İsa Vəli oğlu Əlizadə

İsa Vəli oğlu Əlizadə əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Haçıöyü” nəslindəndir.

O, 1990-cı illərdə Qarabağda Azərbaycan Respublikasının erməni işğalçılarına qarşı apardığı müharibədə könüllü kimi fəal iştirak edib. Belə ki, İsa həmin illərdə Şuşa rayon Polis şöbəsində xidmət edirdi. Onun ürəyində problem var idi. Lakin müharibəyə nə yol ilə getmək qərarına gəlmişdi. O, həkim vasitəsilə ürəyində problem olmamasını “sübut” edərək döyüşlərə qoşulur. Müharibədə ayağından yaralanaraq qazi zirvəsinə yüksəlir.

Mərhum İsa Əlizadəyə Allahdan rəhmət diləyirik!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur