Elman Eyvaz oğlu Bayramov

Elman Eyvaz oğlu Bayramov 05.02.1970-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1987-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra Bakı şəhəri Məşədi Əzizbəyov adına AzNKİ-yə daxil olub və 1993-cü ildə Dövlət Neft Akademiyasını bitirib.

1988-1989-cu illərdə SSRİ SQ-də hərbi xidmət keçib (Belorisiya və Voloqda vilayəti).

1993-cü ildə akademiyanı bitirdikdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılıb.

Xidmət etdiyi müddət ərzində artilleriya tağım komandiri, Əməliyyat şöbə rəisinin köməkçisi (qərargah) vəzifələrində çalışıb.

O, Xocavənd və Ağdam rayonları ərazisində xidmət edib, müharibə iştirakçısıdır.

1999-cu ilin sonunda “kapitan” hərbi rütbəsi ilə hərbi xidmətdən tərxis olunub (hərbi xidmət müddətinin başa çatması ilə əlaqədar).

Hərbi xidmət keçdiyi dövr ərzində nümunəvi xidmətimə görə bir neçə dəfə qiymətli hədiyyələrlə və fəxri fərmanlarla təltif olunub, “Baş leytenant” hərbi rütbəsi vaxtından əvvəl verilib.

Hərbi xidmətdən sonra “Tərəqqi” medalı ilə təltif olunub.

Hazırda SOCAR-ın Baş ofisində Böyük mühəndis vəzifəsində çalışır.

Evlidir, 2 övladı var.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur