Məmməd Məmmədəli oğlu İbrahimov (elmlər namizədi)

QISA MƏLUMAT

Məmməd Məmmədəli oğlu İbrahimov 1948-ci il aprel ayının 15-də Faxralı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə Marneuli şəhər interant məktəbində almış və 1966-cı ildə orta məktəbi bitirmişdir. 1967-ci ildən Sumqayıtda Boru yayma zavodunda çilingər işləmiş, 1971-1973-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən zavodun göndərişi ilə Dnepropetrovsk şəhərində Metallurgiya institutunda oxumuş və 1980-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il aspiranturaya daxil olmuş və 1986-cı ildə “Metalların təzyiq altında e’malı” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ilin iyun ayından zavoda qayıtmışdır. Boru yayma zavodunun (indi “Azərboru” SC) texniki şö’bəsinin rəisi – baş mühəndisin müavini vəzifəsində çalışır. Məmməd İbrahimov 8 ixtira və 30-dan çox elmi məqalənin müəllifidir. Dəfələrlə diplom müdafiəsi komissiyasının sədri olmuşdur. 4 nəfər dissertanta rəhbərlik etmişdir. Məmməd İbrahimovun elmi və praktiki fəaliyyəti 15 elmi-praktiki əsərdə öz əksini tapmışdır. O, 10 ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, materiallar çap etdirmişdir.

Mənbə : REDAKTORDAN

 

YENİLİYƏ CAN ATAN İNSAN

Hər şey insanın qanında olmalıdır. Daha doğ­rusu, gərək əvvəlcədən hər hansı bir adama Alllah-Təala tərə­fin­dən bir iste­dad verilsin. Əgər o istedad varsa, nə vaxtsa həmin istedad üzə çı­xa­caq və insanı istədiyi mərtəbəyə yük­­­səldəcək. Bəzən də elə insanlar olur ki, istedadlarına arxayın olub, öz üzə­rində işlə­mir, tənbəllik edir və günlərin birində o istedad da məhv olub ge­dir. Başqa sözlə desək, qılınc qınından çıx­mır­sa, kotan torpaq əkmirsə, mütləq günlərin birində pasla­nacaq və öz kəsərini itirəcək.

Amma həyatda elə insanlar da var ki, Allah-Təala ona verdiyi payı və istedadı zaman-zaman cilalayır və günlərin bi­rində də məqsədinə çatır. Bu cür adamlar heç vaxt yoruldum, usan­dım və ruhdan düşdüm demirlər. Sadəcə olaraq, bu cür insanlar öz həyat yollarını tapır, o yolu və izi addımlaya-addımlaya istəklərinə doğru irəliləyirlər.

Həsən bəy Zərdabi deyib: “Əql və elm ilə insan bütün dünyanı təsrif edə bilər”. Bu fikirdə böyük hikmət var. İnsanlar hər şeyə əql və elm sayəsində çatırlar. Gözəl ziyalı, texniki elmlər namizədi Məmməd Məm­mədəli oğlu İbrahimov da öz həyat yolunu asanlıqla müəyyənləşdirə bil­məyib. Hər atdığı ad­dım ona çətinliklə başa gəlsə də, heç vaxt və heç nə­dən usan­madan irəliyə doğru gedib. Məmməd İbrahimov 1948-ci ilin yanvarında Faxralı kəndində anadan olub. Bir müddət Faxralı kənd orta məktəbində, sonra isə Marneuli rayo­nundakı internat məktəbində oxu­yaraq 11-ci sinifi bitirir. İllər ötür və günlərin birində o, Gürcüstandan Sum­qayıt şəhərinə köçür. 1967-ci ildə Sumqayıtdakı Boru­yay­ma Zavo­dunda çilingər işləyir. Daha doğrusu, elə bərkə-boşa da o illərdə düşür və o illər Məmməd İbrahimovu sanki sınağa çəkir. Sınağa çəkir ki, görüm Məmməd mənim imtahanıma dözəcək, yoxsa dözməyəcək.

Həyat o adamları sevir ki, o, zamanın dalğalarına, gərdişi­nə tab gə­tirə bilir və möhkəm duruşu ilə yolunu davam etdirir. İradəsi zəif insanlar isə bu dalğaların qoynunda itib-batırlar. Ancaq Məmməd İbrahimov zamanın dalğalarının qoynunda itib batmadı. Əksinə, o daha da bərkidi, möhkəmləndi və günlərin birində öz istəyinə çatdı.

Məmməd İbrahimov ordu sıralarında xidmət edir və son­radan 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunda imtahan verərək Dnepro­pet­rovski şəhərindəki Metallurgiya İnstitutuna (texnoloji fakültənin boru­yay­ma ixtisası üzrə) qəbul olur. Tələ­bəlik illəri hamı kimi onu da sınağa çəkir. Tələbə yoldaş­la­rın­dan fərqli olaraq, o, başqa bir yolu seçir. Yəni daha çox kitab oxu­yur, daha çox dərsə hazırlaşır və daha çox da öz vaxtını sə­mə­rəli keçirir. Elə buna görə də ali məktəbi fərqlənmə dip­lo­mu ilə bitirir. Həmin ildə institutun əyani  aspiranturasına daxil olur.

Məmməd İbrahimov fikirləşmirdi ki, nə zamansa böyük bir alim olacaq. O fikirləşirdi ki, günlərin birində həyatda öz ye­rini tapacaq, elmdə qaazandığı uğurları ilə çoxlarını sevin­di­rəcəkdir.  Belə də olur. 1986-cı ildə “Mürəkkəb formalı dövri pro­fillərin (qaz-turbin mühər­rik­lərinin pərləri) yan tərəflərə deformasiya olunmadan yayılması texno­logiyasının işlənməsi və təhqiqatı” mövzusunda dissertasiya işini müda­fiə edərək tex­niki elmlər namizədi alimlik dərəcəsinə layiq görülür. 1986-cı ildə yenidən Sumqayıta qayıdır və ordakı Boruyayma zavo­dun­da texniki şöbənin rəisi, baş mühəndisin müavini vəzifə­lərində işləyir.

İstehsalatı bilmək, yeni texnoloji prosesləri mənimsəmək o qədər də asan iş deyildi. Çünki əvvəlcə Məmməd İbrahimov nəzəri elmi biliklərin incəliklərinə, dərinliklərinə yiyələn­miş­dir. Elə həmin bilik də istehsalatda çalışdığı zaman onun köməyinə çatır və yardımçısı olurdu. İndiyə kimi alimin 20-dən artıq elmi məqaləsi nəşr edilib. O, ali məktəblər üçün bir neçə dərslik və metodik vəsaitlər yazıb və çoxlu sayda texniki tər­cümələr edib.

Məmməd İbrahimov təkcə alim və güclü mütəxəssis kimi ta­nın­ma­yıb. O həmişə yeniliyə, ixtiralara imza atıb. Təsadüfi deyil ki, 8 ixtiranın müəlliflik şəhadətnaməsini alıb. Bütün bu uğurlar onu göstərir ki, insan addımladığı yolda nə istəyirsə əldə edə bilər və qazanmaq gücünə malikdir. Bakıxanov yazır: “Hər bir müvəffiyyətli iş ağıl sayəsində olur”. Ömrünü axta­rış­lara, elmi kəşflərə və yeni ixtiralara sərf edən Məmməd İbra­himov arxada qalan o illər üçün heç vaxt təəssüflənmir. Əksinə qürur duyur ki, arxada qalan illərdə onun əbədi bir izi qalıb.

O, bu gün  “AZENCO” ASC-nin Sumqayıt Texnologiyalar parkı Metaləritmə Zavodunun texniki istehsalat və keyfiyyətə nəzarət şöbəsinə rəhbərlik edir. Alimin 2 övladı var. O, ailəsi və balaları ilə həmişə qürur duyur və ömrünü elmə sərf etməkdə yanılmadığını bildirir.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur