdən salmış, belini bükmüşdü. Gündə on dəfə əlini göyə qaldırıb allahdan ölüm diləyirdi. Ağır dərzləri yaba ilə arabanın üstünə qaldırmağa qocanın gücü çatmırdı. Arabanın üstünə çıxıb yükləyəndə isə müvazinətini zorla saxlayır, tez-tez təngildəyir, az qalırdı ki, yıxılsın. Əsas güc mənə düşürdü. Mən isə bədəncə zəif və gücsüz olduğuma görə dərzləri yerdən çətinliklə qaldırırdım. Dərzi yabanm ucunda bir az qaldırdıqdan sonra yabanın sapını qarnıma dirəyib var quvvəmlə özümə güc verirdim. Elə anlar olurdu ki, bir dərzi arabanın üstünə qaldırana qədər bir neçə dəfə yıxılırdım. Ən çətini isə araba yükləndikdən sonra üstünün çəkilməsi idi. 60-70 kq-dan artıq ağırlıqda olan (4-5 metr uzunluğu) orta ağacını arabanın üstünə qaldırmaq, sonra da onu arabanın qabaq tərəfindən qısa bağlamaq və arxa tərəfdən güclə çəkib bərkitmək, həm xüsusi təcrübə, həm də qeyri-adi güc tələb edirdi. Əgər arabanın üstü kifayət qədər möhkəm çəkilməsəydi yolda dərz uçub dağılardı.

Bu minvalla 1937-ci ilin yayında bir gün belə rahatlığını olmadı. Gözlərimlə od ayaqladım. 18 yaşım olmasına baxmayaraq arıq, candan zəif idim. Həmişə üç ay yayı yaylaqda nənələrimin yanında keçirərdim. Dərddən-qəmdən uzaq olardım, heç nə haqqında fıkirləşməzdim. 1937-ci ildə birdən-birə qara günlərimin başlanması məni də oda-alova atdı, ilk dəfə isti yay günlərinin yuxusuz gecələri məni qoynuna aldı.

Gündüzlər dərz daşıyar, xırman döyər, gecələr at otarmağa gedərdim. Bütün bu əzablarıma baxmayaraq kimsəsiz qocalara kömək etməyimə siyasi don geydirdilər. ”Xalq düşməninin əkin-biçin sahələrindən məhsulun yığılmasına kömək edib, xırmanını döyüb, arabasını işlədib” deyə məni təqsirləndirirdilər. Məktəbdən xaric edilməyim barədə direktor əmr verdi. Əslində 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun fılologiya fakultəsini bitirmiş və müvəqqəti Faxralı orta məktəbinin direktorluğu həvalə edilmiş Əziz Mursaqulovun özü də o dövrün ölçüsündə “gözü kölgəli idi”. Çünki Borçalının Qızılhacılı kəndindən olan bəy nəslinə – Mursaqulovlara mənsub idi. Məktəbin komsomol iclasında “natiqlər” alovlu çıxışları ilə mənə hücum çəkdilər. İndi həmin şagird yoldaşlarımın çoxu dünyasını dəyişdikləri üçün adlarını çəkmirəm. Hətta həbsə alınmağımı təklif etməyi də özlərinə rəva bilənlər oldu.

Mən 1936-cı ildə komsomola daxil olmuşdum. Məktəbdə fəal ictimaiyyətçi idim. Rayon komsomol komitəsinin bürosunda komsomola keçərkən verilən siyasi suallara verdiyim cavablar büro üzvlərinin xoşuna gəlmişdi. Ona görə də komsomol biletini mənə qeyri adi şəraitdə təqdim etdilər. Kənd klubunda (hasanlı tayfasının toy mərasimlərinin keçirilməsi üçün tikdirdikləri böyük zalda) kolxozçuların iclası çağrıldı. Müəllimlər və yuxarı sinif şagirdləri də dəvət olunmuşdu. Kolxoz sədri, ilk firqə təşkilat katibi, məktəbin direktoru, rayondan gəlmiş nümayəndələr rəyasət heyətində oturmuşdular. Təsərrüfat məsələləri müzakirə edildikdən sonra iclasda iştirak edən rayon komsomol komitəsinin birinci katibinə söz verildi. O, başqa millətin nümayəndəsi olmasına baxmayaraq Azərbaycan dilində gözəl danışırdı.

Kürsüyə qalxdı, şura hökumətinin gənclərə qayğısından, təlim-tərbiyədən, komsomolun, partiyanın gələcəyi, əvəzedici olmasından, V. İ. Leninin Gənclər İttifaqlarının qarşısında qoyduğu vəzifələrdən danışdı. Rayonun nümunəvi komsomolçularının adını çəkdi. Sonra da məni təriflədi. Büro üzvülərinin hazırcavablığımdan, fəallığımdan razı qaldıqlarını qeyd etdi. Məni tribunaya dəvət etdilər. Çıxışımda həmişə Lenin komsomolu işinə sədaqətli olacağımı, yaxşı oxuyacağıma, yaxşı işləyəcəyimə söz verdim. Sözümü qurtaran kimi hamı əl çaldı, alqışladı. Katib məni yanına çağırıb əlimi sıxdı, komsomol biletini təqdim etdi. Sonra da məni iki əlləri ilə yuxarı qaldırdı, bir daha alqışladılar. Ancaq bir ildən sonra bu təmtəraqlı görüşlər kölgədə qaldı, mənə qaışı ciddi ittihamlar irəli sürdülər. Komsomol sıralarından və məktəbdən xaric etdilər.

Məktəbdən xaric edildikdən sonra atamın və qohnmlarımın məktəb rəhbərinə, firqə və komsomol təşkilatına, kəndin üzdə olan rəhbərlərinə xahiş və minnəti bir nəticə vermədi. Demişdilər ki, oğlunuz siyasi səhvə yol verib, indi belə səhvlərə görə adamları Sibirə göndərirlər. Biz oglunuza görə başımızı bəlaya sala bilmərik. Siz sevinməlisinz ki, oğlunuz yüngül cəza ilə canını qurtarıb. Sonra də kəndin əsas adamları – kolxozun sədri Mehralı Həsənov, kənd şura sədri Namaz Alpaşa oğlu, fırqə təşkilatının katibi məsləhət gördülər ki, yuxarı təşkilatlara müraciət edək. Ona görə də əvvəl rayon maarif şöbəsinə və komsomol komitəsinə ərizə ilə müraciət etdik, ancaq aylar keçsə də ümidverici cavab almadıq. Nəhayət Gürcüstan Maarif Komisarlığına və Respublika Komsomolunun Mərkəzi komitəsinə və mərkəzi partiya təşkilatına ərizə yazdım. Qəribə zaman idi. Ərizə yazmaq üçün müraciət etdiyim və ümid bağladığım şəxslər də qorxularından mənə kömək etmədilər. Yaxşı deyiblər ki, “ehtiyac insanın ilk müəllimidi“, məcburiyyət üzündən ərizələrimi özüm yazdım və qəbula getdim.

O da maraqlıdır ki, ərizələrimi şerlə yazmışdım. 12 vərəqlik dəftər həcmində idi. İndi həmin ərizələrimin şeriyyəti və məzmunu barədə bir fıkir deyə bilmərəm, yalnız o xat1r1mdad1r ki, iki aydan sonra məni rayon f’ırqə komitəsinə çağırdılar, öyüd-nəsihət verdilər, ərizələrimi göstərib, qeyd etdilər ki, məktəbə bərpa olunmağım barədə Maarif şöbəsinə göstəriş verilib, komsomol məsələmi də həll edəcəklər. İki ay fasilədən sonra aprel ayında yenidən məktəbə qayıtdım. Əleyhimə danışan, sinif yoldaşlarından bəzilərinin üstünə elə bil ki, su ələnmişdi. Onlar mənə yaxınlaşmaq istəmirdilər. Bəlkə də mənim qələbəmə inanmır, yaxud da sevinmirdilər. Bu isə mənim həyatda ilk qələbəm idi. Ona görə ki, 1937-ci ildə orta məktəbi müvəfəqiyyətlə bitirdim, həmin ildə məktəbin tarixində ilk buraxılış olduğu üçün bizim gələcək talemizlə bütün kənd maraqlanırdı. İndi bu yazıları xatirəmdən kağıza köçürdüyüm anda həmin buraxılışdan, həmyerlilərimdən yalnız bir nəfər sağdır.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur