“Böyük Vətən Müharibəsi” abidəsi

“Böyük Vətən Müharibəsi” abidəsi

2019-cu ilin may ayında Faxralıda Böyük Vətən Müharibəsi veteranlarının şərəfinə ucaldılmış abidə yenidən restavrasiya olunub. Faxralı kənd orta məktəbini 1999-cu ildə bitirmiş məzunlar, məktəbi bitirməklərinin 20 illik yubileylərini xeyirxah əməllə tarixə yazmışlar. Onlar 1980-1985-cı ilərdə Faxralının girişində, “Təpələr” deyilən ərazidə Böyük Vətən Müharibəsi (1941-1945-ci illər) iştirakçılarının şərəfinə ucaldılmış abidəni yenidən restavrasiya etmişlər. Qeyd edirik ki,

Ətraflı

Uzunömürlülər

Ümumi məlumat Alimlər, insan ömrünü yaş həddindən asılı olaraq aşağıdakı mərhələlərə bölürlər: “Cavan nəsil”     – 25 – 44 “Orta nəsil”        – 44 – 60 “Yaşlı nəsil”        – 60 – 75 “Qoca nəsil”       – 75 – 90 “Uzunömürlü”   – 90 – dan yuxarı… Faxralı kəndində uzunömürlü insanlar

Ətraflı

Ümumi məlumat

Faxralı kəndi, Gürcüstan respublikasının Bolnisi rayonunda –  dağlar ilə əhatə olunmuş füsunkar bir bölgədə  yerləşir. Bu kənd, ulu babaların məskən saldığı, öz gözəl ənənələrinin yaşadıldığı, qorunub saxlanıldığı  böyük Türk Elidir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını “Fağır Alı”, bəzən də “Fəxr Əli” (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş

Ətraflı

Tarixi

Ulu babalarımız ilk dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra indiki İmirhəsən kəndinin ərazisində məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik sahələri indi Ermənistan adlanan qədim türk torpaqları ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış yerinin

Ətraflı

Faxralı toponimi və kəndin formalaşma tarixi

Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını “Fağır Alı”, bəzən də “Fəxr Əli” (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi ilə eyni kökdən olduğunu nəql etmişlər. Faxralı toponiminin yözumu aşağıdakı ehtimallardan

Ətraflı

Faxralı Borçalının qədim türk torpağıdır

Dədə Qorqudşünas-alim,  Hüseynqulu Məmmədli “Görüm Faxralının biri olsun beş…” tarixi  əsərində Faxralı kəndinin təxminən 800 illik yaşayış yeri olduğunu fərz edir. O, bunu kəndin ərazisində XII, XIV və XVI əsrlərə aid tapılmış islam qəbirüstü abidələrinin olması ilə bağlı qeyd edir. Buntürklərlə bağlı həmin əsərdə qeyd edilir ki, Faxralı kəndindən 5-6 km aralı məsafədə yerləşən qışlağın keçmiş zamanlardan “Sərginə” və

Ətraflı

Faxralı barədə tarixi sənədlər

Faxralının adı müxtəlif dövrlərə aid tarixi qaynaqlarda anılır: Güldenşdetin səyahətnaməsində (1770-ci il); Şahzadə İohanın yazıya aldığı əhali və əhali sayımı siyahısında (1794-1799); Professor Valeh Hacıyevin araşdırması (1820-ci ildə Faxralıda qeydiyyatda olan vergi ödəyiciləri barədə) 1850-ci ilin aprel ayının ortalarında Qafqaz naibi Voronsovu müşayiət etmiş Luka İsarlovun qeydlərində (yeri gəlmişkən, müəllif Faxralını da Osmanlı (türk) mənşəli kənd

Ətraflı

Represiya qurbanları

Hüseynqulu Məmmədlinin qeydləri 1931-ci il represiya qurbanları (Aşır oğlu Mehralının, Təhməzqulu oğlu Mirzəlinin güllələnməsi)   Rəşid Faxralının qeydləri Sürgün ağrı-acısı çəkmiş faxralılar   Güllələnənlər: Aşır oğlu Mehrəli Təhməzqulu Mirzəli oğlu Mirzəli Təhməzqulu oğlu Molla Qurban Rəhim Molla Qurban oğlu Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Ətraflı

Professor Valeh Hacıyevin araşdırması : 1820-ci ildə Faxralıda qeydiyyatda olan vergi ödəyicilərinin siyahısı

Pofessor Valeh Hacıyev Türkiyənin arxiv sənədləri əsasında 1820-ci ildə Faxralı kəndində yaşayan və vergi verən sakinlərin siyahısını tərtib etmişdir.  Aşağıda qeyd edilən həmin siyahı “Knyaz Zaxariy Dolqorukovun kəndlılərı” kimi adlanır: 1. Kovxa Məmməd Əhməd oğlu – oğulları Məmmədalı, Məmməd, Pirməmməd. 2. Ağamalı oğlu Daşdəmir – oğulları Nuru, Hasan, qardaşı Alı, onun oğlu Hacı. 3. Şahmalı Məmmədalı

Ətraflı

Gürcüstanda adları dəyişdirilən azərbaycan kəndləri

1990-1991-ci illərdə Bolnisi rayonunda adları dəyişdirilən azərbaycan kəndləri Faxralı – Talaveri Arıxlı – Naxeduru Hasanxocalı – Xidisquri Daşdıqullar – Muxrani Qoçulu – Çapala Əsmələr – Mskneti Çəfərli – Samtreti İmirhəsən – Savaneti Molla Əhmədli – Xataveri Saraçlı – Mamxuti Aşağı Qoşakilsə – Kvemo Arkvani Yuxarı Qoşakilsə – Zemo Akvani Sarallar – Zvareti Mığırlı – Vanati İncəoğlu – Şua Bolnisi Aşağı Gülaver

Ətraflı

Türkiyənin Fahralı kəndi

Fahralı kəndi Türkiyə respublikasının Yozgat ilinin Çayıralan ilçesində yerləşən kənddir. Kənd barədə video filmə buradan baxmaq olar. Kənd, Yozgat ilindən 125 km, Çayıralan ilçəsindən 10 km uzaqlıqdadır.   Kəndin əhalisi: 2012-ci ildə:  124 nəfər 2011-ci ildə:  138 nəfər 2000-ci ildə: 231 nəfər 1990-cı ildə:  315 nəfər 1985-ci ildə:  418 nəfər

Ətraflı

Hüseynqulu Məmmədli: “Tarixi keçmişimizə bir baxış”

Təəssüf ki, Azərbaycanda qədimdən xatirə, gündəlik, əlamətdar tarixi hadisələrin qeydini aparmaq dəbdə olmayıb. Bu barədə qədim ərəblərdən və yunanlardan sonra ermənilər daha çox səxavət göstəriblər. Ermənilərin kilsə xadimləri, səyyahlar, tacirlər öz növbəsində yaşadıqları dövrün tarixi hadisələrinə biganə qalmamışlar. Buna görədir ki, xristiyan tarixçilərinin vaxtilə yazdıqları əsərlər Qafqaz xalqlarının qədim və orta əsr tarixlərini öyrənmək üçün

Ətraflı

Xeyriyyəçilik

Faxralı kəndinə ilk yolun çəkilməsi Nazxanım Rüstəm qızı Hümbətova demişdi: “Atam, Balaməmmədli nəslindəndir və Faxralınln adlı-sanlı kişilərindən olub – Rüstəm Hümbət oğlu Məmmədov. Hansı ki, sonralar ona Qaçaq Rüstəm də deyiblər. Mənim 4-5 yaşım olanda atam rəhmətə gedib. Mən atam haqqında anamdan və əmim İsmayıl Hümbət oğlundan eşitmişəm.  O, sovet dönəmində kəndin ilk bolşeviklərindən olub. Çox

Ətraflı

Nəsillər

Faxralı kəndinin nəsilləri (kök qohumları) Hörmətli, eloğullar!  Faxralı kəndinin nəsillərinin təsnifləşdirilməsində vahid bir fikir yoxdur. Hətta bu vacib məsələni facebook-da ümümi müzakirəyə də təqdim etmişdik. Çoxlu fikir ayrılıqları ilə rastlaşdıq. Bəziləri aşağıda göstərilən variantlardan birini qəbul edir, digərlərini inkar edir. Bəziləri isə “ümumiyyətlə səhvdir” deyərək konkret faktı ortaya qoymur. Biz aşağıda nəsillər barədə variantları və

Ətraflı

İnzibati idarəçilik

Mövcud inzibati idarəçilik forması Faxralı – Gürcüstan Respublikasının Aşağı (Kvemo) Kartli diyarının (mxaresinin) Bolnisi bələdiyyəsində kənddir və İmirhəsən, Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma şurasını (sakrebulosunu) təşkil edir. Qeyd: Aşağı Kartli diyarı Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biridir. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir və  diyar

Ətraflı

Əhalinin məşğuliyyəti

Faxralı Bolnisi rayonunun ən böyük, axar-baxarlı kəndlərindən biridir. Başqa kəndlərdə olduğu kimi, bu kənddə də əhali mal-qara saxlasa da, onların əsas məşğuliyyəti əkinçilikdir. Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar, yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır. Vaxtilə kənddə yeddi mindən artıq əhali yaşayıb. Bu kənddə başqa kəndlərdən fərqli olaraq,  su məsələsi çətindir. Kəndin

Ətraflı

Tarixi abidələri

Tənəklidə “İmarət” adlı tarixi abidə İ m a r ə t adı ilə tanınan tikili Tənəklinin qayası tərəfdə, meşənin ətəyindədi. Yan-yörəsindəki şirəxanalıqların (el arasında uçub-dağılmış tikililərin qalaqları – xarabalıq belə adlandırılır) geniş ərazini əhatə etməsi, yaxınlığında bulaq olması (sonralar həmin bulağı sel-su batırıb) yüz–yüz illər əvvəl İmarətin yaşayış məntəqəsi olduğunu təsdiqləyir. İmarət tarixi abidədir; damı

Ətraflı

Coğrafi mövqeyi

Faxralı kəndi Dələver (Talaveri) çayının sahilində, Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərindən 60 km,  aşağı Kartli bölgəsinin Bolnisi rayon mərkəzindən 18 km gündoğarda, dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir. Saat qurşağı UTC+4, ərazisi 17 min hektardır. Kəndin ərazisi tarixən aşağıdakı kəndlərlə həmsərhəddir: şimaldan Qoçulu; şimali-şərqdən İmirhəsən, Molla Əhmədli, Qoşakilsə; şərqdən Saraçlı; cənubdan Bala Darbaz, Qudru; cənubi-qərbdən Hopret (yunan kəndi), Becanoğuzaran qışlağı (sərhədləri Ermənistan ərazisinə

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur