Məmmədqulu Qarabağda yaşayırdı. Kəndin ağasının qızını götürüb qaçır. O illərdə – XVIII əsrin 80-ci illərində ağa-bəy zümrəsinin sözüötkün olduğundan Məmmədqulu gizlənməyə məcbur olur. Bir müddət gözdən-könüldən uzaq yerdə yaşayır.

Soyuqlar düşəndən sonra bir dostunun evinə pənahlanır. Qoltuxda yaşamağı şəninə əskiklik bildiyindən o, Qarabağdan köçməyi qərara alır. Köçür də – 1780-1785-ci illərdə. O, yaşamaq üçün Borçalının Faxralı kəndini seçir…
Məmmədqulunun iki oğlu olur: İmanqulu və Qaraca. İmanqulunun törəmələri İmanlılar, Qaracanın törəmələri isə Göyüşöyü kimi tanınsa da eyni nəsildir.

Yeri gəlmişkən, İmanqulunun nəvəsi İmanın, kənddə kifayət qədər tanınmış nəslin qızlarından birinə aşiq olur. Qızı ona vermirlər. İman inada düşüb qızı götürüb qaçırdır. Əmisi Abdulla ilə Türkiyəyə gedir. Türkiyədə dolanışığı pis olmasa da İmanın eyni illərlə açılmır. Onu Faxralıda olan əzizlərinin həsrəti üzür. Qəriblikdə doğulan oğlunun adını da Qərib qoyur. Bu həsrət İmanı yerindən oynadır və ailəsi ilə birlikdə 1860-1865-ci illərdə Faxralıya qayıdır.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur