Bu nəsil XIX əsrin əvvəllərinə kimi Dağ Kəsəmənlidə yaşayıb.

Məhəmmədin altı oğlu olub, altısı da ağanın torpağını becərib, buna müqabil muzd alıb. Bir gün Məmmədin hodağa gedən kiçik oğlu əkində yuxulayır, yer xərək qalır. Ağa bərk hirslənir, uşaq qorxusundan qaçır, evlərinə də gedə bilmir. Ağanın nökərləri onu axtarıb əkin yerinin kənarında tapır, ağanın yanına aparırlar.

Ağa zavallı uşağı rəhm etmədən döyür, döyə-döyə öldürür. Biçindən qayıdan Məmməd qisasını isti-isti alır, ağanın başını kərənti ilə üzür. Bu düşmənçiliyə görə budaqlıların bir hissəsi Ermənistana, bir hissəsi Rusiyaya gedir, bir hissəsi isə Faxralıya pənah gətirir…

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur