İlqar Qulaməli oğlu Novruzov

İlqar Qulaməli oğlu Novruzov 11.07.1967-ci il tarixində Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Güllər” nəslindəndir.

Təhsili:

  • O, 1974-1984-cü illərdə Faxralı orta məktəbini bitirmişdir.
  • 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini və eyni zamanda hərbi kafedranı bitirərək “leytenant” hərbi rütbəsi almışdır.

Əmək fəaliyyəti və hərbi xidməti:

  • Ali təhsildən sonra əmək fəaliyyətinə başlamışdır.
  • 1993-cü ildə erməni separatçılarının Azərbaycana qarşı apardıqları döyüşlərdə iştirak edərək cəbhənin gərgin zamanında Zəngilan bölgəsinə, daha sonra isə Kəlbəcər-Murov istiqamətində döyüşlərə göndərilmişdir.

O, batalyon komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsindək yüksəlmiş və hərbi rütbəsi “mayor”dur.

İlqar Novruzov Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə iştirak edən zaman qar uçqununa məruz qalaraq çətin günlər yaşamış və  bir neçə gündən sonra xilas ola bilmişdir.

Xidmət etdiyi dövürdə o,  döyüş yoldaşlarının hörmətini qazanaraq hər zaman onlara çətin döyüşlərdə göstərdiyi mərdlik və qorxmazlığı ilə ruh yüksəkliyi vermişdir.

O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4 ədəd hərbi medalı və çox sayda “Fəxri Fərman”ları iə təltif edilmişdir.

İlqar Novruzov  2003-cü ildə təqaüdə çıxmış və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə müəllimlik etmişdir.

2019-cu ilin əvvəlində səhhətində narahatlıq hiss edərək xəstələnmiş və Müdafiə Nazirliyinin xətti ilə 17.06.2019-cu il tarixində Türkiyənin Ankara şəhəri Gülhanə Xəstaxanasına göndərilmişdir. Həkimlərin ciddi müalicə cəhdlərinə baxmayaraq o, 09.09.2019-cu ildə Ankara şəhərində vəfat etmişdir.

Dəfn mərasimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ləyaqətlə təşkil edilmiş,  generallar, zabitlər, əsgərlər, döyüş yoldaşları və kursantlar mayor İlqar Novruzovu son mənzilə yola salmış və onun qəbri üzərində  yaylım atəşi açılmışdır.

Allah rəhmət eləsin!

REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur