Əli Nəbi oğlu Məmmədov

Əli Nəbi oğlu Məmmədov 07 fevral 1959-cu il tarixdə Faxralı kəndində anadan olmuşdur. Kəndin “Balammədli” nəslindəndir. O, ali məktəbi bitirdikdən sonra 1983-cü ilin may ayından 1984-cü ilin noyabr ayınadək Uzaq Şərqdə hərbi xidmətdə olmuş, əsgər kimi gedib zabit kimi qayıtmışdır.

Xidmətdən qayıtdıqdan sonra Bakı şəhəri Suraxanı rayon Təhsil şöbəsində Tədris Kinofilmləri fondunun müdiri vəzifəsində işləmişdir. Eyni zamanda Hərbi hazirliq üzrə metodist vəzifəsini icra etmişdir. 1993-cü ilin mart ayında səfərbərliklə əlaqədar olaraq həqiqi hərbi xidmətə cağrılmış və 3 ay Bakı Ali Hərbi Komandanlıq məktəbində hazırlıq kursu keçmişdir.

Kursu bitirdikdən sonra tayinat ilə Qarabağda erməni qəsbikarlarına qarşı aparılan döyüşlərdə iştirak etmək üçün cəbhə bölgəsinə göndərilmişdir. Müxtəlif bölgələrdə 10 il həqiqi hərbi xidmətdə olmuşdur. Döyüşlər zamanı yaralanmış və dəfələrlə hərbi hissə komandiri tərəfindən faxri fərmanla və başqa mükafatlarla təltif edilmişdir.

2003-cü ilin yanvarından mayor rütbəsi ilə hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini kimi ehtiyyata təxris olunmuşdur.

Əli Məmmədov 2013-cü ildə Azarbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 iliiyi yubiley medalı ilə təltif olunmuşdur.

2004-cü ildən 2007-ci ilə kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin Texniki Xidmət Mərkəzində mühəndis vəzifəsində işləmişdir.

2007-ci ilin may ayından 2013-cü ilin noyabr ayına kimi Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 125 saylı Mənzil-Kommunal istismar sahəsində mühəndis, hal-hazırda isə rəis vəzifəsində işləyir.

Mənbə : REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur