Rəşid Faxralı (Rəşid Məmməd oğlu Hüseynov)

Rəşid Məmməd oğlu Hüseynov – 1954-cü ildə Faxralı kəndində anadan olmuşdur.

1970-ci ildə Faxralı orta məktəbini, 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə Faxralı orta məktəbində müəllim ilə başlamış və Bolnisi rayonunda qəzet redaksiyasında müxbir, redaktor müavini vəzifələrində çalışmışdır.

1990-2002-ci illərdə “İnşaatçı” qəzetində müxbir, “Ədalət” qəzetində məsul katib, “Xalq Ordusu” qəzetində məsul katib, “Hərbi bilik” jurnalının redaktoru işləyib. 1992-ci idən hərbi qulluqçu olmuşdur. Rütbəsi “mayor”dur. Müharibə veteranıdır.

“Qoy ədalət zəfər çalsın” müsabiqəsinin qalibi, “Qızıl qələm” və H.B.Zərdabi adına mükafatların laureatıdır. 14 kitabın, 4 sənədli filmin ssenari müəllifidir.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur