Namiq Həmid oğlu Ələsgərov

Namiq Həmid oğlu Ələsgərov

Namiq Həmid oğlu Ələsgərov əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndinin “Dəryahlı” nəslindəndir. O, 22.08 1993-cü il tarixində Sumqayıt şəhərində anadan olub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 39 saylı məktəbdə orta təhsil alıb. 2011-2016-cı illərdə Azərbaycan Memamrlıq və İnşaat Universitetində Sənaye mühəndisi ixtisasını bitirib. 2016 -2017-ci illərdə Azərbaycanın Ordu sıralarında muddətli hərbi xidmətdə olub. Goranboy rayon

Ətraflı
Bayram Tahir oğlu Bayramov

Bayram Tahir oğlu Bayramov

Bayram Tahir oğlu Bayramov 15.03.1972-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Budaqlı” nəslindəndir. 1978-1989-cu illər Faxralı orta məktəbində təhsil alıb. Atası Tahir Bayramovun Faxralı kənd xəstəxanasındakı həkimlik fəaliyyəti, həmçinin işindəki məsuliyyəti ilə xalqın sevgisini qazanması Bayramda da həkim olmaq sevgisini yaradıb. “Niyyətin hara, mənzilin ora” – deyib atalar, Bayramın da

Ətraflı
Mahir Bayram oğlu Nəbiyev

Mahir Bayram oğlu Nəbiyev

Mahir Bayram oğlu Nəbiyev 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Yahalar” nəslindəndir. Mahir Nəbiyev 1964-1974-cü illərdə Faxralı kənd orta məktəbində oxuyub. Həkimlik sevdası onun əsas amalı olduğu üçün Bakı Tibb Texnikumundan sonra tibb üzrə ali məktəbin tələbəsi olması həyatında reallaşır. Dövrünün müxtəlif əngəllərinin olmasına baxmayaraq yüksək bilik və savadıyla həkim

Ətraflı
Məhəmmədəli Sabir oğlu Hüseynov

Məhəmmədəli Sabir oğlu Hüseynov

Məhəmmədəli Sabir oğlu Hüseynov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Dəryahlı” nəslindəndir. O, Azərbaycanın erməni işğalçılarına qarşı apardığı 2-ci Qarabağ haqq savaşında fəal iştirak edib. Müharibə başalandığı gündən arxa cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərən fədakar həkimlərdəndir. Məhəmmədəli eyni zamanda “Faxralı” futbol komandasının üzvüdür.

Ətraflı
Şükür Məmməd oğlu Əliyev

Şükür Məmməd oğlu Əliyev

Şükür Məmməd oğlu Əliyev əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir. O, hərbi həkim kimi Azərbaycan Müdafiə Nazirliyində xidmət edir. Rütbəsi “polkovnik-leytenant”dır. Şükür Əliyev 2-ci Qarabağ – Vətən Müharibəsi dövründə xidməti vəzifəsindən başqa təşəbbüs göstərərək könüllü olaraq müharibədə iştirak edib. Şükür həkim döyüş bölgəsində yaralılara bilavəstə tibbi yardım göstərməklə bərabər, onların təxliyyə edilməsində fəal iştirak

Ətraflı
Rəşad Razi oğlu Nəbiyev

Rəşad Razi oğlu Nəbiyev

Rəşad Razi oğlu Nəbiyev Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Veylər” nəslindəndir. Faxralı kəndində hörmətlə anılan Ziyatxan müəllimin nəvəsidir. O, 2-ci Qarabağ – Vətən müharibəsində Azərbaycanın Murov dağ silsiləsinin Talış yüksəkliyi və Ağdərə rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Ətraflı
Sadiq Abbas oğlu Bədəlov

Sadiq Abbas oğlu Bədəlov

Sadiq Abbas oğlu Bədəlov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 2016-cı ildə Qarabağda “Aprel döyüşləri”ndə iştirak edib.  

Ətraflı
Məhəmməd Ziyəddin oğlu Namazov

Məhəmməd Ziyəddin oğlu Namazov

Məhəmməd Ziyəddin oğlu Namazov əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndinin  “Mollaöyü” nəslindəndir. 5 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2017-ci ildə Akademiyanı bitirib “Leytenant” hərbi rütbəsini alıb xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Qarabağ uğrunda döyüşlərə cəlb olunub.

Ətraflı
Rövşən Oruc oğlu Uğurlu

Rövşən Oruc oğlu Uğurlu

Rövşən Oruc oğlu Uğurlu əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Ayvazöyü” nəslindəndir. Rövşən Faxralının tanınmış şəxsiyyətləri Uğurlu Hüseynovun və Qurban Hüseynovun nəvəsidir. O, 10 aprel 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini Sumqayıt səhər 28 N-li məktəbdə (2000-2003-cü illər), orta təhsilini Baki səhəri Yeni Günəşli qəsəbəsi 278 N-li məktəbdə (2003-2011-ci illər) almışdır. Ali

Ətraflı
Ramil Vahid oğlu Bədəlov

Ramil Vahid oğlu Bədəlov

Ramil Vahid oğlu Bədəlov 28.11.1990-cı il tarixində Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Qara Bədəllər (Veylər)” nəslindəndir. O, Azərbaycanın “Odlar Yurdu” Universitetinin Beynelxalq iqtisadi münasibətlər fakultəsini bitmişdir. Ramil, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ – Vətən müharibəsinin iştirakçısı olmuşdur. O, müharibədə harada olduğunu və öz döyüş

Ətraflı
Elmar İlqar oğlu Bədəlli

Elmar İlqar oğlu Bədəlli

Elmar İlqar oğlu BƏDƏLLİ 1995-ci ilin 23 fevralında Bakı şəhərində anadan olub. Əslən Borçalının tanınmış kəndlərindən olan Faxralı kəndindən Qarabədəllilərdən Hüseyn kişinin nəvəsidir. Atasının Moskavada işgüzar fəaliyyəti ilə bağlı 2002-ci ildə həmin şəhərin 103 nömrəli orta məktəbində ibtidai təhsilə başlayıb. İdmana olan marağından Elmar ibtidai təhsillə bərabər Taekvondo idman növü ilə məşğul olmağa başlayıb. Moskva

Ətraflı
Elmar Azad oglu Qurbanov

Elmar Azad oglu Qurbanov

Elmar Azad oglu Qurbanov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Teşərələr” nəslindəndir. Elmar, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Ətraflı
Fərhad Nizami oğlu Əlizadə

Fərhad Nizami oğlu Əlizadə

Fərhad Nizami oğlu Əlizadə əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndindəndir. Kəndin “Güllər” nəslindəndir. Fərhad, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Ətraflı
Sahib Məhəmmədəli oğlu Xəlilov

Sahib Məhəmmədəli oğlu Xəlilov

Sahib Məhəmmədəli oğlu Xəlilov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin  “Teşərələr” nəslindəndir. Sahib, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Ətraflı
Tural Elşən oğlu Həsənov

Tural Elşən oğlu Həsənov

Tural Elşən oğlu Həsənov Azərbaycan, Rusiya və Dağıstanda keçirilən yarışlarda qalib olmuşdur. O əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndindəndir. Tural, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Ətraflı
Bəhman Ramiz oğlu Babaşov

Bəhman Ramiz oğlu Babaşov

Bəhman Ramiz oğlu Babaşov 02.07.2002-ci il tarixində Azərbaycan Respubilikasının Gəncə şəhərində anadan olub.  O, əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Babaşlı” nəslindəndir. Gəncə şəhər 17 saylı tam orta məktəbini bitirib və həmin ildən etibarən Gəncə Dövlət Kollecində təhsilini davam etdirib. Bəhman 03.07.2020-ci ildə hərbi xidmətə gedib. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan

Ətraflı
Cavid Hüseyn oğlu Aşırov

Cavid Hüseyn oğlu Aşırov

Cavid Hüseyn oğlu Aşırov 07.12.1999-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. O, əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Aşırlı” nəslindəndir. Ali təhsilini Bakı Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə bitirmişdir. Cavid universiteti bitirdikdən sonra müddətli hərbi xidmətə yollanmışdır. Cavid hərbi xidmətdə olduğu zaman, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış

Ətraflı
Fariz Ayaz oğlu İmanov

Fariz Ayaz oğlu İmanov

Fariz Ayaz oğlu İmanov 26.08.2000-ci ildə Bakı şəhərində anadan olmuşdir. 2006-cı ildə 96 nömrəli orta məktəbdə ilk təhsilinə başlayan Fariz, 2017-ci ildə orta məktəbi bitirmişdir. O, əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinnin “İmanöyü” nəslindəndir. Uşaq yaşlarından idmanla məşğul olub. 2017-ci ildə Türkiyənin İstanbul şəhərində Aydın Universitetinə qəbul olan Fariz, 2-ci kursu bitirdikdən sonra təhsilini

Ətraflı
Vüqar İmdad oğlu Mikayılov

Vüqar İmdad oğlu Mikayılov

Vüqar İmdad oğlu Mikayılov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Qazaxlı” nəslindəndir. O, Azərbaycanın Böyük Vətən (2-çi Qarabağ) müharibəsində  Füzuli rayonunda gedən döyüşlərdə həkim kimi iştirak edib. Səməndər Məmmədov: “AĞIR  ELLİ, ŞİRİN DİLLİ ZİYALI” Elimiz-obamız haqda, Vətənin qıraq­da qalan yeri Borçalı haqda, xüsusən Fax­ralı barədə, bu elin ayrı-ayrı ziyalıları haq­da, Faxralı orta məktəbini bitirib

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur