Səyyad Muxtar oğlu Allahverdiyev

Allahverdiyev Səyyad Muxtar oğlu 1947-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

• 1953-cü ildə Faxralı orta məktəbinə daxil olub və 1963-cü ildə məktəbi bitirib;
• 1963-cü ildə Bakı şəhəri 12 nömrəli Texniki Peşə məktəbinin kinomexaniklik fakultəsinə daxil olub;
• Texnikumu bitirdikdən sonra “Nizami” və “Şəfəq” kinoteatırlarında kinomexanik vəzifəsində çalışıb;
• 1966-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakultəsində təhsil alıb;
• 1972-ci ildən Faxralı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışıb;
• 1973-cü ildə hərbi xidmətə çağırılıb. Uzaq Şərqdə hərbi xidməti başa vurduqdan sonra doğma məktəbində əmək fəaliyyətini davam etdirib;
• Müəyyən müddətlərdə məktəbdə dərs hissə müdiri və keyfiyyət üzrə menecer vəzifələrində işləyib.

İctimaiyyət arasında fəaliyyətinə görə “Borçalı” Cəmiyyətinin və Gürcüstan Azərbaycanlıları Konqresinin Diplomları ilə təltif olunub.

Ailəlidir. Dörd övladı, səkkiz nəvəsi var.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur