Vaqif Xəlil oğlu Xəlilov

Vaqif Xəlil oğlu Xəlilov Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Ayvazöyü” nəslindəndir.

O, 1990-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib. Vaqif ağır döyüşlərin birində yaralanıb və görmə qabiliyyətini itirib.

Təəssüflər olsun ki, qazi zirvəsinə yüksələn Vaqif Xəlilov Qarabağın işğaldan azad olunmasını, Azərbaycanın üçrəngli bayrağının Qarabağda dalğalanmasını görmədi.

Ruhun şad olsun, Vaqif! Allah rəhmət eləsin!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur