Koxallı nəslinin ağsaqqalları kənddə dini ayinlərin yerinə-yetirilməsində mövcud nizamsızlıqla barışa bilmirdilər. Ona görə də Göyçə mahalında yaşayan tanışlarına müraciət edirlər.

Göyçəlilər mükəmməl dini təhsil almış Molla Məhəmməd haqqında ağızdolusu danışır, yaxşı xasiyyətli bir adam olduğunu bildirirlər və onun Faxralıda dini ayinlərin icrasını nizama sala biləcəyinə zəmanət verirlər.

Koxallılar Molla Məhəmmədi 1830-1835-ci illərdə Faxralıya dəvət edirlər.

Molla Məhəmməd az müddətdə faxralılarla qaynayıb-qarışır və faxralılaşır.

Mollaöyünün, Aşıq Hasanlıların, Məmmədöyünün nəsil şəcərəsi Molla Məhəmmədlə başlanır.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur