Alı Həmid oğlu Əkbərov

Alı Həmid oğlu Əkbərov əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndinin “Dəryahlı” nəslindəndir.

Alı müəllim 10.01.2021-ci il tarixində vəfat etmişdir.

O, uzun müddət Faxralı 1 saylı ümumi orta məktəbin “Şahbuzlu” filialında riyaziyyat müəllimi olmuşdur. Alı müəllim, çox tələbkar olmaqla bərabər, həm də çox səmimi insan idi. Şagirdlərini ürəkdən sevər, onların təlim-tərbiyəsi uğrunda əzmlə çalışardı.

Şagirdləri onun barəsində deyirlər:

Sevimli müəllimimin vəfat etməsinə çox kədərləndim. O, gözəl insan olmaqla bərabər, gözəl pedaqoq idi. Şagirlərini öz övladı kimi sevərdi. Onun tələbkarlığı ilə bərabər, xoş zarafatı, səmimi söhbətləri də var idi. Allah Alı müəllimə qəni-qəni rəhmət eləsin! O, biz şagirdlərin qəlbində daima yaşayacaqdır.

Rəşid Hüseynov

Allah rəhmət eləsin. Məkanın cənnət olsun, gözəl insan. Şahbuzlu məktəbinin (mən də daxil olmaqla ) yetirmələrinin çoxunun həyatda qazandığı uğurlarda Sizin də əmııyiniz olub.Əziz xatirəniz qəlbimizdə həmişə yaşayacaqdır.

İlham Borçalı

Ey gözəl insan, Allah sənə rəhmət eləsin! Məkanın Cənnət, ruhun şad olsun! Ailəsinə və yaxınlarına səbr versin!

Mahal Ayvazov

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur