Rəşad Razi oğlu Nəbiyev

Rəşad Razi oğlu Nəbiyev 27.08.2001 tarixində Bakı şəhərində anadan olmuşdur. Əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndinin “Veylər” nəslindəndir. Faxralı kəndində hörmətlə anılan Ziyadxan müəllimin nəvəsidir.

3 yaşında ikən Rəşadın ailəsi Rusiyanın Vladimir bölgəsinin Murom şəhərinə köçüb. Məktəb illərində buz üzərində qaçış idman növü ilə məşğul olub. Əmək dərsində daha fəal və bacarıqlı olduğundan bir çox müsabiqələrdə iştirak etmiş və mükafatlandırılmışdır. Fitri yaradıcılıq istedadına malikdir.

2014-cü ildə Rəşad ailəliklə doğma vətəni Azərbaycana qayıtmışdır. 2019-cu ildə orta təhsilini R. Nəsirov adına 111 saylı orta məktəbin rus bölməsi üzrə bitirib. Həmin ildə Bakı Qida Sənaye Kollecinə daxil olub. Oktyabrın 1-dən təhsilini donduraraq həqiqi hərbi xidmətə gedib. O, ilk olaraq cəbhə zonası olan Goranboy rayonunun Ballı Qaya və Ağcakənd ərazilərində xidmət edib. Tank Əleyhinə Batalyonda (TƏB) təlim-tədris kursu keçib.

Rəşad hərbi xidmətdə olduğu dövrdə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. O, Vətən müharibəsində Azərbaycanın Murov dağ silsiləsinin Talış yüksəkliyi və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir.

Hal hazırda Kəlbəcərdə hərbi xidmərini davam etdirir.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur