Qızyetər Bayraməli qızı Kərimova

Qızyetər Bayraməli qızı Kərimova – 1945-ci ildə Faxralı kəndində anadan olub və orta məktəb təhsilini də doğma kəndində alıb.

1970-ci ildə isə M.F.Axundov adına Azərbaycan Dillər İnstutunun fransız dili fakultəsini bitirib. Müəyyən vəzifələrdə işlədikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Müəllif Hüquqları Agentliyində dövlət qulluqçusu vəzifəsində çalışıb. Onun ixtisas dərəcəsi dövlət müşaviridir.

Mənbə : Allahverdi Kərimov –  “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur