Hal-hazırda Faxralı kəndində 2 məktəb fəaliyyət göstərir:

  • Arif Əliyev adına Faxralı 1 saylı ümumi orta məktəb (Şahbuzlu filialı ilə birlikdə) (400-dən çox şagird yerli, direktor Cümşüd Gülməmmədov)

Faxralı 1 saylı ümumi orta məktəbi

 

Faxralı 1 saylı ümumi orta məktəbin Şahbuzlu filialı

 

  • Faxralı 2 saylı ümumi orta məktəb (200-dək şagird yerli, direktor İsmayıl Xosrov)

Faxralı 2 saylı ümumi orta məktəbi

 

1935-2018-ci illər ərzində 3 Faxralı məktəbinə 31 direktor rəhbərlik etmiş və 200-dən çox müəllim təlim-tədris ilə məşğul olmuşlar.

1935-ci ildən istər rayonda, istərsə də respublika miqyasında şöhrəti dillərdə gəzən Faxralı orta məktəbini aşağıdakı 5 nəfər “Qızıl medal”la bitirmişdir:

  1. Nuriyeva Roza Məhəmməd qızı
  2. Əhmədov İslam Bayramalı oğlu
  3. Qasımov Qurban Rəhim oğlu
  4. Mahmudova Sevil Binnət qızı
  5. Əlizadə Əli Məmmədəli oğlu

Aşağıdakı 20 nəfər şagird isə “Gümüş” medalla bitiriblər:

  • Əhmədov Məhəmməd Əhməd oğlu
  • Mahmudov Rəhim Mahmud oğlu
  • Əhmədov Səməd Nəsib oğlu
  • Əhmədov Mehralı Qulu oğlu
  • Qənbərov Binəli İsmayıl oğlu
  • Hüseynov Çoban Nadir oğlu
  • Hüseynov Qurban Əhməd oğlu
  • Şərifov Məmmədalı Dünyamalı oğlu
  • Ayvazov Şərif Məhəmməd oğlu
  • İsmayılov Nəsib İsmayıl oğlu

  • Bədəlov Qulu Əhməd oğlu
  • Nuriyeva Firuzə Məhəmməd qızı
  • Hüseynov Səyyad Əhməd oğlu
  • Bədəlov Abdulla Məhəmməd oğlu
  • Məmmədov Səməd Bəxtiyar oğlu
  • Bayramov Camal Səfqulu oğlu
  • Əlizadə İslam Mustafa oğlu
  • Mahmudova Solmaz Binnət qızı
  • Şahmuradova Bahar Allahverdi qızı
  • Şahverdiyev İsmayıl

 

Faxralı 1 saylı ümumi orta məktəbin müəllim heyəti (2018-ci il):

  • Gülmmədov Cümşüd – məktəbin direktoru
  • Yusubov Hümbət
  • Aşırov Veysəl
  • Mikayılov İmdad
  • Qasımov Ələddin
  • Hüseynov Bahaddin
  • Məmmədov Əlləz
  • Xudiyev Alı
  • Budaqov Nürəddin
  • Allahverdiyev Səyyad
  • İsmayılov Şükür
  • Əliyev Natiq
  • Hüseynov Almaz
  • Zamanov Almaz
  • Qurbanov Rizvan
  • Orucova Füruzə
  • Musayeva Səmayə
  • Əhmədova Solmaz
  • Əliyeva Fatma (şairə Fatma Aslan) – azərbaycan dili və ədəbiyyatı

  • Abbasova Nərgiz
  • Orucova Solmaz
  • Məmmədova Humay
  • Nuriyeva Nəzakət
  • Məmmədova Səmayə
  • Göyüşova Rəna
  • Xəlilova Vüsalə
  • Yusubova Nazirə
  • Orucova Ziyafət
  • Budaqova Solmaz
  • Hüseynova İlhamə
  • Yusubova Tamara
  • Vəliyeva Raya
  • Bəsti müəllimə
  • Qasımova Elmira
  • Ələkbərova Minayə
  • Nuriyeva Nazlı
  • Əkbərova Dilarə

 

Faxralı 2 saylı ümumi orta məktəbin müəllim heyəti (2018-ci il):

  • Xosrov İsmayıl – məktəbin direktoru
  • Kərimov Həmid
  • Göyüşov Vəli
  • Abbasov Bayram
  • Nuriyev Hüseyn
  • Budaqova Svetlana
  • Mahmudova Aygün
  • Mikayılova Marina
  • Xəlilova Sabirə
  • Adıgözəlova Ofelya
  • Ayvazova Svetlana

  • Əlizadə Sara
  • Əlizadə Sitarə
  • Həsənova Nuran
  • Yusubova Sona
  • Gülməmmədova Əsli
  • Məmmədov Söbəddin
  • Həsənova Xalidə
  • Məmmədova Toza
  • Hüseynova Güllü
  • Baytalova Qənirə

 

Faxralıda məktəbin yaranma tarixi

Faxralıda dünyəvi təhsil yüz ilə yaxın bir tarixə malikdir. O dövrə qədər Faxralıda müsəlman dövlətlərində kifayət qədər dini təhsil alanlar var idi. Az-çox maddi imkanı olan ailələrin uşaqları bu din xadimlərinin evlərində dini (təbii ki, sxolostik) təhsil alırdı (mollaxana, mədrəsə tipli məktəblərdə).

Şəxsi adamlar tərəfindən evlərdə təşkil olunan dini məktəblər öz yerini ümumtəhsil məktəblərinə verdi. Bu təhsil sistemi öz inkişafını ibtidai məktəblərdən başladı. Ancaq ibtidai məktəblərin hansı ildə Faxralıda açıldığına dair olan fikirlər ziddiyyət təşkil edir. Belə ki,

  • Hüseynqulu Məmmədli qeyd edir ki, Faxralıda dünyəvi məktəbin (ibtidai məktəb kimi) əsası 1919-cu ildə qoyulub.
  • Fakt olaraq qeyd etmək olar ki, Həsən İsrafil oğlu Əlizadədə Faxralı orta məktəbinin 1938-1939-cu tədris ilində tərtib edilmiş pasportu saxlanılır. Rəsmi dövlət orqanının təsdiqlədiyi bu tarixi sənəddə “Məktəbin yaranması” qrafasının qarşısında “1921-ci il” yazılıb.  Bu o deməkdir ki, Faxralı məktəbinin fəaliyyətə başladığı tarix 1921-ci ildir.
  • Məmmədəli Şərifova görə isə ibtidai məktəb öz fəaliyyətinə 1924-cü ildən başlamışdır.

Faxralıda 1921-ci ildə ilk dünyəvi məktəb Koxallı nəslinin maarifpərvər ziyalısı Mirzə Həbibulla bəy Əlizadəzənin təşəbbüsü ilə açılmışdır.

Faxralı 1 saylı orta məktəbin yaranma mərhələləri:

1921-1926Faxralı ibtidai məktəbMəktəb öz fəaliyyətini şəxsi evlərdən başlayıb. Mirzə Seyfulla Əlizadə Faxralı ibtidai məktəbinin ilk müdiri (direktoru) olub.
1927-1930Faxralı kəndli-gənclər məktəbi (“ŞKM”)1927-ci ildə ibtidai məktəbin bazasında Həbib bəyin köməkliyi ilə Faxralıda kəndli-gənclər məktəbi (KGM, belə məktəblər ŞKM (ŞeKaEm) adlanırdı) fəaliyyət göstərmişdir.  Məktəbin direktoru növbə ilə Gəncəli Hüseynqulu bəy,  Arçil Bayramov və Əli Novruzlu olmuşlar.
1930-1935Faxralı 7-illik natamam orta məktəbiFaxralı KGM-nin bazasında natamam (7-illik) orta məktəb yaradılıb. Məktəbin direktoru Paşa Sultanov (Həmid Sultanovun qardaşı oğlu) olmuşdur.
1935-Faxralı orta məktəbiHal-hazırda məktəb, “Şahbuzlu” filialı ilə birlikdə Arif Əliyev adına Faxralı 1 saylı orta məktəb adlanır.

Haşiyə: KGM Mantaşovun malikənəsində yerləşib. O dövrdə ibtidai siniflərin bəziləri üçün şəxsi evlər ayrılmışdı (icarəyə götürülmüşdü). Hüseynqulu Məmmədlinin qeyd etdiyi kimi, latın qrafikasını öyrənmiş İsmayıl Qənbərov, Göyü Zamanov, Kablayı Qara (şair Qara Qərib), Əli Namaz Əlizadə (o, İranda mükəmməl dini təhsil almışdı) ibtidai sinif müəllimi işləyib. KGM, müəyyən mənada internat tipli olduğundan ətraf kəndlərdən gələn şagirdlər yataqxana, pulsuz yemək və paltarla təmin olunurdu.

1935-ci ildən Faxralı orta məktəbində aşağıdakı müəllimlər direktor olublar:

1935-1937 – Qurban Hüseynov;
1937-1939 – Məhərrəm Məmmədov (Qaçağan kəndindəndir);

Haşiyə: Həmin tədris ilində iki növbəli məktəbin ümumi sahəsi 167 kvadrat metr olan 9 dərs otağı, 1 laboratoriyası, 149 ədəd kitab fonduna malik kitabxanası vardı. 407 nəfər şagirdin təlim-tərbiyəsi ilə 15 müəllim (3-ü gürcü) məşğul olub. Bu tədris ilində məktəbdə İmirhəsəndən, Saraclıdan, Aşağı və Yuxarı Qoşakilsədən, Qoçuludan, Arıxlıdan, Həsənxocalıdan, Cəfərlidən, Darbazdan, Güləverdən, Qaçağandan, Ağaməmmədlidən, Sadaxlıdan, Ləmbəlidən gələn şagirdlər də təhsil alırdı. Internat yönümlü olduğundan 4 müəllim, 64 şagird məktəbdə qalırdı. Şagirdlər yeməklə təmin edilirdi. Məktəbdə 4 nəfər faxralı müəllim də işləyirdi: azərbaycan dili müəllimi Şərif Budaqov, idman müəllimi Əli Əliyev, hərbi iş müəllimi Məhəmməd Nuriyev, ibtidai sinif müəllimi Dünyamalı İmanov.

1939-1940 – Saleh Tağıyev (Tiflisli);
1940-1941 – Novruz Xudiyev (Cəbrayıllı);
1941-1944 – Nəbi Gülməmmədov;
1944-1947 – Qurban Hüseynov;
1947-1962 – Hüseynqulu Məmmədov;
1962-1963 – Binnət Mahmudov;
1963-1964 – Nəbi Gülməmmədov;
1964-1966 – Ziyad Hüseynov;
1966-1968 – Rəhim Mahmudov;
1968-1969 – Məmmədəli Şərifov;
1969-1971 – Möhübbət Hüseynov;
1971-1975  – Yasin Xəlilov;
1975-1980 – Vəli Əliyev;
1980-1981 – Sədrəddin Namazov;
1982-1983 – Abbas Nuriyev;
1983-1985 – Həsən Əlizadə;
1985-1987 – Ziyəddin Osmanov;
1987-1999 – Ələddin Qasımov;
1999 – – Cümşüd Gülməmmədov.

Faxralı məktəblərində dərslər

  • 1924-1929-cu illərdə ərəb əlifbasında,
  • 1929-1938-ci illərdə latın qrafikasında,
  • 1938-2001-ci illərdə kiril əlifbasından istifadə olunub,
  • 2001-ci ildən isə yenidən latın qrafikasına keçirilib.

1938-ci ildə Faxralı orta məktəbinin ilk buraxılışı olub. Həmin ilin buraxılışından olan abituriyentlərdən 4 nəfəri ali məktəblərə daxil olub:

  • Bayram Bayramov, Hüseynqulu Məmmədov Bakı Pedaqoji İnstitutunun ədəbiyyat fakultəsinə,
  • Alı Baytalov və Mustafa Əlizadə Tibb İnstitutuna.

İndi təhsilin ilk dövrlərində latın qrafikası ilə dərs deyən müəllimləri yada salaq:

  • İsmayıl Qənbərov
  • Göyü Zamanov
  • Kəblayı Qara
  • Əlinamaz Əlizadə
  • Minə Şahmuradova
  • Nazxanım Hümbətova
  • Qara Hümbətov
  • Əhməd Nağıyev
  • Pənah Qurbanov və s.

Hüseynqulu Məmmədov xatırlayırdı ki, 1960-cı ildə Faxralı orta məktəbində 18 sinifdə 576 nəfər şagird təhsil alırmış. Sinif otaqları çatışmırdı. Bu isə pedaqoji işin yüksək səviyyədə təşkil edilməsində çətinliklər yaradırdı. Orta məktəb üçün yeni bina tikilməli idi. H.Məmmədli şəxsi nüfuzundan, Əli Əliyevin, Binnət Mahmudovun mənəvi dəstəyindən bəhrələnərək 1961-ci ildə bu problemin həllinə nail olur…

Əli Əliyev 70-ci illərdə rayon Soveti İcraiyyə komitəsinin sədri işləyirdi. El-obasının sosial inkişafı üçün həmişə narahat olan Ə.Əliyev “Gilliyin burnu”ndan kəndə kimi yolu asfaltlaşdırmışdı. O, səlahiyyətlərindən istifadə edərək Faxralı orta məktəbi üçün əlavə binanın tikintisini də təşkil etdi. 1973-cü ildə əvvəlki binanı tamamlayan 4 mərtəbəli bina istifadəyə verildi.

Faxralı 2 saylı orta məktəbin yaranma mərhələləri:

1969-2005Faxralı 8-illik natamam orta məktəbiBu məktəb, 1969-1994-cü illrədə “Duzdaxlı bulağın” yaxınlığında yerləşən, əvvəllər kolxozun kontoru, sonralar isə həkim məntəqəsi kimi istifadə olunan 2 mərtəbəli binada fəaliyyət göstərmişdir. 1994-cü ildə həmin məktəb, kəndin ortasında yerləşən (… körpünün yaxınlığında), fəaliyyətini dayandırmış 2 mərtəbəli uşaq bağçasına köçürülmüş və sonralar həmin bina əsaslı təmir olunmuşdur.
2005-Faxralı 2 saylı orta məktəbi2005-ci ildə məktəbə, orta məktəb statusu verilmiş və hal-hazırda kənardan gələn müəllimlərdən başqa, kəndin 22 nəfər müəllimi bu məktəbdə işləyir.

Məktəbin direktorları:

1969 – 1973 – Məmmədəli Şərifov;
1973 – 1977 – Sədrəddin Namazov;
1977 – 1991 – Abbas Abbasov;
1991 – 2004 – Bayram Abbasov;
2004 – 2011 – Söhbəddin Məmmədov;
2011 –  – İsmayıl Xosrov.

Şahbuzlu məktəbi haqqında ümumi məlumat:

Şahbuzlu vaxtilə ayrıca kənd olub, sonralar Faxralı kəndi ilə birləşdirilib. Bu səbəbdən həmin əraziyə kəndin Şahbuzlu məhəlləsi deyirlər. 1933-cü ildə Şahbuzlu məhəlləsində ilk ibtidai məktəb açılıb. Məktəb, Məsimöyünün müsadirə edilmiş evində yerləşib.

1971-ci ildə Şahbuzlu ibtidai məktəbinin bazasında səkkizillik məktəb yaradılıb.

Məktəbin direktorları:

  • Bayram Ayvazov;
  • Məmişdan Hüseynov;
  • Möhübbət Hüseynov (1971-1993);
  • Almaz Muxtar oğlu Hüseynov (1993-2012).

Hal-hazırda Şahbuzlu məktəbi, 1 saylı Faxralı orta məktəbinin filialıdır. Məktəbdə 11 müəllim işləyir.

 

Xarici ölkələrdə dini təhsil alan Faxralı sakinləri

  1. Xudu oğlu Molla Hüseyn (Dəryahlı)
  2. Şeyx İsgəndər (Göyüşöyü)  – Xorasanın nüfuzlu ali-dini məktəbini bitirib
  3. Şeyx Molla Qurban
  4. Molla Mahmud Əfəndi (Şirətdi)
  5. Molla Oruc (Güllər)
  6. Molla Mahmud (Şeşəpapaqlar) –  İstanbul universitetinin İlahiyyat fakultəsini bitirib
  7. Şeyx Səlim (Yahalar)
  8. Molla Bayram (Alqullar)
  9. Molla Əli (Güllər)
  10. Axund Ələsgər (Koxallı) –  İstanbul universitetinin İlahiyyat fakultəsini bitirib
  11. Molla Əli Namaz (Mollaöyü)
  12. Molla Namaz (Qasımıllı) və s.

Maarifpərvər Faxralılar övladlarının təkcə dini təhsil almaqları ilə kifayətlənməmişlər. Bir çox Faxralı gəncləri Gürcüstanın ali təhsil ocaqlarında müxtəlif elmlərə yiyələnmişlər. Bunlardan,

  • Axund Ələsgərin böyük oğlu Həbib, qardaşı oğlu Rza bəy, Poladov Abbas H.oğlu və s. Zaqafqaziyanın maarif akademiyası sayılan Qori Müəllimlər Seminariyasında,
  • Mirzə Həbibin qardaşı Seyfulla və digər eloğullar – Tbilisi Müəllimlər Gimnaziyasında  təhsil alıblar.

Mənbə: Rəşid Faxralı – “Oğuz eli Faxralı” və

Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“.

 

 

Məktəblərin müxtəlif illərdə çəkilmiş foto şəkilləri

Aşağıdakı məktəb binası Tiflis və Kutaisi ruhani məclisinin sədri olmuş Hacı Axund Ələsgərin oğlu (Kovxalı nəsli) – Borçalı qəzası maarif şöbəsinin baş təlimatçısı işləmiş Mirzə Həbib bəy Əlizadənin təşəbbüsü ilə tikilmişdir:

 

Aşağıdakı şəkli dəqiləşdirmək…

 

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur