Qurban Rəhim oğ­lu Qasımov (elmlər namizədi)

SİRLİ DÜNYANIN AÇARI

Dünyada elə bir insan yoxdur ki, onun qəlbi arzularla dö­yün­məsin. Amma insanın qəlbində təkcə arzu olması onu məq­sədinə çatmağa kömək eləmir. Bu arzu o vaxt həyata keçir ki, insan hər bir çətinliyə, həyatın hər bir sınağına sinə gərir. Baş­qa sözlə demiş olsaq, insan ömrünün müəyyən məqamında oxu­mağa, öyrənməyə və kimlərdənsə nəyisə əxz eləməyə bö­yük önəm verir.

Həyat həmişə o insanların  çiyni üstündə dayanır ki, həmin insanlar hər cür çətinlik görüb  dünyanın bütün tufanından,  bo­ra­nından və burulğanlarından alnıaçıq çıxıb. İnsan hər cür çə­tin­liyə yalnız və yalnız dərin savadla, elmlə və eyni zamanda gər­gin axtarışlarla sinə gərə bilər. O insan ki, həmişə öz üzə­rində çalışır, əziyyət çəkir və sonra da alın təri hesabına çəkdiyi zəhmətin bəhrəsini görür.

Borçalının  Faxralı kəndində anadan olan Qurban Rəhim oğ­lu Qasımov da məhz belə insanlardandır. Qurban Qasımov bir qış günündə – yəni dekabrın 28-i 1946-cı ildə  Faxralı kəndində dünyaya göz açıb. O, orta məktəbə getdiyi ilk  gündlərdən  elmə, təhsilə və oxumağa böyük maraq göstərib. Bu, təkcə həvəs olaraq qalmayıb. Q.Qasımov digər tay-tuşlarından və sinif yoldaşlarından öz savadı, dərin mütaliəsi və məntiqi təfəkkürü ilə fərqlənib. Elə bu zəhmətin bəhrəsidir ki, Qurban müəllim 1962-ci ildə Faxralı kənd orta məktəbini qızıl medalla bitirib. Ona valideyinləri kimi müəllimləri də böyük ümid bəs­lə­yirdilər. Böyük ümid bəsləyirdilər ki, orta məktəbi qızıl me­dalla bitirən Qurban Qasımov ürəyi istədiyi ali məktəbin tələ­bəsi adını da qazanaçaq. Elə belə də oldu. O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakül­təsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində də orta maktəb dövründə olduğu kimi Qurban bütün gününü  kitabxanada  və oxumaqda keçirib. Ali məktəb müəllimləri bu istedadlı gəncin gələçəyinə böyük ümidlə yanaşıblar.

Qurban Qasımov universiteti fərqlənmə diplomu ilə bitirir və aspiranturaya daxil olur. O, 1968-1969-cu illərdə Sovet Or­dusu sıralarında xidmət edir. Əsgərlik həyatı onu bir qədər də bərkə-boşa salır və mətinləşdirir. Daha doğrusu, kişilik mək­təbini keçəndən sonra Qurban Qasımovun el-oba və müəllim­ləri arasında nüfuzu bir qədər də artır. Təbii ki, əsgərlik həyatı ona cox şey öyrədib.

Q.Qasımov 1970-ci ildən ADU-nun (indiki BDU-nun) fizika fakültəsinin riyaziyyat kafedrasında müəllim, baş müəl­lim, dosent vəzifəsində çalışıb. Bir alim və bir ziyali kimi uni­ver­sitetdə də həm professor-müəllim heyəti, həm də tələbələr onun xətrinr cox istəyib. Ona görə ki, harada işləməsindən asılı olmayaraq, o, həmişə bir şəxsiyyət kimi yetişib və öz üzərində çalışıb. Elə bu məziyyətlərinə görə də o, digərlərindən seçilib.

İstedadlı alim 1997-1999-cu illərdə Liviya Ərəb Respub­li­kasında Nasir adına Universitetin riyaziyyat bölməsində riyazi-fizika  üsullarını,  kompleks analiz, diferensial tənliklər nəzə­riy­yə­sinə aid xüsusi kursları ərəb dilində tədris edir. Onu da qeyd edək ki,  tanınmış alim 1973-cü ildə Moskva Dövlət Uni­ver­­sitetində namizədlik dissertiyasını müdafiə edərək elmi dərə­cə alıb.

Elmi işləri qeyri-xətti hiperbolik parabolik tənliklər üçün kor­rektlik,  approksimasiya həyəcanlanma mövzusunda olub. Onun 20-dən cox məqaləsi çap edilib. Qurban Qasımovun as­pi­rantura  dövründən indiyə qədər elmi nəzəri məqalə və mate­ri­alları keçmiş Sovetlər Birliyinin elmi mərkəzlərində və eləcə də respublikanın elm ocaqlarında keçirilmiş konfransların bül­leten və jurnallarında çap olunub.

Əlbəttə, elm aləmində axtarışlar aparıb hansı yeniliyi isə əldə etmək o qədər asan deyil. Bunun bir neçə səbəbləri var. O səbəblərdən biri ondan ibarətdir ki, elm aləmində baş verən yeniliklər hec də birdən-birə yaranmır. Yəni hər bir elmi kəşf və yenilik müəyyən zaman kəsiyində üzə çıxır. Bir-birindən möhtəşəm kəşflərin və elmi yeniliklərin bolluğunda hansısa bir azərbaycanlı aliminin yeni kəşfi  təbii ki,  bir çoxlarının təəc­cü­bü­nə, bir qədər də, başqa sözlə demiş olsaq xəbisliyinə səbəb olur.

Ancaq bütün bu çətinliklərdən və mərhələlərdən inamla ke­cən Qurban  Qasımov istənilən auditoriyada öz bilik və baca­rı­ğını,  elmdə yaratdığı yenillikləri alimlərə çatdırıb,  eyni za­man­da özünün nəyə qadir olduğunu zaman-zaman təsdiq edib. Qurban  Qasımov onu da təsdiq edib ki, hər bir elmin açarı in­sanın öz əlindədir.

Yəni insan istəsə, əziyyət çəksə, yuxusuz gecələr keçirsə, o açarla istənilən sirli aləmin qapısını aça bilər. Amma bunun üçün ən azından Qurban  Qasımov kimi əziyyətə qatlaşmaq, el­mi axtarışlar aparmaq və qazanılan uğurlarla kifayətlənmə­mək lazımdır. Bu cür istedadlı və ziyalı insanlar harda olmasından, işləməsindən və yaşamasından asılı olmayaraq onların həmişə bö­yük hörməti və nüfuzu  olub. Qurban müəllimi ən çox sevdi­rən isə tək-tək adama nəsib olan təmizliyi, pak vicdanı, bir də içinin və çölünün duruluğudur. Qurban müəllim alimliyindən başlamış insanlığına qədər bütün cəhətləri ilə tamdır, bütövdür: R.Kərimli şeirlərinin birində gözəl yazıb:

Yarımçıq nifrət də, sevgi də heçdir,
Ürəklə düşmən ol, ürəklə dost ol.
Mərmər döşənsə də, nəyə gərəkdir
İnsanı mənzilə çatdırmayan yol?

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur