Aytən Əmirxan qızı Babaşlı (fəlsəfə dok­to­ru)

ALİM ELOĞLUMUN ALİM ÖVLADLARI

Səadət kamalla yetişir başa,
Xalqa hörmət eylə, əbədi yaşa
N.Gəncəvi

Sirr deyil ki, son illərdə  gənc­lə­rin elmə marağının azalmasından tez-tez da­nışılır, müx­təlif səviyyə­lər­də bir narahatçılıq ifadə olunur. Amma el­min müx­təlif sahələrində gənclə­ri­mi­zin uğur­lar əldə etməsi vəziyyətin elə də qorxulu olmadığını deməyə əsas ve­rir. Bu gün bütün varlığıyla elmə bağlı olan, əldə etdikləri elmi nəticə­lərlə təkcə Azərbaycanda deyil, həm də dünyanın aparıcı döv­lət­lə­ri­nin məş­hur uni­ver­sitetlərində tanınan, bey­­nəlxalq elmi konfrans və simpoziumlarda çıxış edən, əsər­ləri nüfuzlu elmi məcmuələrdə çap olunan gənc alimlərimizin sayı gündən-günə artmaqdadır. Sevindirici haldır ki, Azər­bay­can elminə töhfə verən gənclər arasında Borçalının yetirmələri də az deyil. Bu gənclərin sırasında doğma Faxralımın yetirmə­lə­rini görmək isə, təbii ki, məni hədsiz sevindirir. Bu yazıda onlardan ikisi haq­qında söhbət açmaq is­təyirəm. Fikirləşdim ki, onları bir-birinən ayırmaq günah olar­dı. Çünki hər ikisi eyni ailədə böyüyüb, eyni ata-anadan tərbiyə alıblar. Ömür yolları da bir-birinə bən­zərdir. Söhbət Borçalının ləyaqətli oğulla­rın­dan biri, Faxralının yetirməsi olan dəyərli alimimiz, hörmətli ziyalımız Əmirxan Babaşovun övladla­rın­dan gedir.

…Aytən Əmirxan qızı Babaşlı 1977-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Faxralı orta məktəbinin birinci sinfinə gedib, iki il burada oxuduqdan sonra 1986-cı ildən təhsilini Bakı şəhərində Milli Konservatoriyanın nəzdindəki Res­publika İncəsənət Gimnaziyasında davam etdirib. 1994-cü ildə orta təhsilini başa vuraraq Azərbaycan Döv­lət Neft Aka­de­miyasının “Kimya texnologiyası” fakültəsinin “Kimyəvi isteh­salın və kimya kibernetikasının əsas prosesləri” ixtisasına daxil olub. 1998-ci ildə burada təhsilini başa vuraraq “Neft emalının əsas prosesləri və kibernetikası” ali peşə istiqaməti üzrə Baka­lavr dərəcəsi alıb. Elə həmin ildə də təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya tex­no­lo­gi­yası” istiqamətinin “Neft emalı istehsalının əsas prosesləri  və kibernetikası” ixtisası üzrə magistraturaya daxil olub və 2000-ci ildə təhsilin bu pilləsini də uğurla başa vurub.

2000-ci il iyulun 18-də “Azərsun Holdinq” şirkətlər bir­li­yi­nin “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cə­miy­yətində laboratoriya mütəxəssisi kimi əmək fəaliyyətinə baş­­layan Aytən Babaşlı eyni zamanda təhsilini də davam et­dirib. Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kim­yası İnsitutunun əyani aspiranturasına daxil olaraq akademik Vaqif Fərzəliyev və texnika elmləri doktoru, professor Həqiqət Cavadovanın elmi rəhbərliyi ilə həmin institutun “Motor yağ­larına aşqar kompozisiyası” laboratori­yasında elmi axtarışlara baş­layıb. Gərgin elmi axtarışlar öz bəhrəsini verib və o, 2014-cü ilin yanvarında AMEA-nın Akademik Y.Məmmədəliyev adı­na Neft-Kimya Prosesləri institutunun böyük elmi şurasında “Teplovoz, sənaye və gəmi dizelləri üçün müxtəlif qrup sürtkü kompozisiyalarının yaradılması” mövzusunda namizədlik dis­ser­­tasiyasını uğurla müdafiə edərək texnika üzrə fəlsəfə dok­to­ru elmi dərəcəsinə layiq görülüb. 15-dək elmi əsərin müəl­lifidir. Əsərləri respublikamızla yanaşı, Türkiyə və Rusiyanın nü­fuzlu elmi jurnallarında da dərc olunub.

Aytən Babaşlı 2012-ci ilin dekabr ayından “Azərsun Hol­dinq” şirkətlər birliyinin “Proses və Kalite Yönetimi Direk­torluğu” departamentində baş müfəttiş vəzifəsində çalışır.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur