Rəhim Mustafa oğlu Hüseynov

Rəhim Mustafa oğlu Hüseynov 15.08.1966-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1973-1983-ci illərdə əvvəlcə Şahbuzlu 8-illik məktəbini, sonra isə Faxralı 1 saylı ümumi orta  məktəbi bitirmişdir.

1983-1984-cü illərdə sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1983-1986-cu illərdə Mingəçevir Baza Politexnik texnikumunun “Elektrik stansiyaları şəbəkəsi və sistemləri” fakultəsi bitirmişdir.

1986 -1988-ci illərdə Gürcüstan respublikasının Bolnisi rayonunun polis idarəsində siqnalizasiya üzrə texnik vəzifəsində işləmişdir.

1989 – 1993-cü illərdə Mingəçevir SES-də elektrik-montajçı olmuşdur.

1994 – 2012-ci illərdə Azərbaycan respublikasının DİN Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyə respublikasında Jandarma zabitlər məktəbində hərbi kurs və təlimlər keçmişdir. Xidmət etdiyi müddətdə bölük komandirinin tərbiyə işləri üzrə müavini, bölük komandiri vəzifələrinədək yüksəlmişdir. Hərbi rütbəsi “kapitan”dır. Dəfələrlə Komandanlıq tərəfindən mükafatlandırılmışdır.

2012-ci ildə hərbidən təqaüdə çıxmış və hal-hazırda özəl şirkətlərin birində işləyir.

Mənbə : REDAKTORDAN

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur