Nizami Zülfüqar oğlu Vəlixanov

Nizami Zülfüqar oğlu Vəlixanov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində 18 iyul 1961-ci ildə doğulub boya-başa çatmışdır. Kəndin “Vəlixanlı” nəslindəndir.

Orta təhsilini Faxralı Şahbuzlu məktəbində alıb.

Ali təhsillidir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirib.

O, Azərbaycan Dövlət Gömrük Komitəsində işləyirdi. Xüsusi rütbəsi “polkovnik-leytenant” idi.

Nizami Zülfüqarov xəstəliyi ilə əlaqədar 09.12.2020-ci il tarixində dünyasını dəyişib, O, gözəl ailə başçısı, səmimi dost-yoldaş, dəyərli insan idi. Allah rəhmət eləsin! Ruhu şad olsun!

 

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur