Namiq Həmid oğlu Ələsgərov

Namiq Həmid oğlu Ələsgərov əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndinin “Dəryahlı” nəslindəndir.

O, 22.08 1993-cü il tarixində Sumqayıt şəhərində anadan olub.

1999-2010-cu illərdə Sumqayıt şəhər 39 saylı məktəbdə orta təhsil alıb.

2011-2016-cı illərdə Azərbaycan Memamrlıq və İnşaat Universitetində Sənaye mühəndisi ixtisasını bitirib.

2016 -2017-ci illərdə Azərbaycanın Ordu sıralarında muddətli hərbi xidmətdə olub.

Goranboy rayon Ballıqaya kəndində hərbi xidmət keçib.

2019-cu ildən “Teamky” sirkətində “Java” dili üzrə proqramçıdır.

2020-ci ildə Azərbaycanın Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının, Hadrut qəsəbəsinin, Tuğ kəndinin, eləcə də Şuşa şəhərinin erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ayaq nayihəsindən yaralanıb və 10 gündən sonra yenidən könüllü olaraq döyüşlərə qatılıb.

Namiq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur