Babək Teymuraz oğlu Namazov

Babək Teymuraz oğlu Namazov 2 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Kəndin “Balammədli” nəslindəndir.

1973-cü ildə 20 nömrəli məktəbə daxil olub, 1983-cü ildə 161 nömrəli məktəbi bitirmişdir.

1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş və 1987-ci ildə həmin Məktəbi bitirmişdir.

1987-ci ildən Almaniyadakı Sovet qoşunları tərkibində tağım komandiri vəzifəsində 1991-ci ilədək xidmət etmişdir.

1991-1992-ci illərdə Leninqrad Hərbi Dairəsində baş leytenant kimi bölük komandiri vəzifəsində xidmət etmişdir.

1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamış və həmin ildən Qubadlı rayonunda yerləşən hərbi hissənin tərkibində döyüş əməliyyatlarında baş leytenant rütbəsində tabor komandiri vəzifəsinə təyin edilmişdir.

O, döyüşlər zamanı yaralanaraq “kəllə-beyin travması (kontuziya)” almışdır. Uzun müddət müalicə aldıqdan sonra sağalıb hərbi xidmətə qayıtmışdır.

1995-2002-ci illərdə Murov dağı bölgəsində yerləşən hərbi hissədə tabor komandiri vəzifəsində xidmət etmişdir.

2003-cü ildə Ordu sıralarından “mayor” rütbəsində ehtiyata buraxılmışdır.

Ailəlidir, 3 övladı var.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur