Tənəklidə “İmarət” adlı tarixi abidə

İ m a r ə t adı ilə tanınan tikili Tənəklinin qayası tərəfdə, meşənin ətəyindədi. Yan-yörəsindəki şirəxanalıqların (el arasında uçub-dağılmış tikililərin qalaqları – xarabalıq belə adlandırılır) geniş ərazini əhatə etməsi, yaxınlığında bulaq olması (sonralar həmin bulağı sel-su batırıb) yüz–yüz illər əvvəl İmarətin yaşayış məntəqəsi olduğunu təsdiqləyir.
İmarət tarixi abidədir; damı primitiv də olsa xüsusi texnologiya ilə işlənərək bir-birini tamamlayan plitə formalı daşlardan düzəldilib. Pəncərə kimi qəbul edilməsi mümkün olan oytuqları iç tərəfdən geniş, çöl tərəfdən isə nazikdir. Bunların orta əsr qalalarına xas xüsusiyyət olduğunu nəzərə alsaq, onun orta əsrlərdə qala–şəhər kimi tikildiyini, qapısının Qibləyə baxdığını nəzərə alsaq, bu dövrün VIII-X əsrlərlə səsləşdiyini güman edə bilərik.

  

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur