Faxralı kəndi Dələver (Talaveri) çayının sahilində, Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərindən 60 km,  aşağı Kartli bölgəsinin Bolnisi rayon mərkəzindən 18 km gündoğarda, dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir. Saat qurşağı UTC+4, ərazisi 17 min hektardır.

Kəndin ərazisi tarixən aşağıdakı kəndlərlə həmsərhəddir:

  • şimaldan Qoçulu;
  • şimali-şərqdən İmirhəsən, Molla Əhmədli, Qoşakilsə;
  • şərqdən Saraçlı;
  • cənubdan Bala Darbaz, Qudru;
  • cənubi-qərbdən Hopret (yunan kəndi), Becanoğuzaran qışlağı (sərhədləri Ermənistan ərazisinə dayanır);
  • qərbdən Kəpənəkçi;
  • şimali-qərbdən Cəfərli, Mığırlı, Bolus-Xaçın (gürcü kəndi).

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur