İlham Tahir oğlu Abbasov (Borcalı)

İlham Borçalının Facebook səhifəsi

İlham Tahir oğlu Abbasov (Borçalı) 15.01.1965-ci il tarixində Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

O, əvvəlcə Şahbuzlu 8 illik məktəbində, sonra isə Faxralı orta məktəbində orta təhsil alıb.

Ali təhsil almaq üçün Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olan İlham Abbasov 1989-cu ildə həmin İnstitutu bitirərək “mühəndis-konstruktor” ixtisasına sahib olub.

Lakin, İlham Abbasov Azərbaycanda və Gürcüstanda öz ixtisasına uyğun iş tapmadığına görə Rusiyanın Moskva şəhərinə üz tutub. Hal-hazırda o, Moskva vilayəti Korolyov şəhəri Azərbaycan diasporasının sədr müavinidir.

Eyni zamanda İlham Abbasovun şeir yazmaq istedadı da vardır. Şeirə olan marağı onun genindən irəli gəlir. Belə ki, onun atası Tahir, babası da şeir yazarlarmış. Hal-hazırda İlham özünə “Borçalı” ləqəbi götürərək minlərlə insanın qəlbinə dəyərli şeirləri ilə “İlham Borçalı” kimi həkk olunmuşdur.

İlham Borçalının insanı düşündürən, insan ruhuna mənəvi qida verən şeirləri müasir sosial şəbəkələrdə tez-tez rast gəlinir. Onun doğma eli olan Faxralı kəndi barəsində, həmçinin vətən sevgizi, sevgi-məhəbbət məzmunlu şeirləri xüsusilə dəyərlidir.

İlham Borçalının Azərbaycan Xəzinə Antologiyasının 2-3-cü cildində 80 şeiri, həmçinin “Nəsimi 650 Almanaxı”nda və “Zəlimxan özü xatirələrdə” kitabında da çox məzmunlu şeirləri çap olunub.

Mükafatları:

1.Azərbaycan ədəbiyyatına tövhələri və yaradıcılıqlarında vətənpərvərlik mövzusuna üstünlük verdiklərinə görə Azərbaycanın bir çox şairləri, o cümlədən əslən Faxralı kəndindən olan İlham Borçalı da 20 noyabr 2019-cu il tarixində Media Araşdırma Mərkəzi və Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (Azər.KİVİHİ) tərəfindən aparılmış sorğular əsasında “İlin vətənpərvər şairi” media mükafatına layiq görülüb;

2.“Qızıl Qələm” mükafatı laueratıdır.

İlham Borçalı xeyriyyə işləri ilə də məşğul olur. Belə ki, o, Faxralı məscidinin bərpasına və kəndin Şahbuzlu məhəlləsi üçün su quyusunun vurulmasına maliyyə yardımı göstərib.

Biz, gənc şairə yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

REDAKTOR

İlham Borçalının şeirlərinə çəkilmiş video çarxlar

Şeirləri səsləndirir: ROMA XOSROV

  1. “FAXRALIM”
  2. “GÖZƏL DAĞI” 
  3. “AY BƏHMƏN”
  4. “YALÇIN DAĞLAR”
  5. “AY GÖZƏL”
  6. “GÜLÜM”
  7. “YAZARDIM”
  8. “DAĞLAR SƏNDƏ”
  9. “ƏZİZİM”
  10. “ALLAHIM”
  11. “ANA” (İlham Borçalı öz anasına ithaf edib)
  12. “AY ŞİRVAN QIZI”
  13. “DAĞLAR”
  14. “O DAĞLARDA”
  15. “QADAN ALIM”
  16. “SƏNLİ GÜNLƏRİM”
  17. DOSTLUQ VAR Kİ”
  18. “ANALARIN YANAN ÜRƏYİ”
  19. CƏNNƏT İSTƏMİRƏM VƏTƏNİ QAYTAR”
  20. “UNUDA BİLMİRƏM”
  21. “ƏZƏLDƏN MƏNİM”
  22. “DÜNYA”
  23. “AY ŞƏFA”
  24. “ÜZÜMÜ ÖRT TELLƏRİNLƏ”
  25. “DƏRD ÇƏKİRƏM”
  26. “LAL OL BARI”
  27. “DARIXMA”
  28. “AMANDI”
  29. “AY MİRZƏ DAYI”
  30. “GÖZƏL VƏTƏN”
  31. “DALDALANMADIM”
  32. “O AYLI GECƏLƏR”
  33. “DAŞ ATMA” və s.

 

İlham Borçalının şeirlərinə bəstələnmiş aşıq mahnıları

Oxuyur: Aşıq Qabil Abdıyev (Faxralı)

  1. “VERƏRDİM”
  2. “Faxralının dağlarında”
  3. “Ay Pənah”
  4. “Əhsən sənə, ay Pənah”
  5. “Faxralıdan Başkeçidə salamlar”

 

İlham Borçalının digər şeirləri

  1. “Şəhidlərdir Azərbacan!” (musiqisi Aybəniz Bəhramqızı)
  2. “VERƏRDİM…” (səsləndirir: Ənvər Durucalı)
  3. “Faxralı” (səsləndirir: Ənvər Durucalı)

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur