Faxralı Bolnisi rayonunun ən böyük, axar-baxarlı kəndlərindən biridir. Başqa kəndlərdə olduğu kimi, bu kənddə də əhali mal-qara saxlasa da, onların əsas məşğuliyyəti əkinçilikdir. Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar, yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır.

Vaxtilə kənddə yeddi mindən artıq əhali yaşayıb. Bu kənddə başqa kəndlərdən fərqli olaraq,  su məsələsi çətindir. Kəndin əkin sahələrinin çox hissəsi susuz-dəmyə torpaqlardır. Həyətyanı sahələri suvarmaq üçün su yoxdur. Əhali içməli, ümumiyyətlə, hər şey üçün istifadə etdiyi  suyu bulaqdan daşıyır. Kənddə 15-dən artıq bulaq var, hər kəs suyu özünə yaxın olan bulaqdan gətirir.

Əsas təsərrüfatçılıq sahəsi kənd təsərrüfatı olan Faxralı kəndinin ümumi ərazisi 17 min hektar təşkil edir. Ərazinin 2,5 min hektaradək sahəsi əkinə yararlı torpaq sahəsi hesab olunur. Bu barədə Gürcüstan Statistika Departamentinin rəsmi internet səhifəsində qeyd edilir.


Qaradaşdan görüntü (kəndin geniş əkin sahələri)

 

“Qaşqatala”nın ətəyi – Təhməz istiqaməti (əkin sahələri)

 

Faxralı kəndi Borçalı bölgəsində mühüm taxılçılıq, üzümçülük, kartofçuluq və tərəvəzçilik bölgəsi kimi tanınır.

Sərniyə (binə yerləri – maldarlıq üçün otlaq sahələri)

 

Təhməz biçənəyi (maldarlıq üçün geniş biçənək və otlaq sahəsi)

 

Kənd, geniş təbii otlaq sahələrinə malik olduğundan maldarlıq və arıçılıq da geniş yayılmışdır.

 


Sərniyə meşəsi (Faxralının qalın meşə sahələri)

 

Faxralıda arıçılıq ilə də məşğul olurlar. Faxralı kəndi dağlar əhatəsində olduğuna görə bəzi sakinlər arını öz həyətlərində, bəziləri isə Faxralının binə yerlərində saxlayırlar. Arılar balı meşələrdə əsasən cökə və digər ağaclardan, dağ və düzənlikrədə isə gül və çiçəklrdən toplayırlar.

REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur