Aydın Hüseyn oğlu Qurbanov

VİCDAN İNSANIN ALLAHIDIR

Əslində bu yazını çoxdan, lap çoxdan yaz­­malıydım. Daha doğrusu, onun haqqında qəlbim­də yazıya çevrilmiş düşüncələrimi, fi­kir­lərimi kağıza çoxdan köçürməliydim. Am­ma nədənsə, alınmırdı. Baxın, indiyədək neçə kitabım işıq üzü görüb, bu kitablarda neçə-neçə eloğlum haqqında yazmışam, amma bu yazı ləngiyib. Bu ləngimənin bir səbəbi mənə bağlıdırsa, digər səbəbkar da elə onun özüdür. Haqqında yazıl­ma­sını istəməyib, – başqalarından fərqli neylə­mişəm ki, – deyə düşünüb. İşıq üzü görən hər kitabımı böyük sevinclə qarşılayıb təqdir etsə də, özü tərifi heç zaman sevməyib.

…Bu yazını yazmaq mənim üçün elə də asan olmadı. Ya­xın­dan tanıdığın adam haqda yazmağın da özünəməxsus çətinlikləri olur. Bunu qələm adamları yaxşı bilir. Üstəlik barəsində söhbət açmaq istədiyin adam sənə daha yaxındırsa, az qala hər gün gö­rüş­düyün, sənin sevincinə sevinib, kədərinə ortaq olan biridirsə, bu, daha da çətin olur. Ona qarşı illərlə qəlbində yığılan xoş duy­ğu­ların hansından başlayıb hansında qurtarmaqda çətinlik çəkirsən.

Aydın yaxın qohumum olsa da, mənim gözümdə onu ucaldan daha çox sadəliyi və səmimiliyi, hər şeyin fövqündə insanlığı görməsi, yüksək insani keyfiyyətlərə dəyər verməsi, elinə-obasına bağlılığı və öz işində məsuliyyətli olmasıdır. Həyatda nəyə nail olubsa, öz zəhməti hesabına əldə edib. Və ən əsası ona diqqət gös­tərən, işıq ömrü yaşayan insanların etimadını doğrulmağa çalışıb. Təsadüfi deyildir ki, Aydın haqqında söz düşəndə ilk ola­raq mənim yadıma alman filosofu Şopenhauerin bir bir fikri düşür: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”.

Bəli, Aydın da hələ ilk gənclik illərindən aydın zəkası ilə seçilib, gələcək həyat yolunu düzgün məyyənləşdirərək bugünkü mövqeyinə çatıb. İlk baxışda heç kəsdən fərqlənməyən bir ömür yolu keçsə də, bu yolun özünəməxsusluqları da az deyil. Gəlin onun ömür yoluna birlikdə nəzər salaq.

Aydın Hüseyn oğlu Qurbanov 1963-cü il iyunun 10-da Faxralı kəndində anadan olub. Orta təhsilini də bu kənddə alıb. 1980-ci ildə orta məktəbi bitirib və ali təhsil almaq arzusu onu da Bakıya gətirib. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Avto­mo­billər və avto­mo­bil təsərrüfatı fakültəsinə daxil olub. Yaşlı və orta nəslin nü­ma­yəndələri o vaxtlar bu fakültənin necə prestijli və bu fakültəyə qəbul zamanı böyük müsabiəqnin olduğunu yaxşı xatırlayırlar.

Beşillik tələbəlik həyatını uğurla başa vuran Aydın 1985-ci ildə institutu bitirərək ali təhsilli mütəxəssis kimi müstəqil həyata atılıb. İlk əmək fəaliyyətinə 1985-ci ildə  Bakıdakı Şəhərlərarası Beynəlxalq Yük­daşıma avtonəqliyyat müəssisəsində başlayıb. İlk günlərdən işini dərin­dən bilməsi və zəhmətsevərliyi ilə seçilib, kollektivdə hörmət qazanıb. 1997-ci ilədək burada təmir mexa­niki, emalatxana rəisi, texniki istehsalat şöbəsinin rəisi vəzi­fə­lərində çalışıb.

1997-ci ildən əmək fəaliyyətini ölkəmizin iqtisadiyyatının aparıcı qolu olan neft sektorunda davam etdirib.  2002-ci ilədək Döv­lət Neft Şirkəti Dənizdə Neft Qaz Çıxarma İstehsalat Birli­yinin (DNQÇ İB) nəqliyyat şöbəsində aparıcı mühəndis kimi ça­lı­şıb. Burda da özünü bacarıqlı mütəxəssis kimi göstərib, təşki­lat­çılıq qabiliyyəti rəhbərliyin diqqətindən yayınmayıb və o, vəzifə pillələrində addım-addım irəliləyib. Hər dəfə ona daha böyük etimad göstərilib, məsul vəzifələrə irəli çəkilib.  2002-2014-cü illərdə  Azərdənizneftinşaat trestinin Avtonəqliyyat kontorunun rəisi, H.Əliyev adına BNEZ-in avtonəqliyyat sexinin rəisi, Azər­neftyağ NEZ-in avtonəqliyyat sexinin rəisi, Neft Kəmərləri İda­rəsinin Nəqliyyat Departamentinin rəisi vəzifələrini inamla da­şıyıb. 2014-cü ildən bu günə kimi SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti direktorunun istehsalat üzrə müavini vəzifəsində çalışır.

Hər dəfə onun daha məsul vəzifəyə keçdiyini görəndə vaxtilə “Kəlilə və Dimnə”dən oxuduğum bu ibrətamiz cümlələri xatır­la­yıram: “Vəzifə ağır daş kimi şeydir, onu çox əziyyət və mə­şəq­qətdən sonra çiyninə qaldırırlar, lakin çox asanlıqla yerə atırlar. İstedadlı və bacarıqlı adamın vəzifəsi kiçik, nüfuzu az, düşməni çox olsa da, o, əql və kamalı sayəsində özünü büruzə verər, şöhrət tapar. Belə adamlar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı söndürmək istərkən o yüksəyə qalxmağa meyl göstərir”.

Aydın da məhz belələrindəndir. Yuxarıda da dediyim kimi, Aydın vəzifə pillələrində bacarığı və qabiliyyəti hesabına irəliləyib.

Aydının atası Hüseyn dayı sözün həqiqi mənasında insan­lığın fövqundə dayanan, elin hörmətini qazanan əsl ziyalı idi. Belə demək mümkünsə, Hüseyn dayı işıq ömrü, nur ömrü yaşadı. Və  uca zirvələr səltənətinə qədər ucala bildi. Həyatda ən böyük ad bu idi, ona da layiq oldu. Beş övlad böyütdü, beşinə də ali təhsil verdi. Bu gün hər biri addımlarını atanda belə, onun təmiz adını gözləri önünə gətirirlər. Onu da qeyd edim ki, Aydının ətrafı, əsasən,  xalq üçün yaşayan, xalq üçün yanan yanar ürəkli be­lə insanlardan ibarət olub. Babası Əli Xəlilov elin nüfuzlu ki­şi­lə­rindən olub. Uzun müddət çətin vaxtlarda təsərrüfat rəhbəri iş­ləyib. Türk dünyasının böyük alimi, iki çağırış Milli Məclisin de­putatı olmuş Şamil Qurbanov Aydının əmisi idi. Bunları ona görə yazıram ki, Aydın o köklərin üzərindən pərvəzlanıb. Hüqo vaxtı ilə yazırdı: “Vicdan insanın Allahıdır”. Bu hikməti Aydın özünə həyat amalı seçib və həmişə hər zaman buna əməl etməyə çalışıb.

O, eyni zamanda ictimai həyatda da fəaldır. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999-2004-cü illərdə Abşeron rayonunun Xırdalan Bələdiyyəsinin üzvü olub.

Onun fədakar əməyi dövlətimiz tərəfindən də layiqincə qiymət­lən­di­rilib. Neft sənayesində xidmətlərinə görə 2013-cü ildə Azərbaycan Res-publikası Prezidentinin sərəncamıyla “Tərəqqi” medalı ilə təltif olunub.

O, həm də təəssübkeş eloğlu, nümunəvi ailə başçısıdır.  İki oğ­lu var. Hər ikisi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. Aydın öz valideynlərinə necə bağlıydısa, övladlarına da eyni məhəbbətlə bağlıdır. Övladlarının xoşbəxt gələcəyi na­minə əlindən gələn hər şeyi edir. Övlad-valideyn münasibət­lərin­dən söz düşəndə tez-tez O.Balzakın aşağıdakı kəlamlarını xatır­ladır: “Atalar həmişə öz atalıq səadətlərindən feyz almalıdırlar. Atanın vəzifəsi həmişə verməkdir, almaq deyil. Atalar ayaqlar altında tapdalanarsa, vətən məhv olar”.

Aydın ömrünün ən gözəl çağlarını yaşayır. Qarşıda onu çalışdığı sahədə daha məsul vəzifələr və övlad toyu gözləyir. Ona uğurlar arzulayıram. İnanıram ki, hər iki sahədə üzərinə düşən işin öhdəsindən şərəflə gələcək.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur