Ziyəddin Mahmud oğlu Namazov

Ziyəddin Mahmud oğlu Namazov 3 sentyabr 1955-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Mollaöyü” nəslindəndir. Onu ZİQO kimi də tanıyırlar.

1962-1972 ci illərdə Tbilisi şəhərində orta məktəbdə oxuyub.

1972-1976 ci il Bakı şəhərində İqtisadiyyat universitetini bitirib.

1978 -ci ildən Tbilisidə “Zaqafqaziya Hərbi Bazasında”- zabit kimi xidmətə başlayıb.

1992-ci ilin yanvar ayından “mayor” rütbəsi ilə Azərbaycan Ordusunda xidmətini davam etdirib.

1992-ci il Azərbaycan Respublikasının Müdafiə nazirliyində , 1993-cü ildə tank taborunda komandir müavini kimi, 1994-cü ildə isə “polkovnik-leytenant” rütbəsi ilə Murov dağda briqada komandirinin müavini vəzifəsində döyüşlərdə iştirak etdib.

Ziyəddin Namazov 1991-94-çü illərdə Qarabağın Murov dağ, Ağdam, Ağdərə döyüşlərində ağır əməliyyatlardan keçib.

Müharibə veteranıdır.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur