Mahir Bayram oğlu Nəbiyev

Mahir Bayram oğlu Nəbiyev 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Yahalar” nəslindəndir.

Mahir Nəbiyev 1964-1974-cü illərdə Faxralı kənd orta məktəbində oxuyub.

Həkimlik sevdası onun əsas amalı olduğu üçün Bakı Tibb Texnikumundan sonra tibb üzrə ali məktəbin tələbəsi olması həyatında reallaşır. Dövrünün müxtəlif əngəllərinin olmasına baxmayaraq yüksək bilik və savadıyla həkim adını qazanıb.

Bakı şəhərində yaşayan Mahir Nəbiyev bir neçə tibb müəssisəsində həkim terapevt-kardioloq işləyib.

Hal-hazırda Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasında həkim anestezioloq-reanimotoloq vəzifəsində işləyir.

Mənfur düşmənlərin xaincəsinə növbəti hücumları nəticəsində başlayan Vətən müharibəsi zamanı ön cəbhəyə ezam olunan Dr Mahir Nəbiyev cəbhədə vuruşan əsgərlərimizdən yaralananlara ilkin tibbi yardımlarını göstərib. Yaralı əsgərlərin yaralarını müalicə etməklə bərabər onlara psixoloji dəstək verməyi də unutmayıb. Ezamiyyət müddəti qısa müddətli olsa da əsas dayaq məntəqəsi Füzuli rayonu ərazisinə yaxın rayonların cəbhə xətlərindəki yaralılara da yardımlarını göstərib. Növbəti ezamiyyəti planda olsa da müzəffər ordumuzun qələbəsindən sonra səfəri təxirə salınır.

Dr Mahir Nəbiyev gördüyü işlə fəxr etdiyini bildirir.

Mahir Nəbiyev ailəlidir, iki oğlu var.

Digər həkim və əsgərlərimiz kimi Dr Mahir Nəbiyevə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur