Nizami Qədim oğlu Poladov (fəlsəfə doktoru)

QISA MƏLUMAT

Nizami Qədim oğlu Poladov 1982-ci il may ayının 22-də Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1988-1996-cı illərdə Faxralı orta məktəbində təhsil almış və 1999-cu ildə Bakı şəhəri 99 No-li məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Texniki Universitetinin (ATU) (keçmiş Azərbaycan Politexnik Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş, “Qara və əlvan metalların tökmə istehsalı“ ixtisasına yiyələnmiş, 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə ATU-nun aspiranturasına daxil olmuşdur. 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 11 elmi əsərin müəllifidir. Məqalələri Azərbaycan, Sankt-Peterbruq, Donetskdə nəşr olunmuşdur. 2003-2008-ci illərdə “Baku Steel Company” şirkətində növbə rəisi vəzifəsinədək yüksəlmişdir. 2008-ci ildən “EMBAWOOD” MMC-də şöbə rəisi vəzifəsində çalışır.

Mənbə : REDAKTORDAN

 

BİLİKLİ INSANA, SÖYLƏ, KİM BATAR

Yeməyə, yatmağa heyvan can atar,
Bilikli insana, söylə, kim batar.
N.Xosrov

Demə, gələn gülüb keçər,
Torpağını öpüb keçər,
Min ülfətlə ötüb keçər,
Ötən günlər Faxralıda –

deyən şair Abbas Abdulladan başlamış,

Təhməz bulaq donur dildə-dodaqda,
Bülbülmüdü, cəh-cəh vurur budaqda?!
Laləyə bax, nərgizə bax bu dağda,
Toplamasan, göz yorular, əl qınar

deyən Əjdər Ağayevə qədər çox ünlü şairlər Faxralı kəndini böyük sevgi ilə vəsf ediblər. Çünki, bu kənd Türk dünyasına çox böyük duhalar bəxş edib. Heç təsadüfi deyildir ki, “Yolun düşsə, təşbehdi İstanbul” deyən Borçalının Ələsgəri şair Nəbi doğulduğu bu kənddən ilham alıb, Türk dünyasında məşhur­laşmışdır.

Müzəffər Şükür vaxtilə yazırdı:

Dağları dönməz ordudur,
Dərələri duman udur,
Şair Nəbinin yurdudur,
Müqəddəsdir Borçalmız.  

Borçalının dillərdə dastan olan bu kəndi yetirdiyi böyük dühalarla bərabər, çox istedadlı ziyalılar da yetişdirməkdədir. Onların sırasında gənc alim, fəlsəfə doktoru Nizami Qədim oğlu Poladov da vardır.

Nizami Qədim oğlu Poladov 1982-ci il may ayının 22-də Faxralı kəndində anadan olub. 1988-1996-cı illərdə Faxralı orta məktəbində təhsil alıb və 1999-cu ildə Bakı şəhərindəki 99 saylı orta mək­tə­bi bitirib. Həmin ildə Azərbaycan Texniki Universitetinin (ATU) Metallurgiya fakültəsinə daxil olub, burada “Qara və əlvan metalların tökmə istehsalı” ixtisasına yiyələnərək, 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə ATU-nun aspiran­tu­rasına daxil olub. 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” möv­zu­sunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəl­səfə doktoru elmi dərəcəsini alıb. 11 elmi əsərin müəllifidir. Məqa­lə­ləri Azərbay­canla yanaşı Rusiya və Ukraynada da nəşr olunub. 2003-2008-ci illərdə “Baku Steel Company” şirkətində növbə rəisi vəzifə­sinə­dək yüksəlib. 2008-ci ildən “EMBAWOOD” MMC-də şöbə rəisi vəzi­fəsin­də çalışır. 2013-cü ildən Azərbaycan Texniki Universitetinin “Tök­mə və qaynaq istehsalı” kafed­ra­sında baş müəllim vəzi­fəsində çalışır. ATU-nin “Tökmə və qaynaq istehsalı” kafed­ra­sının müdiri, texnika elmlər doktoru, professor Arif Məm­mədov Nizamini belə xarakterizə edir:

“Mən Poladov Nizami Qədim oğlunu hələ tələbəlik illə­rin­dən tanıyıram. O, 1999-cu ildə Azərbaycan Texniki Univer­sitetinin (AzTU) Metallurgiya fakültəsinin “Qara və əlvan metalların və ərintilərin tökmə istehsalı” ixtisasının bakalavr pilləsinə daxil olub. Oxuduğu müddət ərzində o, biliyi, səliqəsi, təhsilə münasibətilə digərlərindən həmişə yaxşı mənada fərqlə­nib. Məhz bunun nəticəsi olaraq bakalavr ali təhsil pilləsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə o, gös­tərilən ixtisasın magistr pilləsinə daxil olub. Bu təhsil pil­lə­sində Poladovun tədqiqatçı olmaq bacarığı özünü büruzə verib. O, magistr disserta­siya­sının mövzusu üzrə tələbə elmi konf­rans­larında məruzələrlə çıxışlar edib, öz elmi nəticə­lərini apro­ba­siyadan keçirib. 2005-ci ildə magistr pilləsini fərq­lənmə dip­lomu ilə bitirib. Bundan sonra Nizami Poladov Azərbaycan metallur­giyasının flaqmanı sayılan “Baku Steel Company” şir­kə­tində öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. Burada böyük istehsalat təcrü­bəsi topladıqdan sonra ATU-nun əyani dok­toranturasına daxil olub. Mənim elmi rəh­bər­liyim altında  “Çuqun-metal qəli­bin istismar xassələ­ri­nin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mov­zusunda çox maraqlı və yeni ideyaları özündə ehtiva edən fəl­səfə doktorluğu dissertasiyasını hazırlayıb və 2012-ci ildə mü­vəffə­qiy­yətlə müdafiə edib. 2013-cü ildən texnika üzrə fəlsəfə doktorudur. Onun aldığı nəticələr müvəffə­qiyyətlə istehsalatda tətbiq olunur. Məhz Nizami Pola­dovun bilik və bacarığını nəzərə alaraq doğma kafedrası, yəni “Tökmə və qaynaq isteh­salı” kafedrası onu baş müəllim vəzi­fəsinə dəvət edib. Hal-hazırda o, həmin kafedrada baş müəllim vəzifəsində çalışır. Öz nəzəri biliklərini, istehsalat təcrübələrini və bacarığını tələ­bə­lərinə həvəslə aşılayır. Heç şübhə yoxdur ki, baş müəllim N.Po­ladov müəyyən müddət sonra dosent elmi adını alacaq və sonrakı mərhələdə özünün texnika üzrə elmlər doktorluğu di­sser­tasiyasını tamamlayaraq elmlər doktoru, sonra isə professor elmi adını alacaqdır”.

Məlum həqiqətdir ki, insan bilikli olmalıdır. Bilikli, ağıllı insan yol göstərən çıraqdır. M.Əvhədinin təbrincə desək: Hər kimin yol göstərən ağıllı çırağı olsa, o, qaranlıq gecədə yolunu azmaz. Bu həqiqəti hamı dərk edir. Həm də bilirlər ki, gör­kəm­li adamlar həyatda nəyə nail olublarsa, ağılın çırağı ilə olublar. Çünki, insana qol-qanad verən onun ağlıdır. Ağıllı, müdrik insanlar həmişə cəmiyyətin sərvəti olub, və sərvəti olaraq qalır.

Mən bu yazını professor Arif Məmmədovun sözləri ilə tamam­la­yıram:

“Mən bir müəllim və elmi rəhbəri kimi Nizaminin  haq­qın­da yalnız xoş sözlər deyə bilərəm. Onun kimi bir şəxsi yetiş­dirməyimlə fəxr edirəm. Deməli, əməyim hədər getməyib. O, bu günün və gələcəyin müəllimi və alimidir. Hesab edirəm ki, gələcək nəsil bizə rəhmət oxu­yacaq, ona görə ki, onlara Pladov kimi müəllim və alim qoyub gedirik.

O, insan kimi çox təvazökar, özünə qarşı tələbkar, işlərə ciddi münasibət bəsləyən ziyalıdır. Onun doğulduğu məkan, el-oba onunla yalnız və yalnız fəxr edə bilər. Faxralı kəndi çox şəxsiyyətlər yetişdirib. Heç şübhə etmirəm ki, N.Poladov da həmin şəxsiyyətlər səviyyəsində kamil bir insan kimi yetişə­cəkdir”.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur