Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Aşırlı, Qazaxlı, Alqazaxlar və Poladlı tayfalarının Qazax mahalında indi də eyni adla qalan tayfalardan ayrılması inkar olunmaz bir həqiqətdir.

Tarixi qaynaqlardan aydın olur ki, Kür qırağında vaxtilə Aşırlı adında kənd olubmuş. Sonralar kür çayının şıltaqlığı nəticəsində kənd dağılmış, bir qismi Qazax mahalının Daşsalahlı kəndinə, digər qismi isə Borçalının Faxralı kəndinə köçmüş, orada da məskunlaşmışdır.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

Aşırlı nəslinin də Faxralıda məskunlaşması səbəbi, tarixi təxminən belədir. H. Məmmədli qeyd edir ki, Kür sahilində Aşırlı adında kənd olub. O dövrlərdə (XVII-XVIII əsrlərdə) Kür çayı vaxt-bivaxt daşır, sahil boyu kəndləri dağıdır, camaata böyük zərər vururdu. Belə daşqınların birində (XVII əsrin əvvəllərində) Aşırlı kəndi də dağılır, Qızıl qol adı ilə tanınan Allahverən kişi yaxın qohumları ilə bərabər Borçalıya üz tutur. Faxralıya gəlir. İndi zamanlılar yaşayan ərazinin ətrafında yurd salır, ocaq çatıb ev olurlar.

Gənc yaşlarından tacirliklə məşğul olan Allahverənin iki oğlu olur: AllahverdiTanırverdi. Bu o Allahverdidir ki, 1883-cü ildə Qaraxaç yaylağını icarəyə götürmüşdü. O, 1935-ci ildə kənddə güllələnmişdi. Belə ki, Şura hökumətini tanımaq istəməyənlər müxtəlif bəhanələr ilə ev-eşiyindən didərgin salınıb, mal-dövləti müsadirə edilib.

Bu səbəbdən qaçaqçılıq edən Allahverdi Faxralıda Yovşanlı deyilən hündür yalda (təpədə) Təməzqulu oğlu Mirzəli ilə birlikdə güllələniblər.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur