Məmmədəli Əlləzov

Məmmədəli ƏLLƏZOV (1939).

M.F.Axundov adına APEİ-nin rus dili və ədəbiyyatı fakültəsini bitirib (1965). Azərbaycanın bir sıra rayonlarında, sonra Faxralının məktəblərində müəllim işləyib. Müxtəlif səpgili şeirləri dövri mətbuatda, almanaxlarda dərc olunub.

Sözə alışalı duyğularımıza ad elədiyimiz şeirlərdən yana ürəyimiz uçunub. Fikrin poetik-bədii ifadəsi oxucuya həmişə könül xoşluğu verib, oxucu qəlbini ehtizaza gətirib. Bu anlamda şeirin şəriki olmayan əbədi-əzəli ünvanı ürəklərdi, ürəyin özünün də möhtac olduğu duyğulardı. M.Əlləzov məkansız söz yolunun yolçusudur…

Şair sözlə hamımıza bütün təfərrüatı ilə bəlli olan obyektin görə bilmədiyimiz tərəflərini, məğzini işıqlandırır, onun poetik təsvirini verir; sevir, tanıdır, sevdirir. Bu anlamda təbiətlə poeziya, obyektlə subyekt qoşalaşır, vəhdət təşkil edir.

Elin-obanın şöhrətinə küsənən, onun məlhəm havasından, buz bulaqlarından doymayan minlərdən biri də M.Əlləzovdur. Onun yaradıcılığını müəyyənləşdirən tərəflərdən biri – kövrəklik Faxralının təbiətindən barınıb. Elə bunun nəticəsidir ki, göz açıban gördüyü uca dağların əzəməti, gen biçənəklərin – çəmənlərin ətri-rayihəsi, ayna bulaqların şirin-şəkər pıçıltısı… öz inikasını Məmmədəlinin şeirlərində tapır. “Ruhani”ni ruhu bilən”,’“Kərəmi yandıran teldən doymayan” M.Əlləzovun bədii “mən”inin eşqi dağla“ ra, meşələrə, bulaqlara təbiətə ad olub. O, eşqini “qayaların şəlaləsi” bildiyi kimi, “canını da bu yerlərin pərvanəsi” hesab eyləyir və bundan qürur duyur:

Ruhumdu “Ruhani” saz havaslnda,
Kərəmi yandıran teldən doymaram.
Səngərin ətri var yaz havasında ,
Çıçəkdən doymaram, güldən doymaram. (“Doymaram”)

Bu bəndin fikir yükü təsdiqləyir ki, M.Əlləzov təbiət etibarilə şairdir, o təbiəti etibarıilə şairdir; o, təbiətin bizə ayrı biçimdə, ayrı nizamda görünən tərəflərinin poetik təqdimata çəkə bilir.

Dərələrin dərinliyində, zirvələrin ucalığında poetik məqamlar aşkarlayan şair, “vələsə bənzər cavanların”, “palıd ömürlü qocaların gözləriylə “zümrüdə bürünmüş yamacları”, “qartal yuvasını xatırladan çoban dəyələrini” seyr edir…

M.Əlləzovun yaradıclığı təbiətlə poetik pıçıltıdır. Bu pıçıltını duymaq uçun duyguların təbiətə köklənməlidir, özün təbiətin bir parçası olmalısan. Hər misrası ürək döyüntülərinə çevrilən şeir səni misraların qanadında həsrətində olduğun yerlərlə qovuşdurur – könül xoşluğuna dönür…

Məmmədəli Əlləzovun şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur