Yenə Bakıda

Yarımçıq qalmış təhsilimi davam etdirmək məqsədilə 1947-ci ildə Bakıya gəldim. Uzun müddət ərizə-şikayətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun IV kursuna qəbul olundum. Müharibədən sonra Bakı şəhərində xüsusi çətinliklər var idi. Qara çörəyi“ bir kiloqramı 8-10 manat idi. Yağ, pendir, qənd isə “od qiymətinə” satılırdı. Qənd əvəzinə su köşklərindən saxarin alıb çayla içirdik. Kənddən gətirdiyimiz ərişdə, lobya, noxud əvəz olunmaz yeməyimiz idi. Mənimlə eyni vaxtda iki nəfər həmyerlim və dostlarım (mərhum Mürsəl Budaqov Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində, Əlizadə Həsənəli isə iqtisad institutunda) təhsil alırdılar. Hər ikisi müharibədən əldən şikəst qayıtmışdılar və içəri şəhərdə ev kirayələmişdilər. Rəhmətlik Mürsəl Budaqov bir qolunu dibindənı Həsənəli isə biləyindən əlini itirmişdi. Dostlarımın vəziyyətini nəzərə alıb, hər gün mühazirələrdən sonra gəlib onlara yemək hazırlayardim. “Çətin günün ömrü az olur” deyiblər, ali məktəbləri bitirdikdən sonra hər ikisi ömürlərinin sonuna kimi Azərbaycanın ali məktəblərində işlədilər.

MÜRSƏL QƏRİB OGLU BUDAQOV. Faxralıda dünyaya göz açıb (1920). İlk təhsilini də Faxralıda alıb. Borçalı Pedaqoji Texnikumunu bitirib. Müharibənin ilk günlərindən ordu sıralarına çağrılıb. Şərəfli döyüş yolu keçib. Müharibə qurtardıqdan sonra vətənə qayıdaraq Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib (1947-1952). Mürsəl müəllim Universiteti bitirdikdən sonra həyat və fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. İxtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib və elmləri namizədi adına layıg görülüb. İlk əmək fəaliyyətınə keçmiş Lenin adına muzeydə başlayıb. Sonralar Dillər İnstitutunda, Dövlət Universitetinin tarix fakultəsində müəllim, kafedru müdiri kimi şərəfli əmək yolu keçib. Bu təvazökar insan, etibarlı dost 1994-cü ildə, 74 yaşında həyatının yetgin çağında əbədiyyətə qovuşdu.

HƏSƏNƏLİ ALI OĞLU ƏLİZADƏ. Faxralı kəndində doğulub (1921). Orada orta məktəbi bitirib (1939). Müharibəyə səfərbər olunub. Şərəfli döyüş yolu keçib. Müharibədən sonra Bakıda Xalq Təsərrüfatı iqtisadiyyatı institutuna daxil olub və oranı bitirib (1947-1951). İqtisadiyyat üzrə dissertasiya müdafiə edərək iqtisad elmlər namizədi adını alıb. Ömrünün axırına kimi Gəncə Kənd Təsərrüfatı institutunda müəllim, dossent, kafedra müdiri vəzifəsində işləyib. 1999-cu ildə, uzun sürən xəstəlikdən sonra rəhmətə gedib.

1947-ci ildə mənimlə bir kursda təhsil alan oğlan və qızların əksəriyyəti müharibədən qayıtmışdı. Çoxu hələ də döyüş libaslarını çıxarmamışdı. Ətir əvəzinə paltarlardan barıt qoxusu gəlirdi. 1941-ci ildə müharibənin ilk günlərində qarın yatalağı üzündən xəstəxanaya düşdüyüm üçün III kursdan bəzi imtahanlanm qalmışdı. Bu kəsirləri ləğv etmək üçün çox çalışmalı oldum. Ancaq, kurs yoldaşlarımdan fərqli olaraq 6 illik pedaqoji təcrübəm vardı. Müharibə illərində əlimi-əlimin üstə qoyub boş oturmamışdım. Arıxlı, Kolagir, Faxralı, İmirhəsən məktəblərində müəllim işləmişdim. Bu təcrübəm kara gəldi. IV kursda məni pedaqoji praktikadan (dərs deməkdən) azad etdilər. Mənimlə təhsil alan bütün tələbələr IV kursu və dövlət imtahanlarını 4-5 qiymətlərlə başa vurdular. Tələbə yoldaşlarım arasında Azər Hüseynov (Şuşa), Kamal Qəhrəmanov (Şuşa), Şükür Sadıqov (Naxçıvan), F ərman Tağıyev (Naxçıvan) kimi çalışqan, istedadlı gənclər də vardı. Sonralar onların bəziləri ixtisasları üzrə elmlər namizədi, elmlər doktoru səviyyəsinə qalxdılar və Pedaqoji Universitetdə müəllim işlədilər.

1947-ci ildə Bakı şəhərində iqtisadi çətinliyin hələ də tam aradan qaldırılmamasına baxmayaaq, müharibə illərində hərbi qospitala çevrilmiş və göz yaşları ilə tərk etdiyimiz institutun keçmiş binasmda təhsilimi davam etdirməyim mənim ən xoşbəxt anlamın idi. Burada sevimli müəlimlərim Əli Sultanlı, Əbdül Əzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Cəfər Xəndan, Ağamməd Abdullayev, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Həmid Əfəndiyev və başqaları ilə yenidən görüşmək, onların maraqlı mühazirələrini dinləmək bir daha məna qismət olmuşdu.

Dövlət imtahanı yaddaşımda xüsusi iz buraxıb. Komissiyanın sədri mərhum Mikayıl Rəfıli idi. Marksizm-leninizmdən, ixtisas fənnindən qurupada oxuyan bütün tələbələr “əla” qiymət almışdı. Pedaqogikadan imtahanı rəhmətlik Mehdi Mehdizadə götürürdü. Sualları özünün yazdığı də’rslikdən tərtib etmişdi. Dərslik isə əsasən rus dilindən tərcümə idi. Dərslikdə bir sıra ixtisarlara və təhriflərə yol verilmişdi. Mən cavablarımda rus dilində olan kitablara istinad etdim, nədənsə M.Mehdizadənin kitabının adını çəkmədim. Bir qədər işarə ilə bildirdim ki, bəzi azərbaycanlı müəlliflər yeri gəldikdə rus dilində olan mənbələri təhrif ediblər, ona görə Azərbaycan dilində olan dərsliklərdə müstəqil fıkir yoxdur. Sözümü qurtaran kimi rəhmətliyi “od götürdü”. “Bu nəzakətsizlikdir, mən belə tələbəyə qiymət vermərəm, hələ indidən bizi bəyənmir”, – deyə bərk əsəbləşdi. Komissiya üzvləri arasında xeyli mübahisə getdi, ancaq xoşbəxtlikdən komissiyanın sədri Mikayıl Rəfilinin Mehdizadəyə dediyi sözlər indi də xatırımdan çıxmayıb: “Siz narazı qalmaq yox, tələbəyə sağ ol deməlisiniz, çünki mütəxəssislərin cəsarət tapıb deyə bilmədiyi nöqsarıları bu gün tələbə göstərir”. Nəhayət, mənə qiymət yazdılar. Dörd illik institut illərimdə ilk dəfə idi ki, haqsızlıqla üzləşirdim. Həmin gün imtahandan sonra öyrəndim ki, burada həm də bədgümanlıq öz işini görüb. Institutun rektoru mərhum professor Əhməd Seyidov idi. Respublikada milli pedaqoji kadrların hazırlanmasında misilsiz xidmətləri olmuşdu. Neçə-neçə pedaqoji elmlər namizədi, doktorlar yetişdirmişdi. Azərbaycan dilində pedaqogika tarixindən ilk dərsliyin müəllifi idi. M.Mehdizadənin pedaqogika elmi sahəsində bir alim kimi formalaşmasında da Əhməd Seyidovun xüsusi xidmətləri vardı. Ancaq 1947-ci ildə Əhməd Seyidovla M.Mehdizadə arasında münaqişə yaranmışdı. Bu isə öz növbəsində tələbələr arasında qazaxlı, qarabağlı kimi xoşa gəlməz, yerliçilik söz-söhbəti yaratmışdı. Dövlət imtahanı zamanı Mehdizadənin dərsliyi haqqında fikirimdən rəhmətlik belə nəticə çıxarıbmışdı ki, yəqin qazaxlılardan kimsə məni öyrədib onun dərsliyi haqqında pis fikirdə olmuşam.

Dövlət imtahanları qurtaran kimi təyinatımı Gürcüstan Maarif Nazirliyinin sərəncamına aldım. Ali təhsili müəllim kadrlarına Gürcüstanın bütün Azərbaycan rayonlarında ehtiyac var idi. Bir sıra kəndlərdə müəllim çatışmadığına görə müharibə illərində orta məktəbələr bağlanmışdı. Bolnisi rayonunda Faxralı və Arıxlı məktəblərinin orta məktəb kimi yalnız simvolik adları qalmışdı. Müharibənin ilk günlərindən İX-X siniflər fəaliyyət göstərmirdi. 1947-1948-ci dərs ilində hər iki məktəbdə natamam ali təhsilli müəlimlər (Faxralıda Binnət Mahmudov, Arıxlıda Mustafa Aslanov) direktor idi. Elə güman edirdim ki, Gürcüstan Maarif Nazirliyi məni orta məktəblərin birinə direktor göndərəcək. Fikirləşdiyim kimi olmadı. Respublika Maarif Nazirliyinin kadrlar şöbəsində mənim əmrimi Akaurt (Ayorta) kənd 8 illik məktəbinə verdilər. Daha doğrusu nazirliyin əmri ilə məni həmin məktəbə direktor təyin etdilər. Bu məktəbdə 1947-ci ilə kimi pedoqoji orta təhsilli Əmir Məmmədov direktor işləmişdi.

O, rayon partiya komitəsinə təbliğat-təşviqat şöbəsinə müdir keçmiş  yerini bacısı oğlu orta təhsilli Abdulla Məmmədova tapşırmışdı. Rayona gələn kimi maarif şöbəsinə müraciət etdim. O, isə məni raykoma, Əmir Məmmədovun yanına göndərdi. Onunla söhbətimiz çox konkret və qısa oldu. Bildirdi ki, nahaq yerə əziyyət çəkirəm, bacısı oğlu orta təhsilli olsa da yerlidi, həmin məktəbdə də direktor işləməlidi. Sonra da əlavə etdi: “Görürsən, mən də orta təhsillıyəm, ancaq raykomda şöbə müdiri işləyirəm. Gələcəkdə ola bilər ki, mənə daha yüksək vəzifələr tapşırılsın. Həyatın öz qanunları var, Hər şey kitablarda, dövlət qanunlarında yazılan kimi olmur”. Bundan sonra deməyə sözüm qalmadı. Əmrimi götürüb yenidən Maarif Nazirliyinə qayıtdım. Və Faxralı orta məktəbinə sıravi Azərbaycan dili və ədəbiyyatı müəllimi işləməyə əmr aldım. Demək olar ki, bunda da işim gətirmədi. Məktəbdə 15-16 sinif komplekti vardı. Dil- ədəbiyyat dərsləri az idi. 10-12 saat dərsə qulluq etməli idim. Bu dərs yükü ilə gənc ailəmi və iki uşağımı saxlamaq, əlbəttə, çətin olardı. İş elə gətirdi ki, məni tədris işləri üzrə müavin təyin etdilər. Bu da qismən vəziyyətimin yünqülləşməsinə kömək etdi. Bu vəzifədə iki il işlədim.

1950-ci ilin avqustunda Bakıya qayıtdım. Mərhum Əlyar Qarabağlı “Azərbaycan məktəbi” jurnalında çalışırdı. O, məni Maarif Nazirliyinin kadrlar şöbəsinin müdiri Yusif Bayramovun yanına apardı. Mərhum Yusif müəllim bizi özünə xas olan xoş üzlə, mədəniyyət və mərifətlə qarşıladı. Əlyar müəllim mənim vəziyyətimi və iş üçün gəldiyimi danışdı. 9 il pedaqoji iş stajım olduğunu da əlavə etdi. Yusif Bayramov məsləhət gördü ki, yubanmadan Gürcüstana gedim, işdən azad olunum və Bakıya qayıtdım, Puşkin, (Biləsuvar) rayonunda maarif şöbə müdiri vəzifəsi boşdur, məni ora göndərə bilər. Rəhmətlik Əlyar Qarabağlı və Yusif müəllimə razılığımı bildirdim, hər ikisi mənə bir daha tapşırdılar ki, ləngiməyim, tez Gürcüstana qayıdım, tələb olunan sənədləri gətirim.

Yusif müəllim görünür, Moskvada təhsil almışdı. Rus dilini gözəl bilirdi. Xarici görünüşü ilə daxili mədəniyyəti bir-birini tamamlayırdı. Dikbaşlıq və eqoizmidən uzaq idi. Mənə bir sıra faydalı məsləhətlər verdi.

Atalar yaxşı deyiblər ki, “Sən saydığını say, gör fələk nə sayır”. Böyük ümidlə Tiflisə qayıtdım. İşdən azad olunmağım barədə Maarif  Nazirliyinin kadrlar şöbəsinə ərizə ilə müraciət etdim. Burada bildirdilər ki, rayon Partiya Komitəsindən məni təcili axtarırlar. Hətta bu barədə nazirliyə vurulan teleqramı da göstərdılər. Məni təşviş götürdü. Nəyə görə axtarırlar, kimə lazım idim?! Həm ludrlır şöbəsinin rəisi Kvaçadze narazılığım, ərizə-şıkayətim olub-olmadığını soruşdu. İnanırdım ki, heç yerə şikayət etməmişəm. O, Bolnısı rayon Maarif şöbəsinə zəng etdi, bildirdi ki, Bakıdan qayıtmışam və hazırda onun qəbulundayam, əlavə etdi ki, bu barədə rayon Partiya Komitəsinə xəbər versinlər. Telefonla daha nə isə danışdılar. Sonra üzünü mənə tutub dedi ki, xeyir iş üçün axtanlıram, şəhərdə çox yubanmadan rayona getməliyəm. Dərhal kəndə qayıtdım. Burada məlum oldu ki, iştirakım olmadan məni rayon Partiya Komitəsınin Bürosunda rayon qəzetinə redaktor təsdiq ediblər.

Rayon Partiya Komitəsinin 1-ci katibi K.M.Lomadze ilə görüşməli oldum. Məni çox səmimi qəbul etdi. Yeni vəzifə üçün əlimi sıxdı. Bəzi məsləhətlər verdi. Bildirdi ki, təcili Tiflisə, Mərkəzi Komitəyə təsdiqə getməliyəm. Rayon Partiya Komitəsinin Büro iclasının qərarını və digər əlavə sənədləri götürüb Tiflisə getdim. Mərkəzi Komitənin nəzdində təşkil olunmuş bir aylıq seminar məşğələlərində iştirak etdim. Nəhayət, gözlənilən gün gəlib çatdı. Bürodan əvvəl şöbələrdə məsləhət aldıq. Mərkəzi komitənin mətbuat şöbəsinin müdiri Lelaşvili ilə söhbətimiz xeyli çəkdi.

Saat 10-da Mərkəzi Komitənin Büro iclası başlandı. Müxtəlif vəzifələrə təsdiq olunmaq üçün gələnlər şöbələr üzrə büro iclasını dəvət olundular. Növbə təbliğat şöbəsinə çatdı. Bizi büro iclasını dəvət etdilər. Onu da qeyd edim ki, büroya çağrılanlar arasındı yeganə azərbaycanlı mən idim. Ali Partiya evində ilk dəfə idi ki, olurdum. Ona görə hər şey mənə yeni və qeyri-adi görünürdü. İclas salonuna daxil olarkən bir an həyəcan keçirdim. Böyük və əzəmətli divarda Stalinin ayaq üstə portreti asılmışdı. Qoz ağacından sənətkarlıqla hazırlanmış və parıltısı göz qamaşdıran masanın arrxasındı K.N.Çarkviani əyləşmişdi. Boydan-boya zalı tutmuş stolun ətrafında ilk dəfə gördüyüm büro üzvləri oturmuşdular. Təsdiqə gələnlər növbə ilə bir-bir ayağa qaldırılır, özləri haqqında qısa məlumat verir, sonra şöbənin nümayəndəsi rayon partiya komitəsinin büro iclasının qərarını və şöbənin rəyini bildirirdi. Növbə mənə gələndə K.N.Çarkviani özü suala tutdu. Gürcü dilini bilməyimi, təhsilimi soruşdu. Bununla da məsələ qurtardı. Şöbənin işçilərini məzəmmət etdi ki, hazırda Bolnisi rayonunda şərait dəyişib. Rayon mərkəzində gürcülər yaşayır. Rayonun kadr məsələsi həll edilərkən bu vəziyyət nəzərə alınmalıdı, gürcülərə əsas yer verilməlidir. Sonra katib üzünü mənə tutdu dedi: ” inciməyin, gələcəkdə mərkəzi komitə səni nəzərə alacaq və başqa işdə istifadə edəcək”.

Yeri gəlmişkən qeyd edim ki, 1941-ci ildə almanlar Bolnisi rayon mərkəzindən Orta Asiyaya sürgün edildikdən sonra K.N.Çarkviani buraya Gürcüstanın dağlıq ərazisində yaşayan öz doğma kəndlərinin əhalisini köçürmüşdü. Etiraf edim ki, Çarkvianinin bu açıq millətçiliyindən sonra Gürcüstamn Mərkəzi orqanlarına olan inamım kökündən dəyişdi. Əvvələr mənə elə gəlirdi ki, bütün qanunlar aşağı təşkilatlarda pozulur. Yuxarı təşkilatlar isə heç vaxt haqsızlığa, “müqəddəs qanunların” pozulmasına yol verməzlər. Bir daha başa düşdüm ki, Mərkəzi Komitənin Bürosunda təsdiq olunmamağım yalmz mənə aid şəxsi məsələ yox, bütün azərbaycanlı ziyalılara qarşı, zaman-zaman baş qaldıran millətçilik mərəzi idi. Bu həm də Gürcüstanın dövlət idarələrində müxtəlif vəzifələrdə çalışan Azərbaycan ziyalılarının fürsət düşdükcə sıxışdırılmasına iyrənc bir işarə idi.

Vaxtilə Gürcüstanda Beriya tərəfındən başlanan Çarkviani tərəfindən davam etdirilən bu milli təzyiq sonrakı illərdə respublikada xərçənk xəstəliyi kimi yayıldı. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan rayonlarının adları dəyişdi, əvvəlcə Bolnisi rayonunda və digər ərazilərdə olan Azərbaycan kəndləri və rayon adları gürcü tələfüzünə uyğunlaşdırıldı: (Arıxlı, Arıxlo, Saraclı-Saraclo, Aşağı Qoşakilsə-Kvemo-Qoşakilsə, Yuxarı Qoşakilsə-Zemo-Qoşakilsə, Qoçulu-Qoçulo, Kəpənəkci-Kvemo Bolnisi, yaxud Saral-Qvemo Zemo, Soğanlıq-Ortacala-Ponicala, Qarayazı-Qardabani, Qaraçop-Saqaraco və s.) kimi kənd, qəsəbə yer adlarına yeni qondarma adlar verildi. Burada yaşayan azərbaycanlıların mənəviyyatı açıq-açığına təhqir edildi. Bu proses Gürcüstanda müvəqqəti hakimiyyət başına keçmiş Xalq Cəbhəsinin və onun başçısı Z.Qamsaxurdiyanın vaxtında isə daha zoraki, eybəcər hal aldı.

K.N.Çarkvianinin Gürcüstanda I katib işlədiyi uzun illər rayonlar da partiya-sovet orqanlarının aşağı pillələrində, inzibati idarələrdə maarif, mədəniyyət sahəsində rəhbər işlərdə çalışan azərbaycanlılar gürcülərlə əvəz olundu. Mərkəzi komitənin birinci katibindən üz görən bəzi raykom katibləri yerlərdə milli təziyqi gücləndirdilər, azərbaycanlıların narazılıqlarına və şikayətlərinə məhəl qoymadılar.

Büroda təsdiq olunmamağım mənə çox təsir etmişdi. Milli heysiyyətimin təhqir olunmasına dözə bilmirdim. Digər tərəfdən də rayon partiya komitəsinin 1-ci katibi Lomadzeni ürəyimdə məzəmmət edirdim. Axı, mən xahiş etməmişdim ki, məni qəzetə redaktor təyin etsinlər. Katib dünya görmüş, ağıllı, təcrübəli, rayonda da xüsusi hörməti olan adam idi, nə ücün Mərkəzi Komitənin razılığını almadan məni göndərmışdı? Hətta, katıbın təkidi ilə redaksiyanı da qəbul etmişdim. Qəzetin bir neçə nömrəsi də mənim imzala çıxmışdı. İndi bəs mən xalq arasına necə çıxacağam?!

Lomadze gəlməyimi bilən kimi dərhal məni qəbul etdi. Hiss olunurdu ki, vəziyyət onu da bərk əsəbləşdirmişdi. Görünür, səhvini başa düşmüşdü. Digər tərəfdən də Lomadze şəxsən mənim Bolnisidə və Borcalıda nə əvvəllər, nə də sonralar gördüyüm bəzi katiblərə bənzəmirdi. Hər şeydən əvvəl o, əsil mənada ziyalı idi. Başqa gürcü ziyalılarında olan eqoistlik, millətçilik mərəzi onda yox idi. Rayonda kolxozçudan tutmuş ziyalıya qədər hamı onu obyektiv, işküzar, qayğıkeş, yüksək mənəviyyata malik bir adam kimi sevirdi. Rayonun ərazisində azərbaycanlıların çoxluğunu nəzərə alaraq həmişə onlara hörmətlə yanaşırdı. Kadr məsələsinin həllində də bu prinsipi gözləməyə çalışırdı. Kolxozlarda briqadirdən başlamış, sədrlərə qədər hörmətini saxlayan dostları vardı. Mənim məsələmə gəldikdə isə, məlum oldu ki, Mərkəzi Komitənin ideoloji işinə baxan katibi və şöbə ilə razılaşmış, ancaq onlar bu barədə Çarkvianinin rəyini öyrənməmişlər. Nəticədə qanqaralıq yaranıb. Mən yenə də Bakıya qayıtmaq üçün katibin razılığını istədim və Bakıda mənə yaxşı iş təklif olunduğunu bildirdim. Lakin katib razılıq vermədi. Dedi ki, inciməyim və tezliklə başqa işə keçirəcəyinə söz verdi. Rayon xalq maarif şöbəsinin müdiri Çiçiquriyə zəng edib, məktəbdə şəraitimin yaxşılaşdırılmasını tapşırdı.

Hələ 1948-ci ildə Faxralı orta məktəbinin direktoru Binnət Mahmudov, tədris işləri üzrə müavin mən idim. Məndən əvvəl həmin vəzifədə Əmir Abdinov işləmişdi. O, olduqca işgüzar, bacarıqlı və şux təbiətli bir müəllim idi. Yaxşı tar çalırdı. 1946-cı ildə Gürcüstan hökuməti Tiflisdə yaşayan yerli azərbaycanlıların bir hissəsini İran təəbəsi bəhanəsi ilə respublikadan sürgün etdilər. Ata babalarının doğma yurdlarından Orta Asiyaya sürgün edilənlər arasmda Əmir Abdinovun özü və ailəsi də vardı. Belə günahsız insanlara N.S.Xruşşovun Sovet İttifaqına N.S.Xruşşovun Sovet İttifaizlı Kommunist Partiyasının rəhbərliyi zamam (1956-cı ildə) bəraət verildi. Ancaq Əmir Abdinov ailəsi ilə birlikdə Tiflisə deyil, Bakıya qayıtdı. Və 5 ömrünün axırına qədər burada yaşadı.

BİNNƏT HÜSEYN OĞLU MAHMUDOV (1910-1984). Faxralıda anadan olub, ilk təhsilini də orada alıb. 1935-1936-cı ilə kimi Faxralı məktəbində dərs deyib. Bakıda Dövlət Pedaqoji İnstitutunun fızika fakultəsində oxuyub (1936-1941), dövlət imtahanından qabaq, IV kursu bitirdikdən sonra pedaqoji istehsalat təcrübəsi keçmək üçün Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib (1941). Bir il hərbi xidmətdə olub. Sonra Sadaxlı kənd orta məktəbində müəllim, Borçalı Pedaqoji Texnikumunda direktor (1942-1947) işləmişdir. ı947-1950-ci ilə qədər Faxralı orta məktəbində direktor olmuşdur. “K.N.Çarkviani” və “Budyonnu” adına kolxozlar birləşib “Qələbə” kolxozu yarandıqdan sonra onun sədri seçilmişdir. Fasilə ilə 15 il bu vəzifədə çalışmışdır. “Qələbə” kolxozu sovxoza çevrildikdən sonra isə sovxozda baş mühasib, kənd sovetin sədri və s. kimi müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. 1984-cü ildə ürəyi qəflətən dayanmışdır.

1950-ci ildə mən Binnət Mahmudovun yerinə Faxralı orta məktəbinə direktor təyin olundum. Müharibədən beş il keçməsinə baxmayaraq məktəbdə hələ həllini gözləyən bir sıra problemlər vardı. Fənn kabinetləri, labaratoriyalar yox idi. Məktəb kitabxanasının nə olması barədə sadəcə təsəvvür vardı. Müharibə illərində hər şey dağılmışdı. İnventar, avadanlıq, sinif otaqlarında parta, müəllimlər üçün stol, stul çatışmırdı. Qonşu kəndlərdə – Qoçulu, İmirhəsən, Saraçlı və Kəpənəkçidə yuxarı siniflər yox idi. Şagirdlər VIII sinifi bitirdikdən sonra təhsillərini davam etdirmək üçün Faxralı məktəbinə gəlməyə məcbur idilər. Burada onları qəbul etmək üçün adi şərait yaradılmalı idi. Orta məktəbdə isə hələlik 576 nəfər şagird, 16 sinif komplekti vardı. Kənddə olan məktəb yaşlı uşaqların 50 faizdən çoxu təhsildən kənarda qalmışdı. Valideynlərin bir qisminin hələ də qızların məktəbdə oxumalarına qarşı mənfi münasibətləri dəyişməmişdi. Yuxarı siniflərdə bir nəfər də olsun qız oxumurdu. Müəllimlərin çoxu kənardan gəlmişdi. Məktəb MantaşovunMuxraniskinin adları ilə bağlanan uyğunlaşdırılmış yaşayış binalarında yerləşirdi. Bütün bu çətinlikləri tədricən aradan qaldırmaq, vəziyyəti kökündən dəyişmək lazım idi. Bu isə gərgin və fasiləsiz iş tələb edirdi. Məsuliyyəti dərk edərək 1950-1955-ci illərdə, ilk növbədə, bir sıra əsas tədbirlərin yerinə yetirilməsinə nail olduq. Məktəb bütün fənnlər üzrə ixtisaslı kadrlarla təmin olundu. Kənd üzrə 7-15 yaşlı uşaqların siyahısı yenidən dəqiqləşdirildi, təhsildən kənarda qalanlar müvafiq siniflərə cəlb olundu. Yaz, payız aylarında dərs ili başa çatmadan şagirdlərin dağa, binəyə getmələri halları aradan qaldırıldı. Borçalıdan, Ermənistandan və qonşu kəndlərdən yuxarı siniflərə gələn şagirdlər üçün qismən şərait yaradıldı.

Tədris işləri üzrə müavin Nəbi Gülməmmədovun ciddi tələbkarlığı, məsuliyyətli və müntəzəm elmi-pedaqoji nəzarəti nəticəsində yeni siniflərdə tədrsin keyfiyyəti ildən-ilə yüksəldi.

Bu gün artıq xatirələrə dönmüş ibtidai siniflərdə dərs deyən müəllimlər:

  • İsmayıl Musayev,
  • Ələskər Nuriyev,
  • Dünyamalı İmanov,
  • İsmayıl İsmayılov,
  • İsa Qurbanov,
  • Abbas Nuriyev,
  • Telli Məmmədova,
  • Sənəm Mahmudova

və başqalarına pedaqoji-metodiki köməyi artırmaq məqsədi ilə ibtidai siniflər üzrə müavin ştatı müəyyənləşdirildi və Hacı Həsənov müavin təyin edildi.

NƏBİ BAYRAMƏLİ OĞLU GÜLMƏMMƏDOV. Faxralı kəndində anadan olub ( 1910). Ilk təhsilini Faxralıda alıb. Tiflis Pedaqoji Texnikumunu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini qurtarıb ( 1940). Adıgün rayonunun Toloş Pedaqoji Texnikumunda direktor (1940-1941), son alar Faxralıorta məktəbində riyaziyyat müəllimi, 1950-ci ildən etibarən tədris işləri üzrə müavini vəzifəsində çalışıb. Nəbi müəllim özünün pedaqoji fəaliyyəti dövründə məktəbin məzunları sırasında güclü riyaziyyatçılar nəslinin yetişməsində müstəsna xidmətlər göstərib. Bu gün Nəbi müəllimin dərs dediyi keçmiş  şagirdləri sırasında riyaziyyat elmləri namizədləri və doktorlar var. İstedadlı mütəxəssis, müəllimlər müəllimi 1977-ci ildə uzun sürən xəstəlik nəticəsində vəfat edib.

Müharibədən sonra 1948-ci ildə Faxralı məktəbinin X sinifini 9 nəfər şagird bitirdi. Onlardan yalnız 6 nəfəri Faxralıdan idi. 3 nəfəri isə qonşu Saraclı və Qoçulu kəndlərindən idi.

Həmin il 9 nəfərin hamısı Azərbaycanın ali məktəblərinə qəbul olundu. Mərhum Məmməd Məmmədov və İsaxan Ömərov Azərbaycan Dövlət Universitetinin fıologiya, Yaşar Naziyev riyaziyyat fakultələrinə, Şamil Orucov Azərbaycan İqtisad İnstituna, Namaz Hüseyn oğlu Bədəlov, Nəbi Gülməmmədov, Namaz Məhəmməd oğlu Namazov, Kərim Məmmədəli oğlu Kərimov Gəncə Kənd Təsərrüfat İnstituna, digər 3 nəfər isə başqa ali məktəblərə daxil olaraq təhsil aldilar. Sonralar Məmməd Məmmədov, İsaxan Ömərov, Şamil Orucov öz ixtisasları üzrə elmlər namizədi, Yaşar Naziyev və Namaz Bədəlov elmlər doktoru oldular.

Dünyadan vaxtsız getmiş kənd təsərrüfatı elmlər doktoru Namaz Bədəlov 1994-cü ildə respublikanın radio və televiziya redaksiyasına oğlum Elxan Məmmədliyə göndərdiyi məktubunda Faxralı orta məktəbi ilə son dəfə vidalaşdığı anları (46 ildən sonra) xatırlayaraq yazırdı: “Hüseynqulu müəllim uzun illər direktor işlədiyi Faxralı orta məktəbini 1948-1949-cu dərs ilində çəmi 9 nəfər bitirmişdi. Niyəsə attestatların verilməsi rayonda iyul ayının 30-a kimi gecikdirilmişdi. Hüseynqulu müəllim bir ata kimi həmin 9 nəfər gəncin əlindən tutub 3 nəfərini Gəncəyə, 6 nəfərini Bakıya gətirdi. Onların hamısı həmin il ali məktəbə qəbul edildi. Sonralar onlardan 8 nəfəri alim, o çümlədən də 2 nəfər elmlər doktoru oldu”.

MƏMMƏD İSRAFİL OĞLU MƏMMƏDOV. Faxralıda anadan olub (1930). Faxralı orta məktəbini əla qiymətlə bitirib (1948-1949) , həmin ildə Azərbaycan Dövlət Universitetinin fılologiya fakultəsinə, daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib (1948-1953). Azarbaycanda milli mətbuatın inkişaf, tarixinə dair namizədlik dıssertasi müdafiə edib, elmlər namizədi adı alıb. Bütün əmək fəaliyyəti dövrünü jurnalistikaya həsr cdib, 1980-ci ilə qədər ”Sovet kəndi” qəzetində ilk partiya taskilatı katibi, şöbə müdiri vəzifələrində işləyib. Jurnalistika sahəsində göstərdiyi xidmətlərinə görə ”Əməkdar mədəniyyət xadimi”, ”Qızıl qələm” mükafatına layiq görülüb. Namuslu əmək adamları və kənd təsərrüfatı qabaqcılları haqqında 100-lərlə iri həcmli məqalələrin və maraqlı oçerklərin müəllifi idi. O hec vaxt məqalə və oçerk üzərində əvvəlcədən masa arxasında əyləşib işləməzdi. Bütün hallarda apardığı qısa qeydlər əsasında fikirlərini, sinədən makinaya diqtə edərdi. 1980-ci ildən ömrünün axırına kimi Politexnik Institutunun tarix kafedrasında dossent işləyib.

İstedadlı jurnalist Məmməd Məmmədovu bəzi müasirlərindən fərqləndirən cəhəti onun hədsiz təvazökarlığı idi. O, özünü həmişə arxada saxlar, heç zaman, necə deyərlər “gözə soxmazdı”. Açıqürəkli, böyük səxavət sahibi, saf və təmiz, başqalarına qarşı xeyirxah bir ziyalı idi. Hətta onun bu müsbət, insani keyfiyyətləri haqqında geniş fıkir yayılmasından da o qədər xoşlanmazdı.

Bu gün ağır da olsa sonsuz kədər hissi ilə bir daha xatırladıram ki, bu gözəl insan, ləyaqətli ziyalı 1994-cü ildə ömrünün işıqlı çağında bizi həmişəlik tərk etdi. Onun sonsuz arzularla dolu olan ürəyi qəflətən dayandı. İli tamam olmamış isə böyük oğlu Elşən (mühəndis, bir sıra ixtira və səmərəli təkliflər müəllifi), gəlini, nəvəsi Bakı metrosunun partladılması nəticəsində mənfur erməni terrorunun günahsız qurbanlarından oldular.

İSAXAN MAHMUD OÖLU ÖMƏROV. Qoçulu kəndində anadan olub (1928) və burada 8 illik məktəbi bitirib. Əsgəri xidmətə çağrılıb. Xidmətı borcunu yerinə yetirdikdən sonra Faxralı orta məktəbinin IX sinifinə daxil olub (1947-1948), orta məktəbi əla qiymətlə bitirib (1948-1949). Hələ orta məktəbdə rus dilini gözəl bilməsi və rus, klassiklərinin əsərlərinə bələd olması, geniş mütaliə qabiliyyəti və dunya İsaxan Ömərov görüşü ilə şagird yoldaşlarından çox fərqlənirdi. IX sinifdə oxuyarkən mənə hədiyyə etdiyi L.N.Tolstoyun iki cildlik ”Anna Karenina” romanını indi də əziz xatirə kimi saxlayıram.

Azəbaycan Dövlət Universitetinə daxil olarkən İsaxanm ədəbiyyatdan verdiyi imtahan da yaddaşımda xoş xatirə kimi qalır. 1948-1949-cu dərs ilində mən hələ Faxralı orta məktəbində tədris işləri üzrə müavin işləyirdim. Valideynlərin xahişinə görə məktəbin məzunlarını Bakıya ali məktəblərə qəbul imtahanlarına gətirmişdım(Sonrakı illərədə də bu xeyirxahlığımı davam etdirdim). Universitetın filologiya fakultəsinə daxil olmaq arzusunda olan Məmməd Məmmədov və İsaxan Ömərov hər ikisi ədəbiyyat yazıdan əla qiymət aldılar. Şifahi imtahanı mərhum Cəfər Xəndan qəbul edirdi. Məmməd Məmmədov bütün suallara cavab verərək əla qiymət aldı. Sonra İsaxan cavab verməli oldu. Suallar indi də xatırımdadır. Birinci suah M.F . Axundovun yaradıcılığına aid idi. İsaxan M .F. Axundovun həyatı və dövrü haqqında qısa cavab verdi. Sonra isə onun yaradıcılığını ümumiləşdirdi. Bu qısa, lakin olduqca məntiqli girişdən sonra mərhum Cəfər Xəndan İsaxanm cavabını yarımçıq kəsdi, ona əla qiymət yazdı. Sonrakı sualları soruşmadı. Harada qurtardığını, ədəbiyyat müəlliminin kim olduğunu soruşdu. İsaxan bildirdi ki, ondan əvvəl cavab verən Məmmədov Məmmədlə bərabər Gürcüstanın Faxralı kənd orta məktəbini bitiriblər, ədəbiyyat müəllimləri də buradadır. Onların imtahanlarının nəticəsini gözləyir. Rəhmətlik Cəfər Xəndan məni imtahan otağına dəvət etdi, əlimi sıxıb təşəkkürünü bildirdi. Və mənə dərs dediyini xatırladı. Nəhayət illər keçdi, İsaxan Ömərov da, Məmməd Məmmədov da Universiteti yüksək qiymətlə bitirdilər. Hər ikisi elmlər namizədi  oldular. İsaxan Ömərov, uzun illər Azərbaycan Teleqraf Agentliyində tərcüməçi və direktor müavini işlədi. O, cavan yaşında, 1990-cı ildə həyatla vidalaşdı, təəssüfa çox təəssuf.

NAMAZ HÜSEYN OĞLU BƏDƏLOV. Faxralıda anadan olub (1930). Faxralı orta məktəbini (1948-1949), Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib (1952). Namizədlik və doktorluq dissertasiyası mudafiə edıb (Şəkı və Balakən rayona ipəkçiliyin inkişafı mövzusunda). Əvvələr Gəncə İpəkçilik İnstitutunda elmi işçi, sonralar həmin institutda ömrünün sonuna. 1999-cu ildə vaxtsız vəfat edib.Onlarla elmı məqalənin və ixtisasına aid aid bir neçə monoqrafiyanın müəllifı idi.

İllər ötdükcə Faxralı orta məktəbində bütün siniflər paralel oldu. Yuxarı siniflərdə qızların sayı oğlanların sayına bərabərləşdi. Beş il müddətinə (1950-1955) məktəbdə əsaslı inkişaf əmələ gəldi. 1960-cı ildə məktəbi bitirənlərin sayı xeyli artdı. Hər il əla qiymətlə məktəbi bitirən şagirdlərdən 4-5 nəfəri qızıl, gümüş medala layiq görüldü.  Orta məktəbi bitirənlərin 80-90 % ali məktəblərə qəbul olunurdu, Məktəbin tarixində görünməmiş dönüş yarandı.

Bütün bunlar tədris işləri üzrə müavin və

  • riyaziyyat müəllimi  – Nəbi Gülməmmədov, İlyas Namazov,
  • kimya-biologiya müəllimləri – Salman Əliyev, Polad Poladov, Əli Hüseynov,
  • ədəbiyyat müəllimləri – Əli Məmmədov, Şəmistan Mikayılov, Validə Səlimova, Hacı Həsənov Xalidə Həsənova,
  • coğrafiya müəllimi – İsmayıl İsmayılov (Qazaxlı),
  • fizika müəllimi – Rəhim Mahmudov,
  • fransız dili müəllimi – Eyvaz Qasımov

və digərlərinin fədakarlığı, öz fənlərinə məsuliyyətlə yanaşmaları nəticəsində qazanılmışdı.

Maraqlı burasıdır ki, tarixən “qanlı Faxralı” kimi qonşu kəndlərdən fərqlənən, qadına qarşı keçmişin feodal münasibətləri hələ də tam aradan qalxmayan, qad1nı,qızı, gəlini kənddən kənara qoymayan və başqa kəndə qız ərə verməyən bir mühitdən ilk dəfə qızlar əli məktəblərə yol açdılar.

1954-1955-ci dərs ilində Nuriyeva Roza Məhəmməd qızı, 1955-1956-cı dərs ilində isə mərhum Anaxanım Şahnazarova məktəbi qızıl malla bilirdilər. Ancaq hər ikisinin valideynləri onları nəinki ali məktəbə oxumağa qoymaq haqqında fikirləşir, hətta ciddi etiraz edirdilər. Roza Nuriyevanm atası Məhəmməd Nuriyev Faxralı kəndində ilk sovet zabiti idi. Müharibədən qayıtmamışdı. Əmilərinin himayəsində qalmışdı. Anaxanım Sahnazarovanm atas1 rəhmətlik Süleyman Şahnazarov isə kənd soveti sədri idi. Ciddi təbliğimiz, hətta bir qədər də təkidimiz nəticəsində qızların ali məktəbə getmsinə razılıq aldıq.

Beləliklə 1935-1936-cı illərdə Faxralıdan ali məktəbə ilk qədəm basan mərhum Nəbi Gülməmmədov və Binnət Mahmudov oldusa, 20 ildən sonra ali təhsil yollarını onların yetişdirilmələri qırzlar davam etdirdilər. Və getdikcə qızların ali məktəblərə davamı bir ənənə halını aldı. Bilavasitə valideynlər qızlarının ali təhsil almalarının özləri qayğısına qaldılar.

Elmə, maarifə axın və ali məktəblərə kütləvi həvəs Faxralıda belə yarandı. Bu ədəni və mənəvi tərəqqinin nəticəsidir ki, təxmini hsablamalara görə hələ 1980-cı ildə Faxralı orta məktəbini bitirib ali təhsil alan, müxtəlif ixtisaslı mütəxəssislərin sayı 1500 nəfərə çatmımışdı.

Hömətlə, izzətlə, dost-qonaq qarşılayan, “yağı basan” bu kəndin elm aləminin müxtəlif sahələrində 100-dən artıq alim, həkim, mühəndis, dövlət və inzibati orqan işçisi olması Faxralı ziyalılarının mədəni səviyyəsinin yüksəkliyini bildirən amildi. Bu gün vaxtilə Faxralı orta məktəbini bitirən, hazırda Bakıda və digər şəhərlərdə çalışan elmlər namizədlərinin, doktorlarının siyahısını nəzərdən keçirildikdə adam əsil mənada iftixar hissi keçirir.

Elmlər doktorları və professorlar:

  1. Bədəlov Namaz Hüseyn oğlu – kənd təsərrüfat elmləri doktoru, prof .
  2. Qurbanov Şamil Dünyamalı oğlu – fılologiya elmləri doktoru, prof .
  3. Mikayılov Şəmistan Abdı oğlu – filologiya elmləri doktoru, prof.
  4. Həsənov Əflatun Mürsəl oğlu – fızika-riyaziyyat elmləri doktoru
  5. Pənahov Tahir Musa oğlu – fızika-riyaziyyat elmləri doktoru, prof.
  6. Piriyev Oruc Bayraməli oğlu – tarix elmləri doktoru
  7. Orucov Şamil Oruc oğlu – iqtisad elmləri namizədi, prof.
  8. Poladov Polad Məhəmməd oğlu – kimya elmləri namizədi, prof.

Elmlər namizədləri:

  1. Babaşov Əmirxan Mehralı oğlu – iqtisad elmləri namizədi, baş elmi ışçi
  2. Babaşov İsa Səməd oğlu – texniki elmlər namızədi dos.
  3. Babaşov Məmmədəli Allahverdi oğlu –  ilahiyyət elmləri namizədi
  4. Bədəlov Arif Bayraməli oğlu – kimya elmləri namizədi
  5. Bədəlov Qulu Əhməd oğlu – iqtisad elmləri namizədi, dos.
  6. Budaqov Mürsəl Qərib oğlu – fəlsəfə elmləri namizədi, dos.
  7. Budaqov Fərman Piri oğlu – tibb elmləri namizədi
  8. Qas1mov Qurban Rəhim oğlu – fızika – riyazıyyat elmləri namizədi, dos.
  9. Qasımov Tahir Məhəmməd oğlu – kimya elmləri namizədi
  10. Qasımov Sardar Yusil oğlu – fizika-riyaziyyat elmləri namizədi, dos.
  11. Qsımov Rəşid Mehralı oğlu – fizika-riyaziyyat elmləri namizədi
  12. Qasımov Süleyman Mehralı oğlu – iqtisad elmləri namizədi
  13. Qurbanov Mahal Şaban oğlu – fızika-riyaziyyat elmləri namizədi
  14. Qurbanov Nadir isa oğlu – biologiya elmləri namizədi
  15. Eyvazov Etimad Bayram oğlu – fızika-riyaziyyat elmləri namizədi
  16. Əlizadə İbrahim İlyas oğlu – fizika-riyaziyyat elmləri namizəd,dos.
  17. Əlizadə Əli Mahmudalı oğlu – kənd təsərrüfat elmləri namizədi, dos.
  18. Əlizadə Həsənəli Alı oğlu – iqtisad elmləri namizədi, dos.
  19. Əlizadə Yolçu Əhməd oğlu – iqtisad elmləri namizədi, dos.
  20. Əlizadə Minaya Yolçu qızı – tibb elmləri namizədi
  21. Piriyev Eldar Qoca oğlu – tibb elmləri namizədi
  22. İsgəndərov Sabir Məhəmməd oğlu – texniki elmlər namizədi, dos.
  23. İmanov Ələddin Bayraməli oğlu – fızika-riyaziyyat elmləri namizədi
  24. Mahmud0v Pənah Hüşeyıı oğlu – fəlsəfə elmləri namizədi, dos.
  25. Məmmədov Məmməd Israfil oğlu – tarix elmləri namizədi, dos.
  26. Məmmədov Eldar Hüseynqulu oğlu – iqtisad elmləri namizədi, b. e.işçi
  27. Məmmədli Elxan Hüseynqulu oğlu – fılologiya elmləri namizədi
  28. Mikayılov Almaz Abdı oğlu – coğrafiya elmləri namizədi
  29. Musayev Yusifəli Əli oğlu – texniki elmləri namizədi, dos.
  30. Ömərov Sabir Ömər oğlu – fizika-riyaziyyat elmləri namizədi, dos.
  31. Budaqov Kərimxaıı Məhəmməd oğlu- fızika-riyaziyyat elmələri namizədi
  32. Pənahova Elmira Sədi qızı – tibb elmləri namizədi, dos.
  33. Pənahov Etibar Sədi oğlu – fızika-riyaziyyat elmləri namizədi, dos.
  34. Pənahov Natiq Tahir oğlu – fızika-riyaziyyat elmləri namizədi, dos.
  35. Pənahova Tahirə Tah qızı – tibb elmləri namizədi, dos
  36. Ramazanova Rəhiləğf  qızı – kimya elmləri namizədi
  37. Sultanov Vəli Dərgah oğlu – texniki elmlər namizədi, dos.
  38. Xəlilov İsa Əli oğlu – texniki elmlər namizədi, dos.
  39. Xəlilov Sabir Ayvaz oğlu – texniki elmlər namizədi, dos.
  40. Xəlilzadə Rövşən Sabir oğlu – tibb elmləri namizədi
  41. Poladov Aslan Nəbi oğlu  – iqtisad elmləri namizədi, dos.
  42. Hüseynov Adil İsa oğlu  – fizika-riyaziyyat elmləri namizədi, dos.
  43. Hiiseynov Əli Məhərrəm oğlu – biologiya elmləri namizədi, dos.
  44. Nəbiyev Bahaddin Alı oğlu – kimya elmləri namizədi, dos.
  45. Nəbiyev Vaqif Nəbi oğlu – tibb elmləri namizədi
  46. İbrahimov Məmməd Məmmədəli oğlu – texniki elmlər namizədi
  47. Şərifov Dünyamalı İsaxan oğlu – kənd təsərrüfat elmləri namizədi

Vaxtilə Faxralı orta məktəbində təhsil almış və dünyalarını dəyişmiş eloğullarımızdan:

  • Azərbaycanın əməkdar müəllimi, fəlsəfə elmlər namizədi, dossent Pənah Hüseynoğlu Mahmudov,
  • 50 ilə yaxın Azərbaycan Dövlət Universitetində tarix elmələr namizədi, dossent Oruc Bayraməli oğlu Piriyev,
  • Azərbaycan Dövlət Tibb İnstitunda, fəlsəfə elmlər namizədi, dossent Vəli Dərgah oğlu Sultanov,
  • Azərbaycan Neft Akademiyasında və Politexnik İnstitunda, tarix elmləri namizədi, dossent uzun illər jurnalist işləmiş Məmməd İsrafil oğlu Məmmədov,
  • kimya elmlər namizədi, professor Polad Məhəmməd oğlu Poladov Politexnik İnstitunda,
  • iqtisad elmləri namizədi, professor Şamil Oruc oğlu Orucov İqtisadiyyat İnstitutunda kafedra müdiri,
  • iqtisad elmlər namizədi, dossent Həsənəli Əlizadə Gəncə Kənd Təsərrüfatı Akademiyasında müəllim,
  • kənd təsərrüfat elmlər doktloru, professor Namaz Hüseyn oğlu Bədəlov Gəncə şəhərində Elmi-Tədqiqat İpəkçilik İnstitutunda direktor,
  • Allahyar Niyazi oğlu Qasımov Azərbaycan Yünqül Sənaye Nazirliyində idarə rəisi işləmişdilər.

Oruc Dünyamalı oğlu Qurbanov, Əli Şaban oğlu Qurbanov istehsalatın müxtəlif sahələrində çalışmış, vaxsız dünyalarını tərk etmişlər (Allah onlara rəhmət eləsin, Amin)

Hal-hazırda isə Faxralı ziyalılarından fiologiya elmləri doktoru professor, Azərbaycan Milli Məclisinin üzvi professor Şamil Dünyamalı oğlu Qurbanov, Bakı Dövlət Universitetində kafedra müdiri, fızika-riyaziyyat elmləri namizədi, dossent Qurban Rəhim oğlu Qasımov, M.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, geniş eridusiyalı, hərtərəfli biliyə malik fıloloq Hüseyn Səməd oğlu Səmədov Bakı Dövlət Universitetində baş müəllim; fızika-riyaziyyat elmləri doktoru, professor Tahir Musa 0qu Pənahov, flzika-riyaziyyat elmlər namizədləri, dossentlər Etimad Bayram oğlu, Eyvazov, Adil İsa oğlu Hüseynov, Yusifəli Musayev, Sabir  Xəlilov, İsa Əli oğlu Xəlilov Azərbaycan Politexnik İnstitutunda müəllim, iqtisad elmləri namizədi, dossent Qulu Əhməd oğlu Bədəlov kafedra müdiri, fızika-riyaziyyat elmləri namizədi, dossent İbrahim İlyas oğlu Əlizadə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda kafedra müdiri, biologiya elmləri namizədi, dosent Beynalxalq Biologiya Cəmiyyətinin nəşri olan “Kim kimdir” ensiklopediyasında tərcümeyi-halı verilmiş və həmin cəmiyyətin diplomunu, “Qızıl medal” və “Qızıl Ulduz” medallarını almış ABŞ-ın “Qızıl Heykəl” mükafatına layiq görülmüş, Azərbaycanda “Xudu Məmməov” mükafatı laueratı, 12 dərslik və dərs vəsaitinin müəllifı Əli Məhərrəm oğlu Hüseynov Azərbaycan Pedaqoji Universitetində kafedra müdiri, fızika-riyaziyyat elmlər namizədi, dossent – Sərdar Qasımov Azərbaycan Neft Akademiyasında müəllim, iqtisad elmlər namızədi, dossent Yolçu Əlizadə və Vaqif Gülməmmədov Azərbaycan İqtisad Universitetində istedadlı lüğətşünas İdris Kərimov Azərbaycan Dillər İnstitutunda müəllim, riyaziyyat elmləri namizədi, dossent Mahal Şaban oğlu Qurbanov Gəncə Pedaqoji Universitetində prorektor, fızika-riyaziyyat elmləri namizədi, dossent Bahəddin Nəbiyev, Gəncə Kənd Təsərrüfatı Akademiyasında müəllim, filologiya elmlər doktoru, professor Şəmistan Abdı oğlu Mikayılov Azərbaycan Pedaqoji Elmlər Elmi Tədqiqat İnstitutunun direktoru, fızika-riyaziyyat elmləri doktoru Əflatun Hüseynov Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika institutunda laboratoriya müdiri, coğrafiya elməri namizədi Almaz Abdı oğlu Mikayılov Akademiyanın Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsində uğurla fəaliyyət göstərirlər.

Faxralı ziyalıları dövlət idarələri, hüquq mühafizə orqanları və digər sahələrdə də çalışırlar. 1984-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin jumaliştika fakültəsini bitirən Əflatun Əhməd oğlu Amaşov bir müddət İTAR-TASS agentliyinin Azərbaycan üzrə müxbiri olmuş, Azərbaycan Teleqraf Agentliyində · Azərtacda şöbə müdiri, baş redaktor, baş direktorun birinci müavini kimi məsul vəzifələrdə çalışmışdır. Ə.Amaşov 1997-ci ildən “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri olmuşdur. O, jurnalistika ixtisası üzrə 10-a yaxın dərs vəsaitinin müəllifıdir. Amaşov müstəqil mətbuatın inkişafında göstərdiyi xidmətlərinə görə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Azad söz” beynəlxalq mükafatına layiq görülüb.

Səməndər Bayramalı oğlu Kərimov uzun illərdi Ağstafa şəhərində bank müdiri kimi məsul vəzifədə işləyir.

Məmmədəli Alahverdi oğlu Babaşov ərəb dili üzrə mütəxəssis, ilahiyət elmləri namizədidir.

Vahid Həsən oğlu Qurbanov Sabunçu rayon xalq təhsil şöbəsinin müdiri vəzifəsində çalışır.

Dünyamalı Həsən oğlu Qurbanov xeyirxah hüquqşunasdır.

Vaxtı ilə inzibatı orqanlarda namusla fəaliyyət göstərən

  • polkovnik Bahaddin Mehralı oğlu Həsənov,
  • kapitan Mustafa Rəhim oğlu Hüseynov (Amaşlı),
  • mayor Təhmuraz Məhəmməd oğlu Namazov,
  • podpolkovnik Sabir Budaqov,
  • podpolkovnik İsaxan Qara oğlu Aşırov

və onların layiqli davamçıları

  • polkovnik Müslüm Haqverdiyev,
  • podpolkovnik Nadir Həmid oğlu Xəlilov,
  • podpolkovnik Rəşid Mustafa oğlu Hüseynov (Amaşlı),
  • mayor Məcid Əhməd oğlu Xəlilov,

Yazıçılar Birliyinin üzvü, “Vətən” mükafatı laureatı Səməndər Ayvaz oğlu Məmmədov və digərləri orta təhsillərini Faxralı məktəbində almışlar.

  • Sabir Budaqovun,
  • Oruc Rza oğlu Əlizadənin,
  • Teymuraz Muxtar oğlu Hüseynovun,
  • Süleyman Qasımovun,
  • Arif Aslan oğlu Əliyevin

kəndə mn yandırmaları, yeri düşəndə xeyriyəçilik tədbirlərində işti rak etmələrini həmvətənləri unutmur və həmişə vətən övladlarının xüsusi qayğıkeşliyi kimi qiymətləndirirlər.

Vaxt vardı ki, kənardan gələn və başqa millətlərdən olan həkimlər Faxralıda kənd əhalisinə səhiyyə xidməti göstərirdilər. Lakin 1950-ci ildən sonra bu sahədə kadr çatışmamazlığı aradan qaldırıldı. Mərhum Şamil Əlizadə və bu gün ləyaqətlə fəaliyyət göstərən Şərif Məhəmməd oğlu Eyvazov, Hümbət Əhməd oğlu Nağıyev, Oruc Əhməd oğlu Bədəlov, Tahir Bayramov, Səməd Məmmədov, Vahid Əhmədov, İslam Mustafa oğlu Əlizadə, Teymuraz Qərib oğlu Əlizadə və digər gənclər müxtəlif illərdə Azərbaycan Tibb Universitetini bitirərək get-gedə bu ehtiyaca bir dəfəlik son qoydular.

Yaxın keçmişdə dərs dediyim, Faxralı orta məktəbinin məzunları, uşaqlıq və gənclik illərinin müəyyən dövrləri müharibənin ağır illərindən keçmiş Şamil Əlizadə, Hümbət Nağıyev, Şərif Eyvazov mədə xüsusi qeyd etmək istərdim. Hümbət Nağıyevin də, Şərif Eyvazovun da ataları müharibədən qayıtmayıb. Hər iki şəxs əzablı-əziyyətli, atasız uşaqlıq illərini yaşayıblar. Kişi qeyrətli, hər zəhmətə qatlaşan anaları tərəfindən boya-başa çatıblar. Müvəffəqiyyətli orta və ali təhsil alıblar. Həkimlik kimi ülvi, müqəddəs sənət sahibi olublar.

Hümbət Nağıyev institutu bitirdikdən sonra ilk illər Naftalanda, sonralar Sumqayıt şəhərində cərrah, onkoloji xəstəxananın baş həkimi işləyib. Şərif Eyvazov heç kəsə bənzəməyən xüsusi qayğıkeşliyi ilə anadan olduğu Faxralıda ayrı-seçkiliyə yol vermədən hamıya doğma övlad kimi diqqət və qayğı göstərib.

ŞAMIL RZA OĞLU ƏLIZADƏ (1931-1988). Faxralıda doğulub və boya-başa çatıb. Uşaqlıq və gənclik çağları müharibənin ağır illərində Şamil Əlizadə bir sıra məişət problemləri ilə qarşılaşıb. Faxralı orta məktəbini (1951), Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib (1953-1959). İlk həkimlik sənətinə Şəki şəhərində başlayıb. Sonralar ixtisasım təkminləşdirərək cərrahlıq sənətinə yiyələnib. Uzun illər Sumqayıt şəhərində onkoloji xəstəxanada cərrah və baş həkim işləyib.

Şamil Rza oğlu Əlizadə xoş xasiyyət, xəstələrə qarşı diqqətli və qayğıkeş həkimlərdən idi. Onun şəfalı əlləri neçə-neçə ağır xəstəni həyata qaytarmışdı. Ən ağır xəstə ilə ilk dəfə görüşəndə onun mülayim rəftarı, xəstənin çəkdiyi ağrı-acını dərindən duyması, daxilən bir an da olsa xəstənin vəziyyətini yüngülləşdirirdi. Həkimə qarşı olan inamı, ümidi artırırdı. O, insanlıq ləyaqətini hər şeydən üstün tutundu. Qohum üçün də, yad üçün də eyni dərəcədə mehriban və istiqanlı idi. Yaşından asılı olmayaraq bütün xəstələri onu üzü nurlu, əlləri şəfalı həkim kimi müqqədəs sayırdılar. Onun peşəkarlığını yüksək qiymətləndirir, ona ümid və inam bəsləyirdilər. Ancaq çox təəssüf amansız vo qəflət ölüm 1988-ci ildə, 57 yaşında bir toy şənliyində bu gözel insanı bizim əlimizdən aldı.

İstedadlı şair Zəlmxan Yaqub gözəl cərrah, mehriban insan Şamil Əlizadənin qəflət ölümünə, bir ailəyə sığmayan faciəsinə bar etdiyi şerində öz sarsıntılarını, qəmini-kədərini təsirli misralara çevirərək belə ifadə etmişdi:

Bəd xəbər pis yerdə döydü qapını.
“Şamil Əlizadə getdi!” – dedilər.
Toyda yaxaladı loğmanımızı, 
“Əcəl bildiyini tutdu” dedilər.

Biz indi bildik ki, son nəfəsdə də sevinmək olarmış, gülmək olarmış,
Bu mələk ölmüdü, quş yuxusudu, oynaya-oynaya ölmək olarmış.

Hazırda mərhum Əlizadənin böyük bir nəsli, həkimlər nəsli yetişmişdir. Şamil Əlizadənin ömür-gün yoldaşı Sədaqət, övladları Çingiz, Fəridə, Rəna, yaxın qohumları İslam, Teymuraz, Yusif Əlizadələr Şamilin müqəddəs həkimlik sənətini davam etdirirlər. Rəhmətlik Məryəm Əlizadə son nəfəsinə qədər həkim işlədi.

İldən-ilə Faxralı kəndindən olan həkimlərin sırası artır. İndi Səməd Məmmədov, gənc həkimlər Vaqif Nəbiyev, Minaya Nəbiyeva, Zahid Əlizadə Hippokrat andına sadiq qalaraq öz vətəndaşlıq borclarını yerinə yetirirlər.

Kimya elmləri namizədi Tahir Məhəmməd oğlu Qasımovun (Amaşlı) səsi Amerikadan Klivlend şəhərindən gəlir. Şərif Eyvazov, Tahir Musayev, Tahir Bayramov, Oruc Bədəlov Faxralıda, Vəkil Abbasov öz doğma həmvətənlərinə xidmət göstərməyi ən şərəfli vəzifə hesab edirlər.

Elmlər namizədləri Elxan, Eldar Məmmədov qardaşları, ərəbşünas, ilahiyət elmlər namizədi Məmmədəli Babaşov, təvazökar, gözel insan, iqtisad elmlər namizədi Əmirxan Babaşov, istedadlı hüquqşünas İsaxan Aşırov, Qurban, Səyyad Hüseynovlar, Faxralım qeyrədə. ləyaqətlə təmsil edirlər. Uzun illərdi çalışdıqları kollektivlərdə yüksək hörmət qazanmışlar.

Teymuraz Qurban oğlu Hüseynov, Bayraməli Gülməmmədov, Ziyəddin Şahmuradov, Kamran (Kapiton) Nuriycv, Ziyəddin Mikayılov, Qulaməli Şərifov və digərləri öz peşələrini sevən ali təhsilli mühəndislərdir. Oruc Əlizadə, Teymuraz Muxtar oğlu Hüseynov kəndə bağlı, səxavətli müxtəlif ixtisas sahibləri, iş adamlandır.

Yəqin ki, saydıqlarım ziyalıların hamısı deyil, unudulan, yaddan çıxanlar da var. İnanıram ki, onlar məni bağışlayacaq.

Müharibədən sonrakı dövr Sovet dövlətinin əsl mənada intibah dövrü, nəhəng addımlarla inkişaf etdiyi dövr adlandırmağa layiq idi. Müharibənin nəticəsində dağıdılmış, xarabalığa dönmüş kəndlər, şəhərlər bərpa olunmuşdu. Sənaye və kənd təsərrüfatı, fabrik-zavodlar sürətlə yenidən quruldu, işə düşdü. Müharibənin dəhşətlərindən xilas olmuş əhali yeni həvəslə yaşamaq, qurmaq, yaratmaq eşqi ilə işə başladılar. Hər yerdə əmək coşğunluğu ilə yeni-yeni xarıqələr yaratdılar.

1948-ci ildə Moskvada müharibədən sonra ilk dəfə Ümumdünya Sülh kongresi çağrıldı. Sülh və azadlıq carçısı zənci müğənni Pol Robsonun müharibə əleyhinə konqresdəki çıxışı xüsüsən “Ağ saçlı anam belə sülh qatar1n1n altına düşsə, mən o qatar1 dayandlrmaram” sözləri dillər əzbəri oldu. Səməd Vurğun konqresdə bəşəriyyəti heyran qoyan nitq söylədi. Və Pol Robsonun konqresdə nitqinə həsr etdiyi “Zəncinin arzuları” şerini oxudu. Həmin ildə S.Vurğun Sovet nümayəndə heyəti ilə birlikdə Londona getdi. Bu səfərdə şairin “Avropa xatirələri” adlı silsilə şeyrlərini oxucularına təqdim etdi. Sülh konqresindən sonra beynəlxalq imperializmin nüfuzu kökündən sarsıdı. Müstəmləkə ölkələrdə milli azadlıq hərəkatları bir daha gücləndi. Sovet dövlətinin gücü, qüdrəti qarşısında açıqdan-açığa pərəstiş etməyə başladılar. 1951-ci ildə Tiflisdə Gürcüstanda kənd təsərrüfatının inkişaf etdirilməsinə həsr edilmiş müşavirə çağırıldı. SSRİ təhlükəsizlik naziri L.P.Bcriya müşavirədə geniş nitq söylədi. Və “Gürcüstan özünü öz taxılı ilə təmin etməlidir” şüarını irəli sürdü. Bu müşavirədən sonra Gürcüstandan pambıq əkini götürüldü.

Az sonra Kremldə Stalinə şəxsən xidmət edən bir qrup həkim “xəyanatkarlıq” üstündə həbsə alındı.

Mənbə: Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur