Sahib Məmmədalı oğlu Xəlilov

Sahib Məmmədalı oğlu Xəlilov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin  “Teşərələr” nəslindəndir.

Sahib Xəlilov 09.08.2000-ci il tarixində Gürcüstan Respublikasının Faxralı kəndində anadan olub. İbtidai təhsilə Faxralı 2 sayılı orta məktəbdə I sinifdən başlayıb və V sinifə kimi həmin məktəbdə oxuyub. Sonra təhsilini Oğuz rayonu 2 sayılı Emin Abdullayev adına tam orta məktəbdə davam etdirib.

Oğuz rayonunda oxuduğu müddət idmanın müxtəlif sahələrində marağının nəticəsi olaraq Sahib Xəlilov müxtəlif titul adları qazanıb. Belə ki, Oğuz rayonunda məktəblər arasında keçirilən basketbol yarışında komandaları I yeri qazandı. Eyni zamanda məktəblər arasında keçirilən şahmat yarışında Sahib II yer titulunu qazanıb. Valideynləri ilə birlikdə Rusiyada yaşadığı müddət 2 il King boksla məşğul olub.

Sahib Xəlilov hərbi xidmətə 16 iyul 2019-cu ildə başlayıb, ilk aylarını Goranboy rayonu Balı Qayada xidmət etdikdən 3 ay sonra 130 nömrəli hərbi hissədə davam etdirib. Bölündükdən sonra xidmətini 157 nömrəli hərbi hissədə davam etdirib.

Əsgər Sahib Xəlilov minaatan batareyanın idarəetmə tağımının sürücüsü olarak xidmət edib.
Sahib, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. Əsas savaş yolları Talış kəndinin, Suqovuşan kəndinin, Laçın rayonunun azad olunmasında iştirak edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il Sərəncamı siyahısında Sahib Məmmədalı oğlu Xəlilovun da adı var. “Suqovuşanın azad olunmasına görə” medalının da yaxın vaxtlara təqdim olunacağı haqqında məlumatı var.
Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Sahib Məmmədalı oğlu Xəlilov hal-hazırda sərbəst ticarətlə məşğuldur.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur