İlqar Əli oğlu Osmanov

İlqar Əli oğlu Osmanov 1974–cü ildə anadan olub. 1-ci Qarabağ müharibəsində “itkin” düşüb.

Orta təhsil aldıqdan sonra işləyirdi. 1992-ci ildə ordu sıralarına çağırılmışdı…

Strateji əhəmiyyətli bir yüksəkliyi ələ keçirmək üçün düşmənin ardıcıl həmlələri son iki gündə nisbətən səngimişdi. Bunun zahiri xarakter daşıdığı gün kimi aydınıydı; kəşfiyyatçılanmızın öyrənə bildikləri təsdiqləyirdi ki, düşmən qəti hücuma hazırlaşır.

Onda sıravi döyüşçü İlqar Osmanovun da daxil olduğu bölük düşmənin təmas xəttinə yaxın ərazidə idi və ilk atəşlər onların səngərlərini titrədəcəkdi, ilk güləllər onların səngərlərini darayacaqdı…

Saat 3 radələrində düşmən hücuma keçdi. Niyəsə bu hücumdan əvvəl artilleriya hazırlığı aparılmamışdı. Düşmən iki istiqamətdən irəliləyirdi. Ciddi müqavimətlə üzləşsələr də düşmən geri çəkilmək istəmirdi. Görünür, onlara nəyin bahasına olursa-olsun bu yüksəkliyi almaq əmr olunmuşdu. İlqar iki döyüşçü ilə bərabər sağ cinahda vuruşurdu. Qəflətən onların mövqesinə tərəf irəliləyən bir PDM göründü. Ləngimək ağır itgilərə səbəb ola bilərdi; İlqar cəld qumbaraatanı atışa hazırladı. PDM-i nişan almaq üçün uyarlı mövqe seçmək istəyirdi ki, qənşərinə güllələr sancıldı. Bir az təntisə də barmağını tətikdən üzmədi; düşmənin ölüm yüklü PDM-i alışdı…

Strateji əhəmiyyətli yüksəklik ətrafında ağır döyüşgedirdi. Bu istiqamətə göndərilən əlavə bölüklər sırasında sıravi İlqar Osmanovun daxil olduğu bölük də vardı. Onlar əməliyyat gedən əraziyə çatan kimi atışa cəlb edildilər. Tanış olmayan yerdə vuruşmaq həmişə ilk anlarda ağır olub. Lakin Vətən sevgisi bu vətənpərvər oğulların qoluna qüvvət, gözlərinə nur vermişdi; bu psixoloji ağır. lıq güllə-güllə yumşalırdı. İlqar da, onun səngərdaşları da qətiyyətlə vuruşurdu. Qəflətən taqım komandirinin əmri eşidildi:

Sıravi Osmanov, Əliyev, Məmmədov sol cinah istiqamətində himayə atışı aparsın, digərləri sağ cinaha tərəf irəliləsin!

Bu əmr ilkin çaşqınlığa səbəb olsa da az davam elədi. Üçü də səngərdən çıxıb müdafiə əks-həmlə mövqeyi tutdu. Atış içində Məmmədovun ağrı mayalı səsini eşitdilər; Rəhman başından yaralanmışdı. İlqar pıçıltıyla: “Eldar, sən Rəhmanı arxaya apar, mən ans} davam etdirərəm”, dedi…

İlqar Osmanovu nə ölənlərin arasında tapa bildilər, nə də ağır yaralıların. Yüzlərlə itgin döyüşçü sırasına bir soyad da yızıldı: Osmanov İlqar Əli oğlu…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur