Mövcud inzibati idarəçilik forması

Faxralı – Gürcüstan Respublikasının Aşağı (Kvemo) Kartli diyarının (mxaresinin) Bolnisi bələdiyyəsində kənddir və İmirhəsən, Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma şurasını (sakrebulosunu) təşkil edir.

Qeyd: Aşağı Kartli diyarı Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biridir. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir və  diyar altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir.

 

Faxralı icma şurasının (sakrebulosunun) inzibati binası

 

Novruz Şərif oğlu Ayvazov hal-hazırda Bolnisi bələdiyyəsinin Faxralı və İmirhəsən kəndləri üzrə icra nümayəndəsidir.

Dostu Veysəl oğlu Aşırov – 2017-ci il tarixdən Bolnisi Bələdiyyəsinin Faxralı sakrebulosu üzrə deputatı seçilmişdir.

İbrahim Məhərrəm oğlu Qasımov – 2017-ci il tarixdən Bolnisi Bələdiyyəsinin Faxralı sakrebulosu üzrə deputatı seçilmişdir.

 

Faxralıda tarixi inzibati idarəçilik foramaları və kəndə rəhbərlik edən şəxslər

1.”Kəndxuda” inzibati idarəçilik forması (1872-1918-ci illər, Gürcüstanda müstəqillik yarandığı günədək) 

Bu dövrdə kəndə rəhbərlik edən şəxslər:

  • Hasannının Təhməzqulu
  • Dəryahlının Əkbər
  • Keçəl oğlu Haqverdi
  • Ayvaz öyünün Pənah
  • İsmayıl Hüseynov
  • Haqverdi oğlu Söyün

2.”Qlava” inzibati idarəçilik forması (1918-1921-ci illər) 

Bu dövrdə kəndə rəhbərlik edən şəxslər:

  • Gön Alı
  • Haqverdi oğlu Söyün
  • Hümbət oğlu Rüstəm
  • Dəli Eyyub

3.”Qırmızı komitə” inzibati idarəçilik forması (1921-1924-cü illər) 

Bu dövrdə kəndə rəhbərlik edən şəxslər:

  • Tat Ağacan

Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra (1921-ci il, 25 fevral) Qızıl Ordunun hissələri ayrı-ayrı kəndlərə “reydlər” keçirirdi. Bu “reydlər” həm burjua dövlətinin süqutunun təsdiqi, həm də “cızığından çıxmağa” meyllənənlərə xəbərdarlıq idi.

Faxralıya daxil olan ordu hissələrini qırmızı bayraqla Tat Ağacan qarşılayır (Muxranski 1876-cı ildə İrandan bu tərəflərə rəncbərlər gətirilmişdi və əhali onlara “tat”deyirdi. Tatlar əhali ilə qaynayıb qarışmış, aborigenləşmişdi). Tat Ağacan (sonralar Qıcıların Musanın atalığı olub) kənddə yaradılan “Qırmızı Komitə”nin sədri təyin olunur və 1924-cü ilə kimi bu vəzifədə işləyir.

4.”Kənd Sovetliyi” inzibati idarəçilik forması (1924-1927-ci illər) 

Bu dövrdə kəndə rəhbərlik edən şəxslər:

  • İman Həsənov (Təhməzqulunun oğlu)
  • Keçəloğlu Məhərrəm
  • Bayraməli Həsənov (Mırıx Bayramalı)

5.”Məhəllə Sovetliyi” inzibati idarəçilik forması (1927-1929-cu illər) 

Bu dövrdə kəndə rəhbərlik edən şəxslər:

  • Saraclı Gülxanım

1927-ci ildə, “TEM” yaradıldıqdan sonra mərkəzi İmirhəsən kəndi olan məhəlli Sovetliyə Saraclı Gülxanım sədr seçilir və bu vəzifəni 1929-cu ilə kimi aparır.

6.Yenidən Faxralı “Kənd Sovetliyi” inzibati idarəçilik forması (1929-2011-ci illər) 

1929-cu ildə Borçalı quberniyası üç rayona bölünür. Bu inzibati yeniləşmədən sonra Faxralıda da ayrıca Sovetlik yaradılır.

Bu dövrdə kəndə rəhbərlik edən şəxslər:

  • 1929-1930 Məhəmməd Şahverdi oğlu
  • 1930 -1931 Avdı oğlu Bədəl
  • 1931-1932 Tat Fətəli (Tiflisdən)
  • 1932-1933 Sarı Yusif (Həsənxocalıdan)
  • 1933-1934 Alpaşoğlu Namaz
  • 1934-1936 Saraclı Əhməd
  • 1936-1937 Avdı oğlu Bədəl
  • 1937-1938 Alpaşoğlu Namaz
  • 1938-1940 Usta Abbas oğlu Kazım
  • 1940-1941 Qara Nəbiyev (Veylər)
  • 1941-1945 İsa Hüseynov
  • 1945-1947 Mehrəli Həsənov
  • 1947-1952 Süleyman Şahnəzərov
  • 1952-1962 Musa Həsənov (Malay)
  • 19xx-19xx İsrafil Məmmədov ?????
  • 1962-1971 Əli Xəlilov (Teşərələr)
  • 1971-1973 Uğurlu Hüseynov Oruc oğlu
  • 1973-1979 Məmmədəli Şərifov
  • 1979-1981 Aslan Əliyev Alı oğlu
  • 1981-1991 Sədrəddin Namazov
  • 1991-2004 Abbas Abbasov İsrafil oğlu
  • 2004-2006 Qara Gülməmmədov
  • 2006-2007 Məhərrəm Mikayılov
  • 2008-2009 Bədəl Xəlilov 
  • 2009-2009 Mahal Əliyev
  • 2009-2010 Nəriman Abdıyev
  • 2011- 2017 İbrahim Məhərrəm oğlu Qasımov 
  • 2017 – 000 Novruz Ayvazov

Faxralıda da kollektivləşmənin ilk təzahürü artel kimi meydana gəlib: “Kommuna – Artel”. Artellər də ümumi əməyə, ümumi istehsala və ümimi bölgüyə əsaslanırdı. Sonralar – 5 ildən sonra bu artelin bazasında kolxoz formalaşır (1933-cü il). Yaradılan “Yeni yol” kolxozunun sədri vəzifəsinə İsrafil Əlizadə seçilir. Onun yaxın qohumu Mirzə Rza 1934-cü ildə ailəsi ilə Türkiyəyə keçmişdi və bu mühacirətlə əlaqədar 1935-ci ildə İ.Əlizadə məsuliyyətə cəlb olunur, Sibirə sürgün edilir.

1935-1945-ci illərdə “Yeni yol”un sədri vəzifəsində Mehrəli Həsənov işləyir. 1945-ci ildə “Yeni yol” kolxozu iki mestəqil kolxoza ayrılır: “Budyonnı” adına kolxoz, “Çarkviani” adına kolxoz.

“Budyonnı” adına kolxozun sədri İsrafil Məmmədov, “Çarkviani” adına kolxozun sədri Əli Xəlilov seçilir. 1951-ci ildə respublikada kiçik təsərrüfatların birləşdirilməsi haqqında qərar qəbul edilir. Faxralıdakı kolxozlar yenidən birləşdirilir, vahid təsərrüfat yaradılır: “Qələbə” kolxozu. Binnət Mahmudov kolxoz sədri seçilir, 1951-ci ildən 1959-cu ilə kimi işləyir. 1959-1964-cü illərdə bu vəzifədə rayon İcraiyyə Komitəsinin sədri seçilənə kimi Əli Əliyev (o, el arasında Alyoşa kimi tanınırda), 1964-1968-ci illərdə Binnət Mahmudov, 1968-1973-cü illərdə Kərim Kərimov, 1973-1978-ci illərdə Uğurlu Hüseynov işləyir. Ümumiyyətlə, “Qələbə” kolxozu rayon miqyasında həmişə qabaqcıllar sırasında olub. Adətən, belə kolxozlara “milyoner kolxoz” deyirdilər.

1975-ci ildə ümimi təsərrüfatlar (kolxozlar) dövlət təsərrüfatlarına (sovxozlara) çevrilir. “Qələbə” kolxozunun bazasında Faxralı üzümçülük sovxozu yaradılır. Uğurlu Hüseynov sovxoz direktoru təyin edilir. 1991-ci ildə onu Bayram Əliyev əvəzləyir (rayon partiya komitəsinin katibi idi, İmirhəsən sovxozuna direktor göndərilmişdi. Bu, gürcülərin gözəgötürməzliyinin təzahürü idi). 1995-ci ildə sovxozun direktoru vəzifəsinə Zurab Çaparidze təyin edilir. 1996-cı ildə sovxozlar, o cümlədən Faxralı üzümçülük sovxozu kiçik firmalara parçalanır…

Göründüyü kimi, 1933-cü ildən 1995-ci ilə qədər – 62 Faxralıdakı təsərrüfata ancaq faxralılar rəhbərlik edib; bu ağır elin bacarıqlı kadrları həmişə işgüzarlığı ilə seçilib…

Ümumi təsərrüfat haqqında fikirlər ideoloji baxımdan ikiləşirdi: Şura hökuməti camaatı kolxoza daxil olmağa həvəsləndirir, lazım gələndə məcbur da edirdi. Islam dininə düşmən münasibəti olduğundan din xadimləri Şura hökumətinin zor gücünə yaratdığı kolxozu gözdən salmağa çalışırdı. Var-dövlətini Şura hökumətinə verənlər də (Təhməzqulu, Üçqulaq Bayraməli, Aşıroğlu Mehralı və b.kimi), kolxoza girməkdən boyun qaçırdanlar da bu və ya digər səbəbdən sürgün olunur, güllələnirdi. Məhz buna görə də kənddə kolxozu “görən gözü olmayanlar” da vardı; neçəsi kolxoza girməmək üçün Türkiyəyə üz tuturdu (Yekəxançal Süleyman kimi), qaçaq düşürdü, kolxozdan çıxırdı (Dünyamalı Oruc oğlu, Gözdər Qurban kimi)…

140 il yaşı olan bu rəhbərlik, 6 formada fəaliyyət göstərib və bu illər ərzində Faxralıya 35 nəfər rəhbərlik edib. Onlardan 30 nəfəri Faxralı kəndindən, 5 nəfəri isə kənardan gələnlər olub. Sonuncu rəhbərlik forması indi də davam edir.

Mənbə: Rəşid Faxralı “Oğuz eli Faxralı” və 

Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur